Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                 

Beyləqan Vaqif Abdullayev üçün bir stadiondur... - İstədiyi manevri edir, istədiyi pulu yeyir... - Dövlət onun "qapısına qol vuracaqmı"...
Tarix: 10-08-2015, 10:08 | Çap et
Beyləqan Vaqif Abdullayev üçün bir stadiondur... - İstədiyi manevri edir, istədiyi pulu yeyir...
Beyləqan rayon Poçt Filialındakı oğurluq hadisəsi barədə xəbər vermişdik. Xatırladaq ki, oğrular filialdan 26 min manat pul aparıblar. Bəziləri isə məbləğin 28 min manat olduğunu iddia edirlər. Hadisə olan vaxt rayon Poçt filialının müdiri Rasim Ağayev, müavini və xəzinədarının məzuniyyətdə olduğu müəyyənləşib. Hadisədən sonra müdir müavini və xəzinədar məzuniyyətlərini yarımçıq qoyaraq dərhal rayona qayıdıblar. "Baş verən oğurluqla bağlı səs-küy qopartmaq istəməyən Rasim Ağayev, müavini və xəzinədarı oğurlanan dövlət vəsaitini 7 gün müddətinə tapıb yerinə qoyublar. Məsələnin maraqlı tərəfi poçt filialında bu qədər iri məbləğin olmasından irəli gəlir. Çünki qanuna görə, poçt filialına hər gün daxil olan vəsait axşam saat 17:00-da banka təhvil verilməlidir. Əgər filialda əməliyyatlar çox olarsa, o zaman vəsaitin poçtda qalma müddəti 2 gündən o tərəfə keçməməlidir. Əslində oğurlanan 26 min manat vəsait təxminən 20 gündən artıq qalan əməliyyat pulu imiş. Yəni rəis və müavinləri banka köçürüləcək vəsaitləri saxlamaqla qanunsuzluğa yol veriblər. Poçta daxil olan vəsaitin uzun müddətli saxlanılması Beyləqan filialında ilk hadisə deyil. Belə ki, rəis və müavini həmin vəsaitləri dövlətə köçürtməyərək istədikləri vaxt özlərinə lazım olan nəğd vəsaiti burdan hazır götürə bilirlər. Hətta bəzi vaxtlarda bu vəsaitdən başqa bir biznes sahəsinə 1 aylıq da yatırılır", deyə yayılan məlumatlarda qeyd olunub.

Baş vermiş oğurluq hadisəsini Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları da təsdiq edib. Apardığımız qısa araşdırmalar nəticəsində qeydə alınmış oğurluq hadisəsi ilə bağlı maraqlı məlumatlar əldə etmişik. Məlumatlı mənbələrin iddiasına əsasən, oğurluğu törətmiş şəxslər filialda külli miqdarda pulun olmasından əvvəlcədən xəbərdar olublar: "Rayonda yayılan söz-söhbətlərə görə, oğurluq hadisəsi məhz filial müdirinin əvvəlcədən fikirləşdiyi ssenari əsasında aparılıb. Buna dair kifayət qədər ciddi şübhələr də var. Məsələn, müdirin, müavininin və xəzinədarın eyni vaxtda məzuniyyətdə olmaları heç cür başa düşülən deyil. Çünki bu üç nəfər poçtun ən məsul şəxsləri hesab edilirlər. Onlar növbəli şəkildə məzuniyyətə çıxmalı idilər. Üçünün də eyni anda məzuniyyətdə olması bəzi maraqlı sualların yaranmasına səbəb olur. Digər tərəfdən, onlar oğurlanan vəsaitləri bir həftə ərzində tapıb yerinə qoyublar. Maraqlıdır, nəyə görə? Niyə bu qədər narahatlıq keçiriblər? Deməli, hadisədə bizlərə məlum olmayan ilginc məqamlar mövcuddur. Axı poçt filialında bu qədər vəsait nəyə görə saxlanılırdı? Deyilənə görə, oğurlanan pullar təxminən bir ay ərzində həyata keçirilmiş əməliyyatlardan əldə edilibmiş. Filial müdiri həmin vəsaiti banka köçürmək əvəzinə poçtda saxlayıb. Özünə lazım olanda həmin puldan götürüb istifadə edirmiş". Bizə verilən informasiyaya görə, filial bir şəhər, iyirmi beş kənd poçt şöbəsi vasitəsilə əhaliyə 40-dan yuxarı ənənəvi, qeyri-ənənəvi poçt və bank-maliyyə xidmətləri göstərir. Filial üzrə Müştəri xidmətləri, Aşağı Çəmənli, Binnətli, 1-ci Aşıqlı, Daşburun, Dünyamallar, Eyvazallar, Əlinəzərli, Xalac, Qarallar, Mil-2, Milabad, Örənqala, Yuxarı Aran, Təzəkənd, Kəbirli, Qəhrəmanlı, Yuxarı Çəmənli, 2-ci Şahsevən, Tatallar cəmi 17 poçt şöbəsi Mərkəzi Bankı tərəfindən verilmiş bank-maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı lisenziyalarla təmin olunmuş, bank müəssisələri kimi Vergilər Nazirliyindən qeydiyyatdan keçib: "Bu isə o deməkdir ki, dövlət tərəfindən rayonda poçt sisteminin təkmilləşdirilməsi və inkişafı istimaqətində zəruri tədbirlər həyata keçirilir. Lakin Rasim Ağayev və işçiləri bir sıra qanunsuz əməllərə imza atmaqla inkişafın qarşısını alırlar". Etibarlı mənbələr deyir ki, baş vermiş oğurluq hadisəsinə görə Rasim Ağayev bir neçə dəfə Beyləqan Rayon Polis Şöbəsinə çağırılaraq dindirilib: "Onun şöbədə verdiyi ifadə hüquq-mühafizə orqanlarının əməkdaşlarında bu cinayətdə müdirin özünün də iştirakı barədə şübhələr yaradıb. Hazırda hadisə ilə bağlı araşdırma tədbirləri davam etdirilir. Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları əsas diqqəti külli miqdarda vəsaitin nəyə görə poçtda saxlanmasına, banka köçürülməməsinə yönəldiblər. Əgər istintaq tədbirləri obyektiv şəkildə davam etdirilsə, yəni Rasim Ağayev hüquq-mühafizə orqanlarının əməkdaşlarını nəyinsə hesabına ələ almasa, o zaman cinayət məsuliyyətinə cəlb edilə, hətta barəsində həbs qərarı çıxarıla bilər". Məsələ ilə bağlı Beyləqan Rayon Polis Şöbəsindən, həmçinin poçt filialından əlavə məlumat almaq, eləcə də yazılanları dəqiqləşdirməyə çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı. Gələn saylarımızda baş vermiş oğurluq hadisəsi barədə digər faktları da diqqətinizə çatdıracağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru