Naxçıvan deputatlarının maaşları artırıldı .....                     Xameneinin ciddi zədələri var .....                     Mağaza sahibini döyən şəxs: .....                     Vüsalə Əlizadə vətəndaşı təhqir edib? .....                     MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub .....                     "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi .....                     Cəfərquliyev restoranda DAVA SALDI VƏ... .....                     Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir .....                     Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz .....                     Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi .....                     Ermənistan daxilində siyasi hesablar sülhü yubadır .....                     Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” .....                     Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur .....                     İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ .....                     Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... .....                     Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət .....                     Azərbaycanda toylarla bağlı qadağalar gəlir? .....                     “Bolt” şirkətinin ofisində sürücülər arasında dava .....                     Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir .....                     Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən .....                     Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü .....                     Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur .....                     TƏBİB-də kimlər getdi, kimlər qaldı? .....                     Azərbaycanlı iş adamları hədəfdə .....                     Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu .....                     "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır .....                     Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... .....                     Müxalifət partiyaları QIŞDAN necə çıxdı? .....                     Miras mübahisəsi gündəm yaratdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib .....                     Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu .....                     Rusiyadan xəbərdarlıq: .....                     Şərurda Vasif Talıbov ənənələri... .....                     26 milyon manat hardadır: BİR SORUŞUN... .....                     Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? .....                     Neft pulları necə həzmə verilir... .....                     Tramp savaşı udmaq üçün VAXT UDUR? .....                     Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - İLGİNC FAKTLAR
Tarix: 14-08-2024, 15:02 | Çap et
Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi...
Milli Məclisin qocaman üzvlərindən olan Səttar Möhbalıyev millət vəkili kreslosundan əl çəkmək istəmir. O bu dəfə də deputat olmaq istəyir. Rəsmi məlumata əsasən, Möhbalıyev bitərəf şəxs kimi 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizədliyini verib və onun namizədliyi qeydə alınıb.

S.Möhbalıyev yenidən millət vəkili seçilərsə, onun deputatlıq fəaliyyəti 30 ilə çatacaq.

İlk dəfə 2000-ci ildə deputat olan Möhbalıyev 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən seçkilərdə parlamentə düşə bilib. Artıq 24 ildir ki, deputat olan S.Möhbalıyev ahıl yaşını millət vəkili kimi qarşılamağı arzulayır.

S.Möhbalıyev müsbət imici olmayan şəxslərdən biridir. O, uzun müddətdir ki, bir neçə postu tutur və siyasi, ictimai fəaliyyəti əsasən mənfi cəhətlərinə görə yadda qalıb.

Möhbalıyev 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, 2010-cu ildən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir.

Həmkarlar təşkilatlarının əsas məqsədi işləyənlərin əmək hüquqlarının qorunması, onlar üçün layiqli iş şəraitinin yaradılması olsa da, qocaman millət vəkilinin bu istiqamətdə təsirli fəaliyyəti görünmür. Mehbalıyev heç vaxt müxtəlif sahələr üzrə müstəqil həmkarlar təşkilatının yaranmasına da imkan verməyib.

Milli Məclisin iclaslarında da kifayət qədər passiv olan Möhbalıyev hətta onun peşə fəaliyyətinə aid olan məsələlərin müzakirəsi zamanı da susmağı üstün tutur.

S.Möhbalıyevin millət vəkili, konfederasiya rəhbəri postlarından bərk-bərk yapışmasının əslində başqa məqsədləri var. Bu postlar Möhbalıyevin, onun ailəsinin biznes imkanlarının genişləndirilməsinə himayədarlıq edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası böyük maddi texniki bazası, iri maliyyə vəsaitləri olan təşkilatlardandır. Qurumun balansında çoxlu sayda istirahət, idman və əyləncə qurğuları mövcuddur. Möhbalıyevin adı bu qurğuların bəzilərinin satılması işində hallanır.

Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan məhkəmə araşdırması göstərir ki, Möhbalıyevin rəhbərlik etdiyi konfederasiya Gəncə, Göygöl və başqa yerlərdə olan stadionlarını öz mülkü kimi satıb. S.Möhbalıyevin adı həm də Bakının Yasamal rayonundakı “Məhsul” stadionunun satışı ilə bağlı cinayət işində keçir.

Stadionun ərazisini satmaq adı ilə dələduzluq etməkdə suçlanan Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənov 2 ilə yaxındır ki, həbsdədirlər. İddia olunur ki, onlar bina tikintisi ilə məşğul olan bir neçə sahibkarı aldadaraq, həmin əraziyə görə onlardan külli miqdarda pul alıblar. Zərərçəkmiş qismində tanınan sahibkarların təkcə elə birindən beh kimi 900 min manat pul alınıb.

Nadir Əliyev isə istintaqa ifadəsində günahkar olmadığını iddia edir. O hətta Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S.Möhbalıyevin də adını çəkib, prosesə onun rəhbərlik etdiyini bildirib. Bu işlərlə bağlı məhkəmə prosesi davam edir. Digər bir iddiaya əsasən konfederasiya rəhbəri həmkarlara məxsus mülklərin ərazisini müxtəlif yollarla özəlləşdirməklə çoxmərtəbəli binaların inşasını həyata keçirir. Onun artıq xeyli müddətdir ki, tikinti biznesinə böyük sərmayə qoyduğu bildirilir. Biznes fəaliyyəti isə sadəcə Azərbaycanla məhdudlaşmayıb. Konfederasiya rəhbəri ailə üzvlərinin adına Türkiyədə yaratdığı və nizamnamə kapitalı 250 min dollar olan şirkət vasitəsilə qardaş ölkədə biznesini genişləndirib.
Möhbalıyevin qızının Türkiyədə bahalı villa alması da xaricə qoyulan “investisiya”lardan biridir.

S.Möhbalıyevin rəhbərlik etdiyi həmkarlar təşkilatı faktiki ailə təşkilatına çevrilib. Sədrin ailə üzvlərinin təşkilatda mühüm mövqeləri tutması bunun sübutudur. Mehbalıyevin xanımı, 1960-cı il təvəllüdlü Böyükxanım Mirzə qızı Möhbalıyeva qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır. Qızı, 1988-ci il təvəllüdlü Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Konfederasiyanı xarici ölkələrdə keçirilən tədbirlərdə bir qayda olaraq deputatın xanımı və qızı təmsil edir.
Möhbalıyevin biznes və siyasi imkanlarının genişlənməsində Əli Həsənovla quda olması da mühüm rol oynayıb. Ə.Həsənovla qohumluqdan sonra onun xüsusən tikinti biznesinin xeyli böyüdüyü görünüb.

Son illərdə adı korrupsiya faktlarında daha tez-tez çəkilən, siyasi fəaliyyəti görünməyən Möhbalıyev kimi şəxslərin yenidən millət vəkili olması ehtimalı təəssüf doğurur. Belə şəxslərin əvəzinə aktiv, reputasiyası yüksək olan insanların Milli Məclisdə xalqı təmsil etməsi daha yaxşı olardı.

Sfera.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32
Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25
Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10
Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08
“Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49
TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru