İbad Hüseynli Xankəndidə restoran açır .....                     400 minlik dələduzluq: .....                     Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi .....                     Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub .....                     Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir .....                     Xəzərin icra başçısı NƏYƏ YARAYIR? .....                     "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" .....                     Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı .....                     Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir .....                     “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? .....                     “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” .....                     Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub .....                     Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı .....                     “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” .....                     "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?” .....                     Partlayışda yaralanan həkim görün kim İMİŞ .....                     Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər .....                     AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub .....                     Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı .....                     "Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" .....                     Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir .....                     Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib .....                     Bakını hədəf alan agent ifşa edildi: .....                     Putin müharibəyə hazırlaşır: .....                     Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" .....                     ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır .....                     “Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" .....                     Elton Rəşad Dağlıya görə bu addımı atdı .....                     Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib .....                     Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək .....                     Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib .....                     Dünyada məcburi və könüllü hərbi xidmət: .....                     Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır .....                     “Kəramət kofe də satsa, hamı alacaq” .....                     “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu .....                     Kliniki Tibbi Mərkəzi kim idarə edir? .....                     “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” .....                     "Vasif Talıbov və oğlanları həbs edilməlidir” .....                     Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                     "Savalan" yenidən səhnədə: .....                 

İstedadsızlığın təntənəsi, istedadın faciəsi – Mədəniyyətə meydan oxuyan əmilər, bibilər...
Tarix: 27-06-2022, 08:25 | Çap et
İstedadsızlığın təntənəsi, istedadın faciəsi
Teatr həmişə cəmiyyətin güzgüsü olub və biz həmişə bu güzgüdə özümüzü görmüşük. Bəs niyə bu güzgüdə biz artıq özümüzü görmürük. Buna səbəb nədir?

Məsələ ondadır ki, teatr yarandığı gündən bu günə qədər insanların qarşısına çıxan problemlərin həlli yollarını göstərib. İstər klassika, istər müasir dramaturgiyanın səhnə həlli, birmənalı şəkildə müasir insan problemlərinin həllinə yardımçı olmalıdır. Demək, tamaşa elə qurulmalıdır ki, günümüzlə səsləşsin. Belə olan təqdirdə gəlin teatrlarımıza nəzər salaq, görək teatrlarda günümüzlə səsləşən tamaşalar var, ya yox?! Əlbəttə, yoxdur.

Gəlin söhbətimizi əyaniləşdirək. Respublikamızda 27 dövlət teatrı fəaliyyət göstərir. Bu teatrların tamaşaları haqqında kifayət qədər məlumatlıyıq. Bu məlumatlara əsaslanaraq deyə bilərik ki, biz əziz və doğma teatrımızı heç də kifayət qədər sevmirik. O zaman belə bir sual yaranır: bəs biz doğma teatrı niyə sevmirik? Axı sevməliyik. Gəlin faktlara nəzər salaq və teatrı sevməməyimizin köklərini araşdıraq.

Bu polemikaya teatrşünaslar, dramaturqlar, rejissorlar, aktyorlar və sair peşə sahibləri qoşula bilər. Və mənə elə gəlir ki, bu işin xeyrinə olar. İlk əvvəl, gəlin teatrın strukturundan başlayaq. Müasir dövrümüzdə teatrın strukturu düzgün qurulub, ya yox? Fikirlər müxtəlif ola bilər. Mənə qalarsa, deməliyəm ki, teatrın strukturu düzgün qurulmayıb. Mən bunu çoxsaylı müsahibələrimdə və çıxışlarımda dəfələrlə qeyd etmişəm. Fikirlərimi açıqlayım. Bütün müasir dünyada, hətta keçmiş sovetlər dönəmində fəaliyyət göstərən teatrlarda rejissor əsas sima sayılıb, teatrın düşünən beyni hesab olunurdu. Bu, belədir. Teatrın direktoru baş rejissorun yaradıcılıq fəaliyyətinə imkan və şərait yaradan məmurdur. Onun işi baş rejissorun yaradıcılıq işinə təkan verməkdir.

Mən bu yaxınlarda hörmətli nazirimiz Anar Kərimovla da söhbətimdə bunu qeyd etmişəm. Onunla bir saata yaxın söhbətimiz oldu. Anar müəllim gözəl insan, maraqlı şəxsiyyət, təşkilatı işləri gözəl bilən təcrübəli diplomatdır. O, məndən, teatr və kino sahəsində təcrübəli bir şəxs, bir ağsaqqal kimi müasir teatr və kino prosessesləri, teatr strukturu barədə soruşdu. Mən hər şeyi ona danışandan sonra Anar müəllim dedi ki, indi mənə hər şey aydındır. Siz qeyd etdiyiniz kimi, teatrın düşünən beyni baş rejissordur. Direktor isə, teatrda baş rejissora yaradıcılıq imkanlarına yardımçı olan məmurdur. Bunları bir-biri ilə qarışdırmaq olmaz. Bu birinci məsələdir.

İkinci məsələ isə Azərbaycan teatrında kadr məsələsidir. Söhbət peşəkar kadrlardan gedir. Biz yaxşı bilirik ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti milli teatr, kino və digər sahələr üçün peşəkar və istedadlı kadrlar hazırlayan ali təhsil ocağıdır. Mədəniyyət və incəsənət müəssisələrində, o cümlədən teatrlarda peşəkar kadrların 99 % -ni bu təhsil ocağı təmin edir. Bəlkə ali təhsil ocağı peşəkar kadr yetişdirmir? Əlbəttə, yox. Ali təhsil ocağı çox istedadlı kadrlar yetişdirir. Bəs bu kadrların əksəri niyə teatrlara yol tapa bilmirlər? Teatrı sevən baş rejissor və drektor olmalıdır ki, gənc və istedadlı kadrları işlə təmin etsin. Etiraf etməliyik ki, teatrlarda baş rejissorun elə bir səlahiyyəti yoxdur. Teatrlara kadrların işə qəbul məsələsini direktor həll edir. Çünki möhür onun əlində, səlahiyyət ondadır. O isə kimi istəyir, onu da işə qəbul edir. Teatrlara ən istedadsız, ən zəif kadrlar gəlir. Sual oluna bilər, bəs bu adamlar teatra neçə düşür? Çox sadə. Onlar tanışları, əmiləri, dayıları, xalaları vasitə ilə teatrlara yol tapırlar. Bu səbəbdən teatrlar bu günki duruma düşüblər.

Məhz bu səbəbdən teatrlarda müxtəlif səs çalarlarına, nitq mədəniyyətinə malik aktyor tapmaq müşkülə dönüb. Aktyorun səs çaları və nitq mədəniyyəti nədir? Keçmiş aktyorları yada salaq: Ağasadıq Gəraybəyli, Möhsün Sənani, Hökümə Qurbanova, Əliağa Ağayev, Leyla Bədirbəyli, Ağahüseyn Cavadov, İsmayıl Osmanl və digərləri. Allah onlara rəhmət eləsin. Onların hər birinin özlərinə məxsus səs çalarları və nitq mədəniyyəti xatirimizdə canlanır. Onları bir-biri ilə qarışdırmaq mümkün deyildi. Elə bu səbəbdən biz onları bu günə qədər unuda bilmirik. Sonrakı nəsli xatırlayaq: Səməndər Rzayev, Kamal Xudaverdiyev, Fuad Poladov, İlham Namiq Kamal, Yaşar Nuri, Əliabbas Qədirov, Mikayıl Mirzə, Şəfiqə Məmmədova, Amaliya Pənahova və digərləri. Bu sənətkarın da səs çalarları müxtəlifliyi ilə seçilirdi. Onları da qarışdırmaq mümkün deyildi. Səs çalarlarının müxtəlifliyi və rəngarəngliyi insanı valeh edirdi. Bunu heç kim dana bilməz.

Bu gün isə istənilən teatrın tamaşasında səhnədə 20 nəfər olsa da, elə bil bir səs var. Sual oluna bilər. Niyə rəngarənglik yoxdur? Bəs ali təhsil ocağı niyə rəngarəng səs çalarına malik kadr yetişdirmir. Yenə eyni sual və eyni cavab. Əlbəttə, yetişdirir. Amma həmin istedadlar teatra yol tapa bilmir. Yenə dayıların, əmilərin, xalaların “kadr siyasəti” istedadlı insanların yollarına çəpər çəkir. Ona görə də teatrlarda aktyorların nitq mədəniyyəti bu səviyyədədir.

Nitq mədəniyyəti, səs çalarının müxtəlifliyindən danışırıqsa, aktyorun xarici görünüş məsələsində də danışmalıyıq. Bu da yaralı mövzudur. Bayaq adları çıkilən sənətkarların hər biri səs çalarlarının şirinliyi və cazibəsi ilə bərabər. Həm də vizual baxımdan səhnə görkəminə malik aktyorlar olublar. Onların boy-buxunu, üz cizgiləri, səs imkanları və söz yox ki, istedadları və plastikası bir-birini tamamlayıb, vəhdət təşkil edirdi. Rejissorlar da onlara obraz həvalə edəndə heç bir çətinlik çəkmirdilər. Gəlin indi teatrlarımızdakı aktyorlarımızı yada salaq. Mən düzü heç boyu 1 metr 70 sm olan aktyor xatırlaya bilmirəm. Əksəriyyəti balaca-balaca xalalar və əmilərdir. Teatrlarda sanki bilərəkdən istedadsız və xarici görünüş etibarı ilə səhnəyə yararsız insanları işə götürürlər. Niyə? Çünki, təmanna və tanışlıq istedadlı insanların teatra yoluna çəpər çəkir.

Yaxşı yadımdadır, rəhmətlik Hacıbaba Bağırov Musiqili Komediya Teatrına rəhbərlik edəndə mənim təqdimatımla 12, ya 15 istedadlı tələbəmi işə qəbul etmişdi. Mənim təqdimatım kifayət etmişdi. Bu gün həmin aktyorlar teatrda aparıcı obrazlar ifa edirlər. Bu gün bu mümkün deyil. Mən bu yaxınlarda iki istedadlı tələbəmin teatra qəbul edilməsi ilə bağlı Musiqili teatrın baş rejissoru Cavid İmamverdiyevə müraciət etmişdim. O da həmin iki nəfəri: Rüfət Umudov və Əlizaman Abbasovu qəbul etdi, səslərini dinlədi. Onların hər ikisi Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru kursunu bitiriblər. Hər ikisi gənc boy-buxunlu, səs çalarları və istedadları ilə teatr üçün tapıntı idi. Baş relissor C.İmanquliyev teatrın direktoruna gənc kadrların işə qəbulu ilə bağlı müraciət edəndə, o, deyib ki, ştatda yer yoxdur. Beləliklə, gənc kadrlar teatrdan uzaq düşüblər. Axı istedadlı insanları teatrdan uzaqlaşdırmaq olmaz.

İndi isə, teatrın daha bir vacib sahəsi haqqında fikirlərimi bildirmək istəyirəm. Teatrın repertuar məsələsi vacib məsələdir. Hamımız yaxşı bilirik ki, teatrların repertuarı onların simasıdır. Bu gün belə bir dəb yaranıb. Teatrlar yeni-yeni layihələr meydana çıxarırlar. Teatrın işi yeni tamaşa hazırlamaqdır. Rəhbər işləyən biri deyir ki, bu mənim layihəmdir. Bu anlaşılmazlıqdır. Bu tamaşadırsa, bunun rejissoru, bəstəkarı, rəssamı və sair olmalıdır. Hər şayi ümumiləşdirib, bir nəfərin adına çıxmaq olmaz. Adını da islahat qoyuruq. Amma, biz islahat etmirik, islahat adı altında olanları dağıdırıq, parçalayırıq, məhv edirik.

Mən illərin təcrübəsindən çəxış edərək, belə düşünürəm. Bəlkə kimsə deyə bilər ki, dediklərim bir qədər kəskin oldu. Amma, kəskin olsa yaxşıdır. Həqiqəti heç kim demir və ya demək istəmir. Hər yerdə başdan-başa tərifdir. Hamı həyatda “yaxşı adam” rolunu oynamaq istəyir.

Unutmamalıyıq ki, dünya qloballaşır. Biz istəsək də, istəməsək də müasirləşməliyik. Məsələn, mən düşünürəm ki, niyə teatrlar birləşib, müştərək bir tamaşa hazırlamasın? Milli futbol yığmamız üçün müxtəlif komandalardan oyunçular toplanmır? Teatrda da bu təcrübədən istifadə etmək olar. Şəhər və bölgə teatrlarından toplanmış aktyor heyətindən maraqlı bir tamaşa meydana qoymaq olar. Söhbət milli teatrın gələcək inkişafından gedirsə, niyə də yox? Niyə bir aktyor uğun olub, olmamağına baxmayaraq, eyni bir teatrda illərlə qalıb, fəxri ad və sair gözləyə-gözləyə qalmalıdır? Bəlkə digər teatrda o, istedadını daha çox biruzə verə bilər. Bəlkə tam yeni bir müqavilə sisteminə keçək. Bütün hallarda teatrların strukturunda köklü dəyişikliklər aparılmalıdır. Dövrə uyğunlaşmaq lazımdır. Zaman dəyişib. Hamı zamanın dəyişməyini bilə-bilə nəyi isə gözləyir. Sabah fəxri ad alaram. Sabah mükafat araram. Sabah, sabah olacaq. Sabah yoxdur. Sabah qurtarıb. Sabahı bu gündən başlamaq lazımdır. Gözləmək olmaz. Tamaşaçı yüksək peşəkar səviyyəli tamaşa gözləyir. Onun üçün aktyorun hansı teatrdan olmağının heç bir əhəmiyyəti yoxdur. Aktyor GTT-dan da ola bilər, Akademik Milli Dram Teatrından da, Naxçıvan, Gəncə, Şəki və ya Lənkəran Dram Teatrından da... Əsas olan yüksək, çox yüksək peşəkar səviyyəli tamaşadır. Yeganə bir məqsəd var: tamaşaçını mükəmməl səhnə nümunəsi ilə heyrətləndirmək. Bax, layihə budur. İstedadlıları bir araya gətirmək lazımdır.

Rəhmətlik Tofiq Kazımov yeni teatr yaratmaq uğrunda mübarizə aparıb, gənclərə önəm verirdi. Amma bir şərtlə ki, gənclər istedadlı olsun. Tofiq Kazımovun bir sözü var idi. Deyirdi ki, hər yeni tamaşada teatra iki yeni qan vurulmalıdır. Həmin yeni tamaşada bir yeni qız, bir yeni oğlan olmalıdır. Bu yenilənmə deməkdir. Bu gün teatrlarda istedadsızlar çoxalıb. Onlar istedadlılara imkan vermirlər. Onların istəkləri də artıb. Çünki onların arxaları var. Məmurlara belələri sərf edir. Amma unutmaq olmaz ki, teatra olan münasibət əvvəlki deyil. İnsanlar artıq yalana inanmırlar. Yalan bir dəfə olar. Teatr isə, həqiqəti deyən və nümayiş etdirən yeganə yerdir, güzgüdür. Güzgü həqiqəti göstərməlidir. Yalan və naqislik olanda, tamaşaçı inanmır.

Bəzi rejissorlar tamaşalarda elə mizan verirlər ki, “adamın dəymişi qala-qala kalı tökülür”. Bu mizanları mizandan başqa nəyə desən oxşatmaq olar. Mizan adına aktyor sağdan sola, soldan sağa və sair gedir. Niyə getdiyinin səbəbini isə bilmir. Və ya səhnədə aktyor elə çığırır, elə bağırır ki, sanki tamaşadan sonra tamaşaçı döyüşə gedəcək. Bu teatr deyil, bu islahat deyil. Əgər islahat budursa, demək biz teatrı dağıdırıq. Teatr dövrün novator fikirlərini tamaşaçılara çatdırmalıdır. Teatr zamanı qabaqlamağı, tamaşaçını arxasınca aparmağı qarşısına məqsəd qoymalıdır. Biz teatrla bağlı çatışan və çatışmayan cəhətlərimizi deməliyik. Bir-birimizi nə qədər aldatmaq olar. Nə qədər deyək ki, hər şey yaxşıdır. Hər şey yaxşı deyil axı.

Hər teatrın öz spesifikası, öz siması və öz repertuarı olmalıdır. Məsələn, “Leyli və Məcnun” Opera və Balet Teatrında da gedir, Musiqili Teatrda da. “Mənim günahım” “Azdrama”da da gedir, digər bir teatrda da. Bu siyahını uzatmaq olar. Bəs teatrların ədəbi hissə müdirləri hara baxırlar? Onlara işləməyə imkan verirlərmi? Əlbəttə, yox və bir də yox. Bu da bir problemdir.

Belə məlum olur ki, teatrların strukturu dağıdılıb. Elə bil tərsinə çevrilb. Elə bil ki, hər şeyi qəsdlə dağıdıblar. Mən heç də bütün bunları özümə görə yox, gələcək nəsillər üçün deyirəm. Yeni ideyaları qorumaq lazımdır. Amma bəzən yeni ideyanı bilərəkdən məhv edirlər.

Mən vaxtı ilə “İlham” miniatür teatrı yaratmışdım. Bir neçə teatrdan istedadlı gəncləri bir araya toplamışdım. GTT-da bizə yer vermişdilər. Sonra bir neçə teatrı bu teatra birləşdirəndən sonra bizim üçün problem yarandı. Teatra topladığım insanlar dağılışdılar. Beləliklə teatrın normal fəaliyyətinə bilərəkdən maneə törətdilər.

Teatrla bağlı problemlərdən danışırıqsa, bədii şura haqqında da danışmalıyıq. Bu çox ciddi məsələdir. Tam cəsarətlə deyə bilərəm ki, heç bir teatrda bədii şura yoxdur. Bəbii şura yerinə bütün məsələləri bir nəfər həll edir. Heç bir kollegialıqdan söhbət belə gedə bilməz. Əslində isə bədii şurada müxtəlif peşəkar insanlar olmalıdır ki, teatrın normal repertuarı haqqında fikir yürüdə bilsinlər. Teatrın bədii şurasında dramaturqlar, bəstəkarlar, rejissorlar, rəssamlar və aktyorlar olmalıdır.

Bu məqamda haşiyə çıxıb, daha bir məsələ ətrafında fikirlərimi hörmətli oxucularla bölüşmək istəyirəm. İlk baxışdan adi görünən bir məsələ, əslində çox ciddi məsələdir. Teatrlarda afişa məsələsi haqqında danışmaq istəyirəm. Afişa teatrın tarixidir. Teatr mütəxəssisləri teatrın tarixini afişalar vasitəsi ilə müəyyən edirlər. Afişalarda tamaşalarda əsas obrazları ifa edən aktyorların şəkilləri verilirdi. Afişalar aparıcı aktyor-ların şəkiləri ilə tamaşaçını teatra cəlb edirdi.

Konkret misal çəkim. İki il bundan əvvəl Musiqili Teatrda Ramiz Mirişli ilə Tamara Vəliyevanın “Dəyərəm min cavana” tamaşasının afişasında bir neçə aktyorun şəkilləri verilirdi. Rəssam işləmişdi, rəhmətə gedib. Həmin afişa teatrın bədii şurasında təsdiq edilmişdi. Amma indi afişa plakat formasında hazırlanır. İndi afişada aktyorların şəkillərinin yerinə dollar şəkli verilir. Bu barədə soruşanda, mənə dedilər ki, yaşlı aktyorların şəkli nəyə lazımdır. Onlar bu gün var, sabah yoxdurlar. Utanmadan mənim üzümə dedilər...

Nə isə, milli teatrlarımızda problemlərimiz çoxdur. Ciddi işlər görülməlidir. Sabaha hesablanan işlər görməliyik. Və ən əsası isə doğma teatrı sevməliyik. Dostlar, gəlin doğma teatrımızı sevək. Çünki, əsr yarım yol gəlmiş doğma teatr bu sevgiyə layiqdir.

Hələlik isə bu qədər... Amma, əziz oxucular və teatrsevərlər, gələn yazımızda söhbətimizi davam etdirəcəyik...

Beləliklə, ardı var...

İlham Namiq Kamal,
“Şöhrət” ordenli Xalq artisti, professor, Prezident təqaüdçüsü,
AYNA










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Bu gün, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Bu gün, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Bu gün, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Bu gün, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Bu gün, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Bu gün, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Bu gün, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Bu gün, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Bu gün, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Bu gün, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Bu gün, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Bu gün, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Bu gün, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Bu gün, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Bu gün, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Bu gün, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Bu gün, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Bu gün, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Bu gün, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Bu gün, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Bu gün, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Bu gün, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Bu gün, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Bu gün, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Bu gün, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Bu gün, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Bu gün, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Bu gün, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Bu gün, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Bu gün, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Bu gün, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Bu gün, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Bu gün, 14:15
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Bu gün, 14:11
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Bu gün, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Bu gün, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Bu gün, 13:56
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Bu gün, 13:44
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru