“Şəxsən mən həmin ittifaqın ideoloji düşməniyəm” - Ayaz Salayev
Tarix: 7-05-2022, 09:15 | Çap et
 Yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun vəfatından sonra boş olan Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədrliyinə namizəd müəyyənləşib. İttifaqın katibi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu bildirib ki, qurumun İdarə Heyəti yeni sədrin seçilməsi məsələsini müzakirə edib və yekdil qərarla Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə Xalq artisti Rasim Balayevin namizədliyi irəli sürülüb.
B.Vəziroğlu vurğulayıb ki, hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsini tutan R.Balayev Azərbaycan kinosunun brendidir və alternativi yoxdur: “Rasim müəllim ittifaqın sədri olmağa bir az tərəddüd edirdi. Dedi ki, yaşlıyam, səhhətimdə də problemlər var, amma biz razılaşmadıq. Bildirdik ki, ittifaqın yaşaması və inkişafı üçün onun kimi rəhbərə ehtiyac var. İdarə Heyətinin bütün üzvləri Rasim Balayevin namizədliyini dəstəklədi. O, seçkidə sədrliyə tək namizəd olacaq”.
Məlumata görə, mayın 12-dək ittifaqın İdarə Heyətinin iclası keçiriləcək və ümumi yığıncağın dəqiq tarixi müəyyənləşəcək. Ümumi yığıncaq isə iyunun 1-nə qədər olacaq. Toplantıda Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçiləcək.
Qeyd edək ki, bu məlumat yayılandan bir neçə saat sonra Rasim Balayevin xəstəxanaya yerləşdirildiyi və əməliyyat olunduğu haqda informasiyalar yayıldı. APA-ya danışan Xalq artisti səhhətində problemlər yarandığını bildirib: “Mədəmdə nasazlıq hiss elədim. Gəlmişəm, xəstəxanadayam, balaca bir polip var imiş, onu götürüblər, bir azdan evə buraxılacam”.
Bəs Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilməsi hansı yeniliklər gətirə bilər? Uzun illərdir iki kino ittifaqı arasında yaranmış buzların əriməsi mümkündürmü? diaaz.space-ın məlumatına görə, mövzu ilə bağlı tanınmış kinorejissor Ayaz Salayev “Yeni Müsavat”a danışıb: “Rasim Balayevə Allahdan şəfa diləyirəm. Lakin onun gəlişi ilə heç nə dəyişməyəcək, heç nə. Çünki faktiki olaraq ittifaqı başqaları idarə edəcək, Rasim Balayev isə viziti olacaq. Dəfələrlə bu haqda demişəm və indi də qeyd edirəm, həmin ittifaqın üzvləri ilə normal dostluq əlaqələrim var. Lakin bir təşkilat kimi o mənim üçün mövcud deyil. Əgər iki ittifaq birləşərsə, mən oranı tərk edəcəyəm. Ümumiyyətlə, bu iki ittifaq çətin ki birləşsin. Artıq kino aləmi parçalanıb və onu parçalayanın da adı məlumdur. Bu artıq mənim üçün ideoloji məsələdir. Şəxsən mən həmin ittifaqın ideoloji düşməniyəm”.
Azərbaycan kinoprodüseri, kinoşünas, rejissor, Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov: “Bir dəfə gürcü kinematoqraf mənə sual verdi ki, ”sizcə bu ittifaqlar Sovet dövründən qalma ideologiya deyilmi, onların fəaliyyətini nə qədər düzgün hesab edirsiniz?" Mən isə bununla əsaslandırıb bildirdim ki, əslində bu cür ittifaqlar yaradıcı insanlar üçün bir doğma ocaq funksiyasını yerinə yetirməlidir və onlar bu qurumun ətrafında toplanmalıdırlar. Yəni, qurum yaradıcı insanların sosial, məişət problemlərinin qabartmalı, qayğıları ilə maraqlanmalıdır. Bir sözlə, qurumun işi təkcə yaradıcılıqla bitməməlidir, həm də sənət adamlarına dayaq olmalıdır. Dayağın olması üçün də qurumda Rasim Balayev kimi həm cəmiyyətdə, həm kino aləmində təsir gücü, nüfuzu yüksək olan insanların təmsil olunması vacibdir. O ki, qaldı ittifaqın iki olmasına, sayın 2 deyil, 22 olmasının fərqi yoxdur. Təbii ki, bir ittifaqın olması, hamının ora yığışması daha yaxşı olardı, amma indi vəziyyət başqadır. Əsas odur ki, niyyətləri yaxşı olsun, kinoya xidmət etsin. Bəli, bu bir faktdır ki, kinonun iki cəbhəyə ayrılması kino aləmində parçalanma yaradıb. Ümumiyyətlə, kino aləminin evini həmişə intriqalar “yıxıb”. Bu intriqa hələ Sovet dövründə, 40-50-ci illərdə mövcud olub. Lakin düşünürəm ki, ittifaqlardan daha çox fərdlər önəmlidir".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan, Hindistan və İran nəqliyyat əlaqələri üçün üçtərəfli dialoq aparacaq
Bu gün, 17:50 |
|
|
|
• Son 10 ildə Sumqayıtda şəhər təsərrüfatı sahəsində görülən işlər sosial rifaha xidmət edir - FOTO
Bu gün, 16:33 |
|
|
|
• SEPAH-ın Azərbaycana “Pakistan döyüşçüləri” böhtanı – Tehrandan ağlasığmaz iddialar
Bu gün, 16:29 |
|
|
|
• Bakı və İrəvanda görüş etimad mühitini gücləndirə bilər - ONA GÖRƏ DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Özümü qəti təqsirli saymıram – İlqar Mustafayev
Bu gün, 16:24 |
|
|
|
• Türkiyənin xüsusi nümayəndəsi görüş üçün Ermənistana gedəcək
Bu gün, 16:21 |
|
|
|
• Müharibəyə hazırlaşan Qərb - Rusiyanın elan olunmayan bloku
Bu gün, 16:19 |
|
|
|
• “Paşinyan Allahın Bakı və Ankaraya hədiyyəsidir”
Bu gün, 16:01 |
|
|
|
• Erməni cəmiyyəti sülhün vacib olduğunu qəbul edir -ŞƏRH
Bu gün, 16:00 |
|
|
|
• Çarın qorxusu və: - 150 il yaşamaq istəyi
Bu gün, 15:55 |
|
|
|
• Türkiyə ilə sərhədləri açmağa hazırıq - Rubinyan
Bu gün, 15:53 |
|
|
|
• Avropada və Azərbaycanda minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 15:50 |
|
|
|
• Səfərovun məhkəməsi: - vəkilin vəsatəti təmin edildi
Bu gün, 15:48 |
|
|
|
• Talıbovdan sonra Naxçıvanda kənd təsərrüfatı “çöküb”? - BU DA FAKT!
Bu gün, 15:41 |
|
|
|
• Bu tikiş şirkətinin 1,5 milyon manat vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Heydər Babayevin sərvəti əlindən alınır? – Gerçəklər üzə çıxdı…
Bu gün, 15:30 |
|
|
|
• “Deyirlər guya ölürəm, danışa bilmirəm...” – Lalə Şövkət
Bu gün, 15:26 |
|
|
|
• Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı - VİDEO
Bu gün, 15:16 |
|
|
|
• Santuş AFFA-dan təzminat tələb edir – ŞOK MƏBLƏĞ
Bu gün, 15:14 |
|
|
|
• Fernandu Santuş Azərbaycana təşəkkür edib
Bu gün, 15:12 |
|
|
|
• Ermənistanda siyasi partiyalar hansı resursla seçkiyə gedir? - AKTUAL
Bu gün, 15:04 |
|
|
|
• Balaxanıda sənəd dələduzluğu: - Qonşu qonşunun 4000 manatını necə ələ keçirib?
Bu gün, 14:55 |
|
|
|
• Qurban Qurbanov Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi gətiriləcək? - AÇIQLAMA
Bu gün, 13:53 |
|
|
|
• Pezeşkian ABŞ-yə səfər edəcək
Bu gün, 13:09 |
|
|
|
• Ekologiyanı pulla çirkləndirənlər: ETSN-də rüşvət qalmaqalı - BU NƏDİ BELƏ?..
Bu gün, 13:07 |
|
|
|
• AFFA Santuşa 12 milyon təzminat verəcək? - Portuqaliyalı "Beşiktaş"dan da təzminat almışdı
Bu gün, 13:02 |
|
|
|
• “İnqilab olmayacaq” - Kaxa Kaladze
Bu gün, 12:58 |
|
|
|
• Cənubi Qafqazla bağlı prioritetimiz dəyişməyib - Rusiya xarici işlər naziri
Bu gün, 12:54 |
|
|
|
• “JOY TOUR” və “JOY TRAVEL” şirkəti 20-dən çox şəxsi aldatmaqda ittiham olunur, təsisçi həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:52 |
|
|
|
• Santuşun yerinə Pantuşu gətirəcəklər - Aqil Abbas
Bu gün, 12:47 |
|
|
|
• Rus generalın qətlində şok isim: - Bakı ermənisi...
Bu gün, 12:45 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• “Azərbaycanda Rusiyanın agentləri və casus şəbəkələri var” - deputat
Bu gün, 12:35 |
|
|
|
• Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr – Azərbaycan 7-cidir
Bu gün, 12:29 |
|
|
|
• “Planet Parni iz Baku”nun aktyoru oğluna toy etdi
Bu gün, 12:16 |
|
|
|
• “OPEK”in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• "Yalnız varlanmaqla məşğul olublar" - Keçmiş deputatdan İTTİHAM
Bu gün, 12:08 |
|
|
|
• Əhəd Abıyev HARALARDADI...
Bu gün, 12:05 |
|
|
|
• 201 saylı məktəb: SUYU KƏNARDAN BULANDIRAN VAR İMİŞ... - ŞOK SƏS YAZISI YAYILDI...
Bu gün, 12:00 |
|
|
|
• Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi - BU DƏFƏ...
Bu gün, 11:54 |
|
|
|
• Bakıda geniş quruculuq-abadlıq işlərinə start verilib - FOTO
Bu gün, 11:42 |
|
|
|
• "Belə absurd qərar olar?" - ETİRAZ
Bu gün, 11:40 |
|
|
|
• Zaxarovanın Bakıdan istədiyi rusları Moskvada həbs gözləyir - FOTO
Bu gün, 11:27 |
|
|
|
• ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib - FOTO
Bu gün, 11:18 |
|
|
|
• Paşinyan Azərbaycandan ABŞ-a şikayət edəcək?
Bu gün, 11:15 |
|
|
|
• Ukraynanı üç hissəyə bölürlər - KİV
Bu gün, 11:13 |
|
|
|
• Xalq artisti Sərdar Fərəcov reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 11:08 |
|
|
|
• Rusiya FTX guya terror aktları planlaşdıran Azərbaycan vətəndaşının saxlanıldığını açıqlayıb - KREML BAŞINI TAM İTİRİB...
Bu gün, 11:06 |
|
|
|
• “Putin istədiyini aldı” - Zelenski
Bu gün, 11:01 |
|
|
|
• ABŞ-ın "aslan qırığı" taktikası - NƏ BAŞ VERİR?
Bu gün, 10:59 |
|
|
|
|