İranla müharibə bitməyib və yeni hadisələr mümkündür .....                     İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var .....                     ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, .....                     Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... .....                     Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu .....                     Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... .....                     Bura pul qoyan da peşman olur... .....                     "Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." .....                     "Azərbaycan mənim evimdir" .....                     "İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" .....                     "Cəzasızlıq cinayətin inkişafına təkan verir" .....                     İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib .....                     Cəlilabadda şübhəli TENDER BAZARI .....                     AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ .....                     Ata tender keçirir, oğul qazanır .....                     Burda vaxtı keçmiş məhsul satırlar .....                     ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb .....                     İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb .....                     İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                 

“ƏGƏR İSLAHATLAR OLMAYACAQSA, İNQİLAB QAÇILMAZDIR”
Tarix: 9-11-2011, 14:54 | Çap et
“ƏGƏR İSLAHATLAR OLMAYACAQSA, İNQİLAB QAÇILMAZDIR”

“MƏN BUNU DAHA ÇOX HAKİMİYYƏTƏ XƏBƏRDARLIQ KİMİ QİYMƏTLƏNDİRİRƏM”

Azərbaycanda son (7 noyabr) parlament seçkilərindən bir il ötdü. Həmin seçkilərin nəticələrini ölkənin real müxalifəti tanımadı və yeni parlament seçkiləri tələbi ilə İctimai Palata (İP) adlı bir qurum təsis elədi. Bu mənada hazırkı parlamentlə İP bir növ yaşıd hesab olunurlar. İP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli ilə söhbətdə ona ilk sualımız da bu mövzuda oldu. Əli bəy ötənilki parlament seçkilərini Azərbaycanda indiyədək keçirilmiş seçkilərin ən saxtası adlandırdı.

- İllərlə davam edən seçki saxtakarlığı onunla nəticələndi ki, Azərbaycan vətəndaşlarının böyük bir qismi 2010-cu il parlament seçkilərini boykot etdi. Seçicilərin cəmi 15 faizə qədəri seçkidə səs verdilər. Ona görə də seçkilərdən dərhal sonra biz - seçkilərdə AXCP-Müsavat bloku kimi iştirak edən siyasi qüvvələr seçkilərin nəticələri tanımayan ictimaiyyət nümayəndələrinə müraciət edib yeni bir formatda birləşməyi təklif etdik. Bir neçə aylıq müzakirələrdən sonra indi hamıya məlum olan İctimai Palata formalaşdı. Bunu xüsusi qeyd eləmək istəyirəm ki, İctimai Palatanı biz 2010-cu il, dekabrın 28-də təsis etmişik. O zaman hələ “Ərəb baharı” başlamamışdı. Beləcə, siyasi partiyaları, vətəndaş cəmiyyəti nümayəndələrini, ziyalıları, demokratik dəyişikliklər arzu eləyən fəal vətəndaşları, azad mətbuat təmsilçilərini bir sırada birləşdirə bilən, bütövlükdə əsas amalı demokratik dəyişikliklər olan bir vətəndaş hərəkatı formalaşdı. Bu il İctimai Palatanın təşəbbüsü ilə bir sıra aksiyalar keçirildi. Hazırda İctimai Palatanın 17 fəalı həbsdədir. Amma mübarizəmiz davam edir. Hesab edirik ki, birinci mərhələ üçün təşkilatlanma işini əsasən həyata keçirmişik. Rayonların yarıdan çoxunda İctimai Palata təşkilatlanıb, yerli şöbələr formalaşıb və hakimiyyətin repressiya dalğasının sınağından da çıxa bilib. Bir çoxlarında belə illüziya var idi ki, yeni repressiya dalğası mübarizəni yenidən sıfırdan başlamağa məcbur edəcək, İctimai Palata bu təzyiqlərə dözməyəcək. Amma İctimai Palata, onun fəalları repressiyalara mərdliklə sinə gərdi, cəmiyyətdə hamılıqla qorxunun möhkəmlənməsinə imkan vermədi. İctimai Palatanın apardığı mübarizə cəmiyyətin ayrı-ayrı kəsimlərini də daha aktiv, daha fəal mövqe tutmağa sövq edib. Bu ilin ərzində biz müşahidə etdik ki, İctimai Palata hakimiyyətlə mübarizədə tək deyil. Cəmiyyətin ayrı-ayrı seqmentlərindən mübarizə təşəbbüslərini müşahidə etdik. Məhkəmə prosesləri zamanı vəkillərin artıq müstəqil ictimai qüvvə olaraq prosesdə iştirak etdiyinin şahidi olduq. Vəkillər, xüsusilə gənc vəkillər hakimiyyətin qarşısında elə çətinliklər yaratdılar ki, iqtidar təkcə müxalifətlə yox, vəkillik institutu ilə mübarizəyə başladı, bir neçə nəfər mübariz insan Vəkillər Kollegiyasından uzaqlaşdırıldı. Hazırda biz ziyalılarımızın aydın mövqe nümayiş etdirməsini müşahidə edirik. Artıq cəmiyyətin bu kəsimi də fərqindədir ki, bundan sonra susmaq olmaz, dəyişikliklər Azərbaycana da gəlib çatmalıdır. Heç şübhəsiz, cəmiyyətin ayrı-ayrı təbəqələrinin, o cümlədən gənclərin daha fəal mövqe tutmasına İctimai Palatanın apardığı mübarizə ilə yanaşı, ərəb ölkələrində baş verən böyük demokratik dəyişikliklərin də müsbət təsiri olub. Azərbaycan cəmiyyətində hər kəs başa düşür ki, demokratik dəyişikliklər labüddür, Azərbaycanın inkişafı buna bağlıdır. Bizə xoşdur ki, ayrı-ayrı təbəqələr də bu prosesə qoşulur. Əlbəttə, əgər bu hadisələr parlament seçkilərindən əvvələ düşmüş olsaydı, o halda Azərbaycanda parlament seçkiləri tamamilə fərqli bir mühitdə, fərqli şəraitdə keçərdi və çox fərqli də nəticələr doğurardı. Amma tarixi bu şəkildə təhlil eləmək olmaz - hansı hadisə nə vaxt olsaydı nə olardı. Fakt budur ki, Azərbaycan hakimiyyəti 2010-cu il parlament seçkilərində ən böyük səhvlərindən birinə yol verib, xalqın seçmədiyi, dəstəkləmədiyi, hətta tanımadığı insanları yığaraq parlament elan edib.
Bu səhv Azərbaycan hakimiyyəti üçün ağır nəticələr doğuracaq. Heç şübhə yoxdur ki, cəmiyyətin böyük əksəriyyətini birləşdirən faktorlardan biri də indiki parlament və ona inamsızlıqdır. Yeni parlament seçkilərinin keçirilməsi bu gün yalnız müxalifətin istəyi deyil. İstənilən az-çox düşünmə qabiliyyəti olan insanlar başa düşür ki, bu parlament təyin olunub, xalqı təmsil etmir. Hər gün yeni-yeni ictimai xadimlər, ziyalılar, müxalifət təmsilçiləri yeni parlament seçkilərinin keçirilməsini ölkə üçün zəruri hesab edirlər. Ona görə də düşünürəm ki, bir il bundan qabaqkı parlament seçkilərinin o şəkildə total saxtalaşdırılması hakimiyyətin ciddi səhvlərindən biri idi.

- İctimai Palatanın strukturlarının təkmilləşdirilməsi gözlənilirmi? Bu ay üçün hansı tədbirlər planlaşdırılıb?

- İctimai Palata ən müxtəlif məsələlərlə bağlı ictimai dinləmələr təşkil edir. Axırıncı sessiyadan sonra noyabrın ilk günlərində imkan tapıb Azərbaycan mətbuatının durumunun müzakirəsini təşkil elədik. Orada bir sıra mühüm qərarlar qəbul olundu. O cümlədən bu mövzuya daha bir dəfə beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə qayıtmaq barədə qərar qəbul olundu. Bir neçə gündür ki, hamı bayram istirahətindədir. Amma sabahdan (bu gündən - red.) İctimai Palatanın aktiv fəaliyyəti yenidən bərpa olunur. Biz bir sıra tədbirlər planlaşdırmışıq. Bu ay üçün nəzərdə tutmuşuq ki, ictimai vəsaitlərin xərclənməsi üzərində ictimai nəzarəti həyata keçirmək, Neft Fondundan xərcləmələrə ictimai nəzarəti təmin etmək üçün bir müzakirə keçirək. İctimai Palatanın Korrupsiya ilə mübarizə komissiyası belə bir tədbir planlaşdırır. Azərbaycanda insanların kütləvi şəkildə mülkiyyət hüququndan məhrum edilməsini də ictimai müzakirəyə çıxarmaq fikrindəyik. Minlərlə ailə əvəzi ödənilmədən mənzillərindən, xüsusi mülkiyyət obyektlərindən məhrum edilir və bu artıq qlobal bir məsələyə çevrilib. Hətta beynəlxalq təşkilatlar səviyyəsində əsas müzakirə olunan mövzulardan biridir. Noyabrda bu məsələni də müzakirəyə çıxarmaq fikrindəyik. Eyni zamanda Azərbaycanın Avropaya inteqrasiya prosesinə hakimiyyətin yaratdığı maneələri ictimai müzakirəyə çıxarmaq niyyətindəyik. Çünki Azərbaycan hakimiyyəti bu sahəni öz monopoliyasında saxlayıb hər şey edir ki, Azərbaycan Avropa strukturlarına inteqrasiya olunmasın. Bu isə xalqın köklü maraqlarına ziddir. Azərbaycan hökuməti Ümumdünya Ticarət Təşkilatına qoşulmamaqla Azərbaycanı Avropa Birliyi ilə daha dərin iqtisadi əməkdaşlıqdan məhrum edir, müstəqilliyimiz, demokratik inkişafımız, ərazi bütövlüyümüz üçün Avropa Birliyinin verə biləcəyi üstünlüklərdən xalqı məhrum edir. Bütün bunların hamısını ona görə edir ki, Azərbaycandakı qeyri-demokratik şərait davam etsin, seçkiləri saxtalaşdıra bilsin. Hakimiyyət özünün bu maraqlarına görə xalqı daha perspektivli gələcəkdən məhrum edir. Bu məsələ də ictimai müzakirəyə çıxarılacaq.
Bizim həmçinin fikrimiz var ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı verdiyi qərarların ictimai müzakirəsini təşkil edək. Azərbaycandan Avropa Məhkəməsinə gedən şikayətlərin 90 faizində Azərbaycan vətəndaşları dövləti məğlub edirlər. Bu da ölkədə məhkəmə sisteminin tam iflasının sübutudur. Bununla əlaqədar olaraq da ictimai müzakirələr planlaşdırırıq. Planlar genişdir. O cümlədən İctimai Palatanın strukturlarını təkmilləşdirməklə bağlı planlarımız var. Yeni komissiyaların yaradılması bir neçə həftədir ki, İctimai Palatada müzakirə olunur. Həmçinin daxili qərarımız var ki, ildə bir dəfə İctimai Palatanın faktiki rəhbərliyini həyata keçirən Koordinasiya Şurasına seçkilər keçirək. Əsasnaməyə dəyişikliklər də təklif olunur. Regional təşkilatlanma davam edir. Elə mən sizə müsahibə verdiyim saatlarda Biləsuvarda İctimai Palatanın təsis toplantısı keçirilir. Dünən (srağagün-red.) Bərdədə İctimai Palata təsis olunub. Regional təşkilatlanma sürətlə davam edir.

- Ziyalılar Forumunun son toplantısında şair Ramiz Rövşən Azərbaycanda inqilab istəmədiyini bəyan etdi. Hörmətli şairimizin bu tezisi mediada birmənalı qəbul edilmədi, müxtəlif şərhlərə rast gəldik. “İnqilab istəmirəm” tezisinə sizin münasibətiniz necədir?

- Mən Ziyalılar Forumunun son toplantısını, orada verilmiş bəyanatları yüksək qiymətləndirirəm. Rüstəm İbrahimbəyov, Cəmil Həsənli, Rafiq Əliyev, Ramiz Rövşən kimi Azərbaycanın çox tanınmış, hörmətli ziyalılarının öz səsini ucaltmaları, onların ölkədə islahat tələb etmələri, milli birlik axtarışına çıxmaları çox təqdirəlayiq haldır. Əslində Azərbaycan cəmiyyəti uzun zaman məhz bunu ziyalılardan gözləyib. İndi təqdirəlayiq haldır ki, bu baş verir. Biz hörmətli ziyalılarımızın mövqelərinə çox önəm veririk. Ramiz Rövşənin inqilab istəməmək çağırışına gəlincə, yəqin ki, Ramiz bəy islahatların zərurətini hakimiyyətə çatdırmaq üçün o ifadəni istifadə edib. Bununla Ramiz bəy yəqin onu demək istəyib ki, əgər islahatlar olmayacaqsa, nəinki Ramiz Rövşənin, xeyli adamın arzulamadığı inqilab qaçılmaz ola bilər. Mən bunu daha çox hakimiyyətə xəbərdarlıq kimi qiymətləndirirəm. Hakimiyyət ziyalıların da mesajından düzgün nəticə çıxarmalıdır. Ölkədə daha ciddi kataklizmlərin, inqilabi proseslərin təkan almaması üçün vaxt itirmədən dəyişikliklərə başlamaq lazımdır. Nəhayət, bu ölkədə sivil qaydalar bərqərar olunmalıdır. Bu baxımdan ziyalılarımızın vətəndaş mövqeyi ortaya qoymasını təqdir edirəm. Çox təəssüf edirəm ki, hakimiyyət nə qədər geri düşüncəli olduğunu növbəti dəfə ortaya qoydu. Yalnız vətəndaş mövqeyi ortaya qoyduğuna görə akademik Rafiq Əliyevi işindən azad etdilər. Bu, Azərbaycan hakimiyyətinin mahiyyətini bir daha nümayiş elətdirir. Amma mən ziyalılarımızı çağırardım nəinki Rafiq müəllimə qarşı bu repressiyadan sonra daha ehtiyatlı mövqe tutsunlar, əksinə, Rafiq müəllimi müdafiə üçün başlanmış prosesə əlavə təkan vermək üçün hamılıqla mövqe bildirmək lazımdır. Rüstəm müəllimin o fikri ilə razıyam ki, 15 ildir ziyalılar susublar, indi danışmaq lazımdır. İndi danışmayan adamları gələcək nəsillər bağışlamayacaqlar.

- YAP-çı deputat Siyavuş Novruzov sizi və İsa Qəmbəri təkidlə debata dəvət edir. İsa Qəmbər bildirib ki, diskussiyalara hazırdır, əslində hakimiyyət təmsilçiləri debat çağırışlarında səmimi deyillər. Siz necə, debata hazırsınızmı?

- Biz uzun zamandır hakimiyyətin qərarı ilə heç bir telekanala buraxılmırıq. 6 ildir müxalifət liderlərinə nəinki debat imkanı, bir açıqlama vermək imkanı da verilmir. Mən dəfələrlə dövlət başçısı İlham Əliyevi debata çağırmışam və yenə çağırıram. Hətta təklif etmişəm ki, özü buna hazır deyilsə, icra aparatının rəhbərini, parlamentin sədrini, YAP-dakı ikinci adamı da öz təmsilçisi olaraq mənimlə debata göndərə bilər. Başa düşürəm ki, onun üçün çətindir birbaşa özünün debata çıxmağı. Çünki bilir ki, onu çox sərt suallar gözləyir və həmin sualların heç birinin cavabı yoxdur onlarda. Siyavuş Novruzovla da debata çıxmağa müxalifətdən nümayəndələr olacaq. Müxalifət funksionerləri onun debat çağırışına müsbət cavablar veriblər, onunla lazımi səviyyəli debat aparacaqlar. Mən şəxsən Azərbaycan hakimiyyətini təmsil eləmək imkanında olan istənilən ciddi adamla debata hazıram.

musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranla müharibə bitməyib və yeni hadisələr mümkündür - Netanyahu
Bu gün, 07:00
İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var - “The Wall Street Journal”
Bu gün, 06:58
ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
Bu gün, 06:56
Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... - FAKT BUDUR!
Bu gün, 06:28
Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab
Bu gün, 06:08
Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... - AKTUAL
Bu gün, 06:04
Bura pul qoyan da peşman olur... - GİLEY
Bu gün, 05:57
"Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." - Nura Suridən ETİRAZ
Bu gün, 05:42
"Azərbaycan mənim evimdir" - Müzəffərəddin şah Qacar
Bu gün, 05:38
"İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" - partiya sədri
Bu gün, 05:34
"Cəzasızlıq cinayətin inkişafına təkan verir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 05:26
İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21
Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09
AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ İDDİASI
Bu gün, 05:04
Ata tender keçirir, oğul qazanır - "AzerGold" Sədrinin "Qızıl" oğlunun mediadakı arxivi...
Bu gün, 04:58
Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Bu gün, 04:34
İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb - “Tasnim”
Bu gün, 04:28
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru