“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” .....                     “Yelo Bank”ın poblemli kreditləri kəskin artıb .....                     Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü .....                     Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi .....                     Kremldən “qazlı” ZƏRBƏ .....                     AZAL-ın təyyarəsi İrəvanda .....                     Sara Əzimovaya yeni vəzifə verilib .....                     Şahin Mustafayev Ermənistanda səfərdədir .....                     Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! .....                     "Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" .....                     Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib .....                     Əlixan Rəcəbov necə uğursuz oldu? .....                     İranda nizam dəyişdi .....                     Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır .....                     “Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək .....                     "Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" .....                     7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin .....                     AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” .....                     Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək .....                     Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi .....                     Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq .....                     “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan .....                     "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Azərbaycan neftinin qiyməti 115 dolları ötüb .....                     Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi .....                     Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                     Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                 

Narazılıq yaradan məmurlar üçün “ƏCƏL ZƏNGİ” - Ağcabədinin başçısı da hədəfə çevrilir
Tarix: 17-12-2018, 09:51 | Çap et
Narazılıq yaradan məmurlar üçün “ƏCƏL ZƏNGİ”
Prezidentin imzaladığı sərəncamla Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov tutduğu vəzifədən azad edilib. Qeyd edək ki, R.Məmmədov şəhəri “yaşıl soyqırımına” məruz qoyanlardan və haqqında ciddi narazılıqlar olan məmurlardan biri idi. Bu ilin oktyabr ayında onun yaxın qohumu, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Xaliq Məmmədov rayonda bir sıra qanunsuz tikililərə görə saxlanılıb.

O, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. Təbii ki, X.Məmmədovun Razim Məmmədovdan xəbərsiz belə bir addım atması, hansısa tikiliyə icazə verməsi mümkün deyil. Bu baxımdan X.Məmmədovun saxlanılmasından sonra R.Məmmədovun da tutduğu postdan uzaqlaşdırılacağı gözlənilən idi. Aparılan kadr islahatları göstərir ki, mənfi fəalliyyətinə görə adı tez-tez hallandırılan, medianın tənqid hədəfinə çevrilən, ictimai rəydə etibarını itirən məmurlar komandadan xaric edilir. Razim Məmmədov da məhz bu cür kadrlardan idi. Hadisələrin gedişi onu göstərir ki, proses davamlı olacaq. Hakimiyyət fəaliyyətilə xalqın narazılığına səbəb olmuş məmurlarla yola davam etmək niyyətində deyil. Bu tendensiya başqa məmurlar üçün də “əcəl zəngi” çalır.

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov da bu günlərdə "özünəməxsus addımla" medianın gündəminə gəlib. Sosial şəbəkələrdə onun rayon mərkəzindən kəndlərdən birinə polis mühahizəsi və avtomobil karvanı ilə getməsi yayılıb. Doğrudan da, maraqlıdır ki, icra başçısı niyə maşın karvanı ilə, polis mühafizəsində gəzməlidir ki?! Xatırlatmaq yerinə düşər ki, Salyan rayonu İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimov da belə bir səhvin qurbanı olub və işdən azad edilib. “Gül bayramı” zamanı keçirdiyi təntənəli mərasim onun sonunu gətirib. Sabiq başçı məşhur türk serialı “Möhtəşəm yüzil”də şahzadə Mustafa kimi təntənəli keçid təşkil edib, gənclərin əlində tutduğu güllərin altından keçib. Bu görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra cəmiyyətdə, siyasi rəhbərlikdə ciddi narazılıq yaradıb. Hadisədən qısa müddət sonra isə T.Kərimov tutduğu vəzifədən azad olunub.

Dəfələrlə ölkə rəhbərliyinin iştirakı ilə keçirilən müşavirələrdə icra başçılarına konkret olaraq tapşırılıb ki, heç kim tutduğu postdan sui-istifadə etməsin, şəffaf fəaliyyət göstərsin, əsas amal xalqa xidmət olsun. Həmin müşavirələrin birində işində ciddi nöqsanlar olan başçılara açıq şəkildə xəbərdarlıq da edilib. Müşavirədə xüsusi olaraq Bakının Sabunçu, Xətai və Xəzər rayonlarının icra hakimiyyəti başçılarının adı vurğulanıb, onlara konkret tapşırıqlar verilib.

Əldə olunan məlumatlara görə, təkcə işinin öhdəsindən gələ bilməyən icra başçıları deyil, digər dövlət qurumlarının rəhbərləri də tutduqları postu itirə bilərlər. Artıq yeni tələblərin olduğu bir zamandır və hökumət fəaliyyətində ciddi nöqsanlara yol vermiş məmurların bağışlanmamasında qərarlı görünür. Bu ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra komanda daxilində ciddi dəyişikliklər edilib. Dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsi haqqında imzaladığı sərəncamlarla bir sıra nazirlər, məmurlar iqtidar komandasından kənarda qalıb. Seçkidən sonra bir sıra icra hakimiyyəti başçıları vəzifədən uzaqlaşdırılıb. Görünən odur ki, komandanın daha çevik və fəaliyyətinin gücləndrilməsinə yönəlik proses davam edir.

Hesab olunur ki, hökumətin indiki kadr islahatları hələ prosesin birinci mərhələsidir.Növbəti mərhələdə isə hökumət ciddi struktur dəyişikliyinə gedəcək, köklü islahatlara başlayacaq.Hökumət islahatların yekun nəticəsi olaraq çevik idarəetmə mexanizmi yaradılacaq. Bunun üçün isə daha çevik, enerjili kadrlara ehtiyac var. Hər kəs yaxşı bilir ki, köhnə kadrlarla çevik idarəetmə mexanizmi qurmaq, uğurlu nəticələr əldə etmək mümkün deyil.Bu mexanizmin işlək olması üçün ilk növbədə kadrların bunu mənimsəməsi, yeni idarəetmə üsuluna uyğunlaşması vacibdir. Müasir tələblərlə ayaqlaşa bilməyən, fəaliyyətlərində dönüş etməyi bacarmayanların komandadan kənarda qalması gözlənilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56
Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53
AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45
Sara Əzimovaya yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 11:42
Şahin Mustafayev Ermənistanda səfərdədir
Bu gün, 11:34
Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
"Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13
Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08
Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Bu gün, 11:01
İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48
Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42
“Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək
Bu gün, 10:40
"Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" - ETİRAZ VAR...
Bu gün, 10:37
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Bu gün, 10:33
AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
Bu gün, 10:29
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17
Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04
“PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53
"Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47
Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru