“Hər şey yarım qaldı, kaş atamın yanında olardım...”
Tarix: 28-12-2023, 09:34 | Çap et
 Tanınmış müğənni Rüfət Mehdiyevin qızı Zenfira Mehdiyeva Moderator.az-ın suallarını cavablandırıb. -Zemfira xanım, Rüfət Mehdiyevin qızı olmaq həyatda sizə hansı yolları açıb? Yaxud da əksinə, hansı maneələrlə qarşılaşmısınız? -Rüfət Mehdiyevin qızı olduğum üçün fəxr edirəm və özümü çox şanslı və xoşbəxt hiss edirəm. Heç bir maneə, neqativ hal olmayıb. Bu günə qədər kim eşidibsə Rüfət Mehdiyevin qızıyam, xoş münasibətlə, hörmətlə qarşılayıblar. İnsanların atama qarşı sevgisi bir başqa idi. İllər keçsə də insanların bu sevgisi azalmayıb. Onların hamısı atamı hörmətlə anır. -Atanız xatirənizdə necə qalıb? -Atamın 4 yaşı olanda anasını itirib. Mənə nənəmin adını verib. Hər dəfə mənə deyirdi ki, “sən mənim anamsan”. Həddindən artıq qayğıkeş, mülayim, zarafatcıl biri idi. Gününün çox hissəsini işdə keçirməsinə baxmayaraq bizi diqqətsiz qoymurdu. Hər dəfə işdən gələndə bizim üçün hədiyyələr alırdı. Yadımdadır ki, ad günümdə Aygün Kazımova da gəlmişdi. Uşaq idim, hələ çox şeyi dərk etmirdim. -Atanızın münasibət saxlamadığı sənət yoldaşları var idi? -Atamın istər sənətdə, istərsə də sənətdən kənarda çox dostları olub. O insanlarla bizim münasibətimiz hələ də davam edir. İndi elə dostlar çox azdır. Atam dostları ilə vaxt keçirməyi sevirdi. -Sizcə Rüfət Mehdiyevdən incəsənətimiz lazımınca istifadə etdi? -Məncə hər şey yarım qaldı. Atam kimi sənətkarlar indiki dövrdə səhnəmizdə yoxdur. -Atanızın yolunu davam etdirmək, o mahnıları yenidən oxumaq yaxud da bir albom halından cəmləmək ağlınızdan keçib? -Əvvəl istəyirdim, lakin indi istəmirəm. Çünki hər şey çox adiləşib. İncəsənətdə heç nə əvvəlki kimi deyil. Özümü orada görmürəm. Ona görə də öz biznesimi qurmuşam. Həm də atam istəmirdi mən müğənni olum. O bilirdi ki, həvəsim var. Hətta Aygün Kazımovanı çox bəyənirdim. Deyirdim ki, böyüyəndə onun kimi müğənni olacağam. Atam da bu sahənin çətin olduğunu mənə deyirdi. -Atanızın sizinlə bağlı hansı arzusu yarım qaldı? -Universitetə qəbul olunmağımı görmədi. Lakin çox arzulayırdı. Bu günə qədər atamın bizimlə bağlı arzuladığı hər bir şeyi etmişik. Hal-hazırda özümüz öz ayaqlarımız üzərində durmağı bacarırıq, öz işimizi qurmuşuq. Məncə atam sağ olsaydı bizimlə fəxr edərdi. Hər addımımızı onu düşünüb atırıq. Ona layiqli övlad olmağa çalışırıq. -Düşünürsünüzmü ağlım kəssəydi, yanında olsaydım və ona bir çox mövzularda kömək etsəydim bəlkə də bu qədər tez dünyasını dəyişməzdi? -Əlbəttə! O kaşkilər insanı məhv edir. Hər dəfə düşünürəm ki, bəlkə bir az böyük olsaydım, ağlım kəssəydi, onun yanından heç ayrılmazdım. Nə qədər maneələr olursa-olsun onunla çoxlu vaxt keçirərdim. Yanında olardım, dəstək göstərərdim. Yaşım o vaxt çox olsaydı hər şey bəlkə başqa cür olardı. Düzdür, hər insanın öz qisməti var, amma kaşki böyük olaydım. Onda bu yaşadıqlarımın heç birini yaşamazdım. Hər kəsə layiq olduğu kimi cavab verə bilərdim. -Yuxularınıza gəlir? -Çoxdandır atamı yuxuda görmürəm. Əvvəllər yuxularıma çox tez-tez gəlirdi, indi isə yox. Əvvəl yuxularıma gəlib, sağ olduğunu, hər zaman bizim yanımızda olduğunu deyirdi. Onu bərk-bərk qucaqlayırdım, sevinirdim. Atamı itirdiyim günlər idi. Heç cür ölümü ilə barışa bilmirdim. Yuxuma gəlib mənə dedi ki, “sağam, ölməmişəm”. Dedim ki, “mən gedib hamıya deyə bilərəm ki, atam sağdır?”. Dedi ki, “əlbəttə”. O yuxudan sonra rahatlıq tapdım. Kaşki yuxularım gerçək olardı (kövrəlir). Biz atamızı vaxtsız itirdik. Ondan doymadıq. Atamı itirəndə 17 yaşım var idi, onu itirəndən sonra birdən-birə böyüdüm. Bu günümüzü, nəvəsini kaş görərdi.. Mənim toyumda atamın bütün sənət yoldaşları iştirak etdi. Sağ olsun, hamısı böyük həvəslə, hörmətlə gəldilər. -Atanızın mahnılarını oxuyanlara və bundan sonra oxumaq istəyənlərə nə demək istərdiniz? -Hər gün demək olar ki, hansısa restoranda, kafedə, radio və efirlərdə atamın mahnılarını eşidirəm. Gənclər bu mahnıları çox sevirlər və ifa edirlər. Bu mənə qürur verir. Üstündən illərin keçməsinə baxmayaraq atamın mahnılarına hələ də tələbat var. Həmin mahnıları müğənnilər yaşadırlar. Unudulmur, dinlənilir. Bu mənim üçün çox böyük fəxrdir. Hər kəsə təşəkkür edirəm.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34 |
|
|
|
| • Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23 |
|
|
|
| • İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21 |
|
|
|
| • "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10 |
|
|
|
| • "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03 |
|
|
|
| • Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58 |
|
|
|
| • İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51 |
|
|
|
| • Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35 |
|
|
|
| • Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20 |
|
|
|
| • İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03 |
|
|
|
| • Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00 |
|
|
|
| • Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45 |
|
|
|
| • Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40 |
|
|
|
| • Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38 |
|
|
|
| • “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35 |
|
|
|
| • Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32 |
|
|
|
| • Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27 |
|
|
|
| • Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19 |
|
|
|
| • "Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17 |
|
|
|
| • "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10 |
|
|
|
| • Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07 |
|
|
|
| • Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05 |
|
|
|
| • Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03 |
|
|
|
| • “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57 |
|
|
|
| • AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54 |
|
|
|
| • ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47 |
|
|
|
| • Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15 |
|
|
|
| • Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27 |
|
|
|
| • Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26 |
|
|
|
| • Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20 |
|
|
|
| • İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18 |
|
|
|
| • Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15 |
|
|
|
| • “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13 |
|
|
|
| • Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10 |
|
|
|
| • Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51 |
|
|
|
| • 70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44 |
|
|
|
| • Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37 |
|
|
|
| • Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33 |
|
|
|
| • "Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30 |
|
|
|
| • Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29 |
|
|
|
| • Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03 |
|
|
|
| • ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53 |
|
|
|
| • MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51 |
|
|
|
| • “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48 |
|
|
|
| • “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45 |
|
|
|
| • Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44 |
|
|
|
| • Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42 |
|
|
|
| • Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34 |
|
|
|
| • Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22 |
|
|
|
| • SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15 |
|
|
|
|