Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” .....                     Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur .....                     İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ .....                     Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... .....                     Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət .....                     Azərbaycanda toylarla bağlı qadağalar gəlir? .....                     “Bolt” şirkətinin ofisində sürücülər arasında dava .....                     Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir .....                     Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən .....                     Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü .....                     Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur .....                     TƏBİB-də kimlər getdi, kimlər qaldı? .....                     Azərbaycanlı iş adamları hədəfdə .....                     Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu .....                     "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır .....                     Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... .....                     Müxalifət partiyaları QIŞDAN necə çıxdı? .....                     Miras mübahisəsi gündəm yaratdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib .....                     Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu .....                     Rusiyadan xəbərdarlıq: .....                     Şərurda Vasif Talıbov ənənələri... .....                     26 milyon manat hardadır: BİR SORUŞUN... .....                     Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? .....                     Neft pulları necə həzmə verilir... .....                     Tramp savaşı udmaq üçün VAXT UDUR? .....                     Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                     ABŞ müharibə istəsə, biz də döyüşəcəyik .....                     İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq .....                     Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... .....                     YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. .....                     83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... .....                     ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır .....                     " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." .....                     Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                 

ŞƏKİNİN İCRA BAŞÇISI KÖHNƏ PARTNYORLAINI ƏZİR
Tarix: 20-02-2013, 10:02 | Çap et
ŞƏKİNİN İCRA BAŞÇISI KÖHNƏ PARTNYORLAINI ƏZİR
ELXAN USUBOV ŞƏKİLİ SAHİBKARLARA OLMAZIN ZÜLMÜNÜ YAŞATMAQDADIR

DİA.AZ: - "Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edərək, insanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq". Bu sözləri prezident İlham Əliyev fevralın 12-də Bakı Biznes Mərkəzində keçirilən "2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında deyib.

Ölkə rəhbəri bəzi icra hakimiyyəti başçılarının öz məsuliyyətlərini dərk etmədiklərini bildirib: "Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Hər birinə demişəm ki, gedin insanlara arxa durun, gedin köməklik göstərin, gedin insanlara hörmət edin. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan götürülməlidir". Prezidentin harınlamış məmurları hədəfə almasından sonra bəzi məmurların cəzalanacağı gözlənilir. Artıq İsmayıllının icra başçısı Nizami Ələkbərov prezidentin sərəncamı ilə işdən çıxarılıb. Növbədə isə dövlət başçısının söylədiyi kimi, xalqa yuxarıdan aşağı baxan və işinin öhdəsindən layiqincə gələ bilməyən digər icra başçılarıdır.

Qeyd edək ki, prezidentin səsləndirdiyi ittihamlar rayonlardan qaynaqlanır. Əksər icra başçıları vətəndaşları o qədər incidirlər ki, onlar da məcbur qalıb etiraz aksiyaları keçirirlər. Bu da gec-tez rəsmi dairələrə gedib çıxır. Son hadisələr bir daha göstərdi ki, xalqa qarşı kobudluq etmək, insanların şəxsiyyətini alçaltmaq olmaz. Deyəsən, Şəkinin icra başçısı Elxan Usubov hələ də bunu başa düşmür. Yaxud başa düşsə də, həyata keçirmək istəmir. Respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşən rayon füsunkar təbiətə malikdir. Azərbaycanın turizm bölgələrindən sayılan Şəkidə bu gün məmur özbaşınalığı ağlasığmaz həddə çatıb. 70 min nəfərdən çox əhalisi olan rayonda ayrı-ayrı məmurların yarıtmaz idarəçiliyi etirazlarla qarşılanır. Bu barədə media qurumlarına dəfələrlə şikayət olunub. Hələliksə bir nəticə yoxdur. İcra başçısı E.Usubov vətəndaşlarla tez-tez görüşlər keçirib, onların problemləri ilə maraqlanmaqdansa, Şəki camaatına qarşı böyük haqsızlıqlar edir. 1960-cı il may ayının 26-da Mingəçevir şəhərində anadan olan icra hakimi ixtisasca mühəndis-elektrik və iqtisadçıdır.

Əmək fəaliyyətinə Şəkidə başlayıb. Sonralar biznes fəaliyyəti ilə məşğul olub. Yəni o, icra başçısı vəzifəsinə biznesdən gəlib. Dövlət qurumuna rəhbərlik etdiyinin məsuliyyətini sanki dərk etməyən məmur Şəkidə o qədər obyektə sahibdir ki, bəlkə də özü bunların sayını dəqiq bilmir. Ağstafa rayonunda icra başçısı işlədiyi dövrdə rayon camaatının narazılığını qazanan məmur şəkililər tərəfindən də rəğbətlə qarşılanmır. 2011-ci il may ayının 23-dən rayona başçılıq edən elektrik vətəndaşların sosial qayğıları ilə qətiyyən maraqlanmır. Əldə etdiyimiz məlumatlara görə, Şəki-Oğuz yolunun üstündə yerləşən bütün istirahət mərkəzləri icra başçısına məxsusdur. Rayondakı süd zavoduna da şərik olduğu deyilən biznesmen icra hakiminin Şəkinin mərkəzində onlarla ticarət obyekti fəaliyyət göstərir: "Rayonda sahibkarlığın inkişafını əngəlləyən icra başçısı çalışır ki, özünün nəzarətində olan biznes sahələri daha çox irəliyə getsin. Mirzə Fətəli Axundov prospektində yerləşən "Şəki" oteli, Kiş kəndindəki "Narınqala", "Şam bağı", "Cənnət bağı", Dağüstü park deyilən yerdəki "Panaroma" oteli də icra başçısının tabeliyindədir. Sezonda bu obyektlərin hər birində aya milyonlar qazanılır". Araşdırmalar göstərir ki, "Şəki Bazar" ASC ilə də rayon rəhbərinin əlaqələri var. Deyilənə görə, bura da icra başçısınındır. Sahibkarların təzyiqlərlə üzləşdiyi bazarın direktoru Vahid Abdullayevdir. Onu vəzifəyə icra başçısı qoyub və dönə-dönə tapşırıb ki, sahibkarlara qarşı barışmaz olsun.

DİA.AZ bildirir ki, bazarda baş alıb gedən özbaşınalıqlara dözə bilməyən dükan sahiblərindən biri, konkret Mütəllimov Əlövsət Firudin oğlu üstünə benzin tökərək özünü yandırıb. Rayonda səs-küyün qalxdığını görən icra başçısı guya bazar rəhbərini cəzalandırmaq məqsədilə onu işdən azad edib. Lakin üstündən az müddət keçəndən sonra direktor işinə bərpa olunub. Şəkidə icra başçısı ilə digər məmurlar arasında mübarizə gedir. Belə ki, rayon rəhbəri əhəmiyyətli sahələri və gəlir gətirən obyektləri öz əlində cəmləşdirdiyi üçün icra hakimiyyətində təmsil olunan başqa vəzifəli şəxslər onunla hesablaşmırlar. İcra başçısı ilə RİH-in sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Firon Əliyev arasında ciddi problem və qarşıdurma var. Bu və digər maraqlı faktlar barədə növbəti saylarımızda oxuya bilərsiniz.

Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32
Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25
Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10
Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08
“Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49
TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru