Qarabağa dair “5 milyard dollarlıq dialoq” ictimaiyyətə niyə sızdırıldı? - İLGİNC
Tarix: 11-12-2020, 17:22 | Çap et
 Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2016-cı ildə Ermənistanın keçmiş lideri Serj Sarqsyanla internetə sızdırılan söhbəti barədə artıq hamı bilir. Bu yazıda Azərbaycanın Ermənistanın Dağlıq Qarabağ ətrafındakı bölgələrdən çıxması müqabilində 5 milyard dollarlıq sərmayə təklifi müzakirə edilir. Sarkisyan orada höcətə düşərək razılşamır.
Ancaq indi, İkinci Qarabağ müharibəsindən maraqlıdır - o zaman İrəvan 5 milyard dollarlıq təklifi qəbul etmiş olsaydı, bölgədə situasiya necə dəyişə bilərdi? Hansı itkilərin qarşısını almaq olardı? Nələri əldə etmək olardı? Tanınmış analitiklər səs yazısının yayılmasının səbəblərini AYNA-ya şərh ediblər.
Deputat, politoloq Rasim Musabəyov:
“Əvvəla, belə bir məqamı diqqətinizə çatdırmaq istərdim: Serj Sarqsyan qeyri-rəsmi dialoq zamanı konkret olaraq deyir ki, “ermənilər Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonları ümumiyyətlə azad etməyəcəklər”. Bu onu sübut edir ki, ATƏT-in Minsk Qrupunun himayəsi altında aparılan bütün bu danışıqların əsas məqsədi münaqişənin dondurulmuş şəkildə saxlanılması idi. Və düşünürəm ki, bu səs yazısı Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün atmağa məcbur olduğu addımları çox ciddi şəkildə doğruldur.
İkinci məqam: Serj Sarqsyanın ofisi bu söhbətin olması faktını inkar etmədi. Bunun bir həqiqət olduğunu etiraf etdilər, ancaq şərh etməkdən boyun qaçırdılar.
Və nəhayət, 5 milyardla əlaqəli. Düşünürəm ki, Serj Sarqsyan bu 5 milyardın verilməsinin qeyri-reallığını başa düşüb və buna görə də bu qədər asanlıqla Azərbaycanın 6 işğal altındakı bölgədən imtina etməsi üçün 6 milyard verməyə hazır olduğunu bildirib. Bu rəqəmi, ümumiyyətlə Ermənistanın bütün pul və maliyyə ehtiyatlarının 2 milyard dolları keçmədiyi və ölkənin borclarının artıq 7 milyard dollara çatdığı bir dövrdə səsləndirir. Aydın məsələdir ki, işğal olunmuş ərazilərimizin azad edilməsi üçün heç kim Ermənistana 5 milyard verməyəcək və buna görə də Sarqsyan çox asanlıqla 6 milyard vəd etməyə başlayır. Ona görə də hesab edirəm ki, bu söhbətin pul tərəfi ciddi qəbul edilməməlidir.
Ancaq bütün bu illər ərzində erməni tərəfinin ərazi zəbtini qorumaq üçün danışıqlar xatirinə danışıqlar aparmasının həqiqət olması, məncə, tamamilə təsdiqləndi. O zamankı təmas xəttində tikilən istehkamlar da ermənilərin sülh danışıqları nəticəsində işğal olunmuş əraziləri azad etmək niyyətində olmadıqlarını açıq şəkildə nümayiş etdirir. Və bu, təkrar edirəm, Azərbaycanın həyata keçirdiyi güc yolunu tamamilə doğruldur”.
Beynəlxalq məsələlər üzrə ekspert İlqar Vəlizadə:
“Əlbətdə bu sızma qəsdən təşkil edilib. Çox güman ki, Ermənistanda ictimai rəyə bütün bu illərin əldən verilmiş fürsətlər illəri olduğunu aydınlaşdırmaq üçün edilib. Demək istəyirlər ki, Ermənistan 4 il əvvəl mövcud nəticələrə daha az itki ilə gələ bilərdi. Yalnız az itki ilə deyil, eyni zamanda 5 milyard dollar da əldə edə bilərdi.
Bir neçə il əvvəl Ermənistanın Dağlıq Qarabağ ətrafındakı ratonları qaytarmaq məcburiyyətində qalacağı hər kəsə aydın idi, eyni zamanda ona əhəmiyyətli maliyyə inyeksiyaları vəd edilirdi. Ancaq Ermənistanın əvvəlki rəhbərliyi bununla razılaşmadı və bu məsələnin həllini təxirə saldı. Daha doğrusu, bu məsələni hazırkı rəhbərliyin çiyinlərinə atdı.
Bu və ya digər şəkildə səs yazısı hökumətyönlü erməni kanalı tərəfindən sızdırılıb və bu, mövcud hökumətin vəziyyəti belə təqdim etməkdə maraqlı olduğunu göstərir: Həm Sarqsyan, həm də indi hakimiyyət uğrunda mübarizə aparan Ermənistanın əvvəlki siyasi rəhbərliyi məsuliyyətli bir qərar verə bilər, bu bölgələri Azərbaycana daha əlverişli şərtlərlə təhvil verə bilərdi. Bu şansı Ermənistanın keçmiş rəhbərliyi itirdi. Paşinyanın Azərbaycanla müharibəyə getməkdən başqa yolu yox idi - görünür, Paşinyan hakimiyyətdə olduğu dövrdə danışıqlar prosesindəki şərtlər Ermənistanın əleyhinə dəyişdi. Yəni, görünən odur ki, vəziyyəti məhz bu şəkildə təqdim etməyə çalışırlar”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15 |
|
|
|
| • Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27 |
|
|
|
| • Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26 |
|
|
|
| • Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20 |
|
|
|
| • İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18 |
|
|
|
| • Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15 |
|
|
|
| • “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13 |
|
|
|
| • Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10 |
|
|
|
| • Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51 |
|
|
|
| • 70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44 |
|
|
|
| • Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37 |
|
|
|
| • Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33 |
|
|
|
| • "Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30 |
|
|
|
| • Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29 |
|
|
|
| • Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03 |
|
|
|
| • ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53 |
|
|
|
| • MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51 |
|
|
|
| • “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48 |
|
|
|
| • “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45 |
|
|
|
| • Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44 |
|
|
|
| • Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42 |
|
|
|
| • Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34 |
|
|
|
| • Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22 |
|
|
|
| • SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15 |
|
|
|
| • Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03 |
|
|
|
| • Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02 |
|
|
|
| • Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39 |
|
|
|
| • Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38 |
|
|
|
| • Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33 |
|
|
|
| • Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25 |
|
|
|
| • “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08 |
|
|
|
| • Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06 |
|
|
|
| • Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02 |
|
|
|
| • Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Dünən, 13:47 |
|
|
|
| • Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Dünən, 13:42 |
|
|
|
| • Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Dünən, 13:34 |
|
|
|
| • Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Dünən, 13:31 |
|
|
|
| • Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Dünən, 13:07 |
|
|
|
| • “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Dünən, 13:06 |
|
|
|
| • “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Dünən, 12:59 |
|
|
|
| • Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Dünən, 12:49 |
|
|
|
| • Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Dünən, 12:39 |
|
|
|
| • Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Dünən, 12:35 |
|
|
|
| • Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Dünən, 12:30 |
|
|
|
| • Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Dünən, 12:27 |
|
|
|
| • Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Dünən, 12:24 |
|
|
|
| • Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Dünən, 12:13 |
|
|
|
| • Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Dünən, 12:08 |
|
|
|
| • Bu komitəyə yeni sədr seçildi - ƏMR
Dünən, 12:02 |
|
|
|
| • Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Dünən, 11:58 |
|
|
|
|