İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                 

“Onun adını Bakı Dövlət Universitetinə qaytarmaq, ev muzeyini yaratmaq vacib məsələlərdir” - Qulu Məhərrəmli
Tarix: 9-01-2024, 06:03 | Çap et
“Onun adını Bakı Dövlət Universitetinə qaytarmaq, ev muzeyini yaratmaq vacib məsələlərdir”
"Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı Sərəncamın verilməsi ilk növbədə Azərbaycanın dövlətçilik ənənələrinə sədaqətdir. Digər yandan Azərbaycan Xalq Cümhuriyyətinə, qurucu babalarımıza, Rəsulzadənin parlaq şəxsiyyətinə olan sevgi və etiramın ifadəsidir".
Bu sözləri "Sherg.az"a açıqlamasında tanınmış telejurnalist, professor, "Rəsulzadə ev-muzeyi" İctimai Qrupu və "Rəsulzadə-140" yubiley Təşkilat Komitəsinin üzvü Qulu Məhərrəmli deyib.
Professor bildirib ki, yubileylər şəxsiyyətləri, tarixi hadisələri yenidən xatırladır, yada salır, ən önəmlisi Cümhuriyyət irsinin dövlətçilik və demokratik ənənələrini öyrədir:
"Bu baxımdan Sərəncamın böyük əhəmiyyəti var. Cəmiyyətimizdə çox təəssüf ki, Rəsulzadənin şəxsiyyətinə anlaşılmaz qısqanclıq var və bunu qəbul etmək olmur. Ona görə qəbul etmək olmur ki, adam bütün ömrünü, ailəsini, sağlamlığını, varlığını Azərbaycanın müstəqilliyinə, onun istiqlal uğrunda savaşına həsr edib. M.Ə.Rəsulzadə Azərbaycan tarixinin çox parlaq simasıdır. Müstəqil dövlətin yaradılmasında, müstəqillik ideologiyasının formalaşmasında, milli hərəkatın aparılmasında Rəsulzadə həlledici rol oynayıb. Cümhuriyyət yaranan dövrdə Milli Şuranın sədri, müstəqil Azərbaycanın ilk dövlət başçısı olub. Ona görə də Rəsulzadəni sıralamaq, sıralarda yerini dəyişmək arzuolunmaz davranışdır".

Q.Məhərrəmli Rəsulzadə irsinin öyrənilməsinin çox önəmli olduğunu söyləyib:
"Bir neçə il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı verilmiş Prezident Sərəncamı böyük rəğbətlə qarşılandı, cəmiyyətə yeni biliklər verdi. Həmçinin Cümhuriyyət haqqında yeni araşdırmalar ortaya çıxartdı. İstər-istəməz hər bir azərbaycanlının şüurunda bir dövlət təsəvvürü və düşüncəsi, dövlət ənənəsi öz yerini kifayət qədər möhkəmlətdi. Rəsulzadə bu prosesdə həlledici rol oynayıb. Rəsulzadənin adını əbədiləşdirmək, onun adını Bakı Dövlət Universitetinə qaytarmaq, ev muzeyini yaratmaq vacib məsələlərdir. Rəsulzadə irsinin təbliğinə ciddi önəm verilməlidir. "1-ci Beynəlxalq Rəsulzadə qiraətləri" tədbirində Avropadan gəlmiş qonaqlardan biri çox yaxşı fikir bildirdi. Dedi ki, Rəsulzadənin demokratiya düşüncəsi bugünkü Avropa dəyərləri ilə üst-üstə düşür. Deyirdi ki, siz Rəsulzadənin demokratik dövlətçilik irsini yüksək səviyyədə dünyaya çatdırmalısınız. Rəsulzadə irsinin təbliği, əslində, Azərbaycanın siyasi təfəkkürünün dünyaya təqdimatıdır. Azərbaycanlıların müsəlman aləmində ilk demokratik dövləti yaratması, parlamentli respublika qurması, Şərqin çağdaşlıq möcüzəsi olan demokratik Cümhuriyyətə sahib olması kimi məqamlar geniş təbliğ olunmalıdır".

Professor vurğulayıb ki, Rəsulzadəni öz xırda məqsədlərinə tabe etmək istəyən adamlar var:
"Araşdırmaçılar arasında da belələri var. Rəsulzadəni həmin şəxslərin maraq dairəsindən çıxararaq yüksəyə qaldırmaq lazımdır. Nə yaxşı ki, bu istiqamətdə ötən dövr ərzində xeyli iş görülüb. Məsələn, professor Şirməmməd Hüseynov M.Ə.Rəsulzadənin əsərlərinin 5 cildini çox böyük zəhmətlə, bir institutun işini görməklə ortaya çıxarıb. Rəsulzadənin Cümhuriyyət dövrünədək, ondan sonra və mühacirət illərində yazdığı müxtəlif əsərləri çap olunub. Bunlar çox ciddi nailiyyətlərdir. Rəsulzadə irsinin peşəkar səviyyədə araşdırılması üçün xüsusi elmi araşdırma mərkəzi olmalıdır. Dövlətin himayəsində olarsa, daha yaxşı olar. Onun irsinin təbliğatı tamamilə yeni müstəviyə qaldırılmalıdır. Burada ağıl, intellekt, düşüncə, peşəkar yanaşma, tədqiqat işinin effektli aparılması ön planda olmalıdır. Cəmiyyət, xüsusən gənclər tarixə baxır və tarixdə kimin hansı rolu oynadığını çox gözəl görür və öz şüurunda hər kəsin yerini müəyyənləşdirir. O baxımdan yeri çox yüksəkdə olan Rəsulzadənin irsinin, əsərlərinin geniş təbliğ olunması bizim dövlətçiliyimizə hörmətimizin ifadəsi olmalıdır".
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Sərəncamda bildirilib ki, Məhəmməd Əmin Rəsulzadənin 2024-cü ilin yanvar ayında anadan olmasının 140 illiyi tamam olur: "Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşayıb və mübarizə aparıb".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru