Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər .....                     AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub .....                     Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı .....                     "Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" .....                     Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir .....                     Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib .....                     Bakını hədəf alan agent ifşa edildi: .....                     Putin müharibəyə hazırlaşır: .....                     Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" .....                     ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır .....                     “Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" .....                     Elton Rəşad Dağlıya görə bu addımı atdı .....                     Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib .....                     Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək .....                     Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib .....                     Dünyada məcburi və könüllü hərbi xidmət: .....                     Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır .....                     “Kəramət kofe də satsa, hamı alacaq” .....                     “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu .....                     Kliniki Tibbi Mərkəzi kim idarə edir? .....                     “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” .....                     "Vasif Talıbov və oğlanları həbs edilməlidir” .....                     Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                     "Savalan" yenidən səhnədə: .....                     “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” .....                     “Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur” .....                     İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək .....                     "Valideynlər olaraq susmaq niyyətində deyilik" .....                     Paytaxtın bu rayonlarında binalar təmir olunacaq .....                     Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər .....                     Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib .....                     Rusiyadan Xəzərlə bağlı açıqlama: .....                     Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... .....                     “Hafka” ilə Qurban Qurbanov bir arada .....                     Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı .....                     Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər .....                     Bir kilometr üçün eyni QİYMƏT .....                     SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... .....                     İrandan sonra... .....                     Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? .....                 

"Fikrimi dəyişmişəm, başqa millətdən olan həyat yoldaşı..." - Ayaz Salayev
Tarix: 3-08-2022, 09:49 | Çap et
 "Fikrimi dəyişmişəm, başqa millətdən olan həyat yoldaşı..."
Əməkdar incəsənət xadimi Ayaz Salayev Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Ayaz müəllim, avqustun 1-də doğum gününüzü qeyd etdiniz. Mənə elə gəlir, yaradıcı insanın ən böyük arzusu yaradıcılığı ilə bağlı olur. Ayaz Salayev bu gün Allahdan nə diləyir, nə arzulayır?

- Yaxın adamlarımın can sağlığını kənara qoysaq – ki, bunu hamı istəyir və bu hamı üçün birincidir – arzum ancaq və ancaq yeni film çəkməkdir.

- Neçə ildir bunun arzusundasınız?

- Bu yaxınlarda bir filmim təqdim olundu.

- "Torpaq" sənədli filminizi nəzərdə tutursunuz. Deyilənlərə görə çox əziyyətli bir iş olub.

- Deməzdim. Pandemiyaya görə gec təqdim olundu. Digər tərəfdən film üçün əlverişli zaman kəsiyi idi. Mətn üzərində rahat işləməyə vaxtım oldu. Bu, festival filmi deyil. Heç yerdə də göstərilməyəcək. Festivalda nümayiş olunan filmlərim haqda yazırlar, mən susuram. Məcburam filmi özüm müdafiə edim. İstəyərdim ki, film bir-iki gün kinoteatrlarda göstərilsin, insanlar baxsınlar. Bu sadədir, amma yeni bir nəfəsdir.

Bu, tarixi salnamədir və onu kinoda canlandırmağa cəhddir. Bu məqsədi qarşıma qoymamışdım, amma belə alındı. İnsanların yaddaşından, hislərindən süzülüb gələn tarixdir. Bu film bir şeir, bir nəğmə kimidir.

Böyük tədqiqat işi apardım. Film istehsalata buraxılanda bir nəfər də tanımırdım. Risk idi. 100 nəfər danışdırdım, 83 nəfərini çəkdim, 64-ü isə filmə daxil etdim. 12 çəkiliş günüm oldu.

Yenə deyirəm, yeni bir yoldur, tarixi tədqiqat yoludur... Bilirəm ki, heç kim getməyəcək o yolla. Bu film həmişəlik tarixdə bir nəğmə kimi qalacaq.

- Hər bir rejissor istəyir ki, çəkdiyi film "Yarasa" qədər uğur qazansın.

- Uğur haqqında hamı düşünür. Amma...Uğurdan daha çox əsər özü kamil olmalıdır. Kamil əsər olanda uğur da gəlir. Bəzi filmlər uğur qazanır, amma əslində zəifdir.

- Çəkdiyiniz “Ağ-qara” filmindən razısınız?

- O film alınmadı. Hər bir rejissorun yaradıcılığında bu olur. Çarli Çapli kimi dahi bir insanın son filminə baxanda deyirsən ki, kaş o filmi çəkməyəydi. Eləcə də Fellininin son filmləri... Halbuki onun “Yol”, “Səkkiz yarım” filmlərinə baxanda düşünürsən ki, insan bunu necə çəkib. Sanki Tanrının işidir.

Alınmayan filmlər olur. Təbii ki, bu mənə xoş gəlmir, amma neyləməli... Sən ya heç nə çəkməməlisən, ya da çəkəndə bilməlisən ki, biri alınacaq, biri alınmayacaq.

"Mənim üçün belə bir həyat çox faciəvidir"

- Dünya və Azərbaycan kinosunda filmlərini daimi izlədiyiniz və sizə görə hər filmi şedevr olan rejissor kimdir?

- (Bir az fikirləşəndən sonra) Stenli Kubrikin bütün filmləri çox yüksək səviyyədədir. Hətta deyim ki, Kubrik, Eyzenştyen və Pozalinin xüsusən son filmi şah əsərlərdir.

Amma Orson Uels kimi dahi birinci filmini çəkənə qədər kinoda bir gün də belə işləməyib. Radioda işləyirdi, Hollivuda gəldi və ilk çəkdiyi filmlə zirvəyə qalxdı. Sonra neçə film çəksə də heç biri ilk çəkdiyi filmə yaxın düşə bilmədi. Mən düşünürəm ki, onun klassikaya, Şekspirə, Kafkaya müraciət etməyinin səbəbi onlardan bəhrələnmək idi. Bilmirəm o, ürəyində nə çəkirdi, nə yaşayırdı, necə düşünürdü... Mənim üçün belə bir həyat çox faciəvidir. Sən bir şey yaradasan, amma öz əvvəlki səviyyənə çata bilməyəsən.

- Analiz edəndə hansı nəticəyə gəlirsiniz. Niyə belə olub, yaxud olur?..

- Bir çox rejissorların ilk filmləri uğurlu olur. Vaxtilə Nikita Mixalkov onu çox dəqiq deyib. Eyzenşteyn deyirdi, hər bir filmi elə çəkmək lazımdır ki, guya bu sənin axırıncı filmindir. Nikita Mixalkov isə deyirdi ki, mən onunla razı deyiləm, hər filmi elə çəkmək lazımdır, guya bu sənin birinci filmindir. Bu da çətin bir prosesdir: hər dəfə sıfırdan film qurmaq...

Amma fikrimcə, mənim axırıncı filmim sıfırdan qurulub. Tamam başqa bir filmdir. "Yarasa" ilə heç bir oxşarlığı yoxdur.

- Hər bir yaradıcı insan nəsə demək istəyir. Ayaz Salayevin film çəkmək istəyi nəylə bağlıdır? Və nə demək istəyir?..

- Əgər mən bir cümlədə nəyi demək istədiyimi deyə bilsəydim elə həmin cümləni yazardım və bununla da hər şey bitərdi... Bu, bir beyin oyunudur. Bu, bir ruh oyunudur! Heç vaxt heç nə demək istəməmişəm. İstəyəndə də alınmır.

Sizə deyəcəm, mən indi nə haqda düşünürəm.

Uzaqdan başlayacam. Kinoda hər bir adamın müəllimi var. Lap əvvəllər mənim müəllimim dahi rus rejissoru Eyzenştyen olub. Hansı ki, mənim dünyaya göz açmağımdan iki il əvvəl dünyasını dəyişib - 1948-ci ildə. O mənə çox təsir edib. Bəlkə də birinci dəfədir, bu barədə danışıram. Mən Eyzenştyen kimi özümü sırf kino adamı hesab etmirəm. Mən mədəniyyət adamıyam. Mənim üçün mədəniyyətin istər təsviri sənət, istər musiqi, istər ədəbiyyat vasitəsilə qoyduğu problemlər, düşüncə, təfəkkür daha maraqlıdır.

Mən kinonu dünya mədəniyyətinin içində görürəm. Hansısa bir rejissorun filminə baxanda həmişə yox, amma çox zaman onu niyə çəkdiyini başa düşürəm: hansı həyat, hansı düşüncə onu bu filmi çəkməyə məcbur edib... Bunu düşünəndə sən özünün həmin aləmə mənsubiyyətini dərk edirsən.

Mən indi kinodan daha çox bizim milli mədəniyyət haqqında düşünürəm. Biz artıq 30 ildir müstəqilik. Bu, tariximizdə ilkdir. Amma bizim milli mədəniyyət buna qətiyyən, bir daha da deyirəm, qətiyyən uyğun deyil. Müstəqilliyi sanki dərk eləmirik.

Yeni operalar, simfoniyalar yazılıbmı? Balet yaranıbmı? Yeni dövrü əks etdirən teatr dramaturgiyası varmı? Kino da onun içində... Biz neçə il Rusiyanın tərkibində formalaşdıq. Bizim ali dəyərimiz Rusiya idi. Onun səmərəli-faydalı təsiri də olub. Operalar, baletlər, nəsr əsərlərimiz yazılıb. Poeziyamız, muğamımız zəngin idi, amma operalarımız, romanlarımız, hekayələrimiz, dram əsərlərimiz yox idi. Etiraf edək, 1918-ci ilə qədər olmayıb.

Biz Rusiyanın təsiri altında bu nümunələri yaratmağa başladıq. Mən bunu Rusiyanı tərənnüm etmək üçün demirəm. Əksinə, düşünürəm ki, biz onun tərkibindən necə çıxmışıqsa, mədəniyyətimiz də çıxmalıdır.

Bu da ancaq Mirzə Fətəli Axundzadədən əvvəlki dövrə qayıdıb və ordan başqa bir yolla getməklə mümkündür. Bu haqda çox ciddi düşünürəm. Və mən belə bir milli film çəkmək istəyirəm. Əsl milli film... Mən o filmi çəksəm, vecimə də olmaz hansısa festivala düşüb, düşməyib, seçilib, seçilməyib. Əsas o filmi çəkməkdir!

Siz bayaq "Yarasa" filminin uğuru haqda dediniz, çox sağ olun. "Yarasa" filmi mənə verilən avans idi. O filmdə demək olar ki, hər şeyi təkbaşına eləmişəm.

- Öz maliyyəniz hesabına?

- Sponsor var idi. Amma qəpik-quruş... Aktrisanın saçını mən darayırdım, onu mən geyindirirdim. Hər kəsə nə edəcəyini mən deyirdim. Heç kim heç nə başa düşmürdü. Və böyük istehzayla yanaşırdılar.

"Kim başını torpaqdan bir qədər qaldırırsa, ona..."

- Hamı?

- Əksəriyyət. İndi də elədir. Mən hiss edirəm. Kim başını torpaqdan bir qədər qaldırırsa, ona demoqoq deyirlər, ona gülməli yanaşırlar, “öz aləmindədir” deyirlər.

Azərbaycan kinosunun ən böyük problemi dramaturgiyadır. İkinci problem də dramaturgiyadır, üçüncü problem də... Dramaturgiya aktyorları da yetişdirir. Dərin düşüncəsi olan insanın obrazını ekranda ifa edən aktyor var? Nə qədərdir? Böyük hissləri, böyük məhəbbəti, böyük nifrəti ekranda göstərə bilən sima – istər qadın, istər kişi – çoxmu tanıyırsınız?

- Yox.

- Azərbaycan milli mədəniyyəti hansı yolla gedəcək? Necə inkişaf edəcək? İndi bu məsələlər həll olunmur. Siyasətdə biz tarixi bir millətə çevrildik. Kimin sayəsində? Prezidentin dahiliyi, xalqın iradəsi, vətənə sevgisi sayəsində... Bəs bu qalibiyyət mədəniyyətdə niyə əksini tapmır? İndi qızğın mübahisələr, müzakirələr aparılmalıdır.

Yazıçılar, Kino, Rəssamlar İttifaqlarında konfranslar, yığıncaqlar keçirilməlidir. Hanı? Biganəçilikdir. Bəlkə mən səhv edirəm? Bəlkə o mübahisələr gedir, konfranslar, dairəvi masalar keçirilir, mən görmürəm?..

- Ayaz müəllim, axı, siz də flaqman ola bilərsiniz. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüsünüz.

- Mən lider deyiləm.

- Siz də kənara çəkilsəniz, kimdən nə umaq?

- Bəyəm kənara çəkilirəm?

- Bu cür müzakirələr siz və sizin kimi ziyalıların tələbi ilə təşkil olunmalıdır.

- Sizə dediklərim haqda bəlkə bir məqalə yazdım.

- Müzakirələr olmalıdır, axı.

- Mən həmfikir ...

- Tapa bilmirsiniz?

- Şair demişkən, deyir, dərd çox həmdərd yox.

- Həmfikiriniz yoxdur?

- Bəli.

- Nə vaxtsa olub?

- Heç vaxt. Mən həmkarlarımla ünsiyyətdə olanda, xüsusilə də son vaxtlar onlarla müxtəlif dillərdə danışırıq. Mən demirəm, onlar pisdir, mən yaxşıyam. Qətiyyən. Sadəcə ayrı dillərdə danışırıq. Məni düşündürən problemlər heç kimi maraqlandırmır.

- Bu, faciə deyilmi?

- Faciədirmi, onu da bilmirəm. Onu bilirəm ki, hazırda milli mədəniyyət xalqa borcludur. Bəzən olur ki, xalq incəsənətinə borclu olur, amma indiki halda əks vəziyyətdir. Amma yaşayıb bunu prosesi izləmək də çox maraqlıdır. Bu nəyəsə gətirib çıxaracaq. Keçmiş SSRİ-nin hər yerində belədir.

Bir qədər Orta Asiyada Qırğızıstan kinosu fərqlənir. Yakutiya kinosu maraqlı fenomen yaradıb. Mən istərdim ki, Bakıda sentyabr-oktyabr aylarında Yakutiya kinosu həftəsi keçirilsin. Düşünürəm ki, belə addımlardan başlansa, səmərəli olar.

- Ötən gün milli kinomuzun 124 illiyini qeyd etdik. Peşə bayramında Azərbaycan kinosu üçün çalışan kimə, yaxud kimlərə təşəkkür etmək ürəyinizdən keçir?

- Keçmişə nəzər salsaq, mən doğulandan 21 il öncə dünyasını dəyişən Səməd Mərdanovun adını çəkəcəm. Mənə elə gəlir ki, onun filmləri barədə dediyim fikirlər özünün də çox xoşuna gələrdi. Onunla ünsiyyətdə olmaq istəyərdim.

Tofiq Tağızadəni çox sevirəm. O, çox mübarizə apardı.

Qəmər Salamzadə yadıma düşür. "Dəcəl dəstə" filmi çox maraqlı filmdir.

"Mən heç vaxt xidmət etməmişəm, yaratmışam"

- Son illərdə çəkilən filmlərə baxırsınız?

- İmkan dairəsində.

- Mənzərə necə görünür?

- Çox acınacaqlı. Bu haqda tam ətraflı danışmaq istəmirəm. Sizə deyim ki, dünya kinosunda da mən ürəkaçan əsərlər görmürəm. Kino çox dəyişib. Çox bəsitləşib, sadələşib və burada yüksək mənada sadələşməkdən söhbət getmir. Bir tərəfdən peşəkarlıq inkişaf edir: həyatı olduğu kimi əks etdirmək qabiliyyəti, məsələn Zvyagensevin, Nuri Bilge Ceylanın filmlərini misal çəkə bilərəm. Amma yenə də... Bunlar hamısı bir-birinə oxşayır. Nə qədər fərqlənsə də sanki bir qutudan çıxıblar. Bəlkə buna səbəb formalaşan məktəb mənsubiyyətidir. Bizdə də o məktəbə uyğun filmlər çəkilir, adlarını çəkmək istəmirəm. Bəlkə bu, müasir kinonun simasıdır. Amma görürsən ki, o deyil...

Zvyagensevin son filmi – həyata çox diqqətlə baxır, görür və ustalıqla onu əks etdirir. Həmçinin Ceylan “Bir zamanlar Anadoluda” filmi ilə Türkiyənin reallığını göstərir. Amma burda bir qədər fikir bəsitliyi var. Zvyagensevin “Sevgisizlik” filmində rejissor göstərir ki, insanlarda sevgi qalmayıb. Bircə cümlə... Nikita Mixalkovun “Günəşdən usanmışlar”, Fellininin “Səkkiz yarım”, Stenli Kubrikin “Geniş qapalı gözlərlə” filmi, Antonioninin çox böyük çətinliklə ərsəyə gətirdiyi “Tutulma” – bunlar haqda bir saatlıq mühazirə oxuya bilərəm.

Amma “Sevgisizlik” barədə kim nə deyə bilər? Onun haqqında bir saat danışmaq olar?.. Bir cümlə deyəcəksən: filmdə müasir müəllif bizə Rusiya cəmiyyətində sevginin, məhəbbətin qalmadığını deyir. Və bitti. Həmçinin də Ceylan...

Bu, başqa yanaşmadır və bu mənə elə gəlir ki, kinonun dünya mədəniyyət problemlərindən uzaqlaşmağının təzahürüdür. Mən bu fikri dəfələrlə söyləmişəm, yenə deyirəm, bu məncə cəmiyyətdən irəli gəlir.

Cəmiyyətdə fəhlə, kəndli, ziyalı sinfi var idi. İndi bütün dünyada xidmət sinfidir: satıcılar, sürücülər, şirkət işçiləri - bunlar hamısı xidmət edir, yaratmır. Fəhlə yaradır- detallardan nəsə yaradır. Kəndli ağac əkir, meyvəsi yetişir, qoyun otarır, inək saxlayır, onun südü, qatığı, pendiri olur. Yəni yaradır. Yazıçı, rejissor heç nədən film, əsər yaradır. O mənada mən heç vaxt xidmət etməmişəm, yaratmışam.

Amma onlar pula görə işləyirlər. Pul hamıya lazımdır, mən də pulu sevirəm. Amma siz həkimdən soruşun, deyin ki, xəstən ölsə, sənə yaxşı pul gələcək, sağalsa isə heç nə qazanmayacaqsan. 99,9 faiz həkim deyəcək ki, xəstə sağalsın. Rejissora desəniz ki, böyük sənət əsəri yaradacaqsan, amma pul qazanmayacaqsan, yaxud biabırçı bir film çəkib pul qazanacaqsan, özünə hörmət edən rejissor nə deyəcək, təbii ki, sənət əsərini seçəcək.

Amma xidmət adamlarının həyatlarında bu seçim yoxdur. Yaxşı işləyir pul gələcək, pis işləsə olmayacaq. İndiki kino bu xidmət cəmiyyətinin sənətidir.

"Retro" olmasaydı mən ölkəni tərk edəcəkdim"

- Ayaz müəllim, siz şöhrəti “Retro” verilişi ilə qazandınız.

- Şöhrət yox, populyarlıq...

- Sizə hansı yolları açdı?

- Bütün yolları. Populyarlıq çox əlverişli bir şeydir. Amma populyarlıqdan savayı o verilişin həyatımda çox əhəmiyyətli bir yeri var. “Retro” ilk növbədə məni ölkəyə bağladı. Sovet dönəmi idi və əgər o veriliş olmasaydı, mən ölkəni tərk edəcəkdim. Mən vətəni vətən kimi müstəqillikdən bir-iki il əvvəl dərk etməyə başladım. Təxminən 1988-89-cu illərdə...

O da 1983-cü il idi, mən sovet hökumətini, o quruluşu sevmirdim. O baxımdan “Retro”nun populyarlığı mənim həyatımı dəyişdi.

- O populyarlığı hələ də üzərinizdə hiss edirsiniz?

- Bəli. Məni tanıyırlar və bu mənim xoşuma gəlir. Sadəcə mənim üçün populyarlıq məqsəd deyil. Bəli, mənim çox xoşuma gəlir və bu qədər...

- Bir dəfə sizə bu barədə sual vermişdim. Dediniz ki, film çəkəcəm və yalnız dövlətin pulu ilə...

- Bəli. Birincisi, özəl vəsaitə gözdən iraq komediyalar - adamların zövqünü məhv edən filmlər çəkilir. İkincisi, mən bu dövlətin vətəndaşıyam və istəyirəm ki, layihəmə dövlət vəsait ayırsın.

"Kinonu heç kimə dəyişmərəm"

- Ayaz müəllim, zamanla fikirləriniz çoxmu dəyişib?

- Məni qələbə çox dəyişib. Heç qələbə də yox, müharibənin birinci günü mən çox dəyişdim. Müharibə başlayanda içimdə əminlik var idi ki, qələbə ilə yekunlaşacaq. Tam arxayın idim. Zamanın xüsusiyyəti ondan ibarətdir, o, insanları xeyli qabaqlayır. Əvvəllər mən zamanı qabaqlayırdım, indi zaman məni qabaqlayır.

Mən qarışıq nikahların alovlu tərəfdarıydım. Amma indi düşünürəm ki, insanın öz taleyi ölkəsinin taleyindən ayrılmamalıdır. Sən heç vaxt əmin ola bilməzsən ki, başqa millətdən olan həyat yoldaşın sənin ölkənin taleyi ilə həmdərd olacaq.

30-40 il bundan əvvəl məndən soruşsaydılar, deyərdim, məhəbbət hər şeydən üstündür.

İndi isə qətiyyətlə əksini düşünürəm. İnsan hislərini də ovcuna yığmalıdır. İnsan öz hislərinin üzərində qələbə çalmağı bacarmalıdır. Bu, təkcə sevgiyə aid deyil. Sən hislərinin qulu olmamalısan.

Bir deviz var idi: can-ruh Allaha, qəlb qadına, borc vətənə, şərəf heç kimə. Mənim üçün şərəf bərabərdir kino. Şərəfi, yəni kinonu heç kimə dəyişmərəm. Mən belə yaşayıram. Qadın ancaq qəlbdə olmalıdır. Ona görə elə ailə qurmaq lazımdır ki, bunlar bir-birinə zidd düşməsin...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Bu gün, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Bu gün, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Bu gün, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Bu gün, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Bu gün, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Bu gün, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Bu gün, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Bu gün, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Bu gün, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Bu gün, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Bu gün, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Bu gün, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Bu gün, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Bu gün, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Bu gün, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Bu gün, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Bu gün, 14:15
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Bu gün, 14:11
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Bu gün, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Bu gün, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Bu gün, 13:56
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Bu gün, 13:44
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58
Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55
Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?
Bu gün, 11:52
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Bu gün, 11:46
İrandan sonra... - Qafqaz uğrunda mübarizə: İKİNCİ CƏBHƏ
Bu gün, 11:38
Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? - SİYAHI
Bu gün, 11:30
Ərdoğan Ermənistana dəvət olundu
Bu gün, 11:27
Psixatriya Xəstəxanasında meyit tapıldı
Bu gün, 11:22
Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb - "Hraparak"
Bu gün, 11:18
Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:14
Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
Bu gün, 11:12
“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”
Bu gün, 11:05
“Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm”
Bu gün, 11:01
"Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı – QƏRAR
Bu gün, 10:56
Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız - Orxan Saffari yazır...
Bu gün, 10:54
Rusiya və Çin bu meydanda rəqibdirlər... - GƏLİŞMƏ
Bu gün, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru