Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
Tarix: 30-01-2025, 10:57 | Çap et
 Azərbaycan səhiyyəsinin can verdiyi və reanimasiya şəraitində olduğu onsuz da hamıya bəllidir. Amma bəzi tibb müəssisələri elə tərif edilir ki, məəttəl qalırsan, bəlkə yanıldığını düşünürsən. Elə ki içəriyə daxil oldun, səhv etmədiyini bir daha başa düşürsən: əmin olursan ki, bu ölkənin səhiyyə sistemi düzələn deyil. Əslində, təəccüblü də deyil. Kim bu respublikanın səhiyyə xidmətindən xeyir görüb? Bir ölkənin səhiyyə naziri, yaxud məmuru xaricdə müalicə alırsa, deməli, öz vətənində səhiyyə sisteminə güvənmir. Amma yenə də bəzi gözləntilər vardı ki, nəysə dəyişir, icbari tibbi sığorta işləyir, bazar qaydaları aradan qalxır. Xüsusən də yeni yaranan səhiyyə ocaqları haqda yaxşı piar gedirdi. Məsələn, Yeni Klinikanı qeyd etmək olar. Lakin adı Yeni Klinika olsa da, özü kliniki ölüm mərkəzinə oxşayır. Ya da Yeni Klinika Azərbaycanın Quantnamo həbsxanası adlana bilər. Əslində, əvvəldən bəlliydi ki, Yeni Klinikaya güvənmək olmaz. Axı pandemiya dövründə baş həkimi koronavirusa yoluxan xəstələrə rüşvətlə palata ayıran bir yerdən nə gözləmək olar? Bəli, rəhbəri həbs edildi, amma heç nə dəyişməyib. İndi daha böyük süründürməçilik müşahidə olunur. Sanki gestapo kampıdır. Məsələn, vətəndaş İlhamə Talıbova Ağcabədi rayonundan göndərişlə Yeni Klinikaya müraciət edib. Söhbət göndərişdən gedir. Di gəl, Yeni Klinika vətəndaşlara işgəncə verilməsini üstün tutur. Göndərişlə gələn İlhamə Talıbova əməliyyat olunmalıdır. Bura qədər hər şey normal görünür. Əvvəlcə, İlhamə Talıbovadan analizlərdən keçmək tələb olunur. O da analiz və müayinələri keçir. Ertəsi gün isə İlhamə Talıbovaya deyilir ki, indi də qandan infeksiyaya qarşı analiz verməlidir. Vətəndaşın səbr kasası daşır. Deyir ki, bunu elə bütün analizləri keçəndə demək mümkün idi. Həqiqətən də, axı niyə vaxtında bu analiz deyilmir və nəticədə əməliyyat gözləyən bir insan gün itirir?! Ən dəhşətlisi budur ki, Yeni Klinika qanda infeksiya ilə bağlı analiz götürmədiklərini bildirir və özəl klinikalardan birinə getməyi məsləhət görür. Burada da həm süründürməçilik, həm vaxt və maddi itki göz qabağındadır. Vətəndaş haqlı olaraq yerindəcə etiraz bildirir ki, Yeni Klinika kimi nəhəng tibb müəssisəsi qanda infeksiya analizi götürməyib özəl klinikaya yönəldirsə, deməyə söz qalmır. Doğurdan da absurd məqamdır. Ümumiyyətlə, Yeni Klinikanın nə günə düşdüyü araşdırılmalıdır. Ən azı klinikanın ölkə rəhbərliyinin dəstəyi ilə fəaliyyətə başladığı nəzərə alınmalıdır... Əlqərəz, İlhamə Talıbova müayinələrlə, analizlərlə bağlı əsl süründürməçiliklə üzləşir. Vətəndaş isə razılaşır ki, yaxşı, qanda infeksiya olub-olmadığını özəl klinikaların birində analiz verərək dəqiqləşdirməyə hazırdır, bəs, əməliyyatın tarixi nə zamana təyin olunacaq? Bax, bu yerdə Yeni Klinikadan İlhamə Talıbovaya ən absurd cavab verilir - məlum olur ki, onun 2-3 ay sonra əməliyyat olunacağı gözlənilir. Yəni dəqiq tarix də açıqlanmır və hər an şərait dəyişə bilər. Beləliklə, vətəndaş Ağcabədidən göndərişlə Yeni Klinikaya yönləndirilir, əməliyyat olunmalıdır, intəhası, başına min oyun açılır, qapı - qapı analiz otaqlarını, klinikaları gəzir. Bu da Yeni Klinikanın nə vəziyyətdə olduğunu gözlər önünə sərir. Sanki bu klinikanın yiyəsi yoxdur. Belə ki, vətəndaş süründürülür, sonra başqa ünvana yönləndirilir, sonda aydın olur ki, əməliyyat üçün hələ bir neçə ay gözləməlidir. Belə çıxır ki, xəstə aylarla əməliyyat olunacağını gözləməlidir. Bu da absurd qərar və idarəçilikdir. İlhamə Talıbova deyir ki, Yeni Klinikada bu işgəncə dolu vəziyyətlə qarşılaşan yüzlərlə belə xəstə, növbəsini gözləyən insanlar var. Amma Yeni Klinika rəhbərliyini qətiyyən narahat etmir. Görünür, ya gönü qalındır, ya da əvvəlki həbslərdən nəticə çıxarılmayıb. Vətəndaşlara belə bir münasibət bəslənməsi rüsvayçılıqdır. Çünki bu klinika prezidentin açılışını etdiyi yerdir. Amma Yeni Klinika rəhbərliyi bazar havasından çıxa bilməyib. Bir yanda xəstələri belə süründürmək, bir yanda prezidentin diqqətində olan klinikanı bazara çevirmək gec-tez reaksiyalara səbəb olmalıdır. Qeyd edək ki, hazırda direktor Barat Yusubovdur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan Yeni Klinika tibb müəssisəsi 28 mart 2020-ci il tarixindən fəaliyyət göstərir. Amma belə fəaliyyət göstərir...
Anaxeber.info


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Pul göndərmək çətinləşəcək - “Rusiyada yaşayan azərbaycanlılara...”
Dünən, 18:03 |
|
|
|
| • Rusiya-Azərbaycan münasibətlərində əvvəlki gərginlik aradan qalxıb? - NƏ BAŞ VERDİ Kİ...
Dünən, 18:02 |
|
|
|
| • Dövlət Agentliyi bu şirkətlərə 3 milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 18:01 |
|
|
|
| • Hegemonların müttəfiqləri uğrunda döyüşü və: mürəkkəb oyun qaydaları - İNCƏLƏMƏ
Dünən, 18:00 |
|
|
|
| • İcra nümayəndəsi 17 yaşlı gəlinin ölümündən danışdı - “Toyda iştirak etməmişəm”
Dünən, 17:59 |
|
|
|
| • İcra hakimiyyəti Çuxuryurdda 101 hektarlıq istirahət kompleksinin tikintisinə icazə verdi
Dünən, 17:57 |
|
|
|
| • Qardaşını öldürən zabit HAKİM QARŞISINDA
Dünən, 17:55 |
|
|
|
| • AYİB Azərbaycanda "yaşıl iqtisadiyyat"ın maliyyələşdirilməsinə 100 mln. dollar ayıra bilər
Dünən, 17:53 |
|
|
|
| • Tamilla Əliyeva İŞ BAŞINDADIR... - AÇIQLAMA
Dünən, 17:51 |
|
|
|
| • “İnternet qurbanı olan 15 yaşlı qızım onun tələsinə düşdü…” - TƏFƏRRÜAT
Dünən, 17:49 |
|
|
|
| • Mehdiyevin 50 nəfərlik siyahısında olan müxalifət nümayəndələri - ADLAR/DETALLAR
Dünən, 17:44 |
|
|
|
| • Nazirlik "New Med"i plandankənar yoxladı - Pozuntular aşkarlandı
Dünən, 17:42 |
|
|
|
| • Qarabağ qazisinin kassasiya hüququna qeyri-prosessual qadağa qoyulub - AXI NİYƏ?
Dünən, 17:40 |
|
|
|
| • Araik Arutyunyandan SON DƏQİQƏ sülh sazişi açıqlaması - DETALLAR
Dünən, 17:37 |
|
|
|
| • Prokuror Tağı İbrahimova 9 il cəza istədi
Dünən, 16:25 |
|
|
|
| • Bakı və İrəvan bunları müzakirə edir - Arutyunyan
Dünən, 16:22 |
|
|
|
| • SOCAR və “Qazprom” mümkün əməkdaşlıq istiqamətlərini müzakirə edib
Dünən, 16:19 |
|
|
|
| • “Tramp yolu”nda onlar da olacaq - Simonyan
Dünən, 16:02 |
|
|
|
| • Dövlət əleyhinə və terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirən ekstremist qruplaşma üzvünə hökm oxunub
Dünən, 15:11 |
|
|
|
| • Azərbaycanlı milyarder Özbəkistandakı şirkətini satır? - TƏFƏRRÜAT
Dünən, 15:10 |
|
|
|
| • “Milyonçu”da 8 min qazanan oğlan həbs olundu - VİDEO
Dünən, 15:04 |
|
|
|
| • Rəsmi İrəvan Ermənistan-Azərbaycan sülh prosesinin indiki tempini pis hesab etmir
Dünən, 15:01 |
|
|
|
| • Mehdiyevin oğlu Naxçıvanda fəhlələri ayağa qaldırmaqçün hərəkətə keçib - İDDİA
Dünən, 14:30 |
|
|
|
| • "Mən milyonlarla manat vəsaiti mənimsəməmişəm" - Elton Məmmədov
Dünən, 14:27 |
|
|
|
| • UNEC tenderlər elan etdi maraq göstərən şirkət tapılmadı - TENDERLƏR LƏĞVƏ GETDİ
Dünən, 12:58 |
|
|
|
| • Pakistan Talibanı məhv etməklə hədələyib - “Reuters“
Dünən, 12:55 |
|
|
|
| • “Azadlıq” radiosunun keçmiş əməkdaşından şok ittihamlar - “Rəhbərliyə satqınlıq edib”
Dünən, 12:48 |
|
|
|
| • "Sədərək" və otellərdə ƏDV FIRILDAĞI - 7 milyon yedilər
Dünən, 12:43 |
|
|
|
| • Mehdiyevin ailə maraqları və siyasi motivlərin kəsişməsi - KEÇMİŞ MTN ZABİTİ YAZIR
Dünən, 12:40 |
|
|
|
| • “Dedi ki, baş həkim Gülnar xanım tapşırıb, damar iynəsi və ya sistem köçürmək olmaz” - Ağsuda ÖZBAŞINALIQ
Dünən, 12:35 |
|
|
|
| • Elton Məmmədov milyonlar mənimsəyibmiş - Sadiq adamı idi...
Dünən, 12:31 |
|
|
|
| • Paşinyan hökumətində təmizləmə əməliyyatı – iqtidaryönlü məmurlar kütləvi şəkildə istefaya göndərilir
Dünən, 12:26 |
|
|
|
| • Maliyyə-İqtisad Kollecinə və Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni təyinatlar olub - ƏMR
Dünən, 12:24 |
|
|
|
| • Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:23 |
|
|
|
| • MEHDİYEV İLİŞDİ: AMEA-da mənimsəmə və sui-istifadə halları araşdırılır - TƏFƏRRÜAT
Dünən, 12:18 |
|
|
|
| • Saleh Səmədovun işdən çıxarılan daha bir oğlunun yerinə təyinat - FOTO
Dünən, 12:06 |
|
|
|
| • Mədəniyyət Nazirliyinin bir nəfərə bağlı iki şirkətlə işbirliyi DAVAM EDİR...
Dünən, 12:04 |
|
|
|
| • "Aylardır maaş almayan işçilər var..." - NARAZILIQ VAR...
Dünən, 11:59 |
|
|
|
| • Aydın Talıbov "Cahan Şirkətlər Qrupu"nun Naxçıvanda keçirilən yubiley tədbirində iştirak edib - FOTO
Dünən, 11:55 |
|
|
|
| • “Lukoil” Azərbaycandakı yanacaqdoldurma məntəqələrini satışa çıxarıb? – RƏSMİ AÇIQLAMA
Dünən, 11:53 |
|
|
|
| • Paşinyan Fransada Makronla görüşəcək
Dünən, 11:51 |
|
|
|
| • Mariya Zaxarovanı şoka salan REALLIQ – Tarixi manipulyasiya yoxsa siyasi sifariş CƏHDİ?
Dünən, 11:11 |
|
|
|
| • Bakıda şirkətin 76 minini mənimsəyən satış təmsilçisinə hökm oxundu
Dünən, 11:09 |
|
|
|
| • Mehdiyevin Siyəzəndəki adamı təqaüdə göndərilir - İDDİA
Dünən, 11:03 |
|
|
|
| • Tacir GİZLİNLƏRİ AÇDI - “O adamla mənim aramda…”
Dünən, 10:55 |
|
|
|
| • Astarada gəlin toy günündə öldü - HAMİLƏ İMİŞ...
Dünən, 10:51 |
|
|
|
| • Günay Ağamalı mandatını itirəcək? – Qalmaqalın pərdəarxası
Dünən, 10:46 |
|
|
|
| • Ramiz Mehdiyevin yaxın dairəsi parlamentdə hələ də aktivdir - ONA GÖRƏ DƏ...
Dünən, 10:44 |
|
|
|
| • Bank VTB (Azərbaycan) ASC-də Hüquq departamentinə direktor və Baş hüquq inzibatçısı təyin edilib - DOSYE
Dünən, 10:32 |
|
|
|
| • “Həyat yoldaşım rəhmətə getmişdi, pulu necə verdim bilmirəm” – MƏHKƏMƏDƏ rüşvət qalmaqalı
Dünən, 10:27 |
|
|
|
|