Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu .....                     Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                     "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                     Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                     Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR .....                     Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? .....                     Yerində sayan sektor: milyonları niyə itiririk? .....                     "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     "Verilişə gələrkən maşını vurdum..." .....                     TƏBİB-in TƏCİLİ olmayan yardımı... .....                     Niyazi Bayramovun korrupsiya ortaqları .....                     Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? .....                     Təzə başçı gələndə camaat düşündü ki... .....                     Pensiyalarla bağlı vacib xəbər .....                     Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                     Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                     Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub .....                     Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? .....                     Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... .....                     Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı .....                     Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... .....                     Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı .....                     Siraqəddin Cabbarov onu işdən çıxardı .....                     Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb .....                     Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama .....                     Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” .....                     Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı .....                     General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular .....                     “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” .....                     Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" .....                 

“Avtoqol”la uduzanlar… - REPLİKA
Tarix: 25-10-2024, 11:26 | Çap et
“Avtoqol”la uduzanlar…
Erməniləri müdafiə edənlərin Azərbaycana qarşı “səlib yürüşü” davam edir.

Bu yürüşün iştirakçılarının əsl niyyətlərini bilirik.

Bəhanələri insan haqları, demokratiya və s. kimi məsələlər olsa da, onları maraqlandıran Azərbaycana qarşı qətliam törətmiş erməni cinayətkarları qəbul etdikləri kağız parçaları ilə alacaqları cəzadan qorumaq istəyidir. Vardanyana, Arayikə və digər cinayətkarlara, əli xalqımızın qanına batanlara mələk donu geyindirməklə Azərbaycanın torpaqlarına qəsd edən, azərbaycanlıları soyqırım edənləri müdafiə etməyə çalışırlar.

Avropa Parlamentinin son qətnaməsi bunun sübutudur. Bütün bunlar Azərbaycanın ev sahibliyi edəcəyi beynəlxalq tədbir - COP29 ərəfəsində növbəti təzyiqlərdən biridir. Azərbaycanın özünün milli və dövlət maraqlarını sonuna qədər qoruyacağını və bu təzyiqlərə baş əyməyəcək qədər güclü olduğunu da yaxşı bilirlər.

Dövlətin qüdrəti, Prezidentin iradəsi və qətiyyəti, ölkə daxilində siyasi həmrəylikdən milli birliyə qədər keçilən yol, xalqın mövqeyi, siyasi qüvvələrin bu təzyiqlərə qarşı birgə müqaviməti dediyimizin əyani sübutudur. Amma içimizdə bu kağız parçalarını bəh-bəhlə tərifləyib göylərə qaldıran, onu özlərinin siyasi diriliyi kimi qəbul edən “şeytanlar “ın olacağı istisna deyil.

Əli Kərimli, Cəmil Həsənli və yaxud xaricdə oturub kimlərinsə sifarişini yerinə yetirən buqələmunlar öz şeytan xislətlərini ortaya qoymağa başlayacaqlar. COP29 iqlim sammiti ərəfəsində Azərbaycan dövlətinin və xalqının maraqlarının əksinə olan istənilən sənəddən, adi kağız parçası olsa belə, ümidlənənlər çox olacaq.

Bu adamlar dərk etmirlər ki, o kağız parçalarını hazırlayanların və qəbul edənlərin yadına illərlə nə insan hüquqları, nə də insan azadlıqları düşürdü. İndi sadəcə, əllərində bəhanə bu, məqsəd isə Azərbaycanın ərazi bütövlüyünə qəsd edərək, ermənilərdən ibarət qanunsuz silahlı birləşmələr yaradaqaraq azərbaycanlıları doğma yurd-yuvalarından qovan, sərvətlərimizi talayanları müdafiə etməkdir.

Azərbaycana qarşı təzyiqlərin indiki durumunun başqa izahı yoxdur. Azərbaycanın öz suverenliyini tam təmin etməsini, torpaqlarının işğaldan azad olunmasını qəbul edə bilməyənlər bütün imkanlarından istifadə edərək fəaliyyətə başlayıblar. Əli Kərimli və eləcə də, onun kimi xaricdən oxunan mahnıların nəqaratçıları üçün bütün bunların “niyəsi” maraqlı deyil. Onlar üçün maraqlı olan ancaq öz çıxarları və aldıqları təlimatları icra etməkdir.

"The Guardian" qəzetində Azərbaycan əleyhinə dərc olunan məqaləni sevincək paylaşmaq da həmin təlimatın icrasından bir mərhələsidir. Öz imzası ilə, əslində isə başqalarının hazırladığı və “The Economist”-də dərc olunan məqalədən sonra "The Guardian"da Azərbaycan əleyhinə yazılan növbəti məqaləni də ona görə belə sevincək paylaşır. Bu nəşrlərin humanistliyi, insansevərliyi, azadlığa sədaqəti bəs nə qədərdir? Doğrudanmı bu nəşrlər insan hüquqlarına bu qədər sayğı göstərir, onu müdafiə edirlər?

Bunlar o nəşrlərdir ki, onlar üçün hansısa ölkədə insan hüququ, azadlığı ən sonuncu pillədə dayanır. Belə olmasaydı, 30 il Azərbaycan torpaqlarının işğalda qalmasına, insanların qətlə yetirilməsinə, Xocalı soyqırımına, Ermənistandan qovulan soydaşlarımızın hüquqlarına da bir dəfə diqqət göstərilər, məqalə hazırlanardı.

Belə olmasaydı, Azərbaycanda ekologiyanın bərbad vəziyyətindən məqalə hazırlayan həmin o müəllif bircə dəfə ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri ekoloji terrordan da yazardı. Hər şey və yanaşma göz qabağndadır.

Azərbaycanla bağlı bütün məsələlərə həmişə göz yumulub. Bunu hər kəs bilir və Əli Kərimli də bunu bilməmiş deyil. Elə isə Azərbaycanın öz torpaqlarını azad etməsinə, suverenliyinin bərpasına, ermənilərdən ibarət qanunsuz silahlı birləşmələr yaradaraq illərlə torpaqlarımızda məskunlaşıb cinayət törədən və həbs olunan ermənilərə görə dövlətimizə qarşı çirkin kampaniya aparanlarla niyə eyni sırada durur? Belə müxalifətçilik olurmu? Müxalifətçilik dövlətə və xalqa qarşı olmur. Dövlətə və xalqa yönələn addımlara dəstək vermək müxalifətçilik yox, düşmənçilikdir.

Təbii ki, biz bu təzyiqlərin müddətli və kampaniya xarakterli olmasını da bilirik. Azərbaycan qazına ehtiyacın soyuq otaqlarda hiss ediləcəyi anlarda o kağız parçaları unudulacaq. Əli Kərimli, Cəmil Həsənli və onlar kimi düşünənlər, xarici qüvvələrin əlinə baxan bloqerlər Azərbaycana qarşı isə o zaman indi çıxışlarını diqqətlə dinləyib “Facebook” statusuna çevirdikləri o konqresmenləri, parlamentariləri, nəşr orqanlarını ittiham edəcək. Bunun da dəfələrlə şahidi olmuşuq. Hələlik tərəflər bir-birinə “pas” ötürür. Sonunda avtoqol olacağını bilə-bilə...

Rəfail Becanov
“Cebheinfo.az”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Dünən, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Dünən, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Dünən, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Dünən, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Dünən, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Dünən, 16:29
Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Dünən, 16:27
Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Dünən, 16:24
Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Dünən, 16:21
Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Dünən, 16:19
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Dünən, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Dünən, 16:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru