Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR .....                     Aydın Abbasov oğluna Türkiyədə toy etdi .....                     Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... .....                     "Rüşvət verən valideyn HƏBS olunmalıdır .....                     Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili .....                     Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF .....                     Paşinyanın kilsə ilə savaşı... .....                     Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir .....                     Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər .....                     "Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." .....                     "Məqsəd nədir, təbii ki, pul silməkdir" .....                     "Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" .....                     "Gətirib qoydular qucağıma ki, sənin qızındır" .....                     Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' .....                     Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib .....                     “Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” .....                     Mask Trampa qarşı müharibəni uduzdu: .....                     Türkeşin qızından Baxçalıya sərt təpki: .....                     Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı .....                     "İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" .....                     Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın .....                     Orta məktəblərdə erkən nikahın zərərləri barədə .....                     Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu .....                     Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi… .....                     Paşinyandan gözlənilməz addım: .....                     Şərq küləyi əsəcək .....                     Kürdəmirdə şəhərdaxili yolların təmirinə 444 min manat xərclənəcək .....                     Qızıl üzüklü müəllimə QALMAQALI... .....                     “Xarı bülbül”də dava: gənc nişanlısı ilə qeyri-etik hərəkətlər etdi, narazılıq oldu .....                     Nazirlər bir ayda neçə kilo ət ala bilər? .....                     "Sən mənim yer üzündəki Allahım idin, qoruyucu dağım idin" .....                     Bayram günlərində Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə görüşüb .....                     “ƏDV geri al”anların nəzərinə .....                     “Paşinyan ya Elçibəyin, ya da Paşazadənin oğludur” .....                     ATƏT-də erməni şousu: məqsəd bəlli, niyyət məkrli .....                     “Binəqədi Yük Avtonəqliyyat–1” ASC-nin səhmdarları toplanır .....                     Yeni Roma Papası Azərbaycan üçün dua edib .....                     Böyük müharibə astanasında: “Hörümçək toru” Rusiyaya ciddi zərər verdi, amma... .....                     “Xətai-Rabitə-Tikinti” ASC-nin icra orqanı dəyişdirilir .....                     Ermənistan MTX Azərbaycanla sərhəddə erməni yeniyetmələrin guya "oğurlanması" barədə şayiələri təkzib edib .....                 

Göyçayda siçanlar oynayan uçuq məktəb... - NAZİRİN NƏZƏRİNƏ!
Tarix: 3-12-2024, 08:36 | Çap et
Göyçayda siçanlar oynayan uçuq məktəb...
“Hər il deyirlər ki, məktəb yenilənəcək. Amma illərdir ki, bu məktəb bərbad haldadır. Ötən yay əsaslı təmir adı ilə təkcə dam örtüyü dəyişdirildi, bina yararsız vəziyyətdə qaldı. Heç kəsə açıqlama da verilmədi ki, təmir niyə tam aparılmadı…”

Bu şikayət Göyçay rayonu Qasım Həsrətov adına Mırtı kənd tam orta məktəbindəndir.

Məktəb 1981-ci ildən fəaliyyətə başlayıb, amma iki il öncə yararsız və bərbad hala düşüb.

Sakinlər o vaxt da Meydan TV-yə təmirin yarımçıq aparıldığını demişdilər. 2023-cü ilin iyulunda məktəbin dam örtüyü dəyişdirilsə də, köhnə və yararsız binada əsaslı heç bir təmir işi aparılmayıb.

Məktəbdə hazırda uçub-tökülən qırx sinif otağı, sökülən tavan və döşəmə, şüşəsiz, sınıq pəncərə və qapıları daha da bərbad vəziyyətə düşüb. Yenə də şagirdlər kerosinlə silinmiş otaqlarda siçan və siçovullarla birgə dərs keçmək məcburiyyətində qalıblar.

“Sinif otaqlarında siçan doludur. İkinci mərtəbənin otaqları çox bərbaddır. Taxta döşəmə çürüyür, qaralıb, iri deşiklər əmələ gəlir. Pəncərələr şüşəsizdir, sellofan vurulur. Nöyüt ilə silinmiş otaqlarda siçan iyindən oturmaq olmur. Deyirlər ki, ağ geyinin. Bu vəziyyətə ağ geyim dözər? Ağ geynirsən, qara rəng alır”, – deyə valideyn Ceyran İsmayılova Meydan TV-yə bildirib.

“Hər şagirddən 8 manatdan pul toplanılıb sinif rəhbərinə verdik”

Valideynlər deyirlər ki, məktəbin vəziyyəti ilə bağlı mətbuata danışmağa da qadağa qoyulub. Vəziyyət elə gətirib ki, məktəbdə 50 şagird azalıb, çünki bir çox valideynlər övladlarının bu şəraitdə oxumasını istəmirlər, başqa məktəblərə köçürmək məcburiyyətində qalıblar.

Onlar tez-tez məktəbdə şagirdlərdən pul yığıldığını da deyirlər:

“Sinif rəhbərləri deyir ki, gəlin toplaşıb sinif otağını boyadaq, pərdə, parta üçün üst örtük, paltar üçün asılqan, zibil qutusu alaq. Hər şagirddən səkkiz manatdan pul toplanılıb sinif rəhbərinə verdik. Alıb gətirəcək. Bəs pəncərə, tavan, döşəmə, invertarları necə və kim təmir edəcək? O təmiri də biz valideynlər edəcəyik?“.

Məktəbin adının çəkilməsini istəməyən şagirdlərindən biri də problemi Meydan TV-yə bölüşüb.

Onun sözlərinə görə, soyuq havalarda siniflərdə oturmaq mümkün deyil:

“Şəxsən dərsdə olarkən iki dəfə siçanı ayağımın üstündə gördüm. Otaqlarda siçanlar gəzişir. Yekə deşiklərə təmir adı ilə taxta vururlar, ya zibil doldururlar. Qışdır, soyuq havada belə təmirsiz otaqda isinmək olmur. Gün ərzində iki-üç odun parçası nə edəcək?“.

Şagird bildirib ki, ötən ilin yayında dam örtüyü dəyişdiriləndən sonra yağıntılı havalarda sinif otaqlarına yağış dammır, yalnız bu problem həll olunub. Amma bufetindən tutmuş ayaqyoluna qədər hamısı yararsızdır. Ona görə də əsaslı təmirə və yeni binaya ehtiyac var.

Valideynlər və şagirdlər yaşananlara görə rayon rəhbərliyini, eyni zamanda, Elm və Təhsil Nazirliyini qınayırlar. Onlar hesab edirlər ki, nazirlik işini yarımçıq görüb.

“Sinif otaqlarında invertarlar da yararsızdır, illərdir yenilənmir”

Antisanitariyadan gileylənən şagirdlər deyirlər ki, əslində, onlara məktəbin tam təmir olunması ilə bağlı söz verilib, amma nazirlik bu vədi yerinə yetirməyib, sadəcə, dam örtüyünü dəyişməklə kifayətlənib.

Onların dediyinə görə, siniflərdə invertarlar və əşyalar da köhnəlib, heç biri təmir olunmur, yenilənmir.

Bunu təhsilə biganə münasibət kimi qiymətləndirən şagird və valideynlər ölkə rəhbərliyindən bu məsələyə diqqət ayırmağı xahiş edirlər.

“Məktəbdə ayaqyoludan gələn üfunət iyi də əcaib mənzərə yaradıb. Heç kəs koridorda rahat gəzə bilmir. Görəsən, bu, nə qədər davam edəcək, nə vaxt məktəb normal hala salınacaq, nə vaxt biz şagirdlər yeni məktəb binası görəcəyik?“.

“Məktəb üçün yer ayırsalar da, tikinti aparılmadı, mane oldular”

Sakinlərin dediyinə görə, rayonun Aşağı Qaraməryəm kənd tam orta məktəbində də analoji vəziyyət hökm sürür. Belə ki, Aşağı Qaraməryəm kənd tam orta məktəbi tamamilə tədris standartlarına yad, istifadə təyinatı bilinməyən köhnə bir binada qərarlaşıb.

200 nəfər şagirdin təhsil aldığı məktəbin sinif otaqları yararsız və şəraitsizdir.

Kənd sakinləri deyirlər ki, çoxsaylı müraciətlərdən sonra yeni məktəb binası üçün yer ayrılıb tikintiyə başlanılsa da, sonradan işlər naməlum səbəblərdən yarımçıq dayandırılıb.

Kənd sakinləri Mırtı məktəbinin Aşağı Qaraməryəm məktəbinə birləşdirilməsindən ehtiyat edirlər. Onlar ehtimal edirlər ki, tikinti də bu səbəbdən gecikdirilir:

“Bizim məktəb binası heç bilmirik nə binası olub. Yararsız, köhnə və təhsilə uyğun olmayan binadır. Qonşu Alxasava kənd məktəbinin 180 şagirdi var ki, ona yeni bina tikildi. Ötən ilin dekabrında baxış keçirib məktəb üçün yer ayırsalar da, tikinti aparılmadı, mane oldular. Seçkilərdən sonraya, sonra da oktyabra saxladılar. Ancaq tikinti getmədi. İndi də birləşdirmə söhbətini salıblar ki, siniflər üzrə 7-8, ən çox 15-16 şagird olur. Düşünürük ki, iki məktəbi birləşdirmək istəyirlər. Onda bir məktəbin 400 şagirdi olar. Ancaq onda da məsafə çox olacaq, dərs saatı azalacaq, çox müəllimə ehtiyac olmayacaq. İki ildir ki, məktəbə kitabxanaçı da göndərmirlər. Bu artıq bizi şübhələndirir”.

Hər iki məktəbdən bildirilib ki, təmir və yeni bina tikintisi üçün Elm və Təhsil Nazirliyinə müraciət olunub və onlardan cavab gözləyirlər.

“Hər iki məktəb binasındakı mövcud vəziyyət barəsində məlumatlıyıq”

Elm və Təhsil Nazirliyi isə Meydan TV-nin sorğusunu şərh etməyib.

Nazirlikdən bildirilib ki, sorğuya Mərkəzi Aran Regional Təhsil İdarəsi cavab verəcək

Regional idarədən göndərilən cavabda isə əsasən də indiyə qədər görülən işlər barədə məlumat verilib və “tərifnamə” yazılıb.

Ardınca isə qeyd edilib ki, hər iki məktəb binasının mövcud vəziyyəti barədə məlumatlıdırlar.

Hər iki məktəbin təmirinin nəzərdə tutulduğu deyilsə də, ancaq Mırtı kənd tam orta məktəbinin yarımçıq təmir probleminə və Aşağı Qaraməryəm məktəbi üçün yeni bina tikintisinin niyə yarımçıq saxlanılması ilə bağlı müəmmaya aydınlıq gətirilməyib:

“Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri olunması əsas prioritetlərimizdəndir. Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində 348 ümumtəhsil, 163 məktəbəqədər, 14 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Son 2 ildə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan 51 təhsil müəssisəsi təmir olunub, 3 yeni təhsil müəssisəsi tikilərək istifadəyə verilib. Aşağı Qaraməryəm kənd tam orta məktəb və Qasım Həsrətov adına Mırtı kənd tam orta məktəbləri ilə bağlı ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, hər iki məktəb binasındakı mövcud vəziyyət barəsində məlumatlıyıq. Adları çəkilən təhsil müəssisələrinə regional idarənin əməkdaşları tərəfindən baxış keçirilib”.

“Hazırda Heydər Əliyev Fondu tərəfindən daha böyük şagird tutumu üçün nəzərdə tutulmuş Qarabaqqal məktəbinin tikintisinə başlanıb. Aşağı Qaraməryəm kənd məktəbi də tikintisi aparılacaq təhsil müəssisələri arasındadır. Qasım Həsrətov adına Mırtı kənd tam orta məktəbi ilə bağlı qeyd edirik ki, ümumi təhsil müəssisəsinin əsaslı təmir və ya tikintisi ilə bağlı aidiyyəti üzrə müraciət edilib. Bildiririk ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir. Adıçəkilən təhsil müəssisələri haqqında səsləndirilən digər iddialarla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək”, – deyə sorğuya cavabda qeyd olunub.

Sakinlər isə ümid edirlər ki, nazirliyin rəhbər şəxsləri təhsil müəssələri ilə yaxından tanış olub gerçək mənzərəni görsələr, bəlkə də, hansısa əməli hərəkətə keçəcəklər.

“Daha şagirdlərin 8 manatına möhtac qalıb, valideyn cibi hesabına sinifləri təmir etdirməzlər”, – deyə onlar qeyd ediblər.

Göyçayda siçanlar oynayan uçuq məktəb...
Göyçayda siçanlar oynayan uçuq məktəb...
Göyçayda siçanlar oynayan uçuq məktəb...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR - TASS
Bu gün, 09:36
Aydın Abbasov oğluna Türkiyədə toy etdi - VİDEO
Bu gün, 09:31
Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
Bu gün, 09:26
"Rüşvət verən valideyn HƏBS olunmalıdır – müəllimlər susmasın!"
Bu gün, 09:18
Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 06:03
Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF - vasitəçi kimi...
Bu gün, 05:57
Paşinyanın kilsə ilə savaşı... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:54
Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir - Andranik Tevanyan
Bu gün, 05:52
Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər - TƏFƏRRÜAT
Bu gün, 05:41
"Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." - VİDEO
Bu gün, 02:48
"Məqsəd nədir, təbii ki, pul silməkdir" - ETİRAZ
Bu gün, 02:45
"Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" - ŞƏRH
Bu gün, 02:31
"Gətirib qoydular qucağıma ki, sənin qızındır"
Bu gün, 02:26
Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' - VİDEO
Bu gün, 02:20
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Dünən, 15:09
“Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” – Aslanyan
Dünən, 13:05
Mask Trampa qarşı müharibəni uduzdu: - bundan sonra nə olacaq?
Dünən, 13:03
Türkeşin qızından Baxçalıya sərt təpki: - Bunu atamın üzünə deyə bilərdiniz?
Dünən, 12:55
Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı – İrəvan-Tiflis gərginliyi
Dünən, 12:53
"İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" - ÇÜNKİ...
Dünən, 12:43
Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın - Keti Miller kimdir?
Dünən, 12:37
Orta məktəblərdə erkən nikahın zərərləri barədə şagirdlərə nə ÖYRƏDİLİR?
Dünən, 12:25
Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu - FOTO
Dünən, 12:16
Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi… - NƏ BAŞ VERİR?
Dünən, 12:14
Paşinyandan gözlənilməz addım: - Sülh sazişi imzalanır, Zəngəzur dəhlizi açılır?
Dünən, 12:13
Şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:03
Kürdəmirdə şəhərdaxili yolların təmirinə 444 min manat xərclənəcək
Dünən, 12:01
Qızıl üzüklü müəllimə QALMAQALI... - Nazirlik İŞƏ QARIŞACAQMI?
Dünən, 12:00
“Xarı bülbül”də dava: gənc nişanlısı ilə qeyri-etik hərəkətlər etdi, narazılıq oldu - TƏFƏRRÜAT
Dünən, 11:40
Nazirlər bir ayda neçə kilo ət ala bilər? - Rəsmilərin məvacibi
Dünən, 11:30
"Sən mənim yer üzündəki Allahım idin, qoruyucu dağım idin"
Dünən, 11:14
Bayram günlərində Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə görüşüb
Dünən, 11:11
“ƏDV geri al”anların nəzərinə - Çətinlik yaşanacaq
Dünən, 11:10
“Paşinyan ya Elçibəyin, ya da Paşazadənin oğludur” - Qazaryan
Dünən, 11:07
ATƏT-də erməni şousu: məqsəd bəlli, niyyət məkrli - Görünəni odur ki...
Dünən, 11:05
“Binəqədi Yük Avtonəqliyyat–1” ASC-nin səhmdarları toplanır
Dünən, 11:02
Yeni Roma Papası Azərbaycan üçün dua edib
Dünən, 11:02
Böyük müharibə astanasında: “Hörümçək toru” Rusiyaya ciddi zərər verdi, amma... - GƏLİŞMƏ
Dünən, 10:58
“Xətai-Rabitə-Tikinti” ASC-nin icra orqanı dəyişdirilir
Dünən, 10:54
Ermənistan MTX Azərbaycanla sərhəddə erməni yeniyetmələrin guya "oğurlanması" barədə şayiələri təkzib edib - KİV
Dünən, 10:41
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Dünən, 10:39
Məktəblərdə TƏLİM-TƏRBİYƏ PROBLEMİ... - NƏ ETMƏLİ?
Dünən, 10:27
BU NƏDİR BELƏ: Kəlbəcərdə PKK simpatizanları PUL QAZANIR! - MALƏSƏF...
Dünən, 10:24
Sarkisyanın partiyasından baş nazir postuna namizəd məlumdur - “Armenpress”
Dünən, 10:12
“AST Telman”ın killerinin məhkəməsi BAŞLADI
Dünən, 10:10
AZAL Qurban bayramı ilə əlaqədar Naxçıvan istiqamətində reyslərin sayını artırıb - DİQQƏT!
Dünən, 10:00
Xoşqədəm Hidayətqızının atası da vəfat etdi - bir neçə həftə əvvəl isə...
Dünən, 09:58
Qanlı iğtişaş planı: Nikol Paşinyanı təhdid etdilər - NƏ BAŞ VERİR?
Dünən, 09:54
Ordubadda 38 yaşlı kişi kafedə dava saldı: meyxanaçıya söz atdı, pivə bakalını... - TƏFƏRRÜAT
Dünən, 09:53
`QƏPİYƏ QƏPİK` deyib... vətəndaşın 2000 manatını MƏNİMSƏDİLƏR... - BU NƏDİ BELƏ?
Dünən, 09:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru