Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib .....                     Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" .....                     Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     “Paşinyan Bakının əlaltısıdır” .....                     "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." .....                     "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" .....                     Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək .....                     “Premium Bank”ın dövlətə vergi borcu var .....                     Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu .....                     MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? .....                     Nazirliyin tenderini yenə həmin şirkət uddu .....                     Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI .....                     “Söz vermişdim qızımı xaricdə oxudacam” .....                     İrəvanın bir ayağı yenə “gor”da .....                     Kür çayı bu rayonda bəndi uçurdu .....                     "Naxçıvan duzu" adı altında saxtakarlıq... .....                     Serjik Azərbaycana qayıdır? .....                     İrana görə daha bir ölkə çətin vəziyyətdə .....                     Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək .....                     Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz .....                     Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                     "Yeni Klinika"ya direktor təyin olundu .....                     Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                     Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                     “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” .....                     Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                     “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” .....                     Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu .....                     Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                     "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                 

"Azərbaycanda bunlar nəzərə alınmayıb" - Partiya sədri
Tarix: 10-10-2024, 08:37 | Çap et
"Azərbaycanda bunlar nəzərə alınmayıb"
İnzibati Xətalar Məcəlləsinə yeni dəyişiklər edilir. Dəyişikliklərə görə məişət tullantılarını kənar yerlərə atanlar, şəhəri zibilləyənlər 300-500 manat civarında cərimələnəcəklər. Cərimə tətbiqi hüquqi baxımdan yaxşı addımdır. Ancaq ortada suallar var: minimum əmək haqqı 340 manat olan ölkədə 300 manat cərimə məbləği nə dərəcədə uyğundur? Digər məsələ, Bakıda və regionlarda zibilqabı problemi ciddidir. Bəzən 500 metr addımlasan da zibilqabı tapmırsan. Həmçinin Bakının elə qəsəbələri var ki, bələdiyyələr, icra qurumları oranı zibilqabı ilə təmin etməyib. Məsələn, Mehdiabad qəsəbəsi. Burada insanlar zibili evlərinin qabağına qoyur, 3-5 gündən bir maşın gəlib yığır. Bəzən bu yığım 1 həftə, 10 gün sonra baş verir.

Cərimə tətbiqi yaxşıdır, bəs zibilqabı təminatını kim həyata keçirsin?

Yeri gəlmişkən, 2023-cü ildə ölkədə 4086,1 min ton tullantı əmələ gəlib və onların 66,6 faizini bərk məişət tullantıları, 33,4 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ötən il yaranmış 2719,6 min ton bərk məişət tullantılarının 79,4 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 19,5 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 1,1 faizi ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 223,0 milyon kVt saat və ya 2022-ci illə müqayisədə 8,6 faiz çox elektrik enerjisi istehsal edilib. Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 22,9 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 19,9 faizi ölkə daxilində satılıb, 1,6 faizi ixrac olunub, 8,5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 47,1 faizi isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2023-cü ildə 232,9 min ton və ya əvvəlki illə müqayisədə 30,9 faiz az təhlükəli tullantı yaranmış və tullantıların ümumi miqdarında onların payı 5,7 faiz olub. Tullantıların 67,4 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 60,1 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.

AĞ Partiya başqanı Tural Abbaslı bizimlə söhbətdə mövzuya münasibət bildirib: “Ölkəmizdə sosial vəziyyətin indiki məqamında vətəndaş üçün fantastik sayıla biləcək səviyyədə artırılmasını doğru hesab etmirəm. İnsanları maarifləndirməklə, sosial videoçarxlarla məlumatlandırmaqla neqativ halların qarşısını almaq daha yaxşı idi, nəinki cəza tətbiq edilməsi. Qiymətlər fantastik dərəcədə yüksəkdir. İndiyə qədər bu qanunla çıxış edənlərin heç biri bu məbləğlərin necə formalaşdığını, hansı meyarlarla formalaşdığını izah etmirlər. Qanunvericiliyi daha peşəkar şəkildə hazırlamaq lazımdır. O da bir başqa məsələdir ki, tullantılarn toplanması üçün lazımi yerlər zibil qutuları ilə təmin edilibmi. Bu standartlar artıq dünyada təsbit olunub. Böyük şəhərlərdə adambaşına məişət tullantıları nə qədər olur, neçə məsafədən zibil qutuları qoyulmalıdır bunu öyrənmək lazımdır. Bunlar hamısı böyük şəhərlərdə, hətta kiçik qəsəbələrdə standartlaşdırılıb. Amma Azərbaycanda bunlar nəzərə alınmayıb. Kimin dövlət orqanı ilə əlaqəsi var, o qutuları yaxın məhəllədə yerləşdirir, ya da dövlət özü uyğun bildiyi yerə qoyur. Bununla bağlı normativ aktlar qəbul olunmalıdır”.

Sosioloq Üzeyir Şəfiyev də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib. O deyib ki, küçələrin çirkləndirilməsi ürəkaçan deyil: “Bunun qarşısını iki istiqamətdə, həm hüquqi, həm inzibati tənbeh tədbirləri ilə, həm də maarifləndirmə yolları ilə almaq mümkündür. Ancaq ilk öncə biz fikirləşməliyik ki, insanların tullantıları atması üçün kifayət qədər zibil qutusu varmı? O qutuların məntəqələr üzrə yerləşdirilməsi nə dərəcədə təmin olunub. Çünki bəzən olur insanlar tullantıları əllərində tuturlar, gözləri zibil qutusu axtarır, amma tapa bilmirlər. Bu, həll olunmalıdır. Bu, kompleks yanaşma tələb edir. İlk növbədə resursları təmin etmək lazımdır. Bununla bərabər bildirişlər, işarələr olmalıdır. Yəni zibil qutuları ilə bağlı istiqamətləndirici bildirişlər olmalıdır. Həm də zibil qutuları yaşayış massivində insanların sayına uyğun olmalıdır. Haqlı bir sual odur ki, minimum əmək haqqı ilə cərimələrin miqdarı arasında əkslik var. Cərimələr insanların maddi imkanlarına uyğun olmalıdır. Belə olmadıqda, bu bir qədər humanist yanaşma olmur. Cərimələr çıxış yollarından biridir, ancaq kafi tədbir deyil. Hesab edirəm ki, cərimələrin miqdarı haqqında düşünmək lazımdır. İnzibati tənbeh tədbirlərindən daha öncə biz insanlar arasında təbliğat aparaq. Hətta könüllülərin iştirakı ilə flaşmobla ictimai yerlərdə bu mesajları ötürə bilərik”.

Ekoloq Rövşən Abbasov bizimlə söhbətdə deyib ki, tullantıların idarə olunması ilə bələdiyyələr məşğul olmalıdır: “Bu, idarəetməni asanlaşdırmaq üçündür. Bundan ötrü bələdiyyələrin müəyyən imkanları olmalıdır. Misal üçün, tullantı maşınları olmalıdır. Özüm də elə ərazidə yaşamışam. Tək Mehdiabad yox, bir çox yerlərdə vəziyyət acınacaqlıdır. Masazır istiqamətində də vəziyyət ürəkaçan deyil. Əhali tullantılar üçün ödənişləri etmək istəmir, bu çox pis haldır. Masazırda məktəbin yanında bir yer var, insanlar bütün tullantıları ora tökürlər. Böyük bir ərazi tullantı ilə dolu olur. Maşın oradan gün ərzində 5-6 dəfə zibil daşıyır, amma yenə də çatdıra bilmir. Bunun təşkil edilməsi üçün bələdiyyələrə müvafiq imtiyaz verilməlidir. İnsanlar da başa düşməlidir ki, tullantıların yığışdırılması üçün ödəniş etmək lazımdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32
Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30
Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12
“Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09
"Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04
"Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru