"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" .....                     Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar .....                     Şıxlinskinin oğlu atasının həbsindən .....                     Məşhur diaspor lideri Şahin Şıxlınski də saxlanıldı .....                     İmtahanda 96 toplayan şagird attestatda 3 alıb .....                     Ermənistanda Rusiya kanalları bağlanacaq .....                     Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb .....                     Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın .....                     Rusların Azərbaycandakı məktəbləri də bağlanır .....                     Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib .....                     Rusiyanın Ermənistana total hücumu .....                     “Kupça”sız Azərbaycan .....                     2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib .....                     DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var .....                     Rusiyanın azərbaycanlılara hücumları davam edəcək .....                     Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... .....                     Sayt rəhbərinin məhkəməsi: .....                     Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək .....                     Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? .....                     Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb .....                     Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu .....                     Azərbaycana qarşı ikili plan .....                     “Umico” adını və logosunu dəyişdi .....                     Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub .....                     “Baku Electronics”də yeni təyinat .....                     Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb .....                     “BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb .....                     AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə .....                     “Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” .....                     Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi .....                     “Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” .....                     Oliqarx-məmur saxta yağ biznesinə girişib... .....                     “Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? .....                     İran Prezidenti Xankəndiyə səfər edəcək .....                     Miri Yusifə ağır itki .....                     Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... .....                     "Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." .....                     MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı .....                     Baş direktor işdən çıxarıldı .....                 

Bahalaşmanın əsas nədəni elə uğursuz aqrar siyasətdir... - Qışı aclıq gözlənilir
Tarix: 19-09-2017, 09:06 | Çap et
Bahalaşmanın əsas nədəni elə uğursuz aqrar siyasətdir...
Son illər ölkədə pambıqçılığın inkişaf etdirilməsi xətti götürülüb. Prezident İlham Əliyev 13 iyul 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın icra olunmasını təsdiqləyib.

Dövlət Proqramının məqsədi ölkədə pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişafı, pambıq məhsullarının ixracının artırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsindən və bu sahənin inkişafının stimullaşdırılmasından ibarətdir.

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Bunlar pambıqçılığın inkişaf etdirilməsi üzrə institusional tədbirlərin həyata keçirilməsi, pambıqçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, pambıq istehsalçıları ilə emal müəssisələri arasında səmərəli iqtisadi əlaqələrin qurulması, pambıq istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi, pambıqçılıq məhsullarının ixracının təşviqi, pambıqçılıqda kooperasiyanın inkişafıdır.

Dövlət Proqramının icrasından ciddi nəticələr gözlənilir. Belə ki, proqramın həyata keçirilməsi Azərbaycanda pambıqçılıq ənənələrinin bərpa olunmasına, pambıq emalı məhsulları üzrə idxaldan asılılığın azaldılmasına, kənd yerlərində əhalinin məşğulluğuna, aqrar sənaye potensialının artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və ölkəyə əlavə valyuta daxilolmalarına şərait yaradacaqdır.

Eyni zamanda, görülən tədbirlər nəticəsində qabaqcıl texnologiyaların geniş tətbiqinə əsaslanan pambıq istehsalı və emalı kompleksi təşəkkül tapacaq, yerli pambıq xammalına əsaslanan tekstil sənayesi formalaşacaqdır.

Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcək.

Bəs reallıqda vəziyyət necədir? Müvafiq qurumların hazırkı yanaşma və üsulları ilə qarşıya qoyulan hədəflərə çatmaq mümkündürmü?

Onu da nəzərər çatdıraq ki, Nazirlər Kabinetinin son iclasında pambıq və pambıq lifi ixracının artdığı bildirilib.

Amma problem ondadır ki, müvafiq qurumların pambıqçılıqla bağlı yanlış siyasəti kənd təsərrüfatının digər sahələrində çətinliklər yaradıb. Bu səbəbdən də pambıqçılığın inkişafından hələ ki, proqnoza uyğun iqtisadi gəlir əldə edilmir.

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov Reyting.az-a deyib ki, hökumət pambıqçılığa necə yönəlibsə, kənd təsərrüfatının daha önəmli sahələri geriləyib.

Onun sözlərinə görə, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana ərzaq malları, qida məhsulları idxalı ciddi şəkildə artıb:

“Ölkə əhalisinin alıcılıq qabiliyyəti aşağı düşdüyü bir zamanda əksər mal qrupları üzrə idxalda artım var. Bu, daxili istehsalın ciddi azalması ilə əlaqədardır”.

Vahid Məhərrəmov qeyd edib ki, daha çox artım heyvandarlıq məhsullarında özünü göstərir. Belə ki, 2016-cı ilin 8 ayı ərzində ölkəyə 20,3 milyon dollar dəyərində ət, 61,3 milyon dollar dəyərində süd və süd məhsulları, 14,9 milyon dollar dəyərində kəsim üçün diri heyvanlar idxal olunmuşdursa, 2017-ci ilin 8 ayı ərzində ət idxalı 2,2 dəfə artaraq 42,9 milyon dollar, süd və süd məhsulları idxalı 36 faiz artaraq 83, 4 milyon dollar, kəsim üçün diri heyvanların idxalı isə 74 faiz artaraq 25,9 milyon dollar təşkil edib.

Ekspert bildirib ki, aparılan yarıtmaz siyasət nəticəsində heyvandarlıq məhsullarının idxalı artır, istehsalı azalır:

“Son 2 ildə 150 min hektar örüş və təbii biçənək ərazilərini əkinə verdilər, 20 min hektar çoxillik yem bitkisi (yonca) sahəsini ləğv etdirib yerində pambıq əkdirdilər. Nəticədə ümumi pambıq istehsalı nisbətən artsa da, heyvandarlıq məhsulları istehsalı kəskin şəkildə azaldı”.

Müsahibimiz qeyd edib ki, 2016-cı ilin 8 ayı ilə müqayisədə bu il pambıq ixracından əlavə 21,2 milyon dollar vəsait əldə olunduğu halda, eyni müddət ərzində heyvandarlıq məhsulları idxalı üçün əlavə 55,7 milyon dollar vəsait xərclənib. Yəni, pambıqdan gələn gəlirdən 2,6 dəfə çox heyvandarlıq məhsullarının idxalı üçün ölkədən valyuta çıxarılıb.

Ekspert vurğulayıb ki, keçən il pambığın məhsuldarlığı son 5 ildə ən aşağı səviyyəyə düşüb – hektardan 17,3 sentner məhsul əldə olunub.

V.Məhərrəmovun sözlərinə görə, kənd təsərrüfatının digər sahələrindən diqqətin yayınması ciddi fəsadlar yaradıb. “Avqust ayında ölkəyə gətirilən kərə yağının qiymətində ciddi artım olub. Bir kiloqram kərə yağının idxal dəyəri əvvəlki aya nisbətən 1,5 dollar, yəni 30 faiz bahalaşıb. Bu arada dünya bazarında pambığın qiyməti 20 faiz ucuzlaşıb. Hakimiyyətin uğursuz pambıq siyasətinin iflası qalsın bir yana, ölkənin ərzaq təhlükəsizliyində əhəmiyyətli payı olan heyvandarlıq sektoru sıradan çıxmaq üzrədir. Naşılar örüş, təbii biçənək, yonca sahələrini pambıq əkini üçün şumlatdılar, əvəzində heyvanların normal qidalanması üçün yem bazası yarada bilmədilər. Nəticədə heyvandarlıq məhsulları istehsalı kəskin şəkildə azaldı, idxal isə artdı. Bu səbəbdən də ət və ət məhsullarının, süd və süd məhsullarının qiyməti bahalaşıb və bahalaşmaqda davam edəcək”, - deyə ekspert fikrini tamamlayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım
Bu gün, 00:04
Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar - FOTO
Bu gün, 00:01
Şıxlinskinin oğlu atasının həbsindən DANIŞDI
Dünən, 23:46
Məşhur diaspor lideri Şahin Şıxlınski də saxlanıldı
Dünən, 21:21
İmtahanda 96 toplayan şagird attestatda 3 alıb - Məktəb qiymətlərinin uyğunsuzluğu mübahisə yaratdı
Dünən, 18:10
Ermənistanda Rusiya kanalları bağlanacaq - RƏSMİ
Dünən, 18:07
Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb
Dünən, 18:01
Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın - Sensasion səs yazısı
Dünən, 17:59
Rusların Azərbaycandakı məktəbləri də bağlanır - QƏRAR VERİLİB
Dünən, 17:55
Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib
Dünən, 17:49
Rusiyanın Ermənistana total hücumu - Lavrov KTMT-nin toplantısını İrəvana qarşı çevirib
Dünən, 17:46
“Kupça”sız Azərbaycan – əmlakın var, amma sənin deyil paradoksu!
Dünən, 14:57
2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib
Dünən, 14:49
DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var
Dünən, 14:39
Rusiyanın azərbaycanlılara hücumları davam edəcək - Ekspert səbəbləri açıqladı
Dünən, 14:35
Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... - AÇIQLAMA
Dünən, 12:35
Sayt rəhbərinin məhkəməsi: - şahid danışdı
Dünən, 12:19
Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:18
Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? - Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Dünən, 12:16
Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb
Dünən, 12:11
Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu - GƏLİŞMƏ
Dünən, 12:09
Azərbaycana qarşı ikili plan – “Zəngəzurda müharibə” və “Zəngilandan hücum”…
Dünən, 12:06
“Umico” adını və logosunu dəyişdi - FOTO
Dünən, 11:59
Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub - ƏMR
Dünən, 11:56
“Baku Electronics”də yeni təyinat - BUNDAN SONRA...
Dünən, 11:54
Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb
Dünən, 11:53
“BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək
Dünən, 11:43
Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb - TƏFƏRRÜAT
Dünən, 11:40
AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə - 32 MİLYON ÖDƏYƏCƏK
Dünən, 11:35
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
Dünən, 11:32
Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi – böyük etimad!
Dünən, 11:30
“Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” - ETİRAZ
Dünən, 11:25
Oliqarx-məmur saxta yağ biznesinə girişib... - ÖZÜ DƏ GÖRÜN, KİMİNLƏ...
Dünən, 11:19
“Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? — DETALLAR
Dünən, 11:13
İran Prezidenti Xankəndiyə səfər edəcək - SƏBƏB
Dünən, 11:10
Miri Yusifə ağır itki - FOTO
Dünən, 11:04
Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... - DƏLİXANADIR, VALLAH...
Dünən, 11:02
"Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:58
MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı - VİDEO
Dünən, 10:49
Baş direktor işdən çıxarıldı - BUNDAN SONRA
Dünən, 10:44
Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? - VİDEO
Dünən, 10:28
Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... -"Johovurd"
Dünən, 10:26
Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək – Yenə həmin şirkət...
Dünən, 10:24
Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır - Ovannisyan
Dünən, 10:16
Birdəfəlik “stop” qoyuldu – Yeni qadağa qalmaqalı
Dünən, 10:12
Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: - Hazır olun
Dünən, 10:06
Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Dünən, 09:58
Dövlət Agentliyi baş verən faciəyə görə – GÜNAHI SAHİBKARLARIN ÜZƏRİNƏ QOYDU
Dünən, 09:56
Bu dəfə Yeni Yasamalda yol çökdü - VİDEO
Dünən, 09:47
İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi - BAŞLARI QAÇIB...
Dünən, 09:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru