SEÇKİQABAĞI TƏŞVİQAT BAŞLADI
Tarix: 8-11-2011, 18:42 | Çap et
AMMA BUNU HİSS EDƏN YOXDUR
Azərbaycanda noyabrın 30-da keçiriləcək təkrar, əlavə və yeni bələdiyyə seçkilərinə noyabrın 7-dən təbliğat-təşviqat kampaniyası başlayıb.
MSK-nın açıqladığı son rəsmi rəqəmlərə görə, 330 bələdiyyə üzrə 464 yerə 1556 nəfər namizəd var.
Onlar təbliğat kampaniyasına necə başlayıb deyə partiya-partiya, namizəd-namizəd axtarışa çıxdıq. Söhbətlər əsnasında bəlli oldu ki, seçkiyə qatılmayan partiyalar bir kənara, heç namizədlər özləri bu seçkiyə maraq göstərmirlər. Kimisi müxtəlif bəhanələrlə öz təbliğat kampaniyası barədə danışmaqdan imtina etdi, kimisi ilə də heç öz partiya rəhbərləri əlaqə saxlaya bilmədi...
1 YERƏ 2 YAP-ÇI
Bu bələdiyyə seçkisində qeydə alınan namizədlərin 772-si hakim Yeni Azərbaycan Partiyasının üzvləridirlər. Yəni, 1 yer uğrunda təxminən 2 YAP-çı mübarizə aparacaq. Ümumilikdə isə 1 yerə orta hesabla 3.3 namizəd düşür. Hələ 2009-cu ildə ümumrespublika bələdiyyə seçkisində də YAP-çı namizədlərin sayı digərlərini üstələmişdi: qeydə alınmış 28000 namizədin 15 637 nəfəri YAP-ın rəsmi şəkildə irəli sürdüyü namizədlər idi.
30 noyabr seçkisində namizədlik fərdi qaydada irəli sürülüb, YAP bu seçkidə partiya kimi iştirak etmədiyini bəyan edib.
Ana müxalifət partiyaları üzvlərindən seçkiyə namizədliyini verən olmayıb.
SEÇKİYƏ 10 NAMİZƏDLƏ
Seçkiyə 10 namizədlə qatılan Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyir ki, seçkidə xüsusi kampaniya ilə iştirak etmirlər:
В«Çünki seçkini udan bələdiyyə üzvü belə hər hansı səlahiyyətə malik olmur, hər hansı situasiyada dəyişiklik yaratmaq imkanına sahib deyil. Amma partiya olaraq seçki prosesinə laqeyd qalmamaq, partiyanın daxili dinamizmini ayaqda saxlamaq üçün seçkidə iştirakı məqsədəuyğun sayırıq. Yoxsa elə də əhəmiyyətli seçki hesab etmirikВ».
MSK-NIN PLAKATLARINDAN BAŞQASI YOXDUR
YAP-dan sonra ən çox namizəd Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasındandır: 20 namizəd. Partiyadan 50 saylı dairədə seçki komissiyasının üzvü Allahverdi Zamanlı deyir ki, namizədlər elə imzatoplama kampaniyası dövründə özlərini tanıda biliblər:
В«Ümumi plakat var. Digər seçkilərdən fərqli olaraq təşviqat materialında namizədlərin portreti, bukletləri yoxdur. MSK-dan göndərilən ümumi təşviqat materialları əsasında hər yerdə bərabər şəkildə təşviqat gedir. Faktiki bu günə qədər bizə əlavə təşviqat materialı təqdim olunmayıbВ».
71 saylı Masallı kənd seçki dairəsindən Boradigah bələdiyyəsinə namizədliyini irəli sürmüş bitərəf Ədalət Əhmədov deyir ki, təbliğat işlərinə bundan sonra başlayacaq. Bu dairədə 13 yer uğrunda 20 namizəd yarışır:
В«ƏHALİ NAMİZƏDLƏRİ TANIYIRВ»
В«Hələlik plakat hazırlamamışıq. Keçən seçkidə hazırlamışdı əksəriyyəti. Əhali onları tanıyır da. Kiçik bir qəsəbədir, hər halda hamı bir-birini tanıyır. Amma görüşlərimiz olacaq. Məhəllələrlə görüşlərimiz olacaq. Bundan sonra ziyalılarla, iş adamları ilə görüş təşkil edəcəyikВ».
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlının fikrincə, ana müxalifət partiyalarının seçkiyə qatılmaması seçki prosesini daha sönük edəcək:
В«FORMAL SEÇKİВ»
В«Birtərəfli qaydada seçki gedəcək. Heç bir dartışma, təbliğat-təşviqat kampaniyasında namizədlər arasında heç bir yarışma qeydə almayacağıq. Sadəcə formal bir seçki görüntüsü yaranacaq. Ötən müddət ərzində seçkilərdə qanun pozuntuları ilə bağlı heç bir araşdırma aparılmadı, heç bir yerli və beynəlxalq təşkilatların tövsiyəsi nəzərə alınmadı, seçki qanunvericiliyində dəyişiklik olmadıВ».
Noyabrın 30-da bələdiyyə seçkisi 86 dairə üzrə keçiriləcək.
Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu ildə keçirilmişdi.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var - “The Wall Street Journal”
Bu gün, 06:58 |
|
|
|
| • ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
Bu gün, 06:56 |
|
|
|
| • Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... - FAKT BUDUR!
Bu gün, 06:28 |
|
|
|
| • Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab
Bu gün, 06:08 |
|
|
|
| • Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... - AKTUAL
Bu gün, 06:04 |
|
|
|
| • Bura pul qoyan da peşman olur... - GİLEY
Bu gün, 05:57 |
|
|
|
| • "Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." - Nura Suridən ETİRAZ
Bu gün, 05:42 |
|
|
|
| • "Azərbaycan mənim evimdir" - Müzəffərəddin şah Qacar
Bu gün, 05:38 |
|
|
|
| • "İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" - partiya sədri
Bu gün, 05:34 |
|
|
|
| • "Cəzasızlıq cinayətin inkişafına təkan verir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 05:26 |
|
|
|
| • İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21 |
|
|
|
| • Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09 |
|
|
|
| • AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ İDDİASI
Bu gün, 05:04 |
|
|
|
| • Ata tender keçirir, oğul qazanır - "AzerGold" Sədrinin "Qızıl" oğlunun mediadakı arxivi...
Bu gün, 04:58 |
|
|
|
| • Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42 |
|
|
|
| • ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Bu gün, 04:34 |
|
|
|
| • İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb - “Tasnim”
Bu gün, 04:28 |
|
|
|
| • İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05 |
|
|
|
| • Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02 |
|
|
|
| • İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57 |
|
|
|
| • İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58 |
|
|
|
| • "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21 |
|
|
|
| • İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19 |
|
|
|
| • Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05 |
|
|
|
| • ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02 |
|
|
|
| • “Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59 |
|
|
|
| • "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57 |
|
|
|
| • “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49 |
|
|
|
| • Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45 |
|
|
|
| • Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47 |
|
|
|
| • Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43 |
|
|
|
| • İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01 |
|
|
|
| • Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59 |
|
|
|
| • Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28 |
|
|
|
| • Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25 |
|
|
|
| • Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38 |
|
|
|
| • Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35 |
|
|
|
| • Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20 |
|
|
|
| • Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16 |
|
|
|
| • Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13 |
|
|
|
| • "Gül salonum var..."
Dünən, 08:09 |
|
|
|
| • "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05 |
|
|
|
| • Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57 |
|
|
|
| • ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39 |
|
|
|
| • Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30 |
|
|
|
| • Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21 |
|
|
|
| • "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05 |
|
|
|
| • TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58 |
|
|
|
| • Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46 |
|
|
|
| • AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41 |
|
|
|
|