Kəmaləddin Kafarov millətə qənim kəsilib? .....                     Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib .....                     Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" .....                     Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     “Paşinyan Bakının əlaltısıdır” .....                     "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." .....                     "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" .....                     Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək .....                     “Premium Bank”ın dövlətə vergi borcu var .....                     Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu .....                     MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? .....                     Nazirliyin tenderini yenə həmin şirkət uddu .....                     Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI .....                     “Söz vermişdim qızımı xaricdə oxudacam” .....                     İrəvanın bir ayağı yenə “gor”da .....                     Kür çayı bu rayonda bəndi uçurdu .....                     "Naxçıvan duzu" adı altında saxtakarlıq... .....                     Serjik Azərbaycana qayıdır? .....                     İrana görə daha bir ölkə çətin vəziyyətdə .....                     Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək .....                     Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz .....                     Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                     "Yeni Klinika"ya direktor təyin olundu .....                     Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                     Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                     “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” .....                     Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                     “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” .....                     Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu .....                     Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                     "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                 

Niyazi Bayramov vətəndaşa NECƏ ZƏRBƏ VURUBSA... - Hələ də qapılarda qalıb...
Tarix: 31-10-2024, 08:11 | Çap et
Niyazi Bayramov vətəndaşa NECƏ ZƏRBƏ VURUBSA...
“Dedilər ki, Prezidentin tapşırığı var, rayonda kimsəsiz uşaqlar üçün istirahət yeri tikilməlidir. Mənim də 8 sot torpağım Mingəçevirin ən yaxşı yerində, Kürün qırağındadır. Dedim, Prezidentimizin göstərişi qarşısında boynumuz qıldan incədir. Dedilər, əvəzinə mərkəzdən torpaq verərik sənə. Razılaşdıq. 200 min manatlıq torpağım əlimdən gedəndən sonra anladım ki, məni aldadıblar”.

Mingəçevir sakini Fəxrəddin Əhmədov Meydan TV-yə danışır ki, bir neçə il əvvəl Mingəçevir Şəhər İcra Hakimiyyətinin keçmiş icra başçısı (hazırda Gəncənin icra başçısıdır) Niyazi Bayramov və Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəisi Şəhriyar Mustafayev tərəfindən aldadılıb. Vətəndaşın iddiasına görə, bir neçə il əvvəl Mingəçevir Şəhər İcra Hakimiyyətinə dəvət olunub. Ona bildirilib ki, Prezident tərəfindən Mingəçevirdə kimsəsiz uşaqlar üçün sanatoriya tikintisinə göstəriş verilib, onun mülkiyyətində olan torpaq sahəsi sanatoriyanın yeri üçün əlverişlidir. Əvəzinə başqa yerdə torpaq sahəsi ayırmaqla həmin sahəni ondan istəyiblər:

“Razılıq verdim, dedilər, sabah Şəhriyarın sürücüsüylə gedin notariusa, torpağı onun adına alqı-satqı et, Prezidentin tapşırığı əsasında işlər başlanmalıdır, vaxt yoxdur, sonra gerisini də həll edərik. Mən də inandım, düşündüm ki, sözü deyən bu boyda şəhərin başında dayanan icra başçısıdır. Sabahı gün getdik, 200 min manat dəyəri olan 8 sot torpağı 5 manata mənim adımdan alqı-satqı müqaviləsi ilə Şəhriyar Mustafayevin sürücüsünə verdim. Mənə heç 5 manat da verilməyib. Çünki əvəzi olaraq Mingəçevirin mərkəzində torpaq vəd olunmuşdu”.

“Gördüm ki, torpaqda iş aparılmır, geri tələb etdim”

Fəxrəddin Əhmədovun sözlərinə görə, vəd olunan torpağa görə bir neçə dəfə icra hakimiyyətinə get-gəl edib, üstəlik də torpaq sahəsində hər hansı iş aparılmadığını görüb:

“Hər dəfə bir bəhanə gətirirdilər. Qış keçsin yayda işlərə başlanılacaq, yay olurdu, deyirdilər, payız gəlsin, iş başlayacaq. Dedim, xeyli vaxt keçdi, burda heç nə tikilmədi. Ya torpağımı özümə qaytarın, ya da vəd etdiyiniz torpaq sahəsini verin”.

İcra hakimiyyətinin başçısı dəyişəndən sonra Fəxrəddin Əhmədov narahat olmağa başlayıb və Bakıdakı qurumlara yazıb:

“Baş Prokurorluğa, Korrupsiya İdarəsinə, Daxili İşlər Nazirliyinə yazmışam, hamısının da dəfələrlə qəbulunda olmuşam. Mehriban Əliyevanın qəbulunda olmuşam, köməkçisi qəbul edib. Mənim şikayət etdiyimi görəndə götürüb torpağı tez başqasının adına alqı-satqı ediblər”.

“O torpaqları məmurlar öz aralarında bölüşdürüb”

Fəxrəddin Əhmədov deyir, aldadılaraq əlindən alınan torpaq sahəsi 1991-ci illərin əvvəlinədək 5 nömrəli Dəmir-Beton Məmulatları Zavodunun işçiləri üçün istirahət zonası yaradılmasına görə ayrılıb: “Ancaq zavod fəaliyyətini dayandırdığı üçün bu, baş tutmayıb. 20 sot ərazinin 8 sotu ona fərdi ev tikmək üçün qanuni satılıb, qalan sahəni isə Mingəçevirin məmurları öz aralarında bölüşdürüb”.

“Gəncəyə də getmişəm, Niyazi Bayramovun qəbulunda olmuşam. O da mənim yanımda Şəhriyar Mustafayevə zəng vurub, deyib ki, bunun torpağını özünə qaytarın. Baxdım ki, mənimlə oyun oynayırlar, daha ora da getmirəm. Bircə Prezidentin qəbulunda olmamışam, başqa bütün məmurların qəbulunda olmuşam. İstəyirəm ki, Prezident bu işi nəzarətə götürsün, bilsin ki, bölgələrdə məmurlar onun adından istifadə edib vətəndaşların əmlaklarını fırıldaqçılıqla ələ keçirirlər”,-deyə Əhmədov əlavə edib.

Rəsmi qurum: “Özünə də, oğluna da torpaq ayrılıb”

Mingəçevir Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Fəxrəddin Əhmədov sözügedən torpaq sahəsini 2014-cü ilin 30 mayında Mingəçevir Şəhər 2 nömrəli Notariat Kontorunda vətəndaş Elşad Həsənova alqı-satqı müqaviləsi əsasında 5400 manata satıb. Elə həmin ilin iyulunda Mingəçevir Bələdiyyəsi ona fərdi ev tikintisi üçün şəhərdəki 17 saylı məktəbin qarşısındakı ərazidən oğluna 4, özünə də ayrıca 4 sot torpaq sahəsi ayırıb.

Fəxrəddin Əhmədovsa deyir, Mingəçevir Şəhər İcra Hakimiyyəti qəbula getdiyim Bakıdakı qurumlara da eyni sözü yazıb cavab məktubu göndərir. Əslində isə torpaq sahələrini yerli bələdiyyəyə rüsum ödəməklə özü alıb:

“Üst qurumlara cavab yazırlar ki, guya mənə həmin torpağın əvəzi olaraq 8 sot torpaq verilib. Halbuki, mən bələdiyyədən özümün və oğlumun adına rüsum ödəyib qanuni şəkildə torpaq almışam. Bunun o məsələyə aidiyyəti yoxdur”.

Hüquqşünas Namizəd Səfərov deyir, əslində rəsmi qurumun “vətəndaşa başqa yerdə torpaq ayrılıb” deməsi suallar yaradır:

“Hansı səbəbdən vətəndaşa torpaq ayrılıb? Elə durduğu yerdə vətəndaşa dedilər ki, gəl 4 sot sənə, 4 sot oğluna torpaq verək? Ondan alınan torpağın əvəzi olaraq ayrılıbsa, bəs vətəndaşdan aldıqları torpaq kimdədir? Bir halda ki, o torpağın üzərində Prezidentin göstərişi olduğu deyilən sanatoriyanı tikməyiblər, torpaq sahəsi niyə sahibinə qaytarılmayıb, başqasına satılıb? Vətəndaş bütün bunları məhkəmədə mübahisələndirə bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32
Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30
Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12
“Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09
"Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04
"Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru