Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                 

“Aktrisalara niyə nifrət edirlər ki?..” - ETİRAZ
Tarix: 18-12-2023, 07:01 | Çap et
“Aktrisalara niyə nifrət edirlər ki?..”
Əməkdar artist, Akademik Milli Dram teatrının aparıcı aktrisası Hicran Nəsirova Moderator.az-ın suallarını cavablandırıb.

-Hicran xanım, bu gün sizdə əvvəlki sənət eşqi, sənət şövqü qalıbmı yoxsa tam əksinədir?

-Aktyora rejissor lazımdır. Təkbaşına yalnız mono tamaşalar hazırlamaq olar. Aktyor işlədikcə öz enerjisini tamaşaçıya verir, ondan da enerji alır. Hər uğuru ona stimul gətirir, daha çox işləmək istəyir. Necə ki, metalı sürtürsən parıldayır, aktyor da işlədikcə parıldayır, oturduqca yox.

-Seriallarda çəkilsəniz də sizi nədənsə filmlərdə görmürük. Buna səbəb nədir?

-Son illər epizodlarda çəkilmişəm. Gənclik illərimdə baş rollara dəvət olunsam da, çəkilmək qismət olmayıb. Yəqin ki, tanışım olmayıb. Hətta film çəkilib ekranlara çıxandan sonra rejissorlardan biri mənə dedi ki, “sən yox, biz uduzduq”. Türkiyə və Özbəkistanda çəkiləcək filmlərə dəvət almışdım. Uşaqlarım körpə olduğu üçün gedə bilmədim. Alman və ərəb rejissoru ilə birlikdə çalışmışam. Amma seriallarda, televiziya tamaşalarında çox çəkilmişəm.

-Ömrünüzün hansı illərinə qayıtmaq istərdiniz?

-Yaradıcılıqda ən gözəl illərim 1976-dan başlayır. O vaxt bir dövlət kanalı var idi. Hamını əlbəttə ki, dəvət etmirdilər. Mən bayram verilişlərində, dövlət tədbirlərində iştirak edirdim. Elə verilişlər var idi ki, hər həftə çəkilirdim. O illərin mənim üçün əvəzi yoxdur. O illəri əlbəttə ki, geri qaytarmaq mümkün deyil.

-Bu gün bir çox sənətkarlar gənclərin eqosundan, onların yaşca böyük aktyorlara hörmətsizliyindən gileylənirlər. Gənclər də sənətdə sözünü demiş insanlarda nümunə götürməlidir. Sizcə onlar gənclərə nümunə ola bilirlərmi?

-Bilmirəm gənclərdən kimlər şikayətlənir?! Hər aktyorun yəqin ki, bir dövrü olur. Çox istedadlı gənclərimiz var. Gənclər də deyir ki, “böyük sənətkarlar bizim qarşımızı kəsir”. Bu söz mənim də çox xətrimə dəyir. Heç kəs kiminsə qarşısını kəsmir. Qoca gəlib cavan rolu oynamır ki. Bəzən də görmüşük ki, gənci gətirib qoca rolu verib, onu qrimlə, geyimlə qocalaşdırırlar. O rolu bizlər də oynaya bilərik də. Hərə öz yerində yaxşıdır.

-Sənətdə, şəxsi həyatınızda daim bəxtiniz gətirib. Bəs nədə yarım qalmısınız?

-Çox şey edə bilərdim. Əlbəttə ki, qarşımı kəsməsəydilər. Tək-tük aktrisalardanam ki, həm ailəmi, həm də sənətimi qoruyub saxlaya bildim. Ailə də çox vaxtımı alırdı. Buna görə peşman deyiləm. Gözəl övladlarım, nəvələrim var. Maşallah olsun! Amma sənətdə çox şey edə bilərdim. Nə veriblərsə oynamışam. İstəyir tragediya, istəyir dram, istəyirsə də komediya. Hamısının da öhdəsindən gəlib təriflənmişəm. Hər oynadıqca da hiss edirdim ki, ayağımın altı qazılır. Yolumu kəsənlər çox olub. Bax oralarda yarım qalmışam. Bəlkə daha tələbkar olmalı idim. Öz iş yoldaşlarım bir dəfə mənə dedi ki, “sən 1990-cı ildə artıq xalq artisti fəxri adını almalı idin, gərək düşəydin üstünə”. Necə yəni? Mən niyə üstünə düşməli idim?! Mən həmişə, indi də fikirləşirəm ki, biz özümüz qapı döyüb nəyinsə üstünə düşməli deyilik, bizi görüb qiymətləndirməlidirlər. Heç kəsə paxıllıq etmirəm, halal xoşları olsun. Mənim fəxri ad alan həmkarlarımdan heç nəyim əskik deyildi. Amma mənə maneə yaratdılar. Uğurlarım çoxlarını qıcıqlandırırdı. Həmin Hicranam ki, ulu öndər Heydər Əliyev mənim iki tamaşamda olub və yalnız mənim səhnəmdə alqış gedib. Bunu o tamaşalarda oynayan aktyorlar da deyə bilər. Niyyətim özümü tərifləmək deyil, amma çox şeyləri yada salanda görürsən ki, haqqım tapdalanıb. Rəhmətlik truppa müdirimiz Qürbət əmi bir dəfə mənə dedi ki, “qızım, sən bilirsənmi ki, kassadan sənin adına biletlər alınır?”. Əgər mən büdcəyə xeyir gətirirdimsə, niyə qiymətləndirilmirdim?! İndi şikayət etmirəm, Allahdan özümə can sağlığı arzulayıram.

-Bu gün aktrisa adını bədnam edən həmkarlarınızın sayı elə də az deyil. Çoxu onların açıq-saçıq geyinməsindən şikayətlənir. Bəlkə elə buna görədir ki, aktrisalara çox adam nifrət edir?

-Aktrisalara niyə nifrət edirlər ki? Nifrət etsinlər müğənnilərə! Aktrisa yaradıcılığı ilə seçilməlidir, geyimi ilə yox. Əgər rolundan asılıdırsa o ayrı məsələdir. Amma müğənnilərin çıxarmadığı biyabırçılıqlar qalmayıb. Açıq-saçıqlıq sənət demək deyil. Sənət ayrı şeydir. Aktrisaya rola görə lazımdır açıq-saçıq geyinmək, amma müğənniyə niyə görə lazımdırsa mən onu deyə bilmərəm!

Mənbə: Moderator.az
Təqdim etdi: DİA-AZ.NET (ƏRSOYUN BLOQU)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru