Ərdoğan Xankəndiyə gəlir .....                     Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: .....                     Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir .....                     LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? .....                     BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? .....                     “Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” .....                     Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu .....                     Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb .....                     Mülayim cənub küləyi əsəcək .....                     Arkoz Holdinq... ÇOBANLARA QARŞI! .....                     BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən .....                     Tramp savaşa DUR dedi... DURDU! .....                     Mürsəl İbrahimova “general-mayor” ali hərbi rütbəsi verildi .....                     Prezident onlara “general-mayor” rütbəsi verdi .....                     Prezident sərəncam imzaladı .....                     Məhkəmə sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verdi .....                     Bakıda icra başçısı birinci müavinini işdən çıxardı .....                     Azərbaycanlı müğənninin rus sevgilisi .....                     SEPAH və ETTELAAT yeni qurum yaradır .....                     Ermənistanda hakimiyyəti ələ keçirmək planı pozulub .....                     Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı .....                     Qazilər dərmansız qalıb: Sakitləşdirici dərmanlar 2 aydır verilmir .....                     Paşinyanın Ərdoğanla söhbəti: Rusiya bazası Ermənistandan, Ağrı gerbdən çıxarılacaq .....                     BU DA BU: Fələstində erməni xarici işlər naziri təyin edildi .....                     Qanunsuz olaraq belə işçiləri yüngül işlə təmin etməkdən imtina edirlər... .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: Hazır olun, tezliklə... .....                     İnvestisiya şirkətinin səhmdarı Müşahidə Şurasına sədrliyi başqa şəxsə həvalə edir .....                     Xəyal Rzaya ağır itki üz verib .....                     “İnşaat Konstruksiyaları” daha biri ili ZƏRƏRLƏ BAŞA VURDU .....                     Polis revanşist və irqçi keşiş Baqratın iqamətgahında axtarışa başladı... .....                     Evə girib qadına seksual hərəkətlər edən azərbaycanlıya HÖKM OXUNDU .....                     Amerika Bakıdakıl səfirliyinin qapılarını MÖHKƏMCƏ BAĞLADI... .....                     İsrail-İran SAVAŞI BİTDİMİ? .....                     Eldar Quliyevə qarşı ŞOK İTTİHAM .....                     "Bir Qazinin əziyyətlə qazandığı pul sizə görə itirildi..." .....                     Kremlin `K` variantı... .....                     Bu, dələduzluq deyil... BƏS NƏDİR? .....                     KONTAKT HOME hamını BOĞAZA YIĞIB .....                     Referendum üçün gerisayım BAŞLADI .....                     Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış .....                 

“Elza Seyidcahanın AYB-yə üzv qəbul edilməsi ədəbiyyat üçün, ədəbi meyarlar üçün bir toz qədər əhəmiyyət daşımır” - QALMAQAL
Tarix: 14-07-2023, 16:42 | Çap et
“Elza Seyidcahanın AYB-yə üzv qəbul edilməsi ədəbiyyat üçün, ədəbi meyarlar üçün bir toz qədər əhəmiyyət daşımır”
Elza küləkləri səngimir. Zatən bu xanım sənətçi populyar idi. Ürəyə də, qulağa da xoş gələn mahnıları var. İnkar etmək olmaz. Amma bütün ölkə Elza Seyidcahanı əndrəbadi, ekstravaqant da yox e, özündən uydurma geyimlərinə, bər-bəzək əşyalarına görə daha çox müzakirə edir. Meyvə-tərəvəz, ot-ələf bir yana, ölkədə, bəlkə də dünyada qulağından başmaq tayı asan ikinci qadın yoxdur.

Elza xanımı sevənlər də var, onu anlayanlar da, təqdir edənlər də. Tənqid edənlər, qəbuledilməz sayanlar, hətta gülüş obyektinə çevirənlər də var. Bu xanım sənətçi dəfələrlə satira atəşinə tuş gəlib. Onun nakam şairimiz Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şerinə “ha ha ha”lar əlavə edib oxuması isə ölkədə əməlli-başlı zəlzələ effekti yaratdı. Bu da piara xidmət etdi. Nə fərqi var, yaxşı,ya pis. Piar, piardı. Elza xanım həm də aparıcılıq edir. Öz stilinə uyğun. Son günlərdə isə bu xanım Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilməsiylə gündəmi “partlatdı”. Haqqında yazmayan, tərifləyən, yamanlayan qalmadı. AYB isə üzv qəbul etdiyi xanımı əsl centlemensayağı müdafiə etdi. Əhsən! Müdafiə bu gün də davam edir. Hətta siyasilər (sabiqlər də, hələ də üzdə olanlar da) də Elza Seyidcahanın bizcə, ehtiyac duymadığı müdafiəsinə qoşulub. Məsələn, Müsavatın fəxri başqanı İsa Qəmbər, ADP sədri Sərdar Cəlaloğlu... İsa Qəmbər Elza Seyidcahanın AYB-yə üzvlüyü haqq etdiyini, Sərdar bəysə xanımın sürrealizm cərəyanı nümayəndəsi olmasından yazıb.

Nə böyükmüş Elza sevgisi!.. Elza Seyidcahan həqiqətənmi sürrealistdir? Bu barədə şair, filoloq Arzu Əsəd özünün feysbuk səhifəsində izah verib. Arzi Əsədlə əlaqə saxladıq. DİA.AZ bildirir ki, şair “Sherg.az”a açıqlamasında yenə fikirlərinin arxasında olduğunu bir daha vurğuladı:

- Yazmışam ki, Sərdar Cəlaloğlunun sürrealizm və Elzanın dahiliyi haqqında dediyi sözlər gülüncdür, kədərlidir - tragikomikdir. İndi də bi fikrimdə qalıram. Sərdar Cəlaloğlunun bu sözləri təkcə haqqında danışdığı insanın deyil, həm də özünün ədəbiyyat haqqında çox bəsit, bilgisiz, hətta məlumatsız olduğunu bildirir. O anlamır ki, həyatda, elmdə olduğu kimi ədəbiyyat və sənətdə də cərəyanlar, yeniliklər birdən-birə taxçadan düşüb tap eləmir. Sənətdə, ədəbiyyatda hər bir cərəyan özündən əvvəlki cərəyanların davamı olaraq onu inkar və inkişaf etdirir. Məsələn, Sabir, Füzuli, Seyid Əzim kimi, Mayakovski Puşkin və Blok kimi, Nazim Hikmət Namiq Kamal Yəhya və Tofiq Fikrət kimi və onlar səviyyəsində şeir yaza bilirdi, Pikasso Rafael və Van Qoq kimi şəkil çəkə bilirdi. Lakin yeni dövr, yeni həyat münasibətləri, yeni məzmun başqa forma tələb elədiyinə görə onlar başqa, yeni formada yazıb-yaradıblar. Forma başqa olsa da hər yeni cərəyan öz içində özündən əvvəlki cərəyanların meyar və xüsusiyyətlərini daşıyır. Məsələn, Umberto Ekonun, Orxan Pamukun romanları həm yeni, postmodernist üslub gətirir, həm də bildiyimiz klassik romanların xüsusiyyətlərini özündə daşıyır. Bir sənət əsəri sürrealist, irrealist, hiperrealist, modernist, postmodernist olmamışdan əvvəl sadəcə sənət əsəri olmalıdır, ümumi sənət meyarlarına malik olmalıdır. Ədəbiyyat nə Sərdar Cəlaloğlu, nə də Elzalıqdır. Bildikləri işlə məşğul olsunlar, ictimai şüuru bulandırmasınlar.

– Arzu bəy, belə yanaşma da var ki, bu məsələ müzakirə edilməməlidir. Müzakirə edildikcə, məsələ gündəmdə qalır, populyarlaşır.

-Hər hansı bir mövzu hər hansı bir bəhanə ilə ortaya atılıb gündəmə, müzakirəyə çevrilirsə, o müzakirələrdən qaçılmamalı, antitezis qoyulmalıdır. Nəticədə fikir özü dərinləşib həqiqətə aparır. Passivlik, inersiya, təkəbbür və sairə göstərib əhəmiyyət vermədikdə isə yanlış fikir ictimai şüuru daha da bataqlığa çevirir.

– Bəs, Elza Seyidcahanın AYB-yə üzv qəbul edilməsinə necə baxırsınız?

- AYB bir ictimai təşkilatdır. Elzanın ora üzv olması adi bir məsələdir. Bu hadisə özlüyündə ədəbiyyat üçün ədəbi meyarlar üçün bir toz qədər əhəmiyyət daşımır. Elzanın bir müğənni kimi şeirə, sənətə belə məhəbbətinin olması məni sevindirir. Qoy bu sevgi başqaları üçün də bir nümunə olsun. O həm də yazıçı və şairlərin mədəni-kütləvi tədbirlərində şeirə-sənətə rəğbəti çox olan bir musiqiçi kimi iştirak edib o tədbirlərə, özü demişkən, bir rəng, bir canlılıq qata bilər. Amma o bir yetkin insan kimi öz səviyyəsini özü görə bilməlidir. Onun yazılarının müxtəlif populyar və populist adamlar tərəfindən müxtəlif “izm”lərlə, ədəbi cərəyanlarla əlaqələndirilib bir novator, dahi kimi elan edilməsi minillik Azərbaycan ədəbiyyatına təhqirdir, bu xalqın mənəviyyatı, ictimai şüuru ilə alay etməkdir. Sərdar Cəlaloğlu gündəmə gəlmək üçün böyük Səməd Vurğunu təhqir etməkdən çəkinməyən, özünün Quran təfsiri və elmi ictimaiyyətə məlum olmayan hansısa elmi-populyar kitabı ilə Nobel mükafatına iddia etmək dərəcədə diletantlığa yuvarlanan, tarixi təhrif edərək xalqımızın milli qəhrəmanlarına böhtan atacaq dərəcədə özündə cəsarət tapan yeniyetmə şüurlu bir populistdir. Elzanın zahirdə, səhnədə etdiyini o siyasət və düşüncə meydanında edir. Bu görünməyən eyniyyət, eyniləşmə onu Elzaya dahi deməyə məcbur edir. Şüuraltı qatda o əslində özünə dahi deyir. Çünki özü də başqa bir müstəvidə - siyasət və düşüncə müstəvisində həmin populizmlə məşğuldur. Bütün bunlar bir qədər maraqlı və əyləncəli olsa da, cavabı verilmədikdə təhlükəli və zərərli ola bilər. Sənətin fərdin və cəmiyyətin inkişafında oynadığı həqiqi, ciddi, məsuliyyətli rolu məsxərəyə qoyulmaqla meyarlar dəyişdirilməyə, sözün, ədəbiyyatın onsuz da zədələnmiş nüfuzu aşağı salınmağa cəhd edilə bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərdoğan Xankəndiyə gəlir - diplomatik mənbə
Bu gün, 13:04
Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: - Paşinyanın Türkiyəyə apardığı "layihə" açıqlandı
Bu gün, 13:01
Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir
Bu gün, 12:58
LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? - GÖZÜMÜZ QORXUB...
Bu gün, 12:53
BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? - NARAZILIQ VAR...
Bu gün, 12:42
“Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” - deputat
Bu gün, 12:34
Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu - ŞOK GÖRÜNTÜLƏR
Bu gün, 12:30
Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb
Bu gün, 12:27
Mülayim cənub küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:25
Arkoz Holdinq... ÇOBANLARA QARŞI! - İşləsələr də, pullarını ala bilmirlər...
Bu gün, 12:23
BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən DGK-nın sabiq vəzifəli şəxsləri azadlığa buraxılıb
Bu gün, 12:21
Tramp savaşa DUR dedi... DURDU! - Sülhə OL desə... OLACAQMI?
Bu gün, 12:19
Mürsəl İbrahimova “general-mayor” ali hərbi rütbəsi verildi - SƏRƏNCAM
Bu gün, 11:19
Prezident onlara “general-mayor” rütbəsi verdi - ADLAR
Bu gün, 11:17
Prezident sərəncam imzaladı - ONLARI TƏLTİF ETDİ
Bu gün, 11:15
Məhkəmə sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verdi - TƏFƏRRÜAT
Bu gün, 11:10
Bakıda icra başçısı birinci müavinini işdən çıxardı - ƏMR
Bu gün, 11:08
Azərbaycanlı müğənninin rus sevgilisi - FOTO
Bu gün, 11:01
SEPAH və ETTELAAT yeni qurum yaradır
Bu gün, 10:59
Ermənistanda hakimiyyəti ələ keçirmək planı pozulub - Paşinyan
Bu gün, 10:57
Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 10:07
Qazilər dərmansız qalıb: Sakitləşdirici dərmanlar 2 aydır verilmir - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Paşinyanın Ərdoğanla söhbəti: Rusiya bazası Ermənistandan, Ağrı gerbdən çıxarılacaq - İLGİNC
Bu gün, 10:01
BU DA BU: Fələstində erməni xarici işlər naziri təyin edildi - Azərbaycanı tənqid edənlər SUSUR...
Bu gün, 09:59
Qanunsuz olaraq belə işçiləri yüngül işlə təmin etməkdən imtina edirlər... - AXI NİYƏ?
Bu gün, 09:57
Paşinyan komandasına xəbərdarlıq etdi: Hazır olun, tezliklə... - “İravunk”
Bu gün, 09:50
İnvestisiya şirkətinin səhmdarı Müşahidə Şurasına sədrliyi başqa şəxsə həvalə edir - BUNDAN SONRA...
Bu gün, 09:45
Xəyal Rzaya ağır itki üz verib
Bu gün, 09:43
“İnşaat Konstruksiyaları” daha biri ili ZƏRƏRLƏ BAŞA VURDU - HESABAT
Bu gün, 09:41
Polis revanşist və irqçi keşiş Baqratın iqamətgahında axtarışa başladı... - "ArmTimes"
Bu gün, 09:38
Evə girib qadına seksual hərəkətlər edən azərbaycanlıya HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 09:35
Amerika Bakıdakıl səfirliyinin qapılarını MÖHKƏMCƏ BAĞLADI... - NƏ BAŞ VERİR?
Bu gün, 09:26
İsrail-İran SAVAŞI BİTDİMİ? - Görünəni odur ki... YOX!
Bu gün, 09:24
Eldar Quliyevə qarşı ŞOK İTTİHAM - GÖRÜN NƏ OYUNLARDAN ÇIXIB Kİ...
Bu gün, 09:20
"Bir Qazinin əziyyətlə qazandığı pul sizə görə itirildi..." - Qarabaö Qazisi şikayətçidir...
Bu gün, 09:10
Kremlin `K` variantı... - Görünəni odur ki...
Bu gün, 09:00
Bu, dələduzluq deyil... BƏS NƏDİR? - NARAZILIQ VAR...
Bu gün, 08:58
KONTAKT HOME hamını BOĞAZA YIĞIB - ETİRAZ VAR...
Bu gün, 08:51
Referendum üçün gerisayım BAŞLADI - AKTUAL
Bu gün, 08:44
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - ortada dəlil var, sübut var...
Bu gün, 07:42
Ağstafada yaşıllığı gözgörəsi məhv edirlər - VİDEOFAKT
Bu gün, 07:35
Qağayılar XƏBƏR VERİR: Xəzər ÇİRKAB İÇİNDƏDİR... - VİDEO
Bu gün, 07:18
"Mənim ailəmdə heç kimin məhkumluğu yoxdur, siyasi fəaliyyəti yoxdur" - GİLEY
Bu gün, 07:13
“Coffeemania Next” külli miqdarda vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 07:04
"Monitorinqlər “statistik hesabat” səviyyəsindən yuxarı qalxa bilmir" - FAKT BUDUR!
Bu gün, 07:00
Qadağa və cərimələr başlayır: Mollalar, sadlıq evləri, qızdan 5 yaş böyük oğlan və daha nələr.... - TƏFƏRRÜAT
Bu gün, 06:57
Gəncədə abadlaşdırma üçün 191 min manatlıq satınalma – qalib 10 manatlıq şirkət
Bu gün, 06:55
"Aşağı bal yığan müəllimlər məktəbdə qalmamalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:52
İranla İsrail arasında savaşın dayanması sülh deyil, nəfəs fasiləsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:48
İranda təşviş: azərbaycanlılar silah istəyir! – Yeni müharibə başlaya bilər
Bu gün, 06:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru