Sahil Babayev nazirin pulunu kəsdi .....                     Tərtərdə 20 illik hotel bağlanır .....                     Bakıdan İrəvana sərt tələb .....                     Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr .....                     Azərbaycanda BOKT ləğv olunur .....                     Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb .....                     "Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Teatrda heç kimlə ikili oyun oynamıram" .....                     "Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb .....                     ‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” .....                     "Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq" .....                     Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ .....                     Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? .....                     Hərbi Hava Qüvvələrinin generalının adı ilə onun müəllimini necə aldadıblar? .....                     Günbəgün bahalaşan dərman bazarı... .....                     “Onkoloji xəstənin pulunu verməmək hansı vicdana, hansı insafa sığar?” .....                     Məmləkətin 'Azercell' boyda dərdi... .....                     Bu qanunsuzluq aradan qalxmasa... .....                     Təhsil problemini həll etməli olanlar... .....                     Əmrullayev elə danışdı ki, elə bil ekspertdir... nazir deyil... .....                     Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinə qarşı: Kremli narahat edən nədir? .....                     "Bunlar tam şəkildə açıqlanıb, ifşa olunub ictimaiyyətin diqqətinə çatdırılmalıdır" .....                     Bahalı geyimi ilə xalqa qarışmaq istədi... .....                     Barışa vurulacaq MÖHÜR... .....                     "Təəssüf olsun ki, bəzi insanlar mənim reklam etdiyimə inanırlar" .....                     Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazıram .....                     Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA .....                     Azərbaycan suverenliyinin qələbəsi .....                     "Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı .....                     Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ .....                     Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb .....                     Bu da RUS MUNDARLIĞI... .....                     Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb .....                     Özü və xanımı yenidən tələbə oldu .....                     "İşimin başındayam, narahat olmayın" .....                     Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir .....                     “Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir .....                     Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub .....                     Ermənistan qadınlardan ibarət ordu qurur .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? .....                 

"Azəriqaz" bizi necə qazlayır... - Gizli sövdələşmə İDDİASI...
Tarix: 17-02-2021, 09:43 | Çap et
"Azəriqaz" bizi necə qazlayır...
Bir müddətdir ki, sosial şəbəkələr və xəbər portallarında "Azəriqaz" İstehsalat Birliyinin sayğaclarında müəyyən nöqsanların olması iddiaları yer alır. Zaman keçdikcə sayğaclarda müxtəlif qüsurların aşkarlanması, onların işlək mexanizmlərində qüsurların olması da abonentlərin narazılığına səbəb olur. Bəzi ekspertlərin sayğaclarla bağlı səsləndirdiyi fikirlərsə cəmiyyətdə birmənalı qarşılanmır. Belə ki, "Azəriqaz" İB-nin Ölçü Cihazlarına Nəzarət Departamenti ilə gizli sövdələşməsinin olduğu barədə iddialar istifadəçilərin daha çox ağlına batır. Maraqlıdır, bu kimi iddiaların hansı əsaslı, hansı əsassızdır?

Sputnik Azərbaycan cəmiyyətdə sual doğuran bir neçə məqama aydınlıq gətirməyə çalışdı. "Azəriqaz" İB-dən bildirildi ki, sayğacların işlək mexanizmlərində qüsurların olması mümkündür: "Elə dövlət yoxlanışının 5 ildən bir təyin edilməsi də belə qüsurların aşkarlanması üçün vacibdir. Bu yoxlama prosesləri isə Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Azərbaycan Metrologiya İnstitutunun mütəxəssislərinin iştirakı ilə aparılır".

Məlumata görə, "Azəriqaz" İB-nin anbarında çox sayda istifadəyə yararsız sayğac var. Maraqlıdır, onların aqibəti necə olur? Qurumdan deyirlər ki, dövri yoxlama müddəti tamam olduğu üçün çıxarılan sayğaclar (əhali abonentləri üçün 5 ildən bir) növbəti dövlət yoxlamasından keçirilir. Yoxlama zamanı sayğacın xətalarının normaya uyğun olmadığı aşkarlanarsa, həmin sayğac istismara yararsız hesab olunur və Birliyin Mərkəzi Anbarına təhvil verilir: "Ümumiyyətlə, qaz sayğaclarının işlək mexanizmlərində bir müddət sonra qüsurların olması mümkündür. Bundan başqa, digər bir iddiaya cavab olaraq bildirək ki, "Azəriqaz" İB-nin Ölçü Cihazlarına Nəzarət Departamenti ilə gizli sövdələşməsi yoxdur. Bu, tamamilə əsassız iddiadır".

Qurumun rəsmi saytında yalnız bir - "İTRON" sayğacı haqda məlumatlar var. Hansı ki bunlar da mexaniki-elektronla əvəz olunmaqdadır. Lakin digər sayğaclar haqda məlumatlar yer almayıb. "Bunun səbəbi nə ilə əlaqədardır?" sualına cavab olaraq "Azəriqaz" İB-dən qeyd olunub ki, hazırda qurumun saytının yenilənməsi istiqamətində işlər aparılsa da, qaz sayğacları haqqında müxtəlif videoçarxlar hazırlanır və mütəmadi olaraq "Azəriqaz" İB-nin rəsmi "Facebook", "Instagram", "Youtube" səhifələrində, həmçinin TV-lərdə nümayiş olunur.

"Zenner" tipli sayğaclara yerli proqram təminatı quraşdırılıb. Lakin proqram təminatının kim tərəfindən hazırlanması, hansı aidiyyəti dövlət qurumu tərəfindən audit edilməsi maraq doğurur. Sorğumuza cavab olaraq eyni zamanda yeni tip sayğacların sınaq işləri haqda da məlumat verilib: "2020-ci ildə ilkin mərhələdə sınaq məqsədilə 200 ədəd qaz sayğacı quraşdırıldı. 6 ay müddətində həmin sayğaclar sınaq olundu və heç bir problem aşkar olunmadığından bu ilin fevral ayından kütləvi istifadəsinə icazə verildi. Qeyd olunan sayğacların proqram təminatına dair işləri SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tənzimləyir".

"Smart sayğaclar nə qədər dövlət vəsaiti hesabına alınmışdı?" sualına cavab olaraq, tender məsələlərinə dair geniş məlumatların SOCAR-ın rəsmi səhifəsində elan edildiyi qeyd olunub.

Bəs quruma daxil olan şikayətlər daha çox nə ilə bağlıdır? Sorğuya cavab olaraq qeyd olunub ki, son bir ayda "Azəriqaz" İB-nin "104 Operativ Xidmət" şöbəsinə müxtəlif mövzularda onlarla müraciət daxil olub: "Daxil olan müraciətlərin arasında havaların soyuq keçdiyi günlərdə qaz təzyiqi, qaz sayğaclarının istifadəsi zamanı abonentin məlumatsızlığı səbəbindən yaranan problemlərlə (koda düşmə, kartın itirilməsi, kartdakı vəsaitin yeni quraşdırılan sayğacın bazasına yüklənilməsi və s.) bağlı olub. Bir qisim abonent isə qaz təchizatı barədə informasiyaların alınmasına görə müraciət edib və dərhal cavablandırılması üçün aidiyyəti üzrə yönəldilib. Müraciətlər arasında fevral ayının birindən quraşdırılan Almaniya istehsalı olan "Zenner" markalı sayğaclarla bağlı da suallar ünvanlanıb. Belə ki, təxminən 300-dən bir qədər artıq müraciətdə yeni tip sayğaclardan istifadəyə dair məlumatlar istənilib. "104 Operativ Xidmət" şöbəsinin əməkdaşları bu cür hallarda yardımlarını ediblər və növbəti dəfə müraciətlərin operativ həlli üçün görüntülü şəkildə mesajların (+994 77) 3 104 104 saylı "Whatsapp" nömrəsinə göndərmələrini xahiş ediblər".

Maraqlıdır, daxil olan bu şikayətlərə əsasən nə qədər smart, nə qədər mexaniki sayğac quraşdırılıb? "Azəriqaz" İB-dən bildirilib ki, bu barədə dəqiq rəqəmlər dövlət yoxlanışı ilə bağlı sayğacların əvəzlənməsinə dair növbəti hesabat dövründə açıqlanacaq. Bu isə ilin ilk 3 ayını əhatə edəcək. Qurumdan verilən məlumata görə, bəzi abonentlər dövlət yoxlanışı zamanı əvvəlcədən ödənişli (smart-kart) sayğaclarının əvəzlənib yerinə quraşdırılan sonradan ödənişli (mexaniki-elektron) sayğacların guya qaz sərfiyyatının çox qeydə aldığını bildiriblər: "Lakin Birliyin Metrologiya Departamentində təşkil edilən "Açıq qapı" günlərində abonentlərin iştirakı ilə aparılan yoxlamalar zamanı hələ ki, belə bir fakt təsdiqini tapmayıb".












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sahil Babayev nazirin pulunu kəsdi – Qayıbovun maliyyə qeybinin pərdəarxası
Bu gün, 09:47
Tərtərdə 20 illik hotel bağlanır
Bu gün, 09:40
Bakıdan İrəvana sərt tələb - o əski parçalarını yığışdır!
Bu gün, 09:39
Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr - MƏQALƏ
Bu gün, 09:33
Azərbaycanda BOKT ləğv olunur
Bu gün, 09:29
Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
"Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:16
"Teatrda heç kimlə ikili oyun oynamıram" - Nicat Kazımov
Bu gün, 09:14
"Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb
Bu gün, 09:06
‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” - Qarabağ qazisi NARAZILIQ EDİR
Bu gün, 07:34
"Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq" - FAKT BUDUR!
Bu gün, 07:31
Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ - İDDİA
Bu gün, 07:28
Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:25
Hərbi Hava Qüvvələrinin generalının adı ilə onun müəllimini necə aldadıblar? - TƏFƏRRÜAT
Bu gün, 07:23
Günbəgün bahalaşan dərman bazarı... - NƏ ETMƏLİ?
Bu gün, 07:18
“Onkoloji xəstənin pulunu verməmək hansı vicdana, hansı insafa sığar?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:16
Məmləkətin 'Azercell' boyda dərdi... - AXI NİYƏ?..
Bu gün, 07:13
Bu qanunsuzluq aradan qalxmasa... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:02
Təhsil problemini həll etməli olanlar... təhsilimizə belə PROBLEM YARADIR...
Bu gün, 06:58
Əmrullayev elə danışdı ki, elə bil ekspertdir... nazir deyil... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:52
Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinə qarşı: Kremli narahat edən nədir? - AKTUAL
Bu gün, 06:41
"Bunlar tam şəkildə açıqlanıb, ifşa olunub ictimaiyyətin diqqətinə çatdırılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:39
Bahalı geyimi ilə xalqa qarışmaq istədi... - AMMA belə fərqləndi...
Bu gün, 06:36
Barışa vurulacaq MÖHÜR... - GƏLİŞMƏ
Bu gün, 06:32
"Təəssüf olsun ki, bəzi insanlar mənim reklam etdiyimə inanırlar" - MÜRACİƏT
Bu gün, 06:27
Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazıram - Zelenski
Bu gün, 06:19
Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA - “Min manat nə puldur ki...”
Dünən, 19:26
Azərbaycan suverenliyinin qələbəsi - İNCƏLƏMƏ
Dünən, 19:21
"Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı - QALİB ŞİRKƏT
Dünən, 17:42
Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Dünən, 17:35
Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb
Dünən, 17:29
Bu da RUS MUNDARLIĞI... - VİDEO
Dünən, 17:26
Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb - ATƏT rəsmisi
Dünən, 17:21
Özü və xanımı yenidən tələbə oldu
Dünən, 17:19
"İşimin başındayam, narahat olmayın" - ETİRAZ
Dünən, 17:11
Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir - GƏLİŞMƏ
Dünən, 17:09
“Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu
Dünən, 17:06
Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub - YENİLƏNDİ
Dünən, 17:01
Ermənistan qadınlardan ibarət ordu qurur
Dünən, 16:48
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? – Tam siyahı
Dünən, 16:28
Dövlət qurumu 200 milyon manatlıq ərazi alır - DETALLAR
Dünən, 16:26
Əməliyyata gülə-gülə girən qadın iflic oldu - VİDEO
Dünən, 16:20
Keçmiş qondarma rəhbər imzasını danır – Şahramanyan dərsliklə dava edir
Dünən, 16:16
Təcavüzün cəzası NƏDİR – Zorakılıq, ya hüquq?
Dünən, 16:01
"Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" - Zərdüşt Əlizadə
Dünən, 15:58
Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər - TƏFƏRRÜAT
Dünən, 15:54
Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? - Rəsmi açıqlama
Dünən, 15:49
Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar
Dünən, 15:45
Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Dünən, 13:35
“Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Dünən, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru