Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir .....                     Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib .....                     Bakını hədəf alan agent ifşa edildi: .....                     Putin müharibəyə hazırlaşır: .....                     Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" .....                     ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır .....                     “Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" .....                     Elton Rəşad Dağlıya görə bu addımı atdı .....                     Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib .....                     Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək .....                     Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib .....                     Dünyada məcburi və könüllü hərbi xidmət: .....                     Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır .....                     “Kəramət kofe də satsa, hamı alacaq” .....                     “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu .....                     Kliniki Tibbi Mərkəzi kim idarə edir? .....                     “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” .....                     "Vasif Talıbov və oğlanları həbs edilməlidir” .....                     Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                     "Savalan" yenidən səhnədə: .....                     “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” .....                     “Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur” .....                     İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək .....                     "Valideynlər olaraq susmaq niyyətində deyilik" .....                     Paytaxtın bu rayonlarında binalar təmir olunacaq .....                     Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər .....                     Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib .....                     Rusiyadan Xəzərlə bağlı açıqlama: .....                     Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... .....                     “Hafka” ilə Qurban Qurbanov bir arada .....                     Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı .....                     Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər .....                     Bir kilometr üçün eyni QİYMƏT .....                     SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... .....                     İrandan sonra... .....                     Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? .....                     Ərdoğan Ermənistana dəvət olundu .....                     Psixatriya Xəstəxanasında meyit tapıldı .....                     Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb .....                     Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib .....                 

“Aparıcılıq fəaliyyətim mollalıqdan başlayıb, yas məclislərini aparırdım”
Tarix: 15-08-2022, 07:34 | Çap et
“Aparıcılıq fəaliyyətim mollalıqdan başlayıb, yas məclislərini aparırdım”
Bir vaxt baş verənlərdən xəbər tutmaq üçün insanlar müəyyən saatlarda ya radioya qulaq verirdilər, ya mavi ekranın önünə keçirdilər. Yaxşı təhlillər oxumaq, çox şeyin batinindən agah olmaq istəyənlər isə qəzetləri vərəqləyirdilər. Bu gün isə ağıllı telefonların, internetin sayəsində bir çox hadisədən anında xəbər tuturuq.

Bəlkə də gün ərzində həyati əhəmiyyətli o qədər də çox hadisə baş vermir, amma insanların yeni xəbərə olan ehtiyacı medianı dayanmadan buna vadar edir – dayanmadan xəbər istehsal et, gündəm yoxdursa, özün yarat. Bu tələbat sanki bizdə asılılıq yaradıb. Nə ondan ayrı qala bilirik, nə də onunla yaşaya. Elə təsadüfi deyil ki, bu gün “bir neçə gün telefondan uzaq qalacam, sosial şəbəkədə olmayacam” deyib gündəmdən uzaqlaşan, informasiya yükündən azad olmağa çalışan, baş götürüb qaçan, əvvəlki illərin xiffətini çəkib bir neçə günlük də olsa, dağa, təbiət qoynuna çəkilən insanları tez-tez görürük.

Əslində bir qədər dərin düşünəndə məlum olur ki, bizi yoran baş verən hadisələrin çoxluğu, xəbər bolluğu deyil, ona yanaşmadır. Məsələn, şişirdilmiş, aldadıcı başlıqlar yəqin ki, sizi də bezdirib. Bütün bunların fonunda istər ənənəvi mediadan, istərsə də sosial şəbəkədən yavan çörək kimi boğazımızda qalmayan quru məlumatları sinirə biləcəyimiz formatda çatdıran medianı, jurnalistləri gözümüz hər yanda axtarır. DİA.AZ xəbər verir ki, AYNA-nın həmsöhbəti jurnalist İslam Qədirli də elə həmin jurnalistlərdəndir. O səhər proqramında aparıcıdır. Nəinki mənim, elə digər izləyicilərinin də diqqətini səmimi tərzi, düşündürən fikirləri ilə özünə çəkməyə müvəffəq olub. Onunla söhbət etməyə, bir qədər daha yaxından tanımağa, həmçinin izləyicilərinə tanıtmağa çalışacağam.

Budur, müsahibə üçün təyin etdiyimiz məkana çatmışam. Salamlaşıb hal-əhval tutan kimi söhbətimiz elə onun ən çox izlənilən videolarından birinin mövzusundan – eşqdən düşür...

- Göy üzünə bir topa bulud gələr-gəlməz sevindim ki, hava sərinləşər, amma heç də elə olmadı...

- Bugünkü havadan baş açmaq olur ki... Elə bayaq bir paylaşım etdim ki, bu gün hava özünü eşq kimi aparır.

- Sizcə, eşq nədir?

- Eşqdə stabillik yoxdur, dəlilik, həyəcan, ehtiras, əzab, qısqanclıq, bəzən dava-dalaş var. Sabitlik, süjet xətti isə sevgidədir. O, daha mülayim, rasional, uzunömürlüdür. Şanlısansa, yaşadığın eşq getdikcə sevgiyə çevrilə bilir, amma gərək sən onun verdiyi həyəcanı idarə edə biləsən, qarşı tərəfi incitməyəsən.

- Deməli, siz də eşqlə sevgini bir-birindən ayıranlardansınız.

- Əlbəttə! Eşq ilk baxışda ola bilər, amma sevgi zamanla yaranır.

- Hansı daha üstündür?

- Mən aşiq olmağa aşiq olan adamam. Eşqin həyəcanını sevirəm, amma uzunmüddətli bir münasibət üçün sevgi vacibdir. Eşq çox parlayır, amma bir anda sönə bilər. Evlilikdə sevgi eşqdən daha vacibdir.

- Sevmədən evlənərsiniz?

- Məntiq evliliyi edə bilərəm.

- Yaxın zamanda, yoxsa ancaq qocalıb əldən düşəndə?

- 30 yaşa qədər evlilik düşünmürəm, çünki karyera yolunu tək gedirsənsə, ona daha çox fokslanmalısan. Mənim həyatımı kənardan görənlər bilir ki, orada aktiv istirahət olsa da, çox əyləncə yoxdur. Bununla yanaşı, sevgiyə də ayrıcaq çox zamanım yoxdur, amma mənim kimi öz həyatının qurmaq üçün çalışan, bir-birimizə dəstək olacağımız birisi ilə ola bilər. Əks halda, alınmır.

- Axı deyirlər, hər uğurlu kişinin arxasında bir qadın dayanır.

- Əgər mənlə eyni düşüncədə olan bir xanım olsa, alınar. Bir-birimizə dəstək olarıq. Mən həyatımda olan insana dəstək olmağı, öyrəndiklərimi paylaşmağı sevən adamam. Qarşı tərəfdən isə bu töhfəni görmürəm. O deyir ki, başa düşdüm nəsə oxumusan, öyrənmisən, bəs mən sənin həyatının harasındayam? Mənə vaxt ayır.

- Bəs onunla nəyisə bölüşür, danışırsınızsa, bu, vaxt ayırmaq deyil?

- Mənə görə vaxt ayırmaq elə budur. Birlikdə öyrənmək, birlikdə paylaşmaq, birlikdə inkişaf etmək. İnformasiya almaq və paylaşmaq insanın vacib təlabatlarındandır. Qarşı tərəfin isə əksər hallarda istədiyi sadəcə gəzmək, əylənmək olur. Əlbəttə, bu cür əyləncəyə də yer var, amma bu həyatımın çox az hissəsini təşkil edir. Güman ki, bir mərhələni keçəndən sonra istirahətə, gəzməyə daha çox vaxt ayıra bilərik. Amma indi onun vaxtı deyil.

- Bəs kimsə həyatını sizə həsr etmək istəsə və sizin də ondan xoşunuz gəlsə, buna münasibətiniz necə olar? Nəzərə alaq ki, xanımların bu cür "fədakarlığına" tez-tez rast gəlirik.

- Bu, düzgün deyil. İnsanların özünü başqalarından emosional olaraq asılı hiss etmələrini doğru hesab etmirəm. “Mən rahatlığı səndə tapıram” deyən də olub. Bildirmişəm ki, düzgün etmir. Öz xoşbəxtliyini, rahatlığını kiməsə bağlamamlısan. İnsan birinci azad olmalıdır. Əks halda, yaşanan hiss eşq və ya sevgi deyil, bağlılıqdır. Bu da çox təhlükəlidir. Mən buna yol vermirəm. Partnyorum olacaq şəxs özü azad, güclü olmalıdır.

- Yaradıcı insan olaraq nədən ilham alırsınız?

- Məncə, hər kəs ilhamı fərqli şeylərdən alır. Kimini təbiət, kimini kədər ilhamlandırır. Mən də təklikdən ilham alıram. Yalnızlıqdan bəhrələnirəm. Ən yaradıcı işlərim də kiminləsə münasibətim bitəndən sonra ərsəyə gəlib.

- Səhər tezdən xəbər verilişində fürsət tapıb eşqdən, sədaqətdən, danışmağınızı necə xatırlayırsınız?

- Ukraynada müharibə təzə başlamışdı. NATO bildirirdi ki, biz Ukraynaya dəstəyik, amma Rusiyaya qarşı vuruşa bilmərik. Daha çox bu məzmunda açıqlamalar verilirdi. Təbii ki, bunu siyasi olaraq da şərh edə bilərdim, amma başqa üsuldan istifadə etdim və o an “timsahın göz yaşlarından” danışdım. Daha sonra yenə Ukrayna müharibəsində hərbiyə getməli olan atanı körpəsi qucaqlayır və onu vura-vura deyir ki, getmə. Bu zaman spontan olaraq eşq sözünün etimologiyasından danışdım. İlk ən çox izlənən videom da o olmuşdu. Çox paylaşılırdı. Ümumilikdə, deyə bilərəm ki, efirdən danışdıqlarım insanlar, onların həyatı barədədir. Yaşadıqlarımdan, müşahidə etdiklərimdən danışıram.

- Deyirlər, populyarlıq anidən gəlir. Əziyyət çəkirsən-çəkirsən və bir gün səhər ayılırsan ki, hamı səndən danışır. Deyəsən, elə siz də eynilə belə olub?

- Mən jurnalistikanı seçəndə ailəm razı olmamışdı. Çox adam bəzi streotiplərə görə bu sahədə bacarmayacağımı düşünürdü, mən isə əksini düşünürdüm. Fakültədə oxuduğum vaxtda yutub kanalı açdım və bütün gücümlə öz üzərimdə çalışmağa başladım. Ssenari yazırdım, qrup yoldaşlarımı aparıcı kimi çəkirdim, montajla məşğul olurdum və s. Qısacası, kanalı menecer kimi idarə edirdim. Bu prosesdə işin mətbəxini öyrənmiş olmuşdum. Hər şey buradan başlayıb. Daha sonra AzTV-də müxbir, xəbər aparıcısı kimi işlədim. Ümumiyyətlə, tələbəlikdən bəri dayanmadan işləmişəm. Bilirdim ki, bunun ən azından peşəkarlaşmaq baxımından bir nəticəsi olacaq

- Bu nə qədər vaxtınızı aldı?

- 3 il. Üçüncü kursda oxuyanda artıq AzTV-də xəbərləri aparırdım.

- Mən o vaxt elə bilirdim, siz universiteti bitirmisiniz...

- Həyatı sürətli və dolu-dolu yaşayan adamam. Məncə, vaxt çox sürətli gedir, zamanı yaxşı dəyərləndirmək lazımdır.

- İslam bəy, populyarlıq sizə görə nədir?

- Bəzən mənə şərhlər gəlir ki, məşhur olmaq üçün belə danışıram. Birincisi, mənim mövzularım məşhurluq üçün uğurlu seçim deyil. Məqsədim də heç vaxt populyarlıq olmayıb. Elə olsaydı, başqa kontentlər təqdim edərdim. Mən həmişə peşəkar olmaq üçün çalışmışam, bunu istəmişəm və bu yolda da irəliləyirəm. Məşhurluq məqsəd deyil, nəticədir. Sən uğurlu, fərqli olmaq üçün çalışırsan və nəticədə məşhurluq da gələ bilir.

- AzTV-dən çıxıb “Baku” TV-yə gəlişiniz necə oldu?

- Hiss edirdim ki, inkişafdan dayanmışam və belə bir qərar verməklə komfort zonasından çıxmaq istədim. Bu qərarım çoxları üçün inqilabi qərar idi.

- Necə? Hesab edirdilər ki, bu, uğursuzluqdur?

- Çoxlarına görə belə olsa da, mənə görə deyildi. Mənim üçün bu yeni mediaya inteqrasiya etmək, yeniliklərlə ayaqlaşmaq idi. Ora dövlət kanalı olduğundan reytinq olmasa da, maaşını alıb işləməyə davam edirsən. Bu da səni tənbəlləşdirir. Reytinq özü rəqabətdən doğur. Mən tələbəlikdən bir yerdə dayanmamışam. Prosesin içində olmaq istəyirəm. Buna görə də bəzən tez-tez yer dəyişmiş oluram. Yaşca böyük həmkarlardan bunu mənə irad tutanlar da olub ki, sən bir yerdə dayanmırsan. Mənə görə isə orada-burada olmağın özü belə bir axtarışdır.

- İnanclısınız?

- Cənub bölgəsindənəm. Orada bir çox uşaqlar kimi mən də erkən yaşımdan dini məktəbə getmişəm. Hətta aparıcılıq fəaliyyətim mollalıqdan başlayıb. Yas məclislərini aparırdım. (gülür) 10 yaşımda qəbiristanlıqlarda Yasin oxuyurdum. 17 yaşıma qədər bu cür pul qazanaraq öz ehtiyaclarımı qarşılamışam. Mənə dərs keçən molla radikal düşüncəli adam deyildi. Çox savadlı insan idi. Onun dərs keçdiyi otaqda İncil kitabı da var idi. Bu, mənə maraqlı idi və o da oxumaq istədiyimdə bunu normal qarşıladı. Beləcə, mən başqa dinlərlə maraqlanmağa başladım. Uzaq Şərq fəlsəfəsi ilə maraqlandım və gördüm ki, bütün fəlsəfələr əslində eyni yerə çıxır, adlar fərqlidir, mahiyyət eynidir. Bu dövrdə bir qədər deizm yolunu da getdim. Yoqa, sufi meditasiyası ilə məşğul oldum. Bunlar hamısı Tanrı ilə kontaktın fərqli yollarıdır və gördüm ki, namaz qılanda özümü daha rahat hiss edirəm, kontakt qurmağım daha rahat olur. Bütün dinlərə hörmətlə yanaşıram, hamısından da nəsə götürür, faydalanmağa çalışıram.

Düşünürəm ki, insanı hər şeydə uzaqlaşdıran çətinliklərdir, eynilə bu, dində də belədir. Buna görə radikallığın, çətinləşdirməyin əleyhinəyəm. Həyatı sadələşdirmək lazımdır. Yeri gəlmişkən, videolarımın sevilməyinin səbəbi də siyasi proseslərin gündəlik həyatımızla, yaşadığımız hislərlə bənzədilərək, sadə şəkildə təqdim edilməsi idi.

- İnformasiyanı auditoriyanın daha rahat həzm edəcəyi dildə, tərzdə vermək önəmlidir. Sizin etdiyiniz də bir növ elə budur.

- Jurnalistika fakültəsinin birinci kursunda müəllimlərimizin bizə öyrətdiyi birinci qayda bu idi.

- Deyəsən, praktikaya çatanda unudulur axı.

- Yəqin elədir. Aparıcıların çoxu efirdə buna əməl etmir, amma mən düşündüm ki, bunu edim, görüm necə olur. Görürsünüz, deməli, bəzən qaydalar işləyir. (gülür)

- Hansın insanlardansınız: planlı yaşayan, yoxsa anı yaşayan?

- Daha çox planlı yaşayanlardanam. Bioqrafiyaları sevirəm. Uğurlu insanların həyatına baxdığımda da adətən qısamüddətli hədəflər qoyduqlarını, onlara əməl etdiklərini görürəm. Uzaq hədəflər insanı bəzən qorxudur. Məndə də yaxınmüddətli hədəflər olur. Təbii ki, uzunmüddətli məqsədlərim də var.

- “Nəsə etmək lazımdır” düşüncəsi sizi narahat edir?

- Əlbəttə. Yeni nələrsə etmək lazımdır. Düşünürəm ki, insanlar o paylaşdığım videolardan bezə bilər, yenilik lazımdır. Bu yaxınlarda böyük bir səhifə videolarımdan birini paylaşmışdı. Bir nəfər rəy yazmışdı ki, 3 aydır hara baxıram bu qaqaşı görürəm. (gülür). Mən ixtisaslı və peşəkarlaşmaq istəyən bir jurnalistəm. Buna görə ənənəvi və yeni medianın qovşağında xəbəri çatdırmağın yolu üzərində işləyirəm.

- Yəni xəbəri bizə sevdirəcəksiniz?

- Çalışacağam.

- Müvəffəqiyyət arzulayıram. Şəxsi inkişaf üzrə mütəxəssislərin fikrincə, bir işdə uğurlu olmaq həmin istiqamətdə yoruldum demədən davamlı işləməkdən asılıdır. Nəzərə alsaq ki, robot deyil, insanıq, deməli, bəzən yorulmaq da təbiidir. Yəqin ki, sizin də yorulduğunuz zamanlar olur. Bəs necə toparlanırsınız?

- Sevdiyin işi görəndə o qədər də yorulmursan. Sevdiyim işi görürəm. Bizim fəaliyyət yaradıcıdır. Bəzi hallarda redaktorların müdaxiləsi çox olur, tərzinə xələl gətirir. Bax o zamanlarda gördüyün işin sənin məhsulun olduğunu hiss edə, görə bilmirsən. Bu zaman yorulursan, bezirsən. Əks halda gördüyün işin qarşılığında izləyicilərdən də xoş reaksiyalar gələndə işləməkdən zövq alırsan. Bizim işimiz elədir ki, nəticə demək olar, həmən bəlli olur. Bunun özü də yaxşıdır.

- İlk vaxtlar daha çox hansı məzmunda şərhlər gəlirdi?

- “Bala, sən cavansan, məsləhət vermə, nə yazırlar, onu oxu”. Mən gördüm ki, bu sadəcə bir streotipdir. İnsanlar adətən belə görüblər, ona görə bundan qıcıqlanırlar. Aparıcı formatdan asılı olaraq şərh verə bilər. Bir müddət sonra gələn müsbət şərhlər də göstərdi ki, izləyicilər üçün aparıcının müəyyən yerlərdə şərh verməsi xoşdur.

- Özünüzü bu yaş üçün təsəvvür etdiyiniz yerdəsiniz?

- Özümü bu yaxşda hansısa televiziya kanalında aparıcı olaraq görürdüm. Çatmaq istədiyim bir çox şeyə nail olmuşam, amma hədəflər çoxdur. Hələ qarşıda görüləsi işlər, planlar çoxdur.

- Bəs qorxursunuzmu, bir gün “hər şeyi etdim” deyib depressiyaya düşəsiniz?

- Düşünürəm ki, bu, mümkün deyil. İnsanın xisləti elədir ki, hər zaman daha artığını, yaxşısını istəyir.

- Söhbətimiz zamanı gördüm ki, sonunda doğru qərarı vermiş olsanız da, ümumilikdə, ciddi məsələlərdə qərar vermək lazım olanda prosesin özü hamımızda olduğu kimi sizə də müəyyən qədər çətinlik yaşadır. Belə anlarda hisslərinizə nə dərəcədə qulaq verirsiniz?

- Planlarımın arxasınca rasional məntiqlə gedənəm, amma bir anda içimə hansısa hiss düşərsə, onu izləməyə üstünlük verirəm. Düşünürəm ki, bu, Tanrıdan gələn bir mesaj ola bilər. Tanrı ilə olan kontaktıma inanıram.

- Belə bir deyim var: “İnsanlarla münasibətin odla münasibətin kimi olsun. Çox yaxın durma yanarsan, çox uzaq da durma donarsan”. Maraqlıdır, insanlarla münasibətinizi necə tənizmləyirsiniz?

- Həyatımda tək qaldığım, xoşbəxt olmadığımı düşünüb özümə qapandığım anlar olub. Həmin dövrdə “xoşbəxtliyin sirri nədədir?” sualının cavabı barədə çox düşünmüşəm.

- Tapa bildinizmi?

- Bəli. Məncə, heç kəsdən asılı olmur, özün özünə müəyyən qədər yetirsənsə, o zaman xoşbəxt olursan. İnsanlarla münasibəti tənzimləməyin sirri də bundadır. İnsanların özəl dünyasına müdaxilə etmək, qarşı tərəfin də buna cəhd etməyinə imkan yaratmamaq lazımdır. Bu zaman münasibətlər daha uğurlu olur.

- Qarşıdan yeni tədris ili gəlir. İstəyirəm, öz təcrübənizdən yola çıxaraq jurnalistika fakültəsini seçəcək gənclərə tövsiyələrinizi verəsiniz. Universitet həyatından, tədrisdən maksimum yararlanmaq üçün nə etsinlər?

- Təşəbbüskar olsunlar. Universitetin studiyasından istifadə etsinlər. Nəzəriyyəni öyrənməklə yanaşı praktika ilə məşğul olsunlar. Bunun üçün universitetin imkanlarından, müəllimlərin biliyindən faydalansınlar. Bu zaman iş tapmaq da, işləmək də daha asan olacaq.

- İslam bəy, xoş söhbət üçün təşəkkür edirəm. İşlərinizdə uğurlar arzulayıram.

- Siz də sağ olun.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Bu gün, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Bu gün, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Bu gün, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Bu gün, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Bu gün, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Bu gün, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Bu gün, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Bu gün, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Bu gün, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Bu gün, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Bu gün, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Bu gün, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Bu gün, 14:15
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Bu gün, 14:11
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Bu gün, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Bu gün, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Bu gün, 13:56
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Bu gün, 13:44
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58
Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55
Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?
Bu gün, 11:52
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Bu gün, 11:46
İrandan sonra... - Qafqaz uğrunda mübarizə: İKİNCİ CƏBHƏ
Bu gün, 11:38
Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? - SİYAHI
Bu gün, 11:30
Ərdoğan Ermənistana dəvət olundu
Bu gün, 11:27
Psixatriya Xəstəxanasında meyit tapıldı
Bu gün, 11:22
Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb - "Hraparak"
Bu gün, 11:18
Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:14
Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
Bu gün, 11:12
“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”
Bu gün, 11:05
“Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm”
Bu gün, 11:01
"Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı – QƏRAR
Bu gün, 10:56
Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız - Orxan Saffari yazır...
Bu gün, 10:54
Rusiya və Çin bu meydanda rəqibdirlər... - GƏLİŞMƏ
Bu gün, 10:53
Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...
Bu gün, 10:49
Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı - “İravunk”
Bu gün, 10:43
Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... - Hər həftə şənbə günü...
Bu gün, 10:37
“Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 10:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru