Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                 

Gülnarə Abdullayevanın xəbəri olmadığı tenderdən Ceyhun Bayramovun xəbəri varmı? - ILGINC
Tarix: 4-05-2020, 09:04 | Çap et
Gülnarə Abdullayevanın xəbəri olmadığı tenderdən Ceyhun Bayramovun xəbəri varmı?
Milli Məclisin keçən həftə keçirilən iclasında Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı müzakirə olunub. Hesabat verən Hesablama Palatasının sədrinin bildirdiyinə görə “daha çox rast gəlinmiş pozuntular onu qeyd etməyə imkan verir ki, dövlət vəsaitlərinə nəzarət, ilk növbədə, dövlət satınalmalarının şəffaf keçirilməsinə və dövlət əmlakından səmərəli istifadəsinə nəzarətin təşkilindən keçir.”

Aktualinfo.org xatırlatmaq istəyir ki,bir çox qurumlarda dövlət satınalmalarının şəffaf keçirilməməsi və vəsaitlərin süni şəkildə şişirdilməsi barədə əldə etdikləri məlumatları daim geniş ictimaiyyətin diqqətinə çatdırmaqla yanaşı, qanun pozuntularına yol vermiş dövlət orqanlarının fəaliyyətinin araşdirilması və tədbir görülməsi üçün Hesablama Palatasına da dəfələrlə müraciətlər etmişdir.Qeyd edək ki, dövlət satınalmalarının şəffaf keçirilmədiyində şübhələr yaradan məqalələrdən biri də,aprelin 3-də Aktualinfo.org saytında yayılmış “Gülnarə Abdullayeva internat məktəbdə uşaqlara sudan başqa nə verir?” başlıqlı məqalə olmuşdur.

Aprelin 8 -də 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbin direktoru Gülnarə Abdullayeva tərəfindən redaksiyamızın elektron poçtuna təkzib tələbi ilə münasibəti daxil olub.Sözügedən münasibətdə internat məktəbin direktoru daha çox bizi qeyri-peşəkarlıqda günahlandıraraq yazdıqlarımızın həqiqətə uygun olmadğını,məlumatların əvvəlcədən tərəfimizdən araşdırılmadığından təkzib olunmasını tələb edib,əks halda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işinin açılacağı ilə bizi qorxuzub.

Amma bizim məqalədə toxunduğumuz məsələlərə ,yəni internat məktəbin tender yolu ilə içməli suyun satınalmasına ayrılmış dövlət vəsaitindən heç söhbət açmayıb.Məqalədə ünvanladığımız suallara cavab vermək əvəzinə onu oxuculara mənfi obrazda təqdim edən böhtan xarakterli məlumatlar dərc etdiyimizi bildirib.

Biz Aktualinfi.org olaraq yazdıqlarımızın üstündə dayanırıq və burada heç bir böhtana yol verilmədiyini bir daha qeyd edirik.11.03.2020-ci ildə də 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbi tərəfindən içməli suyun satınalması üzrə tenderin qalibinin ”Dostluq Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinin olması və ondan 20 gün sonra, yəni 30.03 2020-ci ildə”Dostluq Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə içməli suyun satınalması üzrə 80000 manat dəyərində müqavilə bağlanılması barədə məlumatları biz dövlətin rəsmi orqanından əldə etmişik.Müqavilənin bağlanması barədə rəsmi bildiriş 16.03.2020-ci ildə elan olunub. Xanım direktor əgər bunları böhtan hesab edirsə, onda bu yalan məlumatları dövlət orqanlarına niyə təqdim ediblər?

Böhtan xarakterli məlumat dedikdə xanım direktor nəyi nəzərdə tutur? Keçirilmiş tender böhtandır? Tenderin keçirilməsi üçün verilmiş elanın böhtan olduğu məsələsini bir kənara qoyub bizi qeyri peşəkarlıqda günahlandıran Gülnarə Abdullayevadan bir daha soruşmaq istərdik. 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbdə şagirdlərə gün ərzində nə qədər su verilir və yaxud da internatda bir nəfərin yeyib-içmək rasionunda nə qədər su daxil edilir? Siz bu bu suallara cavab verin.

Sizin 11.03.2020-ci ildə qalibini elan etdiyiniz tenderin şərtlərinə görə “Dostluq Servis”MMC 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəb ilə 20000 kubmetr içməli suyun satınalması üzrə 80 ooo manat dəyərində müqavilə bağlanmışdır.Ötən yazıda da qeyd etmişdik,bir daha da yadınıza salmaq istərdik ki, Tarif Şurasının 13.05.2016-cı il tarixli qərarı ilə bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpikdir.Təmiz,içməli suya gəlincə. Bu gün bir çox şirkətlər var ki, çatdırılma və xidmət haqqı almadan 19-20 litrlik polikarbonat qablarda qablaşdırılmış keyfiyyətli içməli suyu 3-3,50 manata satırlar.

Burada oxucuların diqqətinə bir məqamı xüsusilə çatdırmaq istərdik.Aktualinfo.org saytı olaraq 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəb tərəfindən içməli suyun satınalması üzrə elan olunmuş tender prosedurunun “keçirilmiş müsabiqələr” və “bağlanmış müqavilələr” bölümündə tərəfimizdən kiçik bir anlaşılmazlığa yol verilmişdir. Bəs gəlin görək buna görə bizi qeyri-peşəkarlıqda ittiham edən Gülnarə Abdullayevanın özü rəhbəri olduğu internat məktəb haqqında nə nə qədər peşəkarcasına məlumatlar verib?

Sabunçu rayon icra Hakimiyyətinin saytında yerləşdirilmiş məlumatlara görə internat məktəbində 1254 şagird var.Bu məlumatın hansı tarixə olduğu bəlli deyil.Qeyd edilib ki, onlardan 981 nəfəri ümumi təhsil siniflərində, 173 nəfəri xüsusi təhsil siniflərində, 100 nəfəri isə Günərzi Qayğı Mərkəzində təlim-tərbiyə olunan 3-6 yaşlı uşaqlardır.

“Azərtac” informasiya Agentliyinin 2017-ci ilin mart ayının 1-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 11 saylı inteqrasiya təlimli internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak etməsi barədə yaydığı məlumatlara görə internat məktəbində 945 şagird təhsil alır və onlardan 158 nəfəri xüsusi təhsilə cəlb olunub. 2016-2017-ci tədris ilində məktəbdə təhsil alan şagirdlər 59 sinif üzrə qruplaşdırılıb. Onlardan 38-i ümumtəhsil sinifləri, 21-i isə xüsusi siniflərdir. Ümumtəhsil siniflərində təlim Azərbaycan və rus dillərində aparılır. Müəssisənin yataq korpusunda 133 şagird yaşayır. Məktəbdə uşaqların təlim-tərbiyəsi ilə 139 müəllim və tərbiyəçidən ibarət işçi heyət məşğul olur.

Ondan cəmi iki ay sonra,yəni 18.05 2017-ci ildə Təhsi Nazirliyinin saytına yerləşdirilmiş məlumatlara görə hazırda internat məktəbində 1108 nəfər şagirdin təlim-tərbiyə alması barədə məlumatlar var. Ümumtəhsil siniflərində 796, xüsusi siniflərdə isə 163 nəfər şagird təhsil aldığı bildirilib.Qeyd edilib ki,onların təlim-tərbiyəsi ilə 142 nəfər pedaqoji işçi məşğul olur. Məqama diqqət yetirin martın 1-dən may ayının 18-nə şagirdlərin sayı 945-dən 1108-ə yüksəlib.

Bunları qeyd etməkdə məqsədimiz nədir? Çox istərdik ki,özlərinin də buraxdıqları səhvlərə bir nəzər salsınlar. Digər tərəfdən də biz Gülnarə xanım Abdullayevaya şagirdlərin sayını xatırlatmaqla gün ərzində onların payına düşən, yaxud da onların içdiyi suyun həcmini hesablamlarını istəyirik. Gülnarə xanım, birinci 80 000 manata alınmış 20000 kubmetr suyu litrə çevirin.Sonra şagirdlərin sayına bölüb,onu da ilə,yəni şənbə,bazar və istirahət günlərini çıxmadan 365 günə vurun.Hər nəfərə gün ərzində neçə litr içməli su düşür,Gülnarə xanım? Biz burada sadəcə şagirdləri nəzərdə tutduq,siz istəyirsiniz 11 saylı internat məktəbin bütün kollektivini,müəllimlərindən, xadimələrdən, aşbazlardan tutmuş bagbanlara qədər,hamısını hesablaya bilərsiniz.

Şagirdlərin sayı da ayrı-ayrı vaxtlara bir cür göstərilən, bu cür təzadlı məlumatlara bol olan,lakin bütün bunları göz ardına almaq istəyən İnternat məktəbin direktoruna bir daha sual vermək istərdik. Siz bizə 20000 kubmetr suyun hara axıdılmasından danışın.Yaxud da ona ayrılmış dövlət vəsaitlərinin hara uçurulmasından xəbər verin.

Bu kimi təzadlı suallara bir daha aydınlıq gətirmək üçün telefonla əlaqə saxladığımız Gülnarə Abdullayevanın hər şeydən bixəbər olması,ancaq şəxsi məsələlərinə toxunmaqla özünü təmizə çıxarmaq istəyi bizim marağımıza səbəb oldu.Belə ki,xanım direktora içməli suyun alınması barədə verdiyimiz suala, siz nə danışırsınız,hardandı sizdə bu məlumat-deyə cavab verdi.Biz Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin elektron portalında elan olunmuş tenderlərin nəticələri barədə məlumatlardan əldə etdiyimizi bildirdikdə, Gülnarə Abdullayeva ,bilmirəm mənim o işlərdən xəbərim yoxdur,mənim mühasibim var o bilir bu işləri,ümumiyyətlə bizim baş idarəmiz var,bu işləri onlar görür bizim heç nədən xəbərimiz yoxdu-deyə cavab verdi və əlavə etdi ki, mənim vəkilim var,bundan sonra sizinlə mənim vəkilim danışacaq-dedi.

Artıq xeyli vaxt keçməsinə baxmayaraq nə vəkil,nə də heç kim bu məsələyə aydınlıq gətirmək üçün bizimlə əlaqə saxlamadı.Burada əlavə,maraqlı suallar ortaya çıxdı. Xanım direktorun xəbəri olmadığı tenderləri kimlər keçirib? Baş idarə dedikdə Gülnarə Abdullayeva kimləri nəzərdə tutur? Olmaya içməli su adı altında dövlət vəsaitini Təhsil Nazirliyinin rəsmiləri mənimsəyir? Başda nazir Ceyhun Bayramov olmaqla.Bu və digər suallara cavab ala bilməsək, bir mətbuat orqanı olaraq biz də araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət edəcəyik.
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru