Qarabağ əlili olan polkovnik-leytenantın xanımından Mehriban Əliyevaya MÜRACİƏT... - "İnanıram ki..."
Tarix: 8-04-2019, 09:19 | Çap et
 Azərbaycan Respublikasının Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya
Çox hörmətli Mehriban xanım!
Bu məktubu yazmağa Sizə olan inamım vadar etdi. Burada mən Sizə həyat yoldaşımın və ailəmizin Azərbaycanın müstəqilliyi və Qarabağ savaşında apardığı mübarizədən qısaca söhbət açmaq istəyirəm. İnanıram ki, məktubumu oxuduqdan sonra bu günə kimi həyat yoldaşımın layiq olduğu qiyməti ala bilməsi üçün müvafiq qurumlara göstərişlər verəcəksiz.
Həyat yoldaşım Habil Sabir oğlu Şirinov 1983-cü ildə Azərbaycan Tibb Universitetinə daxil olduqdan sonra Bakı şəhərinə köçdük. O, 1987-ci ildən Xalq Hərəkatına qoşuldu. O, həmişə deyirdi ki, Qarabağı saxlamaq üçün ora köçüb əhalimizin sayını artırmalıyıq. Bu minvalla həyat yoldaşım 1989-cu ildə könüllü olaraq hər tərəfdən erməni kəndləri ilə əhatə olunmuş Ağdərə rayonunun İmarət–Qərvənd kəndinə getdi və bizi də özü ilə apardı. Həmin vaxt yoldaşım kliniki təcili yardım xəstəxanasında cərrah kimi interna keçirdi. 1990-cı ildə isə təyinatını Bakıdan dəyişib Ağdərə rayonu İmarət-Qərvənd kəndinə aldı. Biz Bakıdan qeydiyyatdan çıxıb İmarət-Qərvənd kəndinə pasport qeydiyyatına düşdük. Azərbaycan tarixində Qarabağın təlatümlü illərində yeganə ailə oldu ki, mən həyat yoldaşım, 7 yaşlı qızım Rəvanə və 6 yaşlı oğlum Zaur Qarabağa qeydiyyata düşərək orada əhalimizin sayını 4 nəfər artırdıq.

Həyat yoldaşım 1989-cu ildən 1991-ci il sentyabr ayına kimi İmarət-Qərvənd kəndinin həm baş həkimi, həm də kəndin özünümüdafiə dəstəsinin başçılarından biri oldu. erməni faşistləri rus hərbçilərinin köməyi ilə 1991-ci ilin sentyabr ayının 10-dan kəndi hər tərəfdən hücuma keçdilər. Kəndin kişiləri səngərlərdə düşman hücumunun qarşısını alırdılar. Döyüşlər gedə-gedə bir neçə gün ərzində qadın, qoca və uşaqları Kəlbəcərin Ağdaban kəndinə çıxarıb sentyabrın 23-nə kimi kəndi müdafiə edə bildilər. Mərkəzdən kömək olmadığı üçün İmarət-Qərvənd kəndi sentyabrın 23-dən 24-nə keçən gecə süqut etdi. Həyat yoldaşım məcbur qalıb bizi İmişliyə atasıgilə gətirdi və özü Kəlbəcərə qayıtdı. Azərbaycan müstəqillik qazandıqdan sonra Milli Ordumuzun ilk zabitlərindən oldu.
O, həm cərrah, həm döyüşçü kimi, Ağdərə, Laçın, Kəlbəcər, Murov, Füzuli, Tərtər, Ağdam, Goranboy döyüşlərində iştirak etdi. Minlərlə yaralı əsgəri döyüş meydanından çıxarılmasını təşkil etdi. Yüzlərlə yaralıya cərrahi köməklik göstərdi. Özü döyüşlərdə bir dəfə yaralandı, iki dəfə kontuziya aldı. Atəşkəsdən sonra da Milli Orduda vicdanla və qüsursuz xidmıt etdi. Həyat yoldaşım Milli Ordu tərkibində leytenant rütbəsindən polkovnik-leytenant rütbəsinə qədər yüksəldi. 2004-cü ildə yaşla əlaqədar olaraq ordu sıralarından ehtiyata buraxıldı.
Hal-hazırda hərbi təqaüdçüdür və 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Tərxis olunduqdan sonra tam yaddan çıxarılıb. Milli Ordunun yaranmasında müstəsna əməyi olsa da, hətta bayram günlərində də yada salınmır. Qeyd edim ki, həyat yoldaşım Nəsimi rayon Hərbi Komisarlığında qeydiyyatdadır.
Qarabağdan məcburi çıxarıldıqdan sonra bizimlə maraqlanan olmadı. Yoldaşım döyüşlərdə olduğu üçün bu haqda kimsəyə müraciət etmədi. Yəni, məcburi köçkün statusu bizə verilmədi. Böyük oğlum Şirinli Zaur Habil oğlu Volqaqrad Polis Akademiyasını bitirib. Hələ də işləmir. Hal-hazırda mən, həyat yoldaşım, kişik oğlum Şirinli Rəvan Habil oğlu evsizik və Nəsimi rayon Polis İdarəsində qeydiyyatdayıq. Bakı şəhəri Azər Əliyev küçəsi ev 9, mənzil 57-də kirayə yaşayırıq.
Hörmətli Mehriban xanım. Həyat yoldaşım deyir ki, mən vətən üçün etdiklərimi maddiyyat xatirinə deyil, vətənə olan sevgimə görə etmişəm. O deyir ki, əgər bu gün də Ali Baş Komandan İlham Əliyev döyüş əmri verərsə bütün bacarığı ilə döyüşə atılmağa tam hazırdır. Amma bununla bərabər mən hiss edirəm ki, o bizim həyat şəraitimizi istədiyi kimi təmin edə bilmədiyi üçün çox sıxıntı keçirir. Bir daha qeyd edirəm ki, həyat yoldaşımın ən böyük arzusu torpaqlarımızı düşməndən azad edilməsində şəxsən iştirak etmək və Azərbaycan Dövlətinin daha da qüdrətli olması üçün əlindən gələni etməkdir.
Hörmətli Mehriban xanım, mən, Sizin Azərbaycan Dövləti və xalqı üçün gələcəkdə daha çox işlər görəcəyinizə inanıram. İnanıram ki, bizim ailəmizə çatan haqqın verilməsi üçün müvafiq Nazirlik və Komitələrə lazımi göstərişlər verəcəksiniz.
Əvvəlcədən ailəmiz və öz adımdan Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə Kərbəlayi Şirinova Nəcibə Vəli qızı
Tel: 051-566-74-40. \\moderator.az\\


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19 |
|
|
|
| • "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15 |
|
|
|
| • Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10 |
|
|
|
| • Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07 |
|
|
|
| • Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04 |
|
|
|
| • Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02 |
|
|
|
| • İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00 |
|
|
|
| • Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58 |
|
|
|
| • "Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56 |
|
|
|
| • Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51 |
|
|
|
| • Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49 |
|
|
|
| • "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33 |
|
|
|
| • Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27 |
|
|
|
| • Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17 |
|
|
|
| • Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13 |
|
|
|
| • Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58 |
|
|
|
| • Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52 |
|
|
|
| • Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47 |
|
|
|
| • Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40 |
|
|
|
| • Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16 |
|
|
|
| • Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10 |
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00 |
|
|
|
| • Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57 |
|
|
|
| • Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55 |
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00 |
|
|
|
| • Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57 |
|
|
|
| • Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55 |
|
|
|
| • Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53 |
|
|
|
| • Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39 |
|
|
|
| • Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34 |
|
|
|
| • ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30 |
|
|
|
| • Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20 |
|
|
|
| • “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15 |
|
|
|
|