Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                 

Şəhid bacısı ”Sağlam Ailə” klinikası ilə bacara bilmir… – Nazirə yenidən şikayət edildi
Tarix: 4-07-2015, 09:52 | Çap et
Şəhid bacısı ”Sağlam Ailə” klinikası ilə bacara bilmir…
Bir müddət əvvəl Azinforum.az şəhid ailəsi olan Sumqayıt şəhər sakini Leyla Əskərovanın nazir Oqtay Şirəliyevə ünvanladığı müraciəti yayımlamışdı. Leyla Əskərovanın nazirə ünvanladığı şikayətin məzmunu Sumqayıt yerləşən ” Sağlam Ailə” klinikasında ona yalan diaqnozun qoyulması ilə bağlıydı. Leyla Əskarovanın şikayətində deyilirdi:

“Mən Əsgərova Leyla Sumqayıt sakiniyəm, bir övladım var. Təkrar ana olmaq arzusundayam. Hamiləlikdən öncə, sağlam hamiləlik arzusu ilə bədənimdə virusların olub -olmadığını yoxlatdırmaq üçün Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanın yanında yerləşən ” Sağlam Ailə” Klinikasına müsraciət etdim. 17.04.2015-ci il tarixdə 196 manat ödəyərək sağlam hamiləlik üçün lazım olan bütün analizləri verdim və bir gün sonra, cavabı almaq üçün klinikanın qəbul şöbəsinə yaxınlaşdım. Qəbul şöbəsindən 11-ci kabinetə keçib klinikanın baş laboratoriya həkimi Cəlalə İlyasovaya yaxınlaşmağımın lazım olduğunu bildirdilər. Həmin kabinetə yaxınlaşdım, Cəlalə xanım məni orda gözləyirdi. Mən onun şübhəli nəzərlərini və hərəkətlərini görüb,” analizlərimdə nəsə pis şey çıxıb?”- deyə soruşdum.O, çox əmin şəkildə kompüterə baxıb “xanım sizin qanınızda “Spid” aşkarlanıb”-dedi. Eşitdiklərimdən şoka düşdüm.Həmin an bütün dünya başıma fırlandı. Həkim bu cür xəstələrin qeydiyyata götürülməsi anket blankını doldurmaq üçün mənə təqdim etdi.O an nələr keçirdiyimi mən və Allahımdan başqa heç kim bilmədi.Vəziyyət o yerə çatdı ki, mən nəinki təqdim olunan blankı doldurmaq, hətta öz əlaqə nömrəmi və yaşadığım ünvanı belə xatırlamadım.

Bunu görən Cəlalə xanım mənim evə getməyimi və səhəri gün klinikaya müraciət edib həmin anket blankı doldurmağı məsləhət gördü . Yalnız blankı doldurduqdan sonra analizimin nəticələrini götürə bələcəyimi dedi.Təsəvvür edin, həmin vəziyyətdə evimə necə qayıtdığımı xatırlamıram.Əlbəttə, bütün bu olanları ailəmdən gizlədə bilməzdim.Evə çatar – çatmaz bütün bu yaşadıqlarımı ailə üzvlərimlə bölüşdüm. Sinəsində şəhid oğlunun və başqa cavan qardaşımın dağını gəzdirən anama yeni dərd verdim. Həmin gün ailəmdə yeni bir hüzn günü yaşandı.Anam və həyat yoldaşım başımıza gələn növbəti bədbəxt hadisənin şokuna düşdülər. Onlar nə edəcəklərini belə bilmədilər.

Yaşadığım bu hadisəni yaxin bir qohumumla da bölüşdüm. O, mənə məsləhət gördü ki, başqa yerdə təkrar analizlər verim. 20.04.2015-ci il tarixdə iki ayrı klinikada- Sumqayıt şəhərində yerləşən bir özəl tibb mərkəzində və Sumqayıt şəhər QİÇS-lə mübarizə mərkəzində təkrar olaraq analiz verdim. Elə həmin gün də, “Sağlam Ailə” Klinikasına “çox vacib və lazımi anket”i doldurmağa getdik. Klinikaya girəndə qəbul şöbəsində işləyən xanımların məni qeyri-adi baxışlarla qarşılamalarından heyrətləndim. Başa düşdüm ki, anonim olması lazım olan məlumatı bütün klinikaya yayıblar. Həkim Cəlalə xanımın kabinetinə keçdik. Cəlalə xanım mənə danışdıqlarını yoldaşıma da danışdı və üzünü mənə tutaraq bu sözləri dedi: “Sən çox şanslısan ki, sənin bir övladın var və həyat yoldaşın sənə dəstək olur. Belə bir hadisənin şahidi olmuşdum, 5 aylıq yeni ailə həyatı qurmuş qadında da bu virus aşkarlanmışdı. Bunu eşidən həyat yoldaşı 4 aylıq dölü tələf etdirdi və 5 aylıq ailəsini dağıdaraq həyat yoldaşını boşadı”.

Bu bir növ mənim yoldaşıma da yol göstərmək idi. Hətta Cəlalə xanım yoldaşıma mənimlə münasibətdə olanda necə və hansı vasitələrlə qorunmağı belə məsləhət gördü.Bu söhbət əsnasında mən elə bu gün iki ayrı klinikada təkrar olaraq analiz verdiyimi bildirdim və qollarımı açıb analiz izini göstərdim. Cəlalə xanım bunu eşidən kimi özünü itirdi və analizlərin haralarda verildiyini bilmədən, cavablar alınmadan onsuz da nəticələrin səhv olacağını iddia etdi. Təkidlə Bakıdakı QİÇS-lə mübarizə mərkəzində hansısa Dilşad xanımla görüşməyimizi məsləhət gördü. Maraqlıdır ki, Sumqayıt şəhərində də həmin mərkəzin filialı yerləşdiyi halda o, israrla bizi Bakıya göndərmək istəyirdi. Dilşad xanımın əlaqə nömrəsini yoldaşıma təqdim etdi.

Evə qayıtdıqdan sonra, Dilşad xanımla əlaqə saxladıq. Gördük ki, o , artıq mənim haqqımda məlumatlıdı.Maraqlıdır ki , Dilşad xanım bizi QİÇS-lə mübarizə mərkəzində deyil, təcili olaraq “Semaşko “ xəstəxanasında onunla görüşməyimizi istədi.Təbii ki, biz digər iki klinikada verdiyimiz analizlərin nəticəsini almadan Dilşad xanımla görüşə getmədik.
21.04.2015-ci il tarixdə verdiyim analizlərin nəticələrini almaq üçün klinikalara getdik. Yuxarıda adını qeyd etdiyim hər iki klinikadan verilən nəticələrdə mənim HİV virusu daşımadığım açıq – aşkar göstərilmişdi.Nəticələrdən tam əmin olduqdan sonra , yenidən “Sağlam Ailə” Klinikasına qayıtdım. Onların etdikləri analizin nəticələrinin səhv olduğunu sübuta yetirib haqqım olanı, yəni yalnış analiz nəticəsinə ödədiyim pulu geri tələb etdim.Cəlalə xanım isə bu mövzuya heç bir aidiyyəti olmayan Dilşad xanımın Bakıdan gəlməsini gözləməyimi istədi. Dilşad xanım gəldikdən sonra, “Sağlam Ailə” Klinikasında verdiyim analizə baxıb nəticəsinin heç də, Cəlalə xanımın mənə dediyi kimi olmadığını bildirdi. Məndən , Cəlalə xanımı bağışlamağımı istədi.Görəsən, nəticədən əmin olmadan, bu cür ciddi və ağır xəstəliyin diaqnozunu qoyan, mənə və ailəmə maddi və mənəvi ziyan vuran bir insanı bağışlamağa dəyərmi?

Səhv analiz nəticəsi bir insanın həyatını necə dağıtdığını, bu hissin necə bir hiss olduğunu heç kim anlaya bilməz . Bunu yaşayan bilər. Bir yalnışlıq ucbatından yaşadıqlarımı heç kimin yaşamasını arzulamıram. Mən nazir Oqtay Şirliyevə müraciət edirəm. Ondan Cəlalə həkmin cəzalandırmasını və ailəmə vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb edirəm”.

Qeyd edək ki, yazının yayılmasından sonra, özünü “Sağlam Ailə” Klinikasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi təqdim edən Nigar adlı bir xanım bizimlə əlaqə saxladı. O, Leyla xanımın bizə səhv məlumat verdiyini deməklə, bizim yalnış istiqamətə yönəldiyimizi bildirdi: “Axı niyə o xanım sizə demir ki, onda Hepatit C aşkarlanıb?”

Biz isə qeyd edik ki, Leyla xanım öz həyat yoldaşı ilə redaksiyamızda olub, əlindəki bir neçə analizin cavabını və başına gələn hadisəni yazılı şəkildə imza edərək bizə təqdim edib. Klinikanın əməkdaşının diqqətinə çatdırdıq ki, onların da məsələyə olan münasibətini də olduğu kimi dərc etməyə hazırıq. Nigar xanım isə bildirdi ki, bizimlə QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşı Dilşad xanım əlaqə saxlayacaq. Sonradan bizə məlum oldu ki, bu Leyla xanımın şikayətində barəsində bəhs etdiyi Dilşad xanımdı.

Nəhayət, haqqında bəhs edilən Dilşad xanım bizimlə əlaqə saxladı. Dilşad xanım bildirdi ki, Leyla Əskərovanın müraciətini saytdan oxuyub: “Leyla xanım düz deyir ki, klinikadan onu mənə istiqamətləndiriblər. Mən onlarla telefonla danışmışam. Mənimlə necə görüşə biləcəklərini izah etdim. Hiss etdim ki, çox gərgin və narahatdılar. Özüm Sumqayıta getdim. Klinikada görüşdük. Leyla xanıma izah etdim ki, bu klinika məsələyə ciddi yanaşdığı üçün məni dəvət edib və bu məsələdə qorxulu heç nə yoxdur. Mən QİDS-lə mübarizə mərkəzinin əməkdaşıyam. “Sağlam Ailə” də çalışmıram və həmin xəstəxana ilə aramda heç bir müqavilə də yoxdur. Ancaq sözügedən klinika bu cür məsələrə ciddi yanaşdığı üçün, şübhəli xəstələri bizim mərkəzə istiqamətləndirir və mənimlə əməkdaşlıq edir. Bir daha xatırladıram ki, QİDS diaqnozunu bizim mərkəzdən başqa heç bir klinika qoya bilməz. Məsələnin mahiyyəti bundan ibarətdir ki, Leyla xanımda Hepatit C-nin əlamətləri müşahidə edilib. Həmin diaqnoz da belə şübhənin yaranmasına əsas verib. Bir daha qeyd edirəm ki, konkret diaqnoz deyil, şübhənin yaranmasından söhbət gedib”.

Bizi mövzuya qayıtmağa Leyla Əskərovnın Azinforum.az-a yenidən müraciət etməsi vadar etdi. Şəhid ailəsi statusunu daşıyan Leyla xanım bildirdi ki, səhiyyə naziri Oqtay Şirəliyevə ünvanladığı şikayət hələ də cavabsız qalıb:
“Nə hansısa həkimi cəzalandırdılar, nə də mənim yalan diaqnoza ödədiyim pulu qaytardılar. Bu azmış kimi, həmin klinika mənə mətbuat vasitəsilə ikinci şəri atıb və bildirib ki, məndə “Spid” deyil, “Hepatit” aşkarlanıb. Mən özün tibb işçisiyəm və bilirəm ki, “Hepatit” xəstəliyinin dəqiq diaqnozu “PZR” üsulu ilə qoyula bilər. Məndən isə həmin klinikada analizi “PZR”lə deyil başqa üsulla götürüblər. Mən Səhiyyə Nazirliyinin bu günə qədər mənim şikayətimlə bağlı hansısa tədbir görməməsinə təəccüblə yanaşıram. Xahiş edirəm ki, bu məsələnin obyektiv araşdırılması üçün bir şəhid bacısı kimi mənim səsimi ölkənin birinci xanımı Mehriban Əliyevaya çatdırasınız”.

Redaksiyadan: Qeyd etmək istəyirik ki, biz bu məsələnin obyektiv araşdırılmasında maraqlı olmuşuq. Hətta bunun üçün Səhiyyə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Anar Qədirini də məlumatlandırmışdıq. Görünür, bu cür yarıtmaz fəaliyyətinin nəticəsiydi ki, onu tutduğu vəzifədən kənarlaşdırdılar.

Mövzunu diqqətdə saxlayacayıq. Adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Azinforum.az

Şəhid bacısı ”Sağlam Ailə” klinikası ilə bacara bilmir…
Şəhid bacısı ”Sağlam Ailə” klinikası ilə bacara bilmir…
Şəhid bacısı ”Sağlam Ailə” klinikası ilə bacara bilmir…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Bu gün, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Bu gün, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Bu gün, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Bu gün, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Bu gün, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Bu gün, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Bu gün, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Bu gün, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Bu gün, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Bu gün, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Bu gün, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Bu gün, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Bu gün, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Bu gün, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Bu gün, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru