İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                 

Anar Kərimov işçiləri necə şantaj edir? - İLGİNC İDDİALAR...
Tarix: 17-01-2022, 10:50 | Çap et
Anar Kərimov işçiləri necə şantaj edir?
Azərbaycanda aparılan kadr islahatlar; fonunda - 2021-ci il yanvar ayının 5-də Anar Kərimovun Mədəniyyət naziri vəzifəsinə təyinatı cəmiyyətimizdə müəyyən ümidlər yaratmışdı. Təəssüf... O, bu ümidləri və ona göstərilən etimadı doğrultmadı. Əgər hər hansı rayonun icra başçısına görə bu qədər təəssüf hissi keçirsəydik, bəlkə də dəyməzdi. Amma qalib bir ölkənin “mədəniyyət korpusu”na cavabdeh şəxslə bağlı təəssüf hissi keçirmək ağrılıdır. Nazir təyin edilməmişdən 6 ay öncə A.Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilmişdi və nazirin vəzifələrini icra edirdi. Təxminən 1 il 6 aydır ki, Azərbaycan mədəniyyətinə bu şəxs rəhbərlik edir. Ötən il yanvar ayının 27-də Azsiyaset.com saytında “Mədəniyyət Nazirliyində “köhnə hamam, köhnə tas” - Yeni nazirdən gözləntilər böyükdür” sərlövhəli məqalə də dərc olunmuşdu. Məqalədə A.Kərimova dəstək ifadə edir, onun Mədəniyyət naziri kimi görməli olduğu işlərin konturları barədə tövsiyələrlə də çıxış etmişdik.

Bu gün isə Mədəniyyət Nazirliyində baş verən özbaşınalıqlara, qanunsuzluqlara hamı göz yumur, ölkənin ordu sistemini, ayrı-ayrı generalları təftiş edən media qurumları, jurnalistlər, blogerlər rəsmən sus(durul)ublar.

Başa düşürük, ölkədəki pandemiya mühiti bir çox məmurlar kimi A.Kərimovun da yarıtmaz fəaliyyətini ört-basdır elədi. Pandemiyanın “bəraətverici” şərtlərinin arxasında gizlənmək heç bir məmura, ələlxüsus da nazir postunu tutan şəxsə yaraşmaz.

A.Kərimov vəzifəyə təyin ediləndə iki mühüm amilə diqqət etməli idi:

- Prezident İlham Əliyevin yeni kadrlara olan etimadına kölgə salmalı deyildi

- 2020-ci ilin may ayında Mədəniyyət Nazirliyində həyata keçirilən həbslərdən nəticə çıxarmalı idi

Ancaq Anar Kərimov Mədəniyyət Nazirliyində hansı “islahatlara” başladı?

DİA.AZ-ın məlumatına görə, azsiyaset.com-un redaksiyasına daxil olan məlumatlardan aydın olur ki, nazir bütün peşəkar kadrları işdən azad edib. Onların yerinə isə bu sahədə heç bir təcrübə və qabiliyyəti olmayan şəxsləri təyin edib. Ən dəhşətlisi budur ki, Nazirlikdə müxtəlif vəzifələrə təyinat alan A.Kərimovun yaxınları heç vaxt bu sahədə işləməyiblər. Açığı, bu cür məntiqsiz addımlar gözlənilən idi. Çünki nazirin özü də mədəniyyət sisteminə tamamilə yad adamdır. O, ömrü boyu XİN-in diplomatik strukturlarında müxtəlif vəzifələrdə işləyib. Zaman göstərdi ki, 3 dil bilən A.Kərimov hər hansı bir qurumda birinci şəxs olası adam deyildi. Bəzilərinin məntiqi ilə yanaşsaq, 7-8 dil bilən müəllimləri də gətirib yüksək vəzifələrə qoymaq lazımdır. Nazirlikdə idarəetmənin keyfiyyəti o qədər aşağı düşüb ki, bu, ümumilikdə ölkənin mədəniyyət sektorunu dərin bir uçuruma aparır.

Vasif Eyvazzadə işdən niyə çıxarılıb?

Nazirlikdəki bütün peşəkarları vəzifəsindən kənarlaşdırmağı hədəfləyən A.Kərimov qurumun ən peşəkar adamlarından birini də işindən uzaqlaşdırdı. Söhbət Vasif Eyvazzadədən gedir. V.Eyvazzadə Nazirliyin beynəlxalq əlaqələrini xüsusi həssaslıqla qurub yaradan və qurumun struktur-ideoloji fəaliyyət prinsiplərini möhkəmlədən adamlardan biridir. Bu hal A.Kərimovu qətiyyən narahat etməsə də, V.Eyvazzadənin Nazirlikdən kənarlaşdırılması ölkə mədəniyyətinə məqsədli şəkildə vurulan zərbədir.

Halbuki, redaksiyamıza daxil olan məlumata görə, A.Kərimovla V.Eyvazzadə arasında çox yaxın münasibətlər olub. Hətta bu yaxın münasibətlər V.Eyvazzadənin xarici ölkələrdən birinə təyin olunmasına da mane olub. A.Kərimov onun ölkədə qalıb işləməsinin vacibliyini bildirib və V.Eyvazzadə təyinatdan məhrum olub. Bəs nəticədə nə baş verib? A.Kərimov onu nazirlikdəki vəzifəsindən də çıxarıb. Bu nə zehniyyət, nə təfəkkürdür, Anar müəllim!? Hətta illərlə əli xalqın cibində olan köhnə komandanın üzvləri də belə sürətli “sədaqətə” yol verməzdi.

Nazir mədəniyyət qurumlarını “JEK” adlandırır...

Azsiyaset.com-un redaksiyasın daxil olan başqa bir məlumata görə, A.Kərimov keçirdiyi iclasların birində musiqi məktəblərini “JEK” adlandırıb. Anar müəllim, ölkə mədəniyyətinə, musiqi sahəsinə bu ayıb və çılpaq baxışı sizə harada öyrədiblər? Və təsəvvür edin, musiqi məktəblərini “JEK”lərlə müqayisə edən bir adam bizim musiqimizi, mədəniyyətimizi yüksəldəcək?!

Əcəba, idarəetməni bilməyən, işçilərə qarşı ironik və qəzəbli münasibət ortaya qoyan nazir mədəniyyət sahəsinin dövləti və fəlsəfi mahiyyətini başa düşmədən bu postda oturur. Təəssüf ki, bir çoxları Nazirlikdəki dözülməz xaotik vəziyyətdən xəbərsizdir. Çoxmilyonluq büdcəyə, tender “balon”larına sahib olan A.Kərimovun başı nəyə qarışıb?!

Hər halda bu quruma nəzarət edən ali icraedici orqan nəzarət və təftiş tədbirlərinə başlamalıdır. İmkan verməliyik ki, kimsə 10, 20 il hansısa qurumu talasın, sonra tədbir görək?! Vaxtında alınmalıdır bu çirkabın, xaosun qarşısı...

A.Kərimov işçiləri necə şantaj edir?

Nazir Əmək Məcəlləsini məftilə döndərib, istədiyi tərəfə əyir, sonra da düzəldir. Məsələn, Nazirliyə tabe müxtəlif qurumlara rəhbər şəxsləri 6 aylıq əmrlə təyin edir. Həmin şəxslər aylarla stress altında saxlanılır. Rəhbər şəxslər tam həvəsdən salınır, onların hər an işdən çıxarıla biləcəyi, əslində daxili əmrin ciddi etimad olmadığı onlara bildirilir. Ardınca nə baş verir? Bu rəhbər şəxslərin əli ilə qanunsuzluqlar həyata keçirilir, daha sonra onlar şantaj edilərək işdən uzaqlaşdırılır. Bu, məntiqə və ağlasığmazdır. Amma maraqlıdır, Anar müəllim bütün bunları İraqda, İtaliyada, Avstriyada, Polşada keçdiyi ödənişli kurslarda öyrənib, yoxsa necə!?

Prezidentin xəbərdarlığından Anar Kərimovun payına nə düşür?

Yanvar ayının 12-də Prezident İlham Əliyev ölkə telekanallarına müsahibəsində korrupsiya ilə mübarizə haqqında və yeni kadrların fəaliyyəti barədə danışarkən belə bir fikir bildirdi: “Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır".

Deməli, Dövlət başçısı bəzi yeni kadrların da işindən narazıdır. Anar müəllim, ola bilərmi ki, Prezidentin narazı qaldığı yeni kadrlardan biri də siz olasınız?! Bəlkə bu barədə bir azca düşünəsiniz...

Sonda böyük filosof-şair Hüseyn Cavidə istinad etmək yerin düşər:

Turana qılıncdan daha kəskin, ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

Anar müəllim! Mədəniyyət ölkənin ən güclü silahıdır. Ölkəni təkrsilah etməyin, silahsız qoymayın! Bacarmırsınızsa, gedin! Yoxsa bir gün bunun hesabı sizdən də sorulacaq! Mütləq!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Bu gün, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Bu gün, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Bu gün, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Bu gün, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Bu gün, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Bu gün, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Bu gün, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Bu gün, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Bu gün, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Bu gün, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Bu gün, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Bu gün, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Bu gün, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Bu gün, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Bu gün, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Bu gün, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Bu gün, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Bu gün, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Bu gün, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru