Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...
Tarix: 23-11-2024, 09:40 | Çap et
 İmişli rayonunun Bəcirəvan kəndinin bir qrup sakini ölkə rəhbərliyinə şikayət məktubu ünvanlayıb. Qlobal.az-ın elektron ünvanına göndərilən şikayət məktubunu təqdim edir: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti xanım Mehriban Əliyevaya Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran Əliyevə Ekologiya və Təbii Sərvətlər naziri Cənab Muxtar Babayevə Hörmətli cənab Prezident, bildiyiniz kimi Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Tərəflərin 29-cu Konfransı (COP29) tədbirləri davam etdirilir. Bu beynəlxalq tədbir Azərbaycan Prezidenti olaraq şəxsən sizin təşəbbüsünüz və yaxından iştirakınızla həyata keçirilir. Bu tədbirin məqsədi həm ölkə, həm Qafqaz, həm də beynəlxalq səviyyədə iqlim şəraitinə birbaşa təsir göstərən ekoloji tarazlığın qorunub saxlanılmasıdır. Lakin ölkədə keçirilən bu yüksək səviyyəli ekoloji tədbirə paytaxtda Sizin səviyyədə dəstək verildiyi halda yerlərdə, xüsusən də İmişli rayonunda vəziyyət tamam əksinədir. Nəinki yerlərdə məmurlar tərəfindən bu tədbirə dəstək verilir, əksinə bu boyda dünya səviyyəli tədbiri heçə alaraq şəxsi maraqları naminə meşə massivləri məhv edilməklə ekologiyaya divan tutulur. Belə ki, İmişli rayonunun Bəcirəvan kəndində hal-hazırda bələdiyyə sədri olan Atakişiyev Məmi İmran oğlu və onların havadarları tərəfindən təbii meşə massivlərinin məhvi ilə məşğuldurlar. Hazırda həmin şəxslər tərəfindən Bəcirəvan kəndində COP29-un keçirildiyi günlərdə iqlimə, ekologiyaya qarşı amansız soyqırımı həyata keçirirlər. Belə ki, bu beynəlxalq tədbirin gedişi ərəfəsində İmişli rayonunun Bəcirəvan Bələdiyyəsinin sədri Atakişiyev Məmi İmran oğlu öz yaxın qohumu (qardaşının qudası) Müdafiə Nazirliyinin generalı Rasim Babayevlə (bu generalın digər qardaşları olan hazırda sərəncamda olan keçmiş korpus komandiri general Münasib Babayev, digər qardaşı isə hazırda İnterpolun Milli Mərkəzi Bürosunda rəis müavini vəzifəsində işləyən polis polkovniki Muradəli Babayevdir) əlbir olaraq Azərbaycanın ikinci ən böyük çayı olan Araz çayının İmişli rayonunun Bəcirəvan kəndi ərazisindən keçən hissəsinin sol sahili boyunca ağır texnika vasitəsilə yüz illərdən bəri təbii meşə zolağları məhv edilir. Məhv edilən meşə massivinin yerində isə qanunsuz olaraq qum karyeri açıblar. Bələdiyyə sədrinin illərdir bu kimi qanunsuz əməllərinə etiraz edən kənd sakinləri yerli polis şöbəsinə çağırılıb ciblərinə narkotik maddə qoyulub həbs edilmələri ilə hədələnərək əhalini bu qanunsuz əməllərə qarşı çıxmağa qoymurlar. 17.11.2024-cü il tarixdə yerli sakinlərin həm otlaq sahələrini də öz məkrli planlarına salaraq hektarlarla ərazindəki qırmızı kitaba düşən yulğun və digər çoxillik təbii meşə ağaclarını məhv etmələri kənd camaatının səbr kasasını daşdırmışdır. Onlar bu özbaşınalığa son qoymaları üçün ərazidə işləyən ağır texnikanın qarşısını kəsib işin dərhal dayandırılmasını tələb ediblər. Etiraz edənlər haqlı olaraq bu ekoloji soyqırımın qarşısını almağa çalışıblar. Həmişə olduğu kimi bu dəfə də dərhal əraziyə yüksək rütbəli polis məmurunun rəhbərliyi ilə bir qrup silahlı polis əməkdaşları əraziyə cəlb olunub əhalini oradan zorla uzaqlaşdırıblar. Bundan başqa, Bələdiyyə sədri Atakişiyev Məmi İmran oğlunun daha əvvəllər də bu kimi ekologiyaya vurduğu zərərlərlə bağlı kənd sakinlərinin etdikləri şikayətlərə cavab olaraq Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsinin rəis müavini Emin Məmmədovun imzasıyla gələn 26.01.2024-cü il tarixli cavab məktubunda onun bu qanunsuz əməlləri barədə toplanmış materiallara Cinayət-Prosessual Məcəlləsinin 207-ci maddəsinə əsasən qeydiyyata alınaraq araşdırılması və qərar qəbul edilməsi üçün İmişli rayon Polis Şöbəsinə göndərilməsi qeyd olunmuşdur. Lakin həmin vaxtdan indiyədək heç bir tədbir görülməmişdir. Hörmətli Cənab Prezident, İmişli rayonunun Bəcirəvan kənd sakinləri olaraq məlumat veririk ki, sizin şəxsən təşəbbüsünüz və yaxından iştirakınızla keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflərin 29-cu Konfransı (COP29) tədbirlərinə sizin yerli məmurların yerlərdə aparılan ekoloji soyqırımla sizə bu cür "dəstək” verirlər. Ona görə də Sizdən bu cür qanunsuz əməlləri ilə sizin siyasətinizə qarşı olan belə məmurların cəzalandırılması barədə aidiyyəti qurumlara göstəriş verməyinizi sizdən xahiş edirik. Hörmətlə, İmişli rayonunun Bəcirəvan kənd sakinləri:




|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34 |
|
|
|
| • Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11 |
|
|
|
| • Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09 |
|
|
|
| • Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07 |
|
|
|
| • "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04 |
|
|
|
| • Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46 |
|
|
|
| • Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27 |
|
|
|
| • Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20 |
|
|
|
| • Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16 |
|
|
|
| • ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10 |
|
|
|
| • Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05 |
|
|
|
| • Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58 |
|
|
|
| • Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55 |
|
|
|
| • Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52 |
|
|
|
| • "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50 |
|
|
|
| • Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48 |
|
|
|
| • "Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45 |
|
|
|
| • TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34 |
|
|
|
| • Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28 |
|
|
|
| • Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25 |
|
|
|
| • Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24 |
|
|
|
| • Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19 |
|
|
|
| • Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06 |
|
|
|
| • Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02 |
|
|
|
| • Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55 |
|
|
|
| • Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49 |
|
|
|
| • Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42 |
|
|
|
| • Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31 |
|
|
|
| • Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28 |
|
|
|
| • Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24 |
|
|
|
| • Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23 |
|
|
|
| • Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20 |
|
|
|
| • Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11 |
|
|
|
| • Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10 |
|
|
|
| • Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06 |
|
|
|
| • “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04 |
|
|
|
| • Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:55 |
|
|
|
| • General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Dünən, 16:50 |
|
|
|
| • “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Dünən, 16:48 |
|
|
|
| • Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Dünən, 16:43 |
|
|
|
| • Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:42 |
|
|
|
| • Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Dünən, 16:38 |
|
|
|
| • İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Dünən, 16:31 |
|
|
|
| • Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Dünən, 16:29 |
|
|
|
| • Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Dünən, 16:27 |
|
|
|
| • Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Dünən, 16:24 |
|
|
|
| • Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Dünən, 16:21 |
|
|
|
| • Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Dünən, 16:19 |
|
|
|
| • Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Dünən, 16:06 |
|
|
|
| • Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Dünən, 16:05 |
|
|
|
|