Əgər rəsmi Tehran Mehdi Sobhaninin ağzından vurmursa... .....                     Tramp bu il Çini ziyarət edəcək .....                     "Məcnun Məmmədov ciddi düşünsün" .....                     "Mingəçevirin tarixi energetika mərkəzi kimi mövqeyi bu layihə ilə yeni nəfəs aldı" .....                     “Uşaqların başı imtahanlarla xarab olur” .....                     Yaşıl siyasət, bahalı qiymət: Təmiz vicdan neçəyə başa gəlir? .....                     Ermənistanda keşiş “ovu” .....                     İmtahanla bağlı qaranlıq məqam: Bu müəllimləri nə gözləyir? .....                     Türkiyə-Azərbaycan birliyinin güclənməsi sərtə çevrilib .....                     ABŞ-yə qarşı hörmətli münasibəti geri qaytarmışam .....                     "Səhnə qurban tələb edir" .....                     Rusiyada azərbaycanlıların öldürülməsində ŞOK detal .....                     36 nəfərin zəhərləndiyi dönər evinin sahibi AzTV-nin əməkdaşlarına hücum etdi .....                     "4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi" .....                     Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb .....                     Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb .....                     Azərbaycanın enerji suverenliyində yeni səhifə .....                     Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib .....                     “Zelenski Trampı razı sala bilərmi?” .....                     Rusiya İrəvanın Aİ ilə yaxınlaşması və Aİİ qaydaları arasındakı ziddiyyətlərlə bağlı Ermənistana məktub hazırlayır .....                     Erməni diasporundan sonra erməni kilsəsi də .....                     Müxtəlif şəxslərə borcu olub, ailəsi meyitin gətirilməsində kömək istəyir .....                     Rusiya müharibədən öyrənərək çıxır .....                     Kinostudiya gündəlik fəaliyyətini davam etdirir .....                     Dövlət Məşğulluq Agentliyindən 800 min manatlıq 5 yeni tender .....                     İqtisadi inkişafda əhəmiyyətli ləngimə .....                     27 ağacın kəsilməsi ilə bağlı qalmaqallı cinayət .....                     "Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur" .....                     Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi .....                     "Ailələrin dağılma səbəbi budur" .....                     "Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" .....                     Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil .....                     Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı .....                     İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib .....                     Bu binalara qaz verilməyəcək: .....                     Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib .....                     “Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... .....                     Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər .....                     Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ .....                     "Azərbaycanfilm"də olan yanğının şahidləri: .....                 

Fazil Məmmədovun "xudmani" biznes imperiyası... - O da ölkədən qırağa milyardları çıxara bilib...
Tarix: 23-11-2015, 08:47 | Çap et
Fazil Məmmədovun "xudmani" biznes imperiyası...
Azərbaycanda hakimiyyətin önəmli fiqurları olan iri ranqlı məmurlar həm də geniş biznes strukturlarına və nəzarət imkanlarına malikdirlər. Bu, heç kimə sirr deyil. Vəzifə kürsüsündə mövqelərini möhkəmləndirdikcə onlar ayrı-ayrı sahələrə nəzarəti tamamilə əllərinə keçirərək nəhəng biznes imperiyası formalaşdırırlar. Ölkədə ən dəbdə olan ifadələrdən birinin də “məmur oliqarxlar” olması heç də təsadüfdən yaranmayıb. Bu gün üzdə olan bütün böyük biznes qurumların demək olar ki, mütləq əksəriyyətinin ayrı-ayrı məmurların nəzarətində olması şübhə doğurmur.

Ölkənin bu sahədə öndə gedən fiqurları içərisində Vergilər naziri Fazil Məmmədovun xüsusi çəkisi vardır. Dövlətin ən mühüm sahələrindən birinə rəhbərlik etməsinin ona qazandırdığı geniş imkanlar son nəticədə böyük bir biznes imperiyasının formalaşmasına səbəb olub. Xüsusilə özəl sektora təsir imkanlarının böyük olması nazirə bütün sahələrdə fəaliyyət göstərmək üçün şərait yaradıb.

Sirr deyil ki, ölkənin əksər bölgələri iri məmurlar arasında bölüşdürülüb və zaman-zaman nüfuz dairəsinin genişlənməsi üçün oliqarxlar arasında mübarizə şiddətlənir.

Fazil Məmmədov da hakimiyyət daxili əlaqələrindən istifadə edərək ölkənin qərb regionlarında və bir neçə digər bölgələrdə özünə yaxın kadrları yerləşdirməklə nəzarəti ələ keçirməyə müvəffəq olub.

Hazırda F.Məmmədov bir neçə rayonun icra hakimiyyətinin başçısı postuna öz adamlarını yerləşdirə bilib. Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov (sabiq vergi işçisi, nazirin yeznəsi) onlardan biridir. Verilən məlumatlara əsasən, hakimiyyət elitasında mövqeyi möhkəmlənən F.Məmmədov indi nüfuz dairəsində olan ərazilərin sayını artırmaq niyyətindədir. Xüsusilə nazirin hədəfi iri şəhərlərin rəhbərliyini ələ keçirməkdir. Söhbət ilk növbədə Gəncə, Sumqayıt, Lənkəranın, eləcə də bir sıra gəlirli rayonların icra hakimiyyətlərinin başçısı postlarına sahiblənməkdən gedir. F.Məmmədov hakimiyyət elitasındakı rəqiblərinə əzələ nümayiş etdirmək üçün ilk növbədə iri şəhərləri nüfuz dairəsinə qatmaq istəyir.
Vergilər nazirinin ən böyük “projelərindən” biri isə Bakı meriyasına nəzarəti tam ələ keçirməkdir. Bunun üçünsə konkret namizəd və həyata keçirilən plan mövcuddur.

Fazil Məmmədovun biznes layihələri içərisində onun “Şəmkir xanədanı” xüsusi yer tutur.

Məlumatlara əsasən, vergilər nazirinin Şəmkirdə gördüyü işlərə təxminən 700 milyon manata yaxın vəsait qoyması demək olar ki, bu rayonun yenidən qurulmasına səbəb olub. Yerli əhali bu işlərin görülməsi nəticəsində Şəmkirə məxsus bir sıra ənənəvi ştrixlərin, Alman məhəlləsinin, almanlardan qalma qədim konyak zavodunun silinməsindən narahat və narazıdı. Amma F.Məmmədovun indi Şəmkirdə gördürdüyü işlər rayonun bir çox sakinlərinə işgəncə yaşadır, onlarla iş adamının, yüzlərlə sadə vətəndaşın haqqı tapdanır. Torpağı əlindən alınır, obyektləri, evləri sökülür. Bu qədər böyük pulların və işlərin qabağında onlara qəpik-quruş ödənilir, etirazları dinlənilmir. Xəbərlərdə bildirilir ki, Fazil Məmmədovun “Şəmkir layihəsinə” böyük paralar cəlb olunduğundan dairəyə kənar adamlar buraxılmır. Bu işlərlə nazirin ən yaxın adamları məşğuldurlar. Hətta F.Məmmədovun Bakıda yüksək vəzifə tutan adamları da günlərini əsasən Şəmkirdə keçirilər.

Təkcə Şəmkir rayonu deyil, eyni zamanda Gədəbəy rayonunda da Fazil Məmmədovun saysız obyektləri var. Aldığımız məlumatlara görə, F.Məmmədov həm yerli sakinlərin, həm də ətraf rayonlarda yaşayan, üstəlik, ölkənin digər regionlarından da gələn insanların istirahət mərkəzi kimi istifadə etdikləri əraziləri zəbt edib. Bu sırada Şəmkir və Gədəbəy rayonları arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq bir ərazinin (meşə massivinin) mənimsənilməsi daha çox narazılıqlara səbəb olub. "Yastı meşəsi” adlanan istirahət zonasında tikilən imarət və ətrafındakı fazenda F.Məmmədovun saysız-hesabsız obyektlərindən birinə çevrilib. İllər uzunu həmin ərazidən ilin yaz və yay fəsillərində vətəndaşlar istirahət məqsədi ilə istifadə ediblər. Xırda talalarla zəngin olan əsasən, meşələrin əhatə etdiyi Yasamal dağında çoxlu bulaqlar da var və insanlar daha çox həmin bulaqların başında süfrə qurub piknik etməyi sevirlər. F.Məmmədov isə "Yastı meşəsi” ilə bərabər bütün bu cür talaları, bulaqların hamısını zəbt edib.
Vergilər nazirinin Gədəbəy rayonunda da çoxsaylı müəssisələrinin olması haqqında informasiyalar verilir.
Nazirin biznes imperiyası öz sıralarını daima genişləndirir. Verilən məlumatlara əsasən, “Synergy Group” ASC holdinq şirkəti Şəmkirdə “Shamkir Capital Group” investisiya şirkəti yaradıb. İlkin kapital 200 min manatdır. Yeni şirkətin Müşahidə Şurası ana şirkətin MŞ-da olan şəxslərdir: Dəyanət Quliyev, Ağasəməd Əfəndiyev və Fəxriyar Cabbarov. Buna qədər “Synergy Group” ASC Şəmkirdə bir neçə kommersiya strukturu yaradıb: “Excelsior Hotel Shamkir”, “AzAgro”, “Zeyem Texnologiyalar Parkı”, “Shamkir Agropark”. “Synergy Group” (səhmlərin 99%-i Əşrəf kamilova məxsusdur) sürətlə inkişaf edən holdinqlərdəndir. Bu il 5 illiyini qeyd edir. Qısa müddətə şirkətlərinin sayı 30-a çatıb. Şirkətin kapitalı 50 mln manatdır. 33 mln manat ziyanla 31 dekabr 2013-cü il üçün aktivləri 136 mln manata çatıb. Qrup bu yaxınalarda “Kövsər Bank” ASC-ni alması haqqında da məlumatlar verilmişdi.
Beləcə, Vergilər naziri bütün vasitələrlə öz nüfuz dairəsini genişləndirmək və hakimiyyət daxili mövqelərini möhkəmləndirməklə qarşıdan gələn parlament seçkiləri öncəsi və sonrası öz toxunulmazlığını təmin etmək istəyir. Verilən məlumatlara əsasən, parlamentin tərkibində özünə axın adamları görmək istəyən nazir artıq xüsusi hazırlıq işlərinə də start verib.


FazilMəmmədovun ölkədən kənarda şəxsi mülklər və biznes obyektləri aldığı heç kimə sirr deyil. Dəyəri milyon manatlarla ölçülən bu mülk və obyektlərin hansı maliyyə qaynaqları hesabına əldə edildiyi isə sirr qalır. Çünki onların maaşları ilə bu cür dəbdəbəli villa və obyektlərə sahiblənməsi qətiyyən mümkün deyil.

Məlumatlara görə, nazirin Ukraynanın kurort şəhəri Turskovetsdə olduqca lüks oteli var. Həmin otel “Mir” adlanır.
Qəzetimizə bu haqda bildirən mənbənin sözlərinə görə, “Mir”otel Rezort Spa öz dəbdəbəsi ilə sözün həqiqi mənasında “göz qamaşdırır”.

Truskovetsin ən yaxşı otellərindən hesab olunan “Mir” oteli həm istirahət, həm də müalicə məqsədi ilə nəzərdə tutulub. Dünya kurort turizminin məşhur ünvanlarından sayılan Truskovetsə gələnlərin xeyli hissəsi məhz bu otelə üz tuturlar.

Nazirin otelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında “Presidential suite” (“Prezident stili”) kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Otelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir. Nömrəyə ikinəfərlik yataq, xüsusi vanna otağı, geniş qonaq otağı, Leonardo da Vinçinin rəsmləri ilə kollaj edilmiş gözoxşayan interyer daxildir.

Eksklüziv dizaynla hazırlanmış “Mirasle suiti” nömrəsi də Fazil Məmmədovun otelinin müştərilərinin özəl maraq göstərdikləri və olduqca bəyəndikləri nömrələrdən biridir. 103 kvadratmert ölçüsü olan bu nömrənin müştəriləri bir qayda olaraq tanınmış, populyar şəxslərdir.

Ümumilikdə 129 Standart nömrəsi, bundan başqa, Lüks və Lüks Premyer nömrələri də olan “Mir” oteli seçimini ondan yana edənlərə pulsuz parkinq, bütün otel ərazisində pulsuz Wi-Fi xidməti də göstərir. Oteldə uşaqların rahatlığı və əyləncəsinə xüsusi önəm verilib ki, bu da Truskovetsə ailəsi ilə birgə təşrif buyuranların məhz “Mir”ə üz tutmasında müstəsna rol oynayır.

Mənbəmizin dediyinə görə, nazirin otelinin “Hər şey daxildir paketi otağın 7 gündən daha artıq müddətə rezerv edilməsi təqdirində qüvvəyə minir. Bu paket özündə aşağıdakıları cəmləşdirir:

- seçilmiş kateqoriya üzrə otaqda yaşayışın təmin olunması
- gündəlik 3 dəfə yemək. (İsveç stolu) qəlyanaltı,nahar,şam yeməyi.
- həkim-terapevt konsultasiyası
- 'Med Palas' müalicə-diaqnostika mərkəzində təyinatı üzrə müalicə
- basseyn,sauna və trenajor zalından istifadə hüququ
- byuvet mineral sulardan istifadə

Həmçinin Mirotel Rezort SPA otelində aşağıda göstərilən xidmətlər mövcuddur: mərkəzi qidalanma restoranı, barlar, əyləncə klubu (diskoteka,bar,şou-proqram).
SPA: (hovuz, cakuzi, sauna, SPA-Prosedurlar).
Transfer, kimyəvi təmizləmə, ekskursiyaların təşkili və ticarət butikləri də nazirin bu istirahət kompleksinə daxil edilmişdir. Bundan başqa, oteldə bənzərsiz konfrans-servis vardır: konfrans zalları (bütün lazımi avadanlıqla təmin edilmişdir), biznes mərkəzi (faks, kompyuter, çap maşını).
Bir sözlə, nazirin haqqında danışılan oteli öz müasirliyi ilə fərqlənir, eyni zamanda onun ərsəyə gəlməsi üçün fantastik pullar xərcləndiyini göstərir. Bəs bu pulların qaynağı haradır? Əlbəttə, bunu konkret şəkildə demək çətindir. Amma Fazil Məmmədovun rəhbərlik etdiyi nazirliyin adının korrupsiyalaşmış dövlət qurumlarının ön sırasında çəkilməsi, onun işçilərinin xüsusilə sahibkarlıq fəaliyyətinə yerli-yersiz müdaxilələrinin geniş miqyas alması və hətta ölkə başçısının da hökumətin son müşavirələrindən birində bu haqda birbaşa və sərt şəkildə, tənqidi tonda danışması bizə “Mir” otelinin hansı maliyyə mənbəyi hesabına ərsəyə gətirildiyini ehtimal etmək üçün ipucu verir.

Mənbəmiz onu da bildirib ki, F. Məmmədovun sözügedən otelinin xidməti personalı tamamilə əcnəbilərdən təşkil edilib: “Halbuki nazir ora azərbaycanlıları işçi götürməklə bir çox ailənin dolanışığını təmin edə bilərdi. Üstəlik, ölkə başçısı da çıxışlarında bir neçə dəfə Azərbaycandan kənarda yatırım qoyanlara işçi seçimi zamanı öz soydaşlarımıza üstünlük vermək barədə çağırış edib. Bu çağırışa vergilər nazirinin etinasızlıq göstərməsi maraq doğurur. Elə isə biz müstəqil iş adamlarından xaricdəki sərmayələrində azərbaycanlı işçilərə üstünlük verməyi necə gözləyə, bunu onlardan necə tələb edə bilərik?!”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əgər rəsmi Tehran Mehdi Sobhaninin ağzından vurmursa... - AKTUAL
Bu gün, 08:04
Tramp bu il Çini ziyarət edəcək - KİV
Bu gün, 07:01
"Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
Bu gün, 06:52
"Mingəçevirin tarixi energetika mərkəzi kimi mövqeyi bu layihə ilə yeni nəfəs aldı" - deputat
Bu gün, 06:46
“Uşaqların başı imtahanlarla xarab olur” – Nazirliyə ETİRAZ
Bu gün, 06:43
Yaşıl siyasət, bahalı qiymət: Təmiz vicdan neçəyə başa gəlir? - ARAŞDIRMA
Bu gün, 06:38
Ermənistanda keşiş “ovu” – Paşinyan arxiyepiskopları “dənləyir”
Bu gün, 06:36
İmtahanla bağlı qaranlıq məqam: Bu müəllimləri nə gözləyir? - AKTUAL
Bu gün, 06:32
Türkiyə-Azərbaycan birliyinin güclənməsi sərtə çevrilib - ÇÜNKİ...
Bu gün, 06:30
ABŞ-yə qarşı hörmətli münasibəti geri qaytarmışam - Tramp
Bu gün, 06:25
"Səhnə qurban tələb edir"
Bu gün, 06:23
Rusiyada azərbaycanlıların öldürülməsində ŞOK detal – Gerçəklər heyrətə salır
Bu gün, 06:21
36 nəfərin zəhərləndiyi dönər evinin sahibi AzTV-nin əməkdaşlarına hücum etdi - AÇIQLAMA
Bu gün, 01:46
"4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi" - Əməkdar artist
Bu gün, 01:39
Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb - TƏFƏRRÜAT
Bu gün, 01:35
Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
Dünən, 18:03
Azərbaycanın enerji suverenliyində yeni səhifə - MƏQALƏ
Dünən, 17:59
Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
Dünən, 17:22
“Zelenski Trampı razı sala bilərmi?” – Ekspert son görüşün detallarını şərh etdi...
Dünən, 17:20
Rusiya İrəvanın Aİ ilə yaxınlaşması və Aİİ qaydaları arasındakı ziddiyyətlərlə bağlı Ermənistana məktub hazırlayır - Overçuk
Dünən, 17:19
Erməni diasporundan sonra erməni kilsəsi də tarixə QOVUŞUR
Dünən, 17:11
Müxtəlif şəxslərə borcu olub, ailəsi meyitin gətirilməsində kömək istəyir
Dünən, 17:05
Rusiya müharibədən öyrənərək çıxır - ŞƏRH
Dünən, 16:57
Kinostudiya gündəlik fəaliyyətini davam etdirir - "Azərbaycanfilm"
Dünən, 16:54
Dövlət Məşğulluq Agentliyindən 800 min manatlıq 5 yeni tender - ŞƏRTLƏR
Dünən, 16:52
İqtisadi inkişafda əhəmiyyətli ləngimə - “Bu, faktiki olaraq, o deməkdir ki...”
Dünən, 16:48
27 ağacın kəsilməsi ilə bağlı qalmaqallı cinayət - Bələdiyyə sədrini həbsdən kim qoruyub?
Dünən, 16:42
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur" - ETİRAZ
Dünən, 16:39
Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi - deputat
Dünən, 16:36
"Ailələrin dağılma səbəbi budur"
Dünən, 14:46
"Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" - AÇIQLAMA
Dünən, 14:41
Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil - EKSPERTDƏN XƏBƏRDARLIQ
Dünən, 14:38
Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı - TƏFƏRRÜAT
Dünən, 14:12
İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib
Dünən, 13:49
Bu binalara qaz verilməyəcək: - “qaz pulu” isə, görün, necə hesablanacaq...
Dünən, 13:44
Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib - TASS
Dünən, 13:36
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Dünən, 13:05
Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər - VİDEO
Dünən, 13:03
Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ - DİQQƏT!
Dünən, 12:46
"Azərbaycanfilm"də olan yanğının şahidləri: - "Yer silkələndi, elə bildik, zəlzələ oldu"
Dünən, 12:40
Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu - DETALLAR
Dünən, 12:34
Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Ajapakhyanı saxlayıblar
Dünən, 12:31
Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:21
Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış - GƏLİŞMƏ
Dünən, 12:15
Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır - TƏFƏRRÜAT
Dünən, 12:10
Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? _ Vətəndaş NƏ ETSİN?
Dünən, 12:08
"Əməliyyat olundum, hər şey yaxşıdır"
Dünən, 12:00
Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ... - Düşməni Tehranda axtarmaq əvəzinə...
Dünən, 11:54
Bakıda kişi "lyuka" düşdü: İki gündür tapılmır
Dünən, 11:50
"Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" - Müğənni Aysun
Dünən, 11:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru