Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                     Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                     Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub .....                     Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? .....                     Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... .....                     Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı .....                     Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... .....                     Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı .....                     Siraqəddin Cabbarov onu işdən çıxardı .....                     Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb .....                     Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama .....                     Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” .....                     Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı .....                     General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular .....                     “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” .....                     Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" .....                     Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi .....                     Ayda 925 manata kim ev ala bilər? .....                     İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib .....                     Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik .....                     Azərbaycan səhiyyəsi ÇALXALANIR .....                     Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş .....                     Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir .....                     Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir .....                     Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb .....                     Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq .....                     İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA .....                     İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi .....                     Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib .....                     XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi .....                     Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? .....                     Danışıqlara da, müharibəyə də hazırıq .....                     Evlərə "kupça" veriləcək: Əfv gəlir .....                     İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək .....                     “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb .....                     Azərbaycan insanı çox yemir, bahalı yeyir .....                     Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib .....                     Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... .....                 

Bizə qələbimizi tərənnüm edəcək filmlər lazımdır - Əli İsa Cabbarov
Tarix: 13-11-2025, 06:15 | Çap et

“Aəə, ay camaat, bu kino ki var, çox qəliz məsələdi. Həm qəlizdi, həm də vacib!” Kino haqqında “Bəyin oğurlanması” filmində səslənən bu ifadədən daha dəqiq tanıtım varmı, yoxmu, bilmirik, amma kinomuzun taleyi həqiqətən də qəlizləşib. Bu səbəbdən ki kinomuza vəsait ayrılmayacaq daha.

Bunu millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında bildirib. "Gələn ilin büdcəsindən kinoya vəsait ayrılmayıb. Bunun səbəblərini bilmirəm. Azərbaycanın gözəl, dünyaya səs salan film nümunələri var. Belə halda kinoya heç bir vəsait ayrılmamağı düzgün deyil. Vəsaitin olmaması ora gətirib çıxaracaq ki, kinodakı mütəxəssislər iş yerlərini tərk edəcəklər. Nəticədə kinomuz inkişaf edə bilməyəcək”.

Deyəcəksiz ki, indiyədək vəsait ayrılmışdı, guya nə oldu, hansı əsaslı, monumental iş görüldü, dünya qalsın bir tərəfə, regiona səs salan film ortaya qoyuldu?! Kino sahəsində çalışanlar gah maliyyə azlığından, gah diqqətsilzikdən, gah şəxsi maraqların önə çıxmasından v sair. və ilaxır gileyənirlər daim. Son 10-15 ildə əlbəttə, yeni filmlər çəkilib. Festivallara aparılan, uğur qazananlarb da olub. Amma onları çox az tamaşaçı seyr edib ölkədə. Mədəniyyətə ümumən maraq azdır, ondan. Kino mərkəzlərinə (kinoteatr ismi çoxdan köhnəlib) gedənlər bəlli bir təbəqədir, efirlərimizdə üstünlük ağlaşmalara, manıs tayfasınadır. Təqvimdəki bir neçə əlamətdar gündə milli kinomuzun inciləri nümayiş olunur. Onlar da təkrarlardır. O dərəcədə ki, frazaları əzbərləmişik artıq. Belə vəziyyətdə kinoya dövlət büdcəsindən maliyyə ayrılmaması bir tərəfdən əsaslı görünə bilər. Amma nəzərə alsaq ki, geri qalan, inkişafı gözə dəyməyən, hiss olunmayan sahə təkcə kino deyil, kinomuz niyə gözdən iraq düşür, kinomuzun başında niyə çatlayır bu, sual doğurur.

Rejissor, ssenari müəllifi, prodüser, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov “Şərq”ə açıqlamasında vacib məqamlara toxundu:

- Maliyyə Nazirliyinin arqumenti budur ki, 2024-cü ildə ayrılmış vəsaitin 41 faizi xərclənib. Bu məsələni biz dəfələrlə qaldırmışıq ki dövlətin ayırdığı vəsait xərclənmmir, səbəb də budur ki layihə müsabiqələri gec-gec keçirilir, ssenari müsabiqələrinin qaliblərinə diqqət ayrılmır. Biz Kinematoqrafçılar İttifaqı olaraq hər il ssenari müsabiqələri keçiririk, amma aidiyyətli qurumlar - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi qalib ssenarilərlə maraqlanmır, diqqət ayırmırlar. Kino Agentliyi 2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” üzrə cəmi 2 müsabiqə elan etmişdi. Bu azdır. İl ərzində heç olmasa 3-4 layihə müsabiqə keçirilməlidir. Maliyyə Nazirliyinin mövqeyində məntiq var, amma bu, kinonun maliyyələşməsinin dayandırılımasına səbəb olmamalıdır. Kino ideoloji sahədir. Bizə Vətən müharibəsindəki qələbimizi tərənnüm edəcək filmlərin çəkilməsi lazımdır, biz bu mövzunu kinoda kifayət qədər ifadə etməmişik. Uzaq, yazın tariximizlə bağlı çəkiləsi 10-larla, 100-lərlə mövzular qalıb, onlar ekranlaşdırılmalıdır. Buna böyük ehtiyac var. Bundan başqa gənclərin milli-mənəvi tərbiyəsi istiqamətində filmlər çəkilməlidir, animasiyamız inkişaf etməlidir. Bunlar ehtiyac duyulan, vacib sahələrdir. Ona görə də dövlət tərəfindən maliyyələşmə dayanmamalıdır. Eyni zamanda maliyyələşməyə nəzarət artırılmalıdır. Kino sahəsində kadr siyasətinə diqqət artırılmalıdır. Mədəniyyət və İncəsənət İnstitunun formalaşdırdığı kadrlar və yaxud da kino sahəsində formalaşmış kadrlar təəssüf ki, inzibati vəzifələrə təyin edilmir, onların öz bacarıqlarını realizə etməsinə şərait yaradılmır. Bu sahəyə cəlb edilən şəxslər kinoya kənardan gəlmiş adamlardır. Problemlərin həlli üçün, kinomuzun inkişafı naminə maliyyə vəsaiti dayandırılmamalı, vəsaitlərin doğru istiqamətdə xərclənməsinə nəzarət artırılmalı, inzibati vəzifələrə kinoya bələd adamlar gətirilməlidir.

Ə.İ.Cabbarov film istehsalına özəl sektorun qoşulması iddialarına cavabında isə bildirdi ki, özəl sektor təkbaşına bu işi bacarmaz:

- Özəl sektorda 2024-cü ildə 20 tammetrajlı film istehsal olunub. Yatırım olub təxminən 1-2 milyon manat civarında. Özəl filmlər az büdcə ilə istehsal edilir; 100-200 minlə. Özəl prodüserin gördüyü iş çox böyükdür. Amma onlara da kömək lazımdır. Dövlət vəsaiti ilə birgə istehsal olunsa, özəl sektorun da işi yüngülləşər. Özəl sektora ünvanlı güzəştlər olunmalıdır. Belə olarsa özəl studiyalar da inkişaf edər. Vətənpərvər, tarixi filmlər çox xərc tələb edir. Kütləvi səhnələr, döyüş səhnələri, tarixi məkanlarda çəkiliş, böyük aktyor heyəti, dekorasiyalar... bunlar hamısı böyük malyyə vəsaiti tələb edir. Özəl studiyaların bunun üçün imkanları məhduddur. Vətənpərvər mövzulu, tarixi filmlər adətən dövlət sifarişi ilə çəkilir. Dövlət tərəfindən özəl studiyalara da maliyyə yardımı edilir, birgə istehsal ərsəyə gəlir. Özəl studiyaların canlanması üçün onlara kömək, dəstək lazımdır. Birgə iş, birgı istehsal olmasa, bu işlər alınmaz.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Bu gün, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Bu gün, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Bu gün, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Bu gün, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Bu gün, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Bu gün, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Bu gün, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Bu gün, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Bu gün, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Bu gün, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Bu gün, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Bu gün, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Bu gün, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Bu gün, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Bu gün, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Bu gün, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Bu gün, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Bu gün, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Bu gün, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Bu gün, 16:29
Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Bu gün, 16:27
Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Bu gün, 16:24
Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Bu gün, 16:21
Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Bu gün, 16:19
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Bu gün, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Bu gün, 16:05
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Bu gün, 16:03
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Bu gün, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Bu gün, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Bu gün, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Bu gün, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Bu gün, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Bu gün, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Bu gün, 15:11
“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 15:08
Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Bu gün, 15:05
Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Bu gün, 15:01
Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Bu gün, 14:59
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru