"Şou biznes nümayəndələri hərbi formadan istifadə edərkən... Azərbaycan Respublikasının qanununu da unutmasınlar"
Tarix: 22-03-2024, 11:36 | Çap et
 Vətən müharibəsinin şəhid mayoru Vüsal Vəliyevin qardaşı, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu Xalq artisti Aygün Kazımovanın açıq-saçıq hərbi geyimdə səhnəyə çıxmasına münasibət bildirib.
E.İslamoğlu Pravda.az-a açıqlamasında deyib ki, müğənnilərin, bəzi şou biznes nümayəndələrinin, məşhur şəxslərin tez-tez hərbi geyim formasından istifadə etmələri qəbuledilməzdir:
"Çünki hərbi geyim Vətən müharibəsindən sonra bir növ müqəddəsləşib. Biz 3 mindən çox şəhid vermişik və onların hər biri hərbi geyimdə şəhid olublar. Hərbi geyimin üzərində şəhidlərimizin, qazilərimizin qanı var. Biz o qan sayəsində torpaqlarımızı işğaldan azad etmişik. Buna görə də şou biznes nümayəndələri hərbi formadan istifadə edərkən Azərbaycan Respublikasının qanununu da unutmasınlar. İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən, hərbi və xüsusi geyim formalarını qanunsuz daşımağa görə inzibati xətanın obyekti olmuş şəxslər hərbi və xüsusi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək cərimə olunacaqlar. Düzdür, elə şəxlər var ki, onlar üçün bu məbləğ çox kiçikdir, rahatlıqla cəriməni ödəyə bilərlər. Düşünürəm, gələcəkdə hərbi formadan istifadəyə görə daha sərt cəzalar verilməlidir. Hərbi formadan don tikdirənləri sərt şəkildə qınayıram. O forma əsl kişi geyimidir. Bu geyimi daşıyan xanım hərbçilərimiz də elə əsl kişi qeyrətli, mərd xanımlardır. Amma onlar hərbi xidmətdə bunu don formasında geyinmirlər. Tez-tez rast gəlirəm, hərbi geyimi don şəklinə salıb geyinir, hətta gəlinlik kimi istifadə edirlər. Bu, qətiyyən yolverilməzdir. Yaxşı olar, şou biznes nümayəndələri, məşhurlar öz vətənpərvərliklərini başqa geyimlərdə nümayiş etdirsinlər. Əgər özlərini doğrudan da vətənpərvər kimi göstərmək istəyirlərsə, zamanında - həm müharibə dövründə, həm də müharibədən sonra öz övladlarını döyüş bölgəsində hərbi xidmətə göndərərdilər. İndi də Orduya yüksək miqdarda yardım edərdilər. Hazırda xeyli qazimiz, müharibə iştirakçımız var ki, çətin vəziyyətdə yaşayırlar, ailə, sağlamlıq problemləri mövcuddur. Bütün bunların hamısını dövlət həll etməli deyil. Yaxşı olar ki, belə vətənpərvər müğənnilərimiz hərbi formada vətənpərvərlik göstərmək əvəzinə Vətən müharibəsi iştirakçılarına, onların övladlarının gələcəyinə dəstək olsunlar. Bax, onda biz onları alqışlayarıq. Hərbi formadan qanunsuz istifadə edirlərsə, hər biri ən sərt şəkildə cəzalandırılmalıdırlar. Bir müddət öncə hərbi geyimlərlə bağlı sui-istifadə halları azalmışdı. Amma deyəsən, son zamanlar bu mövzu yenidən gündəmə gəlir. Ümumiyyətlə, hərbi geyimdən istifadə qanunla tənzimlənir. Hərbçi olmayanların, hərbi xidmət göstərməyənlərin hərbi geyimdən istifadə etmələri, sui-istifadə hallarına yol vermələri yolverilməzdir. Əvvəllər bu kimi hallara tez-tez rast gəlirdik. "Hərbi formanın daşınması haqqında" qanunumuz var. Hərbi xidmətdə olmayan şəxslər yalnız o zaman hərbi geyimdən istifadə edə bilərlər ki, Ordudan təxris edilərkən ona bu barədə icazə verilsin. Həmin icazə hərbi biletdə öz əksini tapmalıdır. Əgər hərbi biletdə yazılmayıbsa, Ordudan təxris edilənlər də hərbi geyim geyinə bilməzlər. Bundan əlavə, hazırda hərbi xidmətdə olan şəxslərin hərbi geyimi daşımaq hüquqları var. Müharibədən sonra qazilərimiz də hərbi geyimdən istifadə edirlər. Düşünürəm, gələcəkdə bu da qanunla tənzimlənəcək. Yəqin ki, hərbi biletində buna icazəsi olmayan qazilər də zamanla hərbi geyim geyinə bilməyəcəklər".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azneft” İstehsalat Birliyi cərimələnə bilər
Bu gün, 18:05 |
|
|
|
• Fətulla Mustafayev NQS işçilərindən pul yığır – Hüquq müdafiəçisi
Bu gün, 18:00 |
|
|
|
• Avropa Rusiyaya qarşı əlavə sanksiyalar haqqında düşünür
Bu gün, 17:58 |
|
|
|
• Paşinyan Qarabağ klanına qarşı HƏRƏKƏTƏ KEÇİR
Bu gün, 17:52 |
|
|
|
• “Dağ boyda qardaşı torpağa şəhid verdim ki, kimsə gəlib...” - Şəhid qardaşından ETİRAZ
Bu gün, 17:46 |
|
|
|
• Pezeşkian və Paşinyandan Əliyevin təklifinə dəstək: - Hazırıq
Bu gün, 17:42 |
|
|
|
• Rəqsanənin səhhətində problemlər var – Vəkil
Bu gün, 17:39 |
|
|
|
• AZƏRİQAZ LƏĞV OLUNUR? - NHMT-dan MÜHÜM ARAYIŞ
Bu gün, 17:37 |
|
|
|
• Ruslar bizi HARDAN... HARAMIZDAN vura bilərlər... - DİQQƏT!
Bu gün, 17:33 |
|
|
|
• Şərurlu İsfandiyar işi dayandırdı: Min nəfər işsiz qaldı - TƏFƏRRÜAT
Bu gün, 17:13 |
|
|
|
• "Onları Şəhidlər xiyabanında dirəyə bağlamaq lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 17:05 |
|
|
|
• Mən Prezident olduğum müddətdə ABŞ qoşunları Ukraynaya göndərilməyəcək - Tramp
Bu gün, 17:01 |
|
|
|
• Krımın Ukrayna qaytarılması və Ukraynanın NATO-ya üzv olması mümkün deyil - ABŞ lideri
Bu gün, 16:54 |
|
|
|
• Ukrayna çoxlu ərazi qazanacaq - Tramp
Bu gün, 16:49 |
|
|
|
• İranı həyəcanlandıran siyahı: düşmənin dövlət sirri ələ keçdi – Tək şərt var
Bu gün, 16:41 |
|
|
|
• Müğənni Rəqsanə İsmayılovanın apellyasiya şikayətinə baxılacaq
Bu gün, 16:37 |
|
|
|
• Şair Məmməd İsmayıl vəfat edib
Bu gün, 16:36 |
|
|
|
• Daha bir əməliyyat rəzaləti: Xəstənin çılpaq görüntüləri yayıldı - VİDEO
Bu gün, 15:35 |
|
|
|
• Sülh göyərçinləri uçurdan bir dövlət kimi görünməkdənsə, güclü olmağın tərəfdarıyam - Tural Abbaslı
Bu gün, 15:29 |
|
|
|
• “Tramp marşrutu”nun təhlükəsizliyini kim TƏMİN EDƏCƏK... - Paşinyan AÇIQLADI
Bu gün, 15:27 |
|
|
|
• Bakıda cütlük nişan günü ayrıldı - Film kimi məhkəmə
Bu gün, 15:19 |
|
|
|
• İmamoğlu həbsxanadan MÜSAHİBƏ VERDİ: - Onun prezidentliyə namizədliyini DƏSTƏKLƏDİ
Bu gün, 15:13 |
|
|
|
• Ukrayna qüvvələri Rusiyanın yanacaq qatarını məhv edib
Bu gün, 15:04 |
|
|
|
• Neft işçiləri ETİRAZ edir: Yeni sədrin QANUNSUZ əməlləri - SKANDAL MƏLUMATLAR
Bu gün, 14:56 |
|
|
|
• Netanyahu Avstraliyanın Baş nazirini zəif siyasətçi adlandırıb
Bu gün, 14:50 |
|
|
|
• Üçüncü qüvvələrin sərhədlər yaxınlığında olması ilə bağlı narahatlığımız aradan qaldırılmalıdır - İran Prezidenti
Bu gün, 14:45 |
|
|
|
• Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib - TƏFƏRRÜAT
Bu gün, 13:38 |
|
|
|
• Ağ Evdə Ukrayna müzakirələri: - "Mən hamını sevirəm, rusları da"
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycan Fransaya neft satışını bərpa edib – Ölkələrin siyahısı
Bu gün, 12:58 |
|
|
|
• Tramp həmin görüşdə Azərbaycandan danışdı - “Armİnfo”
Bu gün, 12:55 |
|
|
|
• “İçinizdə hürün, insanların inancına…” – Kamrandan Vüqara sərt sözlər
Bu gün, 12:51 |
|
|
|
• İnstaqramda özünü kanal rəhbəri kimi təqdim edən şəxs həbs edilib
Bu gün, 12:47 |
|
|
|
• Rusiya-Ukrayna SAVAŞI DAVAM EDƏCƏK... - Görünəni odur ki...
Bu gün, 12:42 |
|
|
|
• "Onlara “dur” deyən yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı - NƏ BAŞ VERİR?
Bu gün, 12:30 |
|
|
|
• Nazirlik mindən çox mənzilin qiymətini bu şirkətlə müəyyən edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:27 |
|
|
|
• Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb - “Ura.ru”
Bu gün, 12:24 |
|
|
|
• İrəvan və Bakı arasında imzalanan sənədlər sülh sazişinin əsasını təşkil edə bilər - MDB-nin Baş katibi
Bu gün, 12:22 |
|
|
|
• Qaz keçir... sərfiyyat qeydə alınmır və belədə qaz itkisi yaranır - DÖVLƏTİN SƏRVƏTİ BELƏ TALANIR...
Bu gün, 12:14 |
|
|
|
• Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü" - “Misli” futbolumuza nə verib, nə alır?
Bu gün, 12:07 |
|
|
|
• ABŞ-nin yeni səfirinin Bakıya gəlişi tezləşir - Gözlənti
Bu gün, 11:58 |
|
|
|
• Ermənistan ordusunda kütləvi ixtisarlar başlayıb – “Hraparak”
Bu gün, 11:55 |
|
|
|
• Yetərsay çatmadı, bir qurumun 2 tenderi - LƏĞV OLUNDU
Bu gün, 11:25 |
|
|
|
• Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır - İLGİNC FAKTLAR...
Bu gün, 11:21 |
|
|
|
• “Elə kişilər var ki, atası onun əvəzinə bir lək soğan əksəydi, daha yaxşı olardı” - ETİRAZ
Bu gün, 11:17 |
|
|
|
• Zaman ermənilərin əleyhinə işləyir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:02 |
|
|
|
• Astarada başçıya söykənən ÖZBAŞINALIQ... - İTTİHAM VAR...
Bu gün, 11:00 |
|
|
|
• Laricani “batan İran gəmisini” xilas edə biləcəkmi? - NƏ BAŞ VERİR?
Bu gün, 10:58 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” ilə tenderdə qalib olan şirkət arasında PUL QALMAQALI - “Vaqonlar üçün keyfiyyətsiz materiallar verilirdi, ona görə...”
Bu gün, 10:55 |
|
|
|
• "İbrahim sazişləri" ilə nə etməli?.. - İNCƏLƏMƏ
Bu gün, 10:50 |
|
|
|
|