Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                 

3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş... – Akif Süleymanov haqda ŞOK İDDİALAR
Tarix: 2-12-2015, 08:30 | Çap et
3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş...
DİA.AZ: - Redaksiyamıza “Azərbaycan Texnologiya Universitetində özbaşınalıq və talan” başlıqlı ittiham dolu məqalə göndərilib. DİA.AZ həmin məqaləni təqdim edir: “Azərbaycan Texnologiya Universitetinin adı son vaxtlar olkə mətbuatında geniş “işıqlandırılır”. Bu “işıqlanmada” 2013-cü ilin mart ayında universitetə rektor təyin olunmuş Akif Şamil oğlu Süleymanovun xüsusi “xidmətləri” qeyd edilməlidir.

Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun yaxın dostu və tələbə yoldaşı olan Akif Süleymanov məhz Əli Abbasovun xahişi ilə rektor təyin edilmişdir. A. Süleymanov Əli Abbasovla tələbəlik illərində yataqxanada bir otaqda qalmaları, son tikələrini bölmələri və bu günə qədər də həmin münasibətləri saxlamaları barədə tez-tez fəxrlə danışır. Məhz bu münasibətlərə görə Ə.Abbasov şəxsən prezidentdən Akif Süleymanovun rektor təyin olunması üçün xahiş edib.

Ədalət naminə qeyd edək ki, Akif Süleymanov Əli Abbasovun “etimadını” doğruldaraq qısa müddətdə universitetdə korrupsiyanın çiçəklənməsinə nail olmuş, dostunun dəst-xəttini uğurla inkişaf etdirmişdir. Belə ki, işlədiyi il yarım müddətdə (mart 2013-dekabr 2015) 3.000.000 (üç milyon) manatdan artıq vəsaiti mənimsəmişdir. (Bu mənimsəmə əməliyyatlarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə aparılmış əməliyyatlar da var).

A. Süleymanovun rektorluğu dövründə tədris və təlim-tərbiyə işində ciddi nöqsanlar yaranmağa başladı, korrupsiya halları daha da genişləndi. Qeyd edək ki, dogər rektorlardan fərqli olaraq A. Süleymanov üç nəfər katibə saxlayırdı. Həmin katibələr isə xüsusi “mükafatlandırılır”. Mətanət Əhmədova Elmi Katib vəzifəsini tutmaqla yanaşı, “İnzibati idarəetmə”kafedrasında 0,5 ştat müəllim, Elmi-tədqiqat laboratoriyasında 0,5 ştat elmi işçi (cəmi iki ştat), Könül Məmmədova isə “Dillər” kafedrasında tam ştat baş müəllim, Tədris şöbəsində 0,5 ştat “metodist” maaşı alırlar”.

3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş...

Daha sonra məqalə müəllifi diaaz.space-a yolladığı yazısında davam edir: “Universitetin maliyyə vəsaitləri talanmağa başlandı. 2015-ci il fevral ayının 24-dən AR Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmağa başlanması ilə universitetdə baş vermiş maliyyə fırıldaqları ortaya çıxdı. Yoxlama zamanı ciddi maliyyə pozuntuları və külli miqdarda (3.000.000 manat) mənimsənilmə faktı aşkarlandı. Vəziyyəti belə görən rektor A.Süleymanov dostu əli Abbasodan kömək istədi. Dostu da öz köməyini əsirgəmədi.

Belə ki, Əli Abbasov maliyyə nazirliyindəki dostlarından tələbə yoldaşına kömək etmələrini xahiş edərək məbləğin azaldılması və 1.300.000 (bir milyon üç yüz min) göstərilməsinə nail oldu. Məbləğin tam ləğv edilmədiyini görən Akif Süleymanov üç günlük müayinə adı ilə “aradan çıxdı”. Onun “Yox olmasına” baxmayaraq yoxlamanın nəticələrinə əsasən korrupsiya faktı ilə bağlı AR Baş Prokurorluğu yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb və istintaq aparılır.

Bütün bunlardan sonra A.Süleymanov 05 avqust 2015-ci il tarixdə universitetdə peyda oldu və Təhsil nazirindən sadəcə töhmət alaraq rektor səlahiyyətlərinin icrasına başladı. Bu “başlama” da süleymanovsayağı start götürdü, yəni rektorluğa Akif və Şamil Süleymanovlar birgə başladı. Əli Abbsovun dəstəyi ilə oğul Şamil Süleymanov sözün həqiqi mənasında universitetdə at oynatmağa başladı. Özünü təhsil naziri Mikayıl Cabbarovun səlahiyyətli nümayəndəsi və R və YT naziri Əli Abbsovun yaxını kimi təqdim edən oğul Süleymanov təhsil müəssisəsinə 10 LL 123 dövlət nömrə nişanlı, “Land Kruizer” markalı avtomobillə daxil olaraq özünü qoçu kimi aparır, müəllim kollektivini aşağılamaq üçün qeyri-etik ifadələr işlədirdi”.

3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş...
3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş...

Məqalə müəllifi diaaz.space-a daxil olan məqaləsində daha sonra bunları qeyd edir: “Süleymanovların fəaliyyətinin ilk mərhələsi Akif müəllimə xüsusi mühafizə dəstəsi formalaşdırmaqdan ibarət oldu. Daha sonra oğul Süleymanovun əksəriyyətinin “nurcu” olduğu bildirilən yaxın dostları vəzifələrə təyin olunmağa başlandı. Əksəriyyəti Qafqaz Universitetini bitirmiş və Gülən caamatına məxsus liseylərdə, Qafqaz universitetində işləmiş, baza ixtisasları universitetin profilinə uyğun olmayan, tədris və idarəetmə təcrübəsi az olan bu şəxslər Gulənin İndoneziya və digər ölkələrdə, Şəki, Ağdaş, Mingəçevir və s. rayonlarda fəaliyyət göstərən “Çağ öyrətim” müəssisələrində “abi”, yataqxana işçisi və s. işləmiş şəxslərdir.

Daha sonra Əli Abbasovun köməyi ilə Akif Süleymanovun korrupsiya əməllərini ört-basdır etmək məqsədilə “öz ərizələri ilə işdən çıxmış” dekanların yerinə “seçki” keçirmək üçün elan verildi. Elna əsasən elmi adı və elmi dərəcəsi olan iddiaçıların müsabiqədə iştirakı nəzərdə tutulsa da, A.Süleymanov bütün mövcud qanunverici bazanın (AR TN-nin 09 mart 2011-ci il tarixli 400 saylı əmri ilə təsdiq olunmuş əsasnamə) tələblərini pozaraq elmi adı, elmi dərəcəsi, elmi-pedaqoji stajı, kollektivdə nüfuzu olmayan, ixtisası fakultələrin profilinə uyğun gəlməyən və kollektivin tanımadığı şəxsləri, oğlunun “abi” dostlarını dekan “seçdi”.

Süleymanov universitetin maliyyə vəsaitlərini talamaq üçün yeni metod “kəşf edib”. Özünün professor elmi adı olmadığı halda üç ildir professor maaşı aldığı kimi, yeni komandasının üzvlərinə də qeyri-qanuni olaraq malik olmadığı elmi adlara görə maaş verir. Bundan başqa, oğlunun dostlarına universitetin büdcəsindən vəzifə maaşlarından əlavə 2000-3000 manat “əlavə əmək haqqı” verilməsi barədə 223 saylı əmr (surəti əlavə olunur) imzalayır və həmin maaşı alanlar bu məbləğin bir hissəsini A.Süleymanova qaytarırlar.

3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş...
3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş...

A.Süleymanovun dəyirmanına su tökənlərin xidməti də universitetin büdcəsi hesabına “mükafatlandırılır”. Dosent Ə.Əlbəndov və onun oğlu Z.Əlbəndov, Elm şöbəsinin müdiri Qalibə Məmmədova, “Ekologiya” kafedrasının müdiri Elşad Məmmədov, “İnzibati idarəetmə” kafedrasının müdiri Fizuli Məmmədov, dosent Maarif Qarayev və b. qanunazidd olaraq iki ştat vahidi işlə mükafatlandırılıblar.

Yeni təyin olunmuş “kadrlar” milli maraqlarımıza zidd olan “nurçu” ideologiyanın açıq təbliğindən də çəkinmirlər. Onlar İmam Şafinin “Vaxt qılınc kimidir, biz onu kəsməsək, o buizi kəsər” kəlamı olan plakatları bütün auditoriyalarda yerləşdiriblər. Uni versitetdə görulən bütün poliqrafiya işləri nurçulara məxsus olan “Nurlar” nəşriyyat-poliqrafiya mərkəzinə sifariş verilir. Şafinin kəlamı olan plakatların nəşri üçün adı çəkilən nəşriyyata universitetin büdcəsindən 7800 manat vəsait ödənilmişdir. Təmir işləri isə keçirilməyən “tenderə” əsasən Şamil Süleymanova və dostlarına məxsus firmalara “həvalə” edilir və pullar şişirdilərək silinir”.

diaaz.space daxil olan məqalə belə davam edir: “Universitetdə qaranlıq işlərə A.Süleymanovun qohumu və məsləhətçisi olan 78 yaşlı Rafael Maçanov rəhbərlik edir. O həm də məlumat yayırdı ki, Əli Abbasov və Mikayıl Cabbarov qohumumu dəstəkləyirlər.

Onu da qeyd edək ki, Akif Süleymanov çoxsaylı cangüdənlər tərəfindən elə qorunur ki, baş verənlər barədə ona yaxınlaşıb müraciət etmək müşkülə çevrilib. Həmin cangüdənlər Elmi Şuranın iclaslarında da onun yanında olurlar.

Əli Abbasovun işdən uzaqlaşdırılmasından sonra Ə.Süleymanovun qohumları (R.Maçanov, M.Əhmədova, R.Qasımov) onu Mikayıl Cabbarovun dəstəklədiyi barədə şayiəni dövriyyəyə buraxıblar. Qeyd olunan qanunazidd əməllərə görə tədbir görməli olan Təhsil Naziri həqiqətənmi A. Süleymanov və onun “nurçu” oğlunun əqidə yoldaşlarını dəstəkləyir?

Qeyd olunanların fakt kimi təsdiqlənməsi üçün Təhsil Nazirliyinin və müvafiq maliyyə qurumlarının yoxlama aparması kifayət edər.

Azərbaycan texnologiya universitetində bu məsələlərin aydınlaşması və aşağıdakı suallara cavab verilməsi üçün müvafiq strukturların məsələyə müdaxilə etməsi zəruridir.

3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş...
3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş...

Kolektiv üçün həm də maraqlıdır:
1.Universitetdə korrupsiya işinə şəxsən rəhbərlik etmiş Akif Süleymanovun Təhsil nazirindən sadəcə töhmət alaraq, rektor kimi fəaliyyətini ailə üzvləri ilə birlikdə davam etdirməsinə və universitetin büdcəsini talamasına nə ad vermək olar?

2.Ölkəmizin Prezidenti “maliyyə vəsaitlərinə qənaət edin” “korrupsiyaya bulaşmış məmurların heç biri toxunulmaz deyil” dediyi bir vaxtda Əli Abbasovun dostu A.Süleymanovun bu talançılığına nə ad vermək olar və onun “toxunulmazlıq” statusu hələ də dostu tərəfindən qorunurmu?

3.Özünü nazir Mikayıl Cabbarovun yaxın dostu və səlahiyyətli nümayəndəsi kimi təqdim edən və idarə etdiyi 10 LL 123 dövlət nömrə nişanlı Toyota Land Kruiser markalı avtomobili ilə universitetin həyətində qoçuluq edən Şamil Süleymanova bu səlahiyyətlər həqiqətənmi Əli Abbasov və təhsil naziri tərəfindən verilib? Yaxud Akif Süleymanov universitetdə “Rektorun oğlu” adlı yeni vəzifə təsis edib?

4. AMEA-nın həqiqi üzvləri 3000 manat maaş almadığı halda ATU-nun heç dosent elmi adı olmayan prorektorları və onların digər əlaltılarına Akif Süleymanov hansı maraqla belə yüksək məvacib verir?

5. Nəyə görə universitetdə milli mənafelərimizə zidd olan “nurçuların mənəvi atası” olan İmam Şafinin kəlamları şüara çevrilib?

6.Universitetdə Təhsil Haqqında AR Qanunu və digər normativ aktların kobud surətdə pozulması hallarından, Süleymanovların və yeni təyin edilmiş səlahiyyət sahiblərinin özbaşınalıqlarından Təhsil naziri Mikayıl Cabbarovun və ölkə rəhbərliyinin xəbəri varmı?”

Bütün maraqlı tərəflərin fikirlərini işıqlandırmağa hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Dünən, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Dünən, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Dünən, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Dünən, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Dünən, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Dünən, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Dünən, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Dünən, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Dünən, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Dünən, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Dünən, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Dünən, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Dünən, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Dünən, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Dünən, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Dünən, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru