"99 YP 453" nömrəli DYP "ver qırağa, saxla" desə, saxlamayın... - şərləyəcək...
Tarix: 13-05-2016, 08:35 | Çap et
 Biz dəfələrlə yol polisi orqanlarında yer almış rüşvətxorluq və sürücülərin hüquqlarının pozulması hallarına dair bir neçə tənqidi material dərc etmişik. Həmin materiallarda hər zaman vurğulanan bir fikir də bundan ibarət olmuşdur ki, bu gün ölkədə aparılan antikorrupsiya mübarizə tədbirlərinin ən fəal iştirakçılarından biri kimi məhz Daxili İşlər Nazirliyinin və şəxsən Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun ön planda olması obyektiv bir reallıqdır. Bununla belə, bəzi DYP əməkdaşları tərəfindən vətəndaşların hüquqlarının kobud şəkildə pozulması hallarının tez-tez təkrar olunması, bu mübarizə tədbirlərinin daha da sərtləşdirilməsinə ehtiyac olduğu fikrini də ortaya qoyur.
Qeyd edək ki, son vaxtlar DİA.AZ-a daxil olan müxtəlif məlumatlarda Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən sürücülərin hüquqlarının kobud şəkildə pozulması hallarından tez-tez xəbər verilir. Bəzi hallarda isə, vətəndaşlardan bu və ya digər bəhanələr gətirilərək konkret rüşvət tələb olunduğu və alındığı da iddia edilir. Belə ki, aldığımız növbəti şikayət məktubunda vətəndaş paytaxt sakini Rauf Əliyev də Bakı şəhər DYP idarəsinin Elvin Süleymanov adlı əməkdaşı tərəfindən onun hüquqlarının kobud şəkildə pozulmasından xəbər verir. Öz ərizəsində Rauf Əliyev yazır: “Yazıb sizə bildirirəm ki, 09.05.2016-cı il tarixində, səhər saat 7 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Ay işığı” restoranının qarşısında 99 YP 453 dövlət nömrə nişanlı xidməti avtomobili idarə edən Emin adlı inspektor məni öz avtomobilimi idarə edərkən saxlayıb. İnspektor məndən içkili olub-olmadığımı soruşdu. Mən də cavab verdim ki, içkili deyiləm. Yenə məndən soruşdu ki, axırıncı dəfə nə zaman spirtli içki qəbul etmişəm. Cavab verdim ki, mayın 8-də, axşam saat 18 radələrində, öz evimdə bir şüşə (0,5 L) pivə içmişəm. Bundan sonra, inspektor alkotesterlə məni test etdi və bildirdi ki, guya mən içkiliyəm. Mən ondan tələb etdim ki, məni həkim müayinəsindən keçirsin. Buna cavab olaraq Emin bildirdi ki, həkim aparatı onda da var. Lakin onun yanındakı inspektor dedi ki, həmin aparat işləmir. Sonra Emin məni aldatdı. Dedi ki, protokola 1 şüşə pivə içdiyini yaz və imza qoy. Amma bu zaman içkini nə zaman qəbul etdiyim göstərilmədi. Bundan sonra, sənədlərimi alıb, məndən ertəsi gün səhər saat 9-da Bakı Şəhər DYP İdarəsinə gəlməyimi tələb etdi. Sonradan bildim ki, protokola da mənim iştirakım olmadan, özü düzəliş edib. Bildirirəm ki, 09.05.2016-cı il tarixində, saat 12:00-da mən Respublika Narkoloji Dispanserində sərxoşluq vəziyyətimin müəyyən edilməsi məqsədilə tibbi müayinədən keçmişəm və tam ayıq olmağım barədə müvafiq akt almışam. Bütün əlaqədar instansiyalardan xahiş edirəm ki, bu barədə müvafiq tədbirlər görülsün.”
Qeyd edək ki, Rauf Əliyev 2/1802 saylı həmin aktı redaksiyamıza da təqdim etmişdir və bu sənəddə də açıq-aydın təsdiq olunur ki, tibbi müayinə zamanı pasiyentdə heç bir sərxoşluq əlaməti aşkar edilməmişdir. Çox maraqlıdır, görəsən Emin inspektor özü necə, xidməti növbəyə başlamazdan öncə belə bir müayinədən keçirmi?
Ümid edirik ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi tərəfindən bu məsələyə dair münasibət bildiriləcəkdir.
Qarşı tərəfin də münasibətini öyrənə bilərik.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37 |
|
|
|
| • Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34 |
|
|
|
| • Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23 |
|
|
|
| • İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21 |
|
|
|
| • "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10 |
|
|
|
| • "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03 |
|
|
|
| • Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58 |
|
|
|
| • İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51 |
|
|
|
| • Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35 |
|
|
|
| • Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20 |
|
|
|
| • İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03 |
|
|
|
| • Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00 |
|
|
|
| • Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45 |
|
|
|
| • Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40 |
|
|
|
| • Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38 |
|
|
|
| • “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35 |
|
|
|
| • Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32 |
|
|
|
| • Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27 |
|
|
|
| • Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19 |
|
|
|
| • "Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17 |
|
|
|
| • "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10 |
|
|
|
| • Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07 |
|
|
|
| • Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05 |
|
|
|
| • Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03 |
|
|
|
| • “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57 |
|
|
|
| • AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54 |
|
|
|
| • ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47 |
|
|
|
| • Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15 |
|
|
|
| • Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27 |
|
|
|
| • Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26 |
|
|
|
| • Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20 |
|
|
|
| • İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18 |
|
|
|
| • Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15 |
|
|
|
| • “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13 |
|
|
|
| • Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10 |
|
|
|
| • Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51 |
|
|
|
| • 70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44 |
|
|
|
| • Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37 |
|
|
|
| • Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33 |
|
|
|
| • "Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30 |
|
|
|
| • Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29 |
|
|
|
| • Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03 |
|
|
|
| • ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53 |
|
|
|
| • MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51 |
|
|
|
| • “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48 |
|
|
|
| • “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45 |
|
|
|
| • Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44 |
|
|
|
| • Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42 |
|
|
|
| • Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34 |
|
|
|
| • Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22 |
|
|
|
|