“BTB” Bank bağlanır? .....                     Putinin dostu... ELƏ PUTİNİN DOSTUDUR! .....                     Mürsəlovun işçisi MİLLƏTİ TƏHLÜKƏYƏ ATIR .....                     Kənan MM İTV rəhbərliyini yalnız öz tanışlarından layihə qəbul etməkdə ittiham edir... .....                     "Bu çox ciddi bir cinayətdir, terrordur" .....                     "Bu vəhşiliklərin arxasında Kremldən gələn göstəriş dayanır" .....                     Şəkidə şəhid ailəsi çətin durumda .....                     Rusiyadakı azərbaycanlılar: onlar kimlərdir? .....                     "Rusiyanın digər xalqlara qarşı daha qəddar və amansız davranışı təəccüb doğurmur" .....                     Bakının mərkəzində Rusiya təhlükəsi .....                     Əmrullayevin çətiri altında özbaşınalıq .....                     Saxta humanizm və ya əhəmiyyətsiz Ottava Konvensiyası .....                     “Etniklərə və miqrantlara qarşı zorakılıq Rusiyaya yaxşı heç nə vəd etmir” .....                     Müştərinin pulunu geri qaytarmır! .....                     Növbəti ölkə Türkiyə olacaq! .....                     Sverdlovskda azərbaycanlılara qarşı daha bir zorakılıq: bu dəfə qadını döydülər .....                     "Səhhətimə görə maşınmı da satmışam" .....                     Macarıstan Ermənistan üçün vəsaitin qarşısını alır .....                     Paşinyan "xarici təsir agentləri" haqqında qanun hazırlayır .....                     Azərbaycan Rus İcmasının Mədəniyyət Mərkəzinin bağlanması xəbəri həqiqəti əks etdirmir .....                     General sərəncamdan təqaüdə göndərildi .....                     Yekaterinburqda saxlanılan azərbaycanlılarından birinin qohumu: Əmimin ciyərlərinə su gəlib, qabırğaları sınıb .....                     Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı narahatlığını ifadə edib .....                     Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək .....                     DİN “Sputnik Azərbaycan"la qanunsuz maliyyələşmə ilə bağlı araşdırmaya başlayıb .....                     Paşinyan Simonyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edib .....                     "Kapital Bank"da yeni təyinatlar olub .....                     BU QUDURĞANLIQDIR: Azərbaycan səfiri Rusiya XİN-ə çağırılıb .....                     “Bank Avrasiya”nın rəhbərliyinin illik gəlirləri azaldı .....                     İran Ukraynaya nota verib .....                     “Sputnik Azərbaycan” ın əməkdaşlarının saxlanılma görüntüləri .....                     “Nestle Azərbaycan”ın rəhbərliyində təyinat olub .....                     PKK silahı yerə qoymağa başlayır .....                     Rüsvayedici məlumatlarla hədə-qorxu .....                     Bakının üzərindəki RUS PEYKİ... .....                     Bəylər Eyyubov vəzifədən getdi: Yerinə təyinat oldu .....                     Büyükfırat ailəsində eyni gündə iki faciə .....                     ADESA-dan insan ölümünə REAKSİYA .....                     Çörəyimizin duzu yoxdur, YOXSA... .....                     “Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi .....                 

"Çox xoşbəxtəm ki, bir yerdə dayana bilmirəm"
Tarix: 14-07-2022, 10:03 | Çap et
"Çox xoşbəxtəm ki, bir yerdə dayana bilmirəm"
Əməkdar artist Şövqi Hüseynovla Azərbaycan Dövlət Akademik Musiqili Teatrın ənənəvi mükafanlandırma mərasimində qarşılaşdıq. Yola saldığımız teatr mövsümü onun üçün uğurlu keçib. Əməkdar artistlə ayaqüstü söhbətimizdə həm yeni tamaşaları, həm arzuları, həm də teatrımızın bu gününə nəzər saldıq.

DİA.AZ teleqraf.com-a istinadla Şövqi Hüseynovla müsahibəni təqdim edir:

- Şövqi bəy, həm Gənc Tamaşaçılar Teatrında, həm də Akademik Musiqili Teatrda çalışırsınız...

- Eyni zamanda Mədəniyyət və İncəsənət Universitetində kursum var, dərs deyirəm.

- Bir yerdə dayanan aktyor deyilsiniz. Sizin haqqınızda həmişə bu fikirdə olmuşam.

- Çox xoşbəxtəm ki, bir yerdə dayana bilmirəm.

- Pandemiyadan sonra teatra qayıdıb, yaradıcılıq baxımından istədiyiniz nəticəni bu mövsümdə əldə edə bildinizmi?

- Pandemiya dönəmində bacardığımız qədər dayanmamağa çalışdıq. Doğrudur, səhnəmiz, tamaşaçımız olmadı, amma müəyyən layihələrdə onlayn formada iştirak edib yaradıcılığımızı davam etdirdik. Çünki dayanmaq aktyor üçün yox olmaq deməkdir. Biz mütləq hərəkətdə olub, işləməliyik.

Gənc Tamaşaçılar Teatrında Çexovun “Qağayı” əsərinə Nicat Kazımov quruluş verdi. Uşaq və böyüklər üçün tamaşalar təhvil verildi. Hazırda bizim teatr təmirdədir, ona görə pandemiyadan sonra öz səhnəmizdə deyil, başqa səhnələrdə tamaşalarımızı təqdim etdik.

Güman edirəm ki, yeni mövsümdə öz doğma səhnəmizə qayıdacağıq.

Akademik Musiqili Teatrda bu mövsüm ərzində yeddi tamaşa təhvil verildi. Teatrda 3-10 iyulda “Premyeralar paradı” adlı festival keçirildi, bütün yeni tamaşalar orada nümayiş olundu. Gələcəkdə bu festivalı teatrlararası, daha sonra beynəlxalq səviyyədə həyata keçirə bilsək, çox yaxşı olar. Bunlar hamısı teatrın, aktyorların inkişafına xidmət edir. Təhvil verilən 7 tamaşanın ikisində - “Utancaq qız” və “Bəxtiyar”da mən oynayıram. Hamısı gözəl tamaşalardır.

- Musiqili Teatrda ilk monotamaşa sizə məxsusdur. Hətta buna görə mükafata da layiq görüldünüz. Mükafatlandırma mərasimində teatrın direktoru dedi ki, Belarusda 7 min tamaşaçını ayağa qaldırmısınız.

- “Utancaq qız” monotamaşası ilə Belarusda keçirilən Beynəlxalq Teatr Festivalına qatılmışdıq. Amma festivalın açılışı və bağlanışı 7 min nəfərlik buz zalında keçirildi. Orada mən “O olmasın, bu olsun” tamaşasından Məşədi İbadın mahnısını təqdim elədim. Orada Azərbaycanın görməli, gəzməli yerləri- Qarabağımızı əks etdirən video-çarxımız nümayiş olundu. Bu bir fürsət idi, məncə yaxşı da dəyərləndirdik. Möhtəşəm anlar yaşadıq.

- “Kontrabas”la başlanan monotamaşalar silsələnizə “Utancaq qız”–ı daxil etdiniz. Ölkəmizdə sizin qədər monotamaşa oynayan ikinci aktyor tanımıram.

- “Kontrabas” tamaşasının rejissoru İrina Aleksandrovna idi. “Dəlinin qeydləri”, “Utancaq qız”-ı Cənnət Səlimova hazırlayıb. İndiyə qədər dörd monotamaşam olub. Yeni bir tamaşada da hazırlanır.

Monotamaşanı rolumun olmadığına görə oynamıram. Sadəcə monotamaşa mənim içimi rahatladır, yaradıcı baxımdan daha rahat, səliqəli oluram.

- Bir az aça bilərsinizmi?

- Mənim evdə böyük kitab şkafım var. O şkafda kitablar hamısı yerində olmalıdır. Neçənçi sırada hansı kitabın olduğunu əzbər bilirəm və həmişə də qaydaya salıram. Məndən kitab istəyəndə sıra və nömrəsinə qədər deyirəm.

Mənim daxili balansımı, daxili səliqəmi o monotamaşalar saxlayır. Kitab şkafı kimi...Baxmayaraq ki, hər iki teatrda da digər tamaşalarda rol alıram. “Şeyx Sənan”, “Aydın”, “Qağayı”, “Bəxtiyar” və digərləri...

Tamaşalar çoxdur, amma monotamaşalara daxili ehtiyacım var. Onları hazırlayanda mütləq repertuara daxil olacaq deyə qarşıma məqsəd qoymuram. Mən sadəcə o tamaşaları işləyirəm. Bəyənilir, qəbul olunur və repertuara salınır.

- Təklif sizdənmi, yoxsa rejissorlardan gəlir?

- Hər ikimizdən. Hər il monotamaşa hazırlamaq istəyirəm. Ukraynada dünyada analoqu olmayan mono teatr fəaliyyət göstərir. Çox istəyirəm bizdə də mono teatr yaransın. Orada yalnız mono tamaşalar göstərilsin.

- Bu teatrın yaranmasına nə mane olur?

Ətraflı
- Mane olan nəsə yoxdur. Sadəcə mən bu barədə təklif etməmişəm. Sadəcə arzumu səsləndirdim. Monotamaşalar repertuarımı genişləndirəndən sonra bu təklifi lazimi qurumlara vermək barədə düşünürəm.

- Azərbaycan teatrının indiki mənzərəsi necədir? Biz dünya teatrları ilə ayaqlaşa bilirikmi?

- Bunu tamaşaçıdan soruşsanız daha dəqiq olar. Amma cəhdlər var. Biz dünya ilə ayaqlaşmağa cəhd edirik. İrəli getmək, inkişaf etmək üçün səy göstəririk. Yerimizdə saymaq niyyətimiz, məqsədimiz yoxdur. Hansı dərəcədə buna nail olduğumuzu zaman göstərəcək və tamaşaçılar onu daha dəqiq deyəcək. Amma təkrar edirəm ki, biz cəhd edirik, çalışırıq və buna dəstək də var. Teatrlar, nazirlik tərəfindən istənilən layihə təklifimizə heç bir zaman yox deyilməyib. 30 ildir mən Azərbaycan mədəniyyəti ilə dünyanı gəzirəm. Mədəniyyəti təbliğ etmək üçün həmişə şərait yaradılıb.

- Teatr sahəsində gənclərin fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Bütün teatrlarımıza gənclərin axını var. Bəzən yer, ştat da çatmır. Teatrda işləmək istəklərinin olması çox sevindiricidir. Onların da gələcək inkişafını zaman həll edəcək. Hər bir teatrda gənclərin özünü göstərmək üçün meydanı var. Heç bir direktor, heç bir baş rejissor işləmək istəyən bir gəncin qarşısını kəsməz. Bəlkə də bu var, amma mən bunun şahidi olmamışam.

- Hansı rejissorla işləmək daha rahatdır?

- Mən ümumiyyətlə aktyor olmağı çox sevirəm. Sevimli rejissor anlayışı var, amma hər halda aktyor olmaq gözəl hisdir. Mən Cənnət Səlimova ilə Kamera Teatrından başlamışam. Cənnət xanım mənim ilk rejissorumdur. Teatr sahəsində demək olar bütün rejissorlarla işləmişəm və hər birindən nələrsə götürə bilmişəm. Çünki hər biri ilə yeni forma axtarışında olursan.

Hazırda Mehriban Ələkbərzadə ilə işləyirəm. Bilirsiniz ki, Mehriban xanım Gənc Tamaşaçılar Teatrının baş rejissorudur. Mehriban xanımla Akademik Milli Dram Teatrında “İsgərdərə yeni namə”də, Musiqili Teatrda isə “Nuri- didə Ceyhun”da işbirliyimiz olub.

- İndi arzunuz nədir?

- Aktyorun arzusu nə ola bilər? Aktyoru xoşbəxt eləmək çox asandır. Ona səhnə və gözəl materiallı rol ver. Görün, ondan xoşbəxt adam tapa bilərsiniz? Arzum yeni rollar oynamaq, yeni dramaturgiya ilə məşğul olmaqdır.

Həmçinin universitetdə tələbələrlə daha ciddi işləmək istəyirəm.

- Arzusunda olduğunuz rol var?

- Yoxdur. Mən hesab edirəm ki, aktyorlar bundan sonra hansı rolu oynayacağını düşünməməlidir. Rejissor düşünməlidir ki, bu aktyor filan rolu oynayıb, sabah ona hansı rol verək? Rejissor aktyorun inkişaf xəttini təyin etməlidir.

- Bir rolla ulduzu parlayıb amma çox tez sönən aktyor taleləri var. O insanlar sizin ətrafınızdadırlar. Sizcə, niyə belə uğursuz karyera ilə üz-üzə qalırlar?

- Heç bir rejissor öz tamaşaçısının düşməni deyil. Hamı istəyər ki, gözəl tamaşa alınsın, yaxşı aktyorlarla işləsin. Əgər rejissor hansısa tamaşasında mənə rol vermirsə bunun günahkarı mən özüməm. Əgər mən hansısa rolda uğur qazana bilmirəmsə bunun günahkarı mənəm. Nə dramaturgiyadır, hərçənd bəzən zəif dramaturgiya da olur. Deməli mən özüm boşluq yaratmışam. Rejissor mənə rol vermirsə günahkarı özüməm.

- Niyə sizi seriallarda görmürük?

- Təvazökarlıqdan uzaq olsa da deyəcəm inanın, vaxtım qalmır. Amma kinoda ara-sıra çəkilirəm. Rejissor Yavər Rzayev Mehmandarovlara həsr olunmuş bədii-sənədli filmin hazırlıq prosesinə başlayıb. Baş qəhrəmanı mən canlandıracam.

Kinoda çox peşəkar rejissorlarla çalışmışam: Eldar Quliyev, Ayaz Salayev, Yavər Rzayev, Rövşən İsax, Oktay Mir Qasım.

Amma mən özümü teatr aktyoru hesab edirəm. Dədə evim teatrdır. Mən səhnədə xoşbəxtəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“BTB” Bank bağlanır? - GƏLİŞMƏ
Bu gün, 07:29
Putinin dostu... ELƏ PUTİNİN DOSTUDUR! - BİZƏ NƏ?
Bu gün, 07:25
Mürsəlovun işçisi MİLLƏTİ TƏHLÜKƏYƏ ATIR - VİDEOFAKT
Bu gün, 07:11
Kənan MM İTV rəhbərliyini yalnız öz tanışlarından layihə qəbul etməkdə ittiham edir... - İTV-dən isə deyirlər ki...
Bu gün, 07:08
"Bu çox ciddi bir cinayətdir, terrordur" - Sərdar Cəlaloğlu
Bu gün, 06:59
"Bu vəhşiliklərin arxasında Kremldən gələn göstəriş dayanır" - Zərdüşt Əlizadə
Bu gün, 06:57
Şəkidə şəhid ailəsi çətin durumda - Prezidentə MÜRACİƏT
Bu gün, 06:53
Rusiyadakı azərbaycanlılar: onlar kimlərdir? - FOTOLAR
Bu gün, 06:45
"Rusiyanın digər xalqlara qarşı daha qəddar və amansız davranışı təəccüb doğurmur" - partiya sədri
Bu gün, 06:37
Bakının mərkəzində Rusiya təhlükəsi – Gözümüzün önündə imiş!
Bu gün, 06:29
Əmrullayevin çətiri altında özbaşınalıq - NAZİRƏ ETİRAZ
Bu gün, 06:22
Saxta humanizm və ya əhəmiyyətsiz Ottava Konvensiyası - AKTUAL
Bu gün, 00:18
“Etniklərə və miqrantlara qarşı zorakılıq Rusiyaya yaxşı heç nə vəd etmir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:12
Müştərinin pulunu geri qaytarmır! - “Kapital Bank”dan şikayət
Bu gün, 00:10
Növbəti ölkə Türkiyə olacaq! - ABŞ səfirinin sözləri rezonans doğurdu
Bu gün, 00:04
Sverdlovskda azərbaycanlılara qarşı daha bir zorakılıq: bu dəfə qadını döydülər - VİDEO
Bu gün, 00:00
"Səhhətimə görə maşınmı da satmışam" - VİDEO
Dünən, 23:55
Macarıstan Ermənistan üçün vəsaitin qarşısını alır - Kallas GİLEYLƏNDİ
Dünən, 23:50
Paşinyan "xarici təsir agentləri" haqqında qanun hazırlayır – Hədəfdə kimlər var?
Dünən, 23:48
Azərbaycan Rus İcmasının Mədəniyyət Mərkəzinin bağlanması xəbəri həqiqəti əks etdirmir - MƏNBƏ
Dünən, 23:45
General sərəncamdan təqaüdə göndərildi - ƏMR
Dünən, 23:41
Yekaterinburqda saxlanılan azərbaycanlılarından birinin qohumu: Əmimin ciyərlərinə su gəlib, qabırğaları sınıb
Dünən, 19:38
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı narahatlığını ifadə edib
Dünən, 18:45
Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək
Dünən, 18:16
DİN “Sputnik Azərbaycan"la qanunsuz maliyyələşmə ilə bağlı araşdırmaya başlayıb - RƏSMİ
Dünən, 17:59
Paşinyan Simonyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edib - KİV
Dünən, 17:54
"Kapital Bank"da yeni təyinatlar olub - BUNDAN SONRA...
Dünən, 17:44
BU QUDURĞANLIQDIR: Azərbaycan səfiri Rusiya XİN-ə çağırılıb - OĞRU ELƏ BAĞIRDI Kİ...
Dünən, 17:40
“Bank Avrasiya”nın rəhbərliyinin illik gəlirləri azaldı - MƏBLƏĞ
Dünən, 17:36
İran Ukraynaya nota verib
Dünən, 17:31
“Sputnik Azərbaycan” ın əməkdaşlarının saxlanılma görüntüləri - FOTO/VİDEO
Dünən, 17:26
“Nestle Azərbaycan”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:23
PKK silahı yerə qoymağa başlayır
Dünən, 17:18
Rüsvayedici məlumatlarla hədə-qorxu – Məhkəmənin qərarı açıqlandı
Dünən, 17:16
Bakının üzərindəki RUS PEYKİ... - AKTUAL
Dünən, 17:11
Bəylər Eyyubov vəzifədən getdi: Yerinə təyinat oldu - BUNDAN SONRA...
Dünən, 17:07
Büyükfırat ailəsində eyni gündə iki faciə - FOTO
Dünən, 17:02
ADESA-dan insan ölümünə REAKSİYA - BU, QOÇULUQDUR!!!
Dünən, 16:57
Çörəyimizin duzu yoxdur, YOXSA... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:51
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTO
Dünən, 16:46
Ersin Tatar Azərbaycana gəlir
Dünən, 16:42
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə... - TƏFƏRRÜAT
Dünən, 16:40
Gürcüstanda daha bir nazir istefa verib
Dünən, 16:35
Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib - SİYAHI
Dünən, 15:05
20 yaşlı qızın faciəli ölümü - TƏFƏRRÜAT
Dünən, 15:03
Təyyarəmizi Qazaxıstan vurubmuş: Samir Vəliyev özünü rüsvay etdi - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:51
Şəhid qardaşına vəzifə verildi - FOTO
Dünən, 14:42
Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib
Dünən, 14:37
Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR - rəsmi İrəvandan REAKSİYA
Dünən, 14:34
Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 14:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru