Ölkədə yeni antikorrupsiya həbsləri gözlənilir - kimlər hədəfdədir
Tarix: 20-09-2017, 08:58 | Çap et
 Sentyabrın 19-da Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib. “Dövlət büdcəsindən Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair” auditin nəticələri üzrə hesabat müzakirə olunub.
Strateq.az Hesablama Palatasına istinadən xəbər verir ki, qurumun kollegiyası Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib: “Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb”.
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) ölkənin ən korrupsiyalaşmış təhsil ocağı olması barədə məlumatlar yeni deyil. Ölkənin aparıcı ali məktəblərindən olan ADİU-da 2014-sü ilin martında rektor dəyişikliyi olsa da, sistemdə hər hansı müsbətə doğru irəliləyiş müşahidə olunmayıb. Əksinə, iddia olunur ki, Şəmsəddin Hacıyevin dövründən sonra vəziyyət daha da mürəkkəbləşib.
Rektor Ədalət Muradov haqda bundan əvvəl də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İradəsinə dosye göndərilməsi barədə mediaya xəbərlər sızmışdı. İddia olunurdu ki, kəsirlərin düzəldilməsi üçün tələbələrdən 3-7 min manat tələb olunur. Hələ ötən il ödənişli təhsil sektorundan İqtisad Universitetinin hesabına daxil olmuş 25 milyon manatın “yoxa çıxması” barədə də xəbərlər yayılmışdı.
Qeyd edək ki, iyul ayında Bakı Dövlət Universitetində də audit yoxlamaları keçirilmişdi və bir sıra qanunvericiliyin pozulması halları aşkar edilmişdi. Ancaq auditin nəticələri üzrə bu cür sərt qərar qəbul edilməmişdi. Görünür, İqtisad Universitetində maliyyə pozuntuları o həddədir ki, Hesablama Palatası bu cür qərar qəbul etməli olub.
Yada salaq ki, Hesablama Palatası büdcəyə maliyyə nəzarəti orqanıdır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən həftə keçirilən iclasında isə məlum olub ki, “Hesablama Palatası haqqında” Qanuna dəyişiklik ediləcək. Yeni dəyişikliyə əsasən, qanunun qüvvədə olan mətni yalnız cinayət əlamətləri olan hüquqpozmalarla bağlı materialların aidiyyəti üzrə göndərilməsini nəzərdə tutursa, təklif olunan variant da həm də inzibati xəta əlamətləri olan hüquqpozmaları da əhatə edir. Bu isə Hesablama Palatasının səlahiyyətlərinin genişləndirilməsi deməkdir.
Yeni dəyişiklik 2018-ci ildə də büdcə pullarının xərclənməsinə nəzarətin daha da gücləndiriləcəyini deməyə əsas verir. Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun bu günlərdə keçirdiyi toplantı da sərt xəbərdarlığı ilə yadda qalıb. O bildirib ki, rəhbərlik etdiyi qurum büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti daha da artıracaq.
Belə xəbərlər də var ki, payızda antikorrupsiya həbslərinin yeni dalğası başlaya bilər ki, bu da təkcə ali məktəb rektorlarını deyil, daha yüksək ranqlı məmurları, o cümlədən icra başçılarını əhatə edə bilər.
“YM”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13 |
|
|
|
| • Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08 |
|
|
|
| • Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Bu gün, 11:01 |
|
|
|
| • İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48 |
|
|
|
| • Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42 |
|
|
|
| • “Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək
Bu gün, 10:40 |
|
|
|
| • "Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" - ETİRAZ VAR...
Bu gün, 10:37 |
|
|
|
| • 7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Bu gün, 10:33 |
|
|
|
| • AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
Bu gün, 10:29 |
|
|
|
| • Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17 |
|
|
|
| • Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15 |
|
|
|
| • Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04 |
|
|
|
| • “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53 |
|
|
|
| • "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44 |
|
|
|
| • Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42 |
|
|
|
| • Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39 |
|
|
|
| • ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35 |
|
|
|
| • "450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30 |
|
|
|
| • Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02 |
|
|
|
| • Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00 |
|
|
|
| • Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34 |
|
|
|
| • SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32 |
|
|
|
| • AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19 |
|
|
|
| • "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15 |
|
|
|
| • Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10 |
|
|
|
| • Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07 |
|
|
|
| • Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04 |
|
|
|
| • Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02 |
|
|
|
| • İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00 |
|
|
|
| • Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58 |
|
|
|
| • "Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56 |
|
|
|
| • Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51 |
|
|
|
| • Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49 |
|
|
|
| • "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33 |
|
|
|
| • Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27 |
|
|
|
| • Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17 |
|
|
|
| • Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13 |
|
|
|
| • Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58 |
|
|
|
| • Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52 |
|
|
|
| • Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47 |
|
|
|
| • Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40 |
|
|
|
| • Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16 |
|
|
|
| • Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10 |
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
|