Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                 

"Bir nəfər gəlib qapımızı açmır ki, necə yaşayırsınız" - NARAZILIQ!
Tarix: 6-03-2021, 10:08 | Çap et
"Bir nəfər gəlib qapımızı açmır ki, necə yaşayırsınız"
Füzulinin Arayatlı kənd sakini, MAXE Şöhlət Musazadə İkinci Qarabağ müharibəsi zamanı Füzuli istiqamətində gedən hərbi əməliyyatlar zamanı snayperlə vurulub.

Güllə döyüşçünün döş qəfəsindən girib, ağciyərini deşərək onurğa sütununu zədələyib. Aldığı ağır güllə yarasından sonra ayaqları tutulub, yeriyə bilmir. Beş aydan çoxdur ki, yataq xəstəsidir.

“Şöhlət yaralanandan sonra Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından Bakıya köhnə, sınıq-salxaq bir tibb maşını ilə göndərmək istəyirdilər. Anam və qardaşlarımla etiraz etdik ki, yaralıdır, vəziyyəti ağırdır. Normal bir maşınla yola salın, vəziyyəti də ağırlaşmasın”, - hərbçinin qardaşı Taleh Musazadə Meydan TV-yə deyir.

“Bakıda o, əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirildi. Hərəkətsizlikdən belin aşağı hissəsində yataq yaraları yarandı. Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirildikdən sonra həmin nahiyədə dəriköçümə əməliyyatı etdilər. Hər dəfə yataqda o tərəf-bu tərəfə hərəkət edəndə yarası açılırdı. Həkimlər yaranı üç-dörd dəfə tikməli oldular”, - o bildirib.

Taleh Musazadə deyir ki, “YAŞAT” Fonduna müraciət edib qeydiyyatdan keçiblər. Türkiyəli həkimlər tərəfindən müayinə olunan Şöhlət Musazadə siyahıda 13-cü olmasına baxmayaraq, müalicəsi gecikdirilir:

“Qardaşım aylardır ki, hərəkətsiz vəziyyətdə yataqda qalıb. Fondun siyahısında qabağa tanış və qohumları salırlar. Dəfələrlə “YAŞAT” Fondunun qaynar xəttinə zəng etmişəm. Hər dəfə də deyirlər ki, Şöhlət Musazadənin adı siyahıda var. Xaricə müalicəyə aparılmazdan bir neçə gün əvvəl sizinlə əlaqə saxlayacağıq. Sonuncu dəfə danışanda bildirdim ki, qardaşımın vəziyyəti ağırdır, belində yataq yaraları yaranıb. Fondun əməkdaşı söylədi ki, yaralı hərbçinin vəziyyəti ilə bağlı xəstəxana məlumat verməlidir, əgər uyğun bilsələr, aparacağıq. Xəstəxana da fonddan cavab gözlədiklərini deyirlər”.

"Bir nəfər gəlib qapımızı açmır ki, necə yaşayırsınız"

Hərbçinin qardaşı məsələ ilə bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya şikayət məktubu yazdıqlarını bildirib: “Nə edəcəyimizi bilmirik. Ümid edirəm ki, heç olmasa, məktublardan sonra qardaşımın səhhətinə əncam çəkilər. O yaralanandan bəri aidiyyəti qurumların biri gəlib, qapını açıb içəri girməyib ki, görüm necə yaşayırsınız. Kimisə göndərirlər, kağıza bir-iki qeyd edir, vəssalam. Gedir, sonra heç bir xəbər-ətər çıxmır. Müharibə vaxtı deyirdilər ki, gələcəyik, lazımi köməkliyi göstərəcəyik. Noyabrın 10-dan sonra hamı yoxa çıxıb”.

Şikayətçi hazırda Baş Klinik Hospitalın ikinci korpusunda yatan qardaşı Şöhlət Musazadənin müalicəsini qənaətbəxş hesab etmir: “Əvvəlcə hospitalın aşağı mərtəbəsinə yerləşdirilmişdi, orada yaxşı baxmırdılar. Qardaşımın başını, ayaqlarını onunla eyni palatada yatan, nisbətən yüngül yaralı hərbçi yoldaşı yuyurdu. Xəstəxana işçiləri demişdi ki, mən burada ayaqyuyanam?! Bu söhbətə görə Müdafiə Nazirliyinə şikayət də etmişəm”.

"Atamızı itirəndə uşaq idi, anamız bizi böyütdü"

İkinci Qarabağ müharibəsi zamanı ailənin daha bir üzvü Əllabbas Musayev könüllü Xocavənd döyüşlərində iştirak edib. Buna görə medalla təltif olunub: “Biz vətənimizə hər zaman xidmət etməyə hazırıq. Sadəcə, belə haqsızlıq görəndə təəssüflənirsən. Atam Möhübbət Musayev Füzuli Rayonunda Narkotiklə Mübarizə Bölməsinin baş müvəkkili olub, rütbəsi mayor idi. 2011-ci ildə qəfil vəziyyəti pisləşdi, altı aydan sonra vəfat etdi. Atamızı itirəndə uşaq idik, anamız tək bizi böyütdü. Digər qardaşım Məhəmmədəli Musayev də Dövlət Qoşunlarının Sərhəd Xidmətində baş gizirdir. Aidiyyətı qurumlardan xahiş edirəm ki, tezliklə qardaşımın Türkiyədə müalicəsi üçün lazımi tədbirlər görülsün”.

“YAŞAT” Fondu: "Yalnız həkim rəyləri əsasında addım atırıq"

“YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərova Meydan TV-nin sorğusunu cavablandırarkən bildirib ki, ötən həftə Türkiyədən dəvət olunmuş həkim heyəti yüz əllidən çox ağır yaralanmış döyüşçünün müayinəsini keçirib: “Qazimiz Şöhlət də həmin müayinə olunanlardan biri idi. Fondun tibbi qərar vermək səlahiyyəti yoxdur. Hərbçilər Türkiyəyə müalicəyə həkimlərin rəyi əsasında göndərilir. Hazırda türkiyəli həkimlərin yekun rəyini gözləyirik. Şöhlət də daxil olmaqla, qazilərimizin müayinəsi ilə bağlı yekun rəy təqdim olunan kimi müalicəyə göndəriləcəklər. Onu da bildirim ki, Şöhlət Musazadənin siyahıda adının on üçüncü olması məsələsi həqiqəti əks etdirmir. Çünki bizim tərəfimizdən belə bir sıralama yoxdur. Bu mövzuda biz yalnız həkim rəyləri əsasında addım atırıq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru