Gömrük Komitəsinin şöbə rəisi 8 il 6 ay müddətə azadlıqdan məhrum edildi .....                     “Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB .....                     Səfərbərlik Xidməti bu işlərə 600 min sərf edəcək .....                     “İrşad” gömrük qaydalarını pozur .....                     Ukraynada Trampa və ABŞ-yə etimad azalır .....                     Teatrın rəhbərliyi baş mühasibə tapşırıldı .....                     İran müharibə planı hazırlayıb: .....                     "Bakı Metropoliteni" texniki yenilənməyə 1,1 milyon manat ayıracaq .....                     Toyda mahnı üstündə dava: Müğənni və qardaşı saxlanıldı .....                     Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi .....                     Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi .....                     Röya Baləlinin mahnısını oxudu .....                     Qazinin pulunu kim kəsib? .....                     Bu ərazilər Azərbaycana qaytarılır: .....                     Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi .....                     SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır .....                     “Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...” .....                     “Bakılı Qız” dondurmasında TƏHÜLKƏ VAR... .....                     Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” .....                     Ermənistanı salamat saxlamaq üçün indiki kimi şansımız olmayıb .....                     Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi .....                     Vüqar Qurbanov ad günü şənliyi keçirən şöbə müdirini .....                     FHN-ə maşın satmaq istəyən 3 şirkət tapılmadı .....                     Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu .....                     Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub .....                     Direktor məktəbi RƏSMƏN QARƏT EDİBMİŞ... .....                     İranın bitməyən Zəngəzur xofu .....                     Amerikada siyasi böhranın başlanğıcı: .....                     Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib .....                     Naxçıvan Həmkarlar İttifaqları Şurası milyonlarla vəsaiti mənimsəyir .....                     Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib .....                     İrəvanda "dövlət naziri" peyda oldu: .....                     Əmək müqaviləsi ləğv olunan neftçilər... .....                     Rusiyanın ABŞ-dəki səfiri Trampla görüşüb .....                     Bəziləri bu məsələdə azərbaycanlı izi görməyə çalışır .....                     Kremldən Bakıya açıq təhdid: Rusiya nədən qorxur? .....                     “Yaxşı arvad olun ki, əriniz gəzməsin” .....                     Azərbaycana qarşı köhnə iftira: Bakıdan tutarlı cavab .....                 

BƏS 50 MİLYON MANAT HARA GETDİ?!
Tarix: 15-10-2012, 10:20 | Çap et
BƏS 50 MİLYON MANAT HARA GETDİ?!
BAŞ REDAKTORDAN ŞOK İTTİHAMLAR GƏLDİ

Ötən əsrin 90-cı illərinin əvvəlləridə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində 7 min nəfərə qədər işçi vardı. Müəssisənin 1 il ərzində istehsal etdiyi parçanın uzunluğu isə Yer kürəsinin diametrinə - 40 min km.ə bərabər olmuşdu! O vaxtlar Azərbaycanda hər barama mövsümündə 150 mindən artıq kəndli ailəsi ipək qurdu bəslənməsi və barama istehsalı ilə məşğul idi və respublika üzrə il ərzində 5-6 min ton barama istehsal edilirdi. Amma maraqlıdır ki, o vaxt dövlət təbii ipəkdən heç bir qazanc götürmürdü, əvəzində hazır məhsulu maya dəyərindən 2 dəfə ucuz qiymətə satırdı. Məsələn, kəlağayı dövlətə 20 manata başa gəldiyi halda onun satışı 10 manata idi. Buna baxmayaraq sovet hökuməti ipəkçiliyi nəinki ləğv etmək fikrində deyildi, əksinə, hər il təbii ipək və təbii ipək parça və s. bu kimi məhsulların istehsalını daha da artırmağa çalışırdı. Burada əsas məqsəd iş yerlərinin olması, əhalinin məşğulluğu idi. Dövlət təbii ipək parça və s. bu kimi məhsulların istehsalında itirdiyi pulları süni ipək liflərdən toxunan parçanı maya dəyərindən 10 dəfə baha qiymətə satmaqla, artıqlaması ilə geri götürürdü. Yeri gəlmişkən, o vaxtlar mərkəzi hökumət Şəki üçün süni ipək liflərin verilməsində “xəsilik” edirdi. Belə ki bu liflərdən hazırlanan parça maya dəyərindən 10 dəfə baha satıldığından və süni ipəkdən hazırlanan parça müəssisəyə çox böyük gəlir gətirdiyindən, mərkəzi hökumət Şəki İstehsal İpək Birliyinin süni ipək lif limitini azaldıb, bizim payımızı Rusiya, Ukrayna, Belorusiyadakı toxuculuq müəssisələrə verməyə çalışırdı. Niyə ki, slavyan respublikalarındakı toxuculuq müəssisələri daha çox gəlirlə işləsinlər, Şəki SSRİ-nin ucqarıdır, burada fəhlə 100-150 manat da ala bilər. Belə halda, “İpəkçi” qəzeti baş səhifəsində əmək qabaqcıllarının imzası ilə SSRİ Yüngül Sənaye Nazirliyinə Açıq məktub dərc edilirdi; göstərilirdi ki, bu il bizim süni ipək lif limitimiz azaldılıb, bu isə filan qədər dəzgahın boş dayanması deməkdir. İndiki dövrdə qəzetdə nə qədər Açıq məktub yazırsan yaz, mindən birinə baxacaqlar, ya yox. O vaxt isə hara yazırsan, yaz, bütün məktublara reaksiya var idi. Eləcə də bizim SSRİ Yüngül sənaye nazirliyinə ünvanlandığımız məktuba da dərhal nazirliyin kollegiya iclasında baxılırdı və Şəki İpək İstehsal Birliyinin süni ipək limiti artırılırdı. Buna görə hətta bir dəfə Azərbaycanın o vaxtkı rəhbəri Kamran Bağırov bizə təşəkkür də etmişdi və vurğuladı ki, “mən edə bilməyən işi siz edə bildiniz” – yəni demək istəyirdi ki, mən xahiş elədim limiti artırmadılar, siz isə xahiş etdiniz artırdılar. Nə isə...

SSRİ-nin dağılmasından sonra “Şəki “İpək” şirkəti” adlandırılan keçmiş Şəki İpək İstehsal Birliyi post-sovet məkanındakı potensial müştərilərini itirməyə başladı. 1994-cu ildə isə Rusiyaya mal satmaq qadağan edildi, deyirdilər Azərbaycanın guya Rusiyaya borcu var, onlar sizə pul verməyəcəklər, əvəzində hansısa bank hesabından - Azərbaycanın borcundan çıxacaqlar?! Daha sonra enerjidaşıyıcılarının qiyməti dəfələrlə qaldırıldı və bunun müqabilində müəssisəyə dövlət tərəfindən heç bir kompensasiya verilmədi. Sonra isə elektrik təchizatında uzunmüddətli dayanmalar başladı. Təbii ki şam işığında heç nə istehsal etmək mümkün deyil. Nəticədə 1995-ci ildə Şəki İstehsal İpək Birliyi və onun şəhərdəki 4 filialının iş ahəngi dayandı. Respublikada ipək qurdu bəslənməsi və barama istehsalı da sıfıra düşdü.

1998-ci ildə Şəki “İpək” şirkətinin yerində “Şəki-İpək” ASC təsis edildi.

Bu illərdə iş adamı Tehran Lətifov ipəkçiliyi bərpa etməyə cəhd edirdi; xaricdən barama toxumu gətirib kümdarlara paylayırdı, sonra baramanı onlardan satın alırdı... Lakin Şəkidə baş vermiş 2000-ci il 20 noyabr hadisələrində T.Lətifov “günahkar” hesab edildikdən və həbsə atıldıqdan sonra ipəkçiliyin bərpası istiqamətində onun görmək istədiyi işlər yarımçıq qaldı.

Bundan 1 il sonra ipəkçiliyin bərpası üçün prezident səviyyəsində qərar qəbul edildi və prezidentin ehtiyat fondundan işləməyən Şəki “Şəki-İpək” ASC-nin işləməsi üçün maliyyə yardımı ayrıldı. Şirkətin məsul vəzifəli şəxslərindən biri o dövrü belə xatırlayır: “Allah rəhmət eləsin Heydər Əliyevə,– o, pul ayırdı, hamımız böyük ruh yüksəkliyi ilə işə başladıq. O zaman müəssisənin rəhbəri “Boss” ləğəbli rəhmətlik Əlövsət idi, cəmi 6 ay işlədi, biz gördük ki, o vaxtkı icra başçısı Əşrəf Məmmədov “dişlərini qıcayıb” rrezidentin ehtiyat fondundan ayrılmış pulu güdür, başa düşdük ki, bu pulu yeyəcəklər, ona görə Əlövsətin yerinə daha qətiyyətli və təcrübəli olan Sabiq İmanovu otuzdurdur. Sabiq İmanov işə başlayanda gördü ki, prezidentin fondundan ayrılmış pulun artıq bir qismi mənimsənilib! Bu arada MTN-dən də böyük təzyiqlər başladı. Dedilər, elə edin ki prezidentin ayırdığı pulun mənimsənilməsi bilinməsin. Yoxsa sizin hamınızı – bütün mühəndis-texniki işçiləri həbs edəcəyik. Bizə hədə-qorxu gəlirdilər. S.İmanov bu pulu zorla ört-basdır edə bildi, hamını çağırıb vəziyyəti başa saldı, işçilərə maaş yazdırdı, guya maaş alıblar… Sabiq İmanov Bakıya gedəndə xidməti maşını ilə getmirdi, deyirdi Qaz-24 çox pul aparır, ondansa bilet alıb avtobusla getmək daha sərfəlidir. Yəni, hər şeyə qənaət edirdi, israfçılığa yol vermək istəmirdi. O, Tahir Məmmədov, rəhmətlik Sabir Kərimov gecələr evə gəlmirdilər, kəndləri evbəev gəzirdilər, camaatı barama becərməyə razı salırdılar, məsləhətlər verirdilər. Məhz bu fədakar adamların sayəsində qısa bir müddət ərzində – cəmi 3 ilə, barama istehsalı 133 tona çatdı! Hələ istəyirdik ki, 200 ton barama götürək. Müəssisədə işçilərin sayı isə 2000-nə çatmışdı. Lakin bu arada qəfildən haradansa “Pərvanə” MMC peyda oldu, bu rəsmən Xəqani Bəşirova məxsusdur, lakin biz Xəqani Bəşirov-zad tanımırıq, oralarda ən çox get-gəl edən Dünyamin Xəlilov idi, bu ya Xəqani Bəşirovun ortağıdır, ya da “Pərvanə” MMC-nin əsil sahibi. “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətinin səhmləri üzrə investisiya müsabiqəsində “Pərvanə” MMC müəmmalı şəkildə qalib elan edildi və bundan sonra müəssisəyə sahiblik etməyə başladı. Əvvəlcə ipəkçilikdən heç bir anlayışı olmayan Elman Qarayev adlı şəxs ASC idarə heyəti sədri təyin edildi.

Sabiq İmanov cəmi 3-il şirkətə rəhbərlik etmişdi, nəticələr də əla idi, müəssisənin 1 qəpik də borcu yox idi, burada 2000-nə yaxın işçi var idi. O, prezidentin ehtiyat fondundan ayrılmış pulu Azərbaycan Beynəlxalq Bankına yox, Dəmiryol Bankına qoyanda, bu, Beynəlxalq Bank rəhbərliyində təmsil olunan bəzi şəxslərin xoşuna gəlməmişdi, hansılar ki müəssisə özəllədirildikdə onların “Pərvanə” MMC-si bura sahib olmuşdu. Sabiq İmanovun yerinə Elman Qarayevin keçməsindən sonra isə o, hələ bir müddət baş mühəndis vəzifəsini icra etdi. Elman Qarayev “Şəki-İpək” ASC idarə heyəti sədri təyin edəndə ona göstəriş vermişdilər ki, birinci növbədə Sabiq İmanovu müəssisədən uzaqlaşdırsın. Lakin Sabiq İmanov öz ərizəsi ilə vəzifədən getdi. Məsələ belə oldu: Elman Qarayev 2004-cü ildə rəhbərliyə gələn kimi müəssisəyə Beynəlxalq Bankdan kreditlər axmağa başladı. Ona qədər müəssisənin 1 qəpik də borcu yox idi. Dedilər baramanı gedib Özbəkistandan alacağıq, “pul bizdə, bir də ingilisdə”. Birinci partiya Özbəkistandan “çerez” Qırğızıstan 300 ton barama gətirildi. Bu iş bəzi adamlar üçün o qədər “yağlı tikə” oldu ki, ondan sonra yerlərdə barama istehsalına, ümumiyyətlə, diqqət yetirmədilər, hər şeyi başlı-başına buraxıldı. Hə, xaricdən gətirilən barama müəssisənin anbarlarına boşaldılanda baş mühəndis Sabiq İmanov diqqət yetirdi ki, kisələrin heç birinin çəkisi düz deyil, hətta kisələrin hamısının içindən kərpic-zad da çıxır. Elman Qarayev isə buna heç də təəcüblənmir, deyir get öz işinlə məşğul ol, sənə nə çəki düzdür, ya düz deyil”?! Rəhmətlik Sabiq İmanov isə cavab verir ki, “necə yəni “sənə nə”, mən baş mühəndisəm, hər kisədə 3-4 kq əskik varsa mən bunu kimin ayağına yazmalıyam, əgər məni təhqir etsəydiniz, mən buna dözərdim, belə şeyə isə dözə bilmərəm?! – və elə o saat ərizəsini yazıb işdən çıxır. Deyirlər ki Elman Qarayev 1-2 il sonra müəssisəni saldığı bərbad vəziyyətə görə ASC idarə heyəti sədrliyindən uşaqlaşdırılanda, vaxtilə, Sabiq İmanovun getməsinə yol verməklə böyük səhv etdiyini başa düşmüş və həm də etiraf etmişdir ki, əslində Sabiq İmanovun müəssisədən uzaqlaşdırılmasını ona əvvəlcədən tapşırımışdılar.

Elman Qarayevin yerinə isə özbəklər gəldilər. “Marat Sultanoviç” kimi tanınan Marat Əkbərov ASC idarə heyəti sədri oldu. O, təbiətən mülayim xarakterli, xeyirxah bir şəxs idi. Lakin deyilənə görə, Marat Sultanoviç əslində 2-ci, 3-cü dərəcəli bir şəxs olub. Əsas fiqurlar onun arxasında gizlənmişdi. Onlardan biri isə “Kərimov” familiyalı bir özbək idi – Özbəkistanın kriminalı kimi tanınırdı, 2 arvadı vardı, hər arvad üçün Şəkidə bir ev kirayə etmişdi, onun 1 evinin aylıq işıq pulu 300 manata çatırdı, bu pul da müəssisə tərəfindən ödənilirdi. Özbəklərin dövründə fəhlələrin maaşı indiki kimi 100 manatdan çox deyildi, əlacları olsaydı bir az da aşağı maaş verərdilər, amma özləri – yəni Marat Sultanoviçlə gələn 10-15 nəfər mütəxəsisin hər biri 7-8 min manat maaş almışdı. Üstəlik onların komunal xərcləri, mənzillərinin kirayə haqqı da müəssisə hesabına ödənilirdi. Özbəklərin dövründə müəssisənin kredit borcu 50 milyona çatdı. Yerlərdə barama istehsalı sürətlə endi”.

Bu arada isə Özbəkistan Azərbaycana barama ixracına qadağa qoydu, nəticədə xam malın olmaması səbəbi ilə müəssisənin Baramaaçan istehsalatının işi 18.03.2011-tarixən etibarən dayandı, hansı ki burada ən azı 300 nəfər işləyirdi. Nəhayət, özbəklərin “missiyası” başa çatdı, onlar hamısı 1 günün içində nəinki ASC-dən, hətta Azərbaycanda belə uzaqlaşdırıldı. 15.07.2011-ci il tarixdə “Şəki-İpək” ASC odarə heyətinin iclasında Dünyamin Xəlilov, hansı ki onun bu müəssisəyə investorluq edən – yəni sahiblik edən, “Pərvanə” ASC-nin sahibi olub-olmaması barədə yuxarıda bir-iki kəlmə yazdıq, Azad Şıxəliyev adlı bir şəxsi, hansı ki ipəkçilik və toxuculuq sənayesi üzrə anlayışı yoxdur, onu idarə heyətinə sədr təyin etdi?!

Maraqlıdır, nə baş verir?! 2001-ci ildə müəssisə Prezidentin ehtiyat fondundan ayrılmış vəsaitlə, özü də indikilərlə müqaisədə çox cüzi görünən bir məbləğdə pul yardımı ilə işə düşür, sovet dövründə yetişmiş mütəxəssislərin fədakarlığı sayəsində cəmi 3 ilə barama istehsalı 0-dan 133 tona çatır, müəssisədə 2000 min nəfər işlə təmin olunur, bu an isə hardansa “Pərvanə” MMC peyda olur, müəssisəyə sahiblik eləməyə başlayır, MTN-nin birbaşa təzyiqiylə bütün mütəxəssislər müəssisədən uzaqlaşdırılırlar, rəhbərliyə bu sahə üçün naşı adamlar gətirilir, müəssisə 50 milyonluq kreditin altına girir, onun isə heç bir faydası olmur, işçilərin sayı 4 dəfə azalır, maaşlar qul əməyinə münasib - 100 manat civarında qalır, barama istehsalı 133 tondan 8 tona düşür. Bəs 50 milyon hara getdi?!

Ona da diqqət yetirməliyik ki, bu heç də adi bir borc deyil, bu kredit borcudur! – yəni illik faizi də var, ən aşağı faizin isə 10 olduğunu nəzərə alsaq, deməli müəssisənin kredit borcundan bu il heç nə ödənilməsə, gələn il o, 500 min manat da artacaqdır. Onu da qeyd etməliyik ki, müəssisəni bu borca salanlardan heç biri cibindən bir qəpik də çıxarıb ödəməyəcək. Məsələn, sabiq idarə heyəti sədri Elman Qarayev indi “Gələsən-Görəsən” isirahət mərkəzininin sahibidir və orada uğurlu bizneslə məşğuldur. Ondan sonrakı sədr Marat Əkbərov isə yəqin ki Özbəkistanda şad-xürrəm həyat sürməkdədir. Müəssisənin adına Beynəlxalq Bankdan pul götürmək hüququ olan və 50 milyon manat götürən investorun – “Pərvanə” MMC-nin isə adı indi heç yerdə çəkilmir, onun rəsmi sahibi Xəqani Bəşirovdan pul-zad istəyən olacaqmı?! Bəlkə Xəqani Bəşirovun ortağı, yaxud nümayəndəsi Dünyamin Xəlilov əlini cibinə salıb borcun bir hissəsini verəcək? Yox, əlbəttə ki yox! Onlar hara ediblər, necə ediblər, necə yeyiblər, ya israf ediblər, dəxli yoxdur, bu pulu axırda Şəki fəhləsi verməlidir, əlbəttə ki əgər müəssisəni sökməsələr və torpağını da satmasalar! İş olsa, fəhlənin canı çıxıb bu pulu ödəməlidir! Yəni fəhlə 500 manat əvəzinə, 100 manata işləməlidir, necə ki elə indi də belə işləyir. Çünki, neçə-neçə il əvvəl, fəhlə hələ işləməmişdən, tufeyli ağalar fəhlənin iş yeri kimi zəhmət haqqını "qumar"a qoymuşlar, başqa sözlə müəssisəni girov qoyub bankdan pul götürüblər və dağıdıblar, indi isə fəhlənin maaşı ilə faiz verirlər!

Aydın Məmmədov
"İpəkçi" qəzetinin baş redaktoru










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gömrük Komitəsinin şöbə rəisi 8 il 6 ay müddətə azadlıqdan məhrum edildi - QƏRAR
Bu gün, 15:32
“Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB – “Günü falçılarda keçir”
Bu gün, 13:06
Səfərbərlik Xidməti bu işlərə 600 min sərf edəcək - QSC-nin nazirə məxsus olduğu bildirilir
Bu gün, 13:04
“İrşad” gömrük qaydalarını pozur
Bu gün, 13:02
Ukraynada Trampa və ABŞ-yə etimad azalır
Bu gün, 12:59
Teatrın rəhbərliyi baş mühasibə tapşırıldı
Bu gün, 12:53
İran müharibə planı hazırlayıb: - KİMİ VURACAQ?
Bu gün, 12:52
"Bakı Metropoliteni" texniki yenilənməyə 1,1 milyon manat ayıracaq - TENDERLƏR
Bu gün, 12:49
Toyda mahnı üstündə dava: Müğənni və qardaşı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 12:39
Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi - MƏQALƏ
Bu gün, 12:34
Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi - İsrafil Kərimovun yazısı
Bu gün, 12:31
Röya Baləlinin mahnısını oxudu - VİDEO
Bu gün, 12:28
Qazinin pulunu kim kəsib? - ETİRAZ
Bu gün, 12:25
Bu ərazilər Azərbaycana qaytarılır: - Ermənilər XƏRİTƏ yaydılar
Bu gün, 12:22
Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət - Həbs olundu
Bu gün, 12:19
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:15
Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi - 202 minlik iddia
Bu gün, 12:12
SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
Bu gün, 12:07
“Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...”
Bu gün, 12:03
“Bakılı Qız” dondurmasında TƏHÜLKƏ VAR... - BU NƏDİ BELƏ...
Bu gün, 11:55
Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” - İLGİNC
Bu gün, 11:43
Ermənistanı salamat saxlamaq üçün indiki kimi şansımız olmayıb - Paşinyan
Bu gün, 11:41
Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi - TƏFƏRRÜAT
Bu gün, 11:37
Vüqar Qurbanov ad günü şənliyi keçirən şöbə müdirini İŞDƏN QOVDU
Bu gün, 11:35
FHN-ə maşın satmaq istəyən 3 şirkət tapılmadı - 827 MİNLİK TENDER LƏĞVƏ GETDİ
Bu gün, 11:31
Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu - belə deyirlər...
Bu gün, 11:28
Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub
Bu gün, 11:25
Direktor məktəbi RƏSMƏN QARƏT EDİBMİŞ... - ŞOK FAKTLAR
Bu gün, 11:21
İranın bitməyən Zəngəzur xofu - Xamneyinin adamı nəyin mesajını verir?
Bu gün, 11:14
Amerikada siyasi böhranın başlanğıcı: - texnoloji oliqarxiya hərəkətə keçib
Bu gün, 11:08
Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
Bu gün, 11:04
Naxçıvan Həmkarlar İttifaqları Şurası milyonlarla vəsaiti mənimsəyir - HƏM DƏ BY YOLLA...
Bu gün, 11:03
Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib
Bu gün, 10:58
İrəvanda "dövlət naziri" peyda oldu: - Ermənistan saxtakarlığı davam etdirir
Bu gün, 10:56
Əmək müqaviləsi ləğv olunan neftçilər... - Ekspert danışır...
Bu gün, 10:47
Rusiyanın ABŞ-dəki səfiri Trampla görüşüb
Bu gün, 10:42
Bəziləri bu məsələdə azərbaycanlı izi görməyə çalışır - Paşinyan
Bu gün, 10:38
Kremldən Bakıya açıq təhdid: Rusiya nədən qorxur? - NƏ BAŞ VERİR?
Bu gün, 10:36
“Yaxşı arvad olun ki, əriniz gəzməsin” - Ofeliya Şabanova
Bu gün, 10:29
Azərbaycana qarşı köhnə iftira: Bakıdan tutarlı cavab - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:12
Kişi arvadının adına kredit və borca götürdüyü pulu ödəmədi, sonra onu döydü - TƏFƏRRÜAT
Bu gün, 10:09
Süni intellektin Bibliyanın müəllifi ilə bağlı təhlilinə Katolik Kilsəsindən REAKSİYA
Bu gün, 10:07
Kəmaləddin Heydərovun nəzarətində olan idarə 827 minlik avtomobil almaq istədi, baş tutmadı
Bu gün, 10:01
Fuad Nəcəfli Bəxtiyar Əsgərovu özünə müşavir təyin edir? - İDDİA
Bu gün, 09:56
Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:49
Paşinyan Bakının bu tələbini yerinə yetirməyə hazırdır - Tarasov
Bu gün, 09:45
“Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” - FOTO
Bu gün, 09:44
“Uşaqlarla peşəkar əlaqə” adlı multidissiplinar konfrans keçirilib
Bu gün, 09:41
Paşinyan tapşırıq verdi: “Təzyiq edin!” - “Hraparak”
Bu gün, 09:37
"Fərhad Bədəlbəyli qohum olsa da dəstəyinə ehtiyacım olmayıb" - "Cənab leytenant"-ın qadın ifaçısı
Bu gün, 09:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru