Eldar Mahmudovun Cavid Qurbanova qarşı müdhiş planı… - ŞOK İDDİA
Tarix: 3-06-2016, 08:37 | Çap et
 Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun dövlət qurumunun imkanlarından iş adamlarının əmlakına göz dikməsi, hədə-qorxu, şantaj yolu ilə onları müflis etməsi ilə yanaşı həm də ayrı-ayrı yüksək vəzifəli şəxslərdən də rüşvət alması üçün istifadə etdiyi heç kimə sirr deyil. Eldar Mahmudov və hazırda həbsdə olan MTN-nin sabiq idarə rəisi Akif Çovdarov hakimiyyətdə nüfuzlu məmurlara belə təzyiq edərək onlardan haqq alırmış. Mediada yayılan məlumatlara görə, MTN-nin sabiq rəhbərliyi nəqliyyat naziri Ziya Məmmədov, “Bakı Metropoliteni”nin sədri Tağı Əhmədov və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadədən böyük məbləğdə pul ala bilib. AzToday.az-a daxil olan məlumatlara görə, Eldar Mahmudovun rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvlərinin hədə yolu ilə rüşvət aldığı məmurlar adlarının gizli qalmasını istədiyindən hələ bir çox faktlar geniş ictimaiyyətə bəlli deyil. AzToday.az-ı bigiləndirən mənbə iddia edir ki, MTN-nin sabiq rəhbərliyinin hədəfində olan məmurlardan biri də millət vəkili, həmin zaman “Azəryolservis” ASC-nin sədri işləyən Cavid Qurbanov olub. Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olan Cavid Qurbanov MTN-in hədəfindən çox yayınmağa çalışsa da buna nail ola bilməyib. Onun hakim ailə ilə təzə qohumluğu belə Eldar Mahmudovu onun üzərinə getməkdən çəkindirməyibmiş. Qeyd edək ki, Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxan jurnalist Pərviz Həşimli açıqlamalarında MTN-nin sabiq rəhbərliyinin ondan Cavid Qurbanov da daxil olmaqla bir çox məmurların əleyhinə ifadə almaq istəməsini bildirmişdi. Bu da onu göstərir ki, sabiq MTN rəhbərliyi nəyin bahasına olursa olsun Cavid Qurbanovu “tor”a salmaq istəyib. Mənbə bildirir ki, Pərviz Həşimlinin həbsindən sonra istəyinə nail ola bilməyən MTN rəhbərliyi Cavid Qurbanovun oğlu vasitəsi ilə hədəfə alır. Və xaricdən Bakıya qayıdan Şəmşir Qurbanov Heydər Əliyev adına Binə Hava Limanında saxlanılır. Cavid Qurbanov oğlunu MTN-nin cinayətkar dəstəsinin əlindn almaq üçün bütün əlaqələrini işə salsa da buna nail ola bilmir. Çünki MTN-nin sabiq rəhbərliyi Şəmşir Qurbanov barəsində hazırladığı dosyedə müvafiq şəxsləri Cavid Qurbanovun oğlunu haqlı olaraq saxladığına inandıra bilir. Ancaq bundan sonra Cavid Qurbanov məcbur qalıb oğlunu azad etmək üçün MTN-sabiq rəhbərliyinin tələb etdiyi məbləği verməyə razılaşır. Məbləğin isə kifayət qədər böyük olduğu bildirilir. Cavid Qurbanovun oğlunun hansı səbəbdən aeroportda saxlanılması ilə bağlı sualımızı mənbə cavablandıra bilməyəcəyini və bundan məlumatsız olduğunu dedi. Bununla belə mənbə Cavid Qurbanovun sədrliyi zamanı “Azəryolservis”-in sifarişlərini həyata keçirən bir çox şirkətlərdən Eldar Mahmudovun aylıq “haqq” aldığını bildirdi. Xatırladaq ki, millət vəkili Cavid Qurbanov “Yeni Müsavat” qəzetinə müsahibəsində MTN-nin ona toxunub-toxunmaması ilə bağlı sualı cavablandırmaqdan yayınmışdı. Həmin müsahibədən bir hissəni təqdim edirik: “- Məlum MTN əməliyyatından sonra mediada çoxlu sayda məlumatlar yayıldı. Onlardan bəziləri təsdiqləndi, bəziləri təkzib olundu. Bu məlumatlardan biri də o idi ki, sabiq nazir Eldar Mahmudov və onun keçmiş komandası bəzi nazirlərdən, komitə sədrlərindən, yüksək vəzifədə olan məmurlardan haqq alırmış. Anadolu türkləri demiş, sizə də bulaşıblarmı, buna cəhd ediblərmi? – Onların (MTN çetesini nəzərdə tutur-red.) mənə bulaşmağa heç haqqı, imkanı da yox idi. Məlum səbəblərə görə bulaşa bilmirdilər. Bircə dəfə xırda bir məsələ olmuşdu. O da aydınlaşdı, bitdi getdi. Amma mənim üstümə yerisinlər, məndən nəsə istəsinlər… belə şey olmayıb. – Hiss edirəm ki, bu mövzuda çox dərinə getmək istəmirsiniz… – Məhkəmə olmadan insanları cinayətkar adlandırmaq doğru yanaşma deyil. Sadəcə, sədaqət yaxşı şeydir. Bu proseslərdə kimin sadiq olub-olmadığı bilindi”. Məsələ ilə bağlı Cavid Qurbanovun münasibətini öyrənmək cəhdlərimiz alınmadı. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədovla əlaqə saxlayıb, Cavid Qurbanovun fikirlərini öyrənmək istədik. Ancaq Nadir Əzməmmədov Cavid Qurbanovun hazırda ölkədə olmadığını dedi.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01 |
|
|
|
| • Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35 |
|
|
|
| • Vaqif Axundova ağır itki
Bu gün, 08:33 |
|
|
|
| • Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29 |
|
|
|
| • Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28 |
|
|
|
| • Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
| • Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06 |
|
|
|
| • Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03 |
|
|
|
| • Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02 |
|
|
|
| • Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37 |
|
|
|
| • Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34 |
|
|
|
| • Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23 |
|
|
|
| • İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21 |
|
|
|
| • "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10 |
|
|
|
| • "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03 |
|
|
|
| • Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58 |
|
|
|
| • İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51 |
|
|
|
| • Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35 |
|
|
|
| • Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20 |
|
|
|
| • İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03 |
|
|
|
| • Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00 |
|
|
|
| • Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45 |
|
|
|
| • Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40 |
|
|
|
| • Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38 |
|
|
|
| • “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35 |
|
|
|
| • Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32 |
|
|
|
| • Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27 |
|
|
|
| • Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19 |
|
|
|
| • "Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17 |
|
|
|
| • "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10 |
|
|
|
| • Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07 |
|
|
|
| • Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05 |
|
|
|
| • Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03 |
|
|
|
| • “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57 |
|
|
|
| • AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54 |
|
|
|
| • ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47 |
|
|
|
| • Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15 |
|
|
|
| • Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27 |
|
|
|
| • Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26 |
|
|
|
| • Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20 |
|
|
|
| • İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18 |
|
|
|
| • Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15 |
|
|
|
| • “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13 |
|
|
|
| • Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10 |
|
|
|
| • Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51 |
|
|
|
| • 70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44 |
|
|
|
| • Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37 |
|
|
|
| • Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33 |
|
|
|
| • "Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30 |
|
|
|
| • Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29 |
|
|
|
|