Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                 

"Mən ona “Güliçka”, o isə mənə “Təriş” deyə müraciət edirdi"
Tarix: 19-12-2023, 12:19 | Çap et
"Mən ona “Güliçka”, o isə mənə “Təriş” deyə müraciət edirdi"
Bu gün xalq artisti, sevilən aktrisa Gülşən Qurbanovanın doğum günüdür. Aktrisa yaşasaydı 73 yaşını qeyd edəcəkdi. Ölümü haqda şayələr yayılan, həyatı hələ də müəmmalarla dolu olan aktrisanı sənət yoldaşları Moderator.az-da xatırlayıblar.

Xalq artisti Təranə Muradova Gülşən Qurbanova ilə yaxın rəfiqə olduğunu bildirib.

“Mən ona “Güliçka”, o isə mənə “Təriş” deyə müraciət edirdi. Səsi, siması, gülüşü gözəl idi. Pozitiv bir insan kimi xatirəmdə qalıb. 1998-ci ildə o da, mən də xalq artisti fəxri adına layiq görüldük. O illərdən yaxınlıq edirdik. Plovu çox sevirdi. Həmişə onu evimə dəvət edəndə bu yeməyi hazırlayırdım. Deyirdi ki, “bizim ürəklərimiz sanki birdir, sən hiss edirsən ki, mən hansı yeməyi sevirəm”. Üzü həmişə gülürdü, amma qəlbində çox böyük sirrlər var idi. Dərdi çox idi, amma heç kimlə bölüşmürdü. Sənət dərdi yox idi, gözəl aktrisa idi. Deyirdi ki, “mənim içimdə nəsə varsa bu mənimdir”. Çox xoşbəxtəm ki, mən bu insanla dostluq etmişəm. Hamıya yaxşılıq etməyi düşünürdü. Gülşən xanım heç kimə paxıllıq etmirdi, bu hiss onda yox idi. Hər tamaşası ilə səhnəyə pozitivlik gətirirdi. Çox təəssüf ki, həyatdan tez köçdü. O hər zaman yaşayacaq. Zarafatları, səsi, gülüşü ilə.. Həyatı çox sevirdi. Ətrafına gözəl insanları yığırdı. Tamaşaların pərdəarxası məqamlarından danışanda gülməkdən yerə yıxılırdıq. O qədər dolu-dolu izah edirdi ki. Gözəl lətifələr danışırdı. İlk qadın şou aparıcısı idi. Gülşən hər dəfə səhnəyə çıxandan sonra deyirdi ki, “tamaşa bitəndən sonra hiss edirəm ki, mən bir həyat yaşamışam”. Gülşən heç bir vəziyyətdə özünü itirmirdi. Vəziyyətdən çıxmağı gözəl bacarırdı. Mənim yanıma dünyanın bir çox ölkələrindən qonaqlar gəlirdi. Fransadan, İngiltərədən, Avstraliyadan. Oturub onlarla söhbətləşirdik. Gülşən də hər zaman yanımda olurdu. Biz tərcüməçini gözləyirdik. Bir də gördüm ki, Gülşən hamının üzünə gülür, başını tərpədərək “yes, yes” deyir (gülür). Qəfildən çönüb dedim ki, “Gülşən, sən inglis dilini bilirsən?”. Gülərək dedi ki, “əlbəttə, mən başa düşürəm”. Mən özümü orada aktrisa kimi hiss etdim. Gülşənə qoşulub, onların üzünə gülməyə başladım (gülür). Gülşənin dil tapa bilmədiyi insan yox idi. Bir dost, aktrisa kimi Gülşən mənim üçün hər zaman yaşayacaq” deyə rəqqasə bildirib.

Əməkdar artist, Akademik Milli Dram teatrının aparıcı aktrisası Nahidə Orucova

“O əsl dost idi. Bizim elə günlərimiz olub ki, hər gün bir yerdə olurduq. Tez-tez Hacıbaba müəllimgilə yığışırdıq. Azərbaycanda ilk mətbəx verilişinin aparıcısı idi. Bir işi görəndə həvəslə edirdi. İnsanlarla çox səmimi idi. Efirdən necə idisə, həyatda da elə idi. Yadımdadır, Gülşən xanım birinci dəfə infarkt olmuşdu, xəstəxanaya yerləşdirilmişdi. Novruz bayramı ərəfəsi idi. “Mavi işıq” səhnəcikləri çəkilirdi. O da çəkilməli idi. Dedilər ki, kim oynasın, kim oynasın?! Dedi ki, “heç kim mənim rolumu oynamayacaq”. Rollarına qarşı çox qısqanc idi. Yasin Qarayev dedi ki, “bəlkə Nahidə oynasın?”. Dedi ki, “həə, Nahidə oynaya bilər”. O da bəyənmişdi. Sağlığında da haqqında çoxlu şayələr yayılmışdı, amma ona təsir etmirdi. Amma ölümündən sonra yayılan şayələr bizə də, ailəsinə də çox pis təsir etdi” deyə sənətkar bildirib.
Nahidə Orucova aktrisanın son günlərini belə xatırlayıb.

“Artıq son günləri idi. Hacıbaba Bağırovun yas mərasimində idik. Halvanı, qoğalı yeyib deyirdi ki, “qızlar, bax mənim də yasımda bunlardan edərsiniz”. Dedik ki, “Gülya,sən nə danışırsan? Hələ ömrünün axırına çox var”. Dedi ki, “yox, mən indidən deyirəm ki, biləsiniz”. Demək ki, ölümünü hiss edirdi. Prezident ona ev hədiyyə etmişdi. Evinə köçməyi planlaşdırırdı, danışırdı. O evdə yaşamaq ona qismət olmadı. Gülşən xanımın məzarı mənim valideynlərimin məzarına yaxındır. Hər dəfə ora gedəndə Gülşənin də qəbrini ziyarət edirəm. Söhbət edirəm, danışıram. Gülşən çatışmır həyatımda, çünki başqa cür insan idi. Deyirdi ki, “məni gülə-gülə yada salarsınız”” deyə sənətkar bildirib.


Xalq artisti Yasin Qarayev bildirib ki, onun ölümü ilə bağlı yayılan şayələr bu gün də sənət yoldaşlarını rahat buraxmır.

“Mən şayələrə qətiyyən inanmıram. Gülşən haqda danışılan şayələri nağıl adlandırıram. Mən reallığı daha çox sevirəm. Gülşənin dünyasını dəyişməsindən 17 il keçir. O gözəl aktrisa idi, nəcabətli bir nəslin nümayəndəsi idi. Hər insanın öz daxili dünyası, aləmi var. Həyatda problemsiz insan yoxdur. Mən Gülşənin şəxsi həyatına heç vaxt daxil olmaq istəməmişəm. Sadəcə dost idik. Şirin, acılı günlərimiz də olub. Günü bu günə qədər o şayələri qəbul edə bilmirəm. Hansısa dırnaqarası qələm sahibinin yazısından sonra bu şayələr yayılmağa başladı. Biz ailəvi dost olmuşuq. Bacısı Firəngiz Qurbanova ilə günü bu gün də zəngləşirik, hal-əhval tuturuq. Onlar da bu şayələri qəbul etmirlər. Yazırlar ki, Gülşən Qurbanova Mübariz Əlixanlı ilə evli olub. Vallah elə bir şey olmayıb. Gülşənin yoldaşı Rüstəm də bizdə çalışırdı. O çıxıb Rusiyaya getdi. Ayrılığın səbəbi ordan oldu. Gülşən getmək istəmədi, atasının yaratdığı teatrda işlədi. Gənc Tamaşaçılar teatrının təməl daşını Ağadadaş Qurbanov qoymuşdu. Günlərin bir günü bacısı ilə məni Gülşən haqda çəkilən bir verilişə dəvət etdilər. Gördük ki, onlar bizdən Gülşən haqda şayələri soruşmaq istəyirlər. Firəngiz Qurbanova dedi ki, “mən getmirəm içəri”. O vaxtdan bu günə qədər Firəngiz xanım Gülşən haqda danışmağı özünə qadağa qoydu. 17 ildir bu insan dünyasını dəyişib. Niyə onun ruhunu narahat edirik?” deyə xalq artisti bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru