İcra başçıları aqrar sektora necə ziyan vurur... - Rəsmi statistika da etiraf edir ki...
Tarix: 5-03-2018, 10:13 | Çap et
 Son illərdə dövlət büdcəsindən aqrar sahənin inkişafına yüz milyonlarla manat vəsait ayrılsa da, bu sektorda ciddi irəliləyiş yoxdur. Əksinə, bəzən kənd təsərrüfatında geriləmələrin şahidi oluruq.
Reyting.az-ın məlumatına görə, bu ilin yanvar ayında əvvəlki illərlə müqayisədə ərzaq malları və kənd təsərrüfatı məhsullarının idxalı dəfələrlə artıb. Buğda idxalı - 2 dəfədən çox, ət - 50 faiz, kəsim üçün nəzərdə tutulan ətlik diri heyvanlar - 2,4 dəfə, süd - 2,5 dəfədən çox, çay - 50 faiz, bitki və heyvan mənşəli piylər və yağlar isə 4 dəfədən çox artıb.
Qeyd edək ki, digər ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının idxalında da kəskin artım var. Bu azmış kimi çay ixracı 47 faiz, bitki və heyvan mənşəli piylər və yağların ixracı 2,3 dəfə, şəkər ixracı isə 2,7 dəfə azalıb.
Amma belə bir məqamda ərzaq təhlükəsizliyinin təmin oluması ilə deyil, pambıqçılığın inkişafı yönündə tələblər artırılır. Hökumət nümayəndələri, eləcə də yerli icra hakimiyyətiləri pambıq əkməyi kəndlilər üçün məcburiyyətə çevirib.
İqtisadçı ekspert Rövşan Ağayev hesab edir ki, yerli icra orqanlarının vətəndaşları öz şəxsi mülkiyyətində olan torpaqlarında pambıq əkməyə məcbur etməsi narahatlıq doğuran məsələdir. Onun qənaətincə, bu addım insan haqqı məsələsidir və vətəndaşı özü istəməyi hansısa bir işə məcbur etmək insan hüquqlarının pozulmasıdır:
“İkincisi, bu mülkiyyət hüququnun pozulmasıdır. İnsanlar öz şəxsi mülkiyyətindən necə istifadə etmələrinə yalnız özləri qərar verə bilərlər”.
Amma burda maraqlı olan başqa məsələlər də var. Rövşan Ağayev bildirib ki, kənd təsərrüfatına yararlı torpaqların cəmi 25 faizi pay torpaqları formasında vətəndaşlara verilib - təxminən 1.3 milyon hektar. Yerdə qalan 3.5 milyon hektara yaxın kənd təsərrüfatına yararlı torpaq dövlət və bələdiyyə mülkiyyətində saxlanılıb. Eyni zamanda, dövlət və bələdiyyə mülkiyyətində saxlanan kənd təsərrüfatı torpaqlarının 600 min hektara yaxını əkinə yararlıdır. İndi əsas sual da budur: Niyə məmurlar dövlət və bələdiyyə mülkiyyətində olan yüz minlərlə hektar torpağın 150-200 min hektarını pambıq əkinlərinə cəlb etməklə vətəndaşları rahat buraxmaq istəmirlər? Axı vətəndaşların əlindəki az həcmdə torpaqla ölkənin ərzaq təhlükəsizliyi qismən təmin edilir.
İqtisadçı ekspertin sözlərinə görə, rəsmi statistika da etiraf edir ki, bütün kənd təsərrüfatı məhsullarının ən azı 90 faizi ev təsərrüfatlarının sərəncamında olan həmin 1.3 milyon hektar torpaqda istehsal edilir.
Ekspert onu da vurğulayıb ki, əgər doğrudan da pambıq əkmək fermerlər üçün sərfəlidirsə, hökumət insanları incitmədən burda müvafiq mexanizm tətbiq edə bilər:
“Dövlət və bələdiyyə mülkiyyətində olan əkinə yararlı və suvarıla bilən torpaqlardan təxminən 100 min hektar torpaq fondu açıq müsabiqələr vasitəsilə fermerlərə təklif edilir. Bu torpaqlar üçün icarə haqqı və suvarma suyu üçün haqq alınmır. Bu əkinlərə becərmə başlayan andan kənd təsərrüfatı sığortası təmin edilir, sığorta ödənişlərinin bir hissəsini hökumət, bir hissəsini də pambıq zavodları üzərinə götürür. Əgər belə şərtlər altında pambıq əkməyə iddialı fermerlərin sayı çox olacaqsa, deməli, bu sahə mənfəət gətirir, maraq olmayacaqsa, deməli, sərfəli iş deyil.
Bu mexanizmin tətbiqinin bir üstünlüyü də odur ki, pambıq əkini on minlərlə adamı cəlb etməklə 0.5-1 hektarlıq sahələrdə yox, daha az sayda insan hesabına ən azı 50-100 hektarlıq sahələrdə həyata keçiriləcək. Miqyas effekti hesabına xərclərin azalması pambıq əkinlərini daha rentabelli edə bilər”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Bu gün, 16:51 |
|
|
|
| • 70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Bu gün, 16:44 |
|
|
|
| • Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Bu gün, 16:37 |
|
|
|
| • Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Bu gün, 16:33 |
|
|
|
| • "Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Bu gün, 16:30 |
|
|
|
| • Məzahir Pənahov yenidən MSK sədri seçilib
Bu gün, 16:29 |
|
|
|
| • Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Bu gün, 16:03 |
|
|
|
| • ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Bu gün, 15:53 |
|
|
|
| • MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Bu gün, 15:51 |
|
|
|
| • “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Bu gün, 15:48 |
|
|
|
| • “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Bu gün, 15:45 |
|
|
|
| • Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Bu gün, 15:44 |
|
|
|
| • Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Bu gün, 15:42 |
|
|
|
| • Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Bu gün, 15:34 |
|
|
|
| • Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Bu gün, 15:22 |
|
|
|
| • SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15 |
|
|
|
| • Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03 |
|
|
|
| • Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02 |
|
|
|
| • Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39 |
|
|
|
| • Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38 |
|
|
|
| • Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33 |
|
|
|
| • Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25 |
|
|
|
| • “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08 |
|
|
|
| • Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06 |
|
|
|
| • Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02 |
|
|
|
| • Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47 |
|
|
|
| • Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42 |
|
|
|
| • Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34 |
|
|
|
| • Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31 |
|
|
|
| • Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07 |
|
|
|
| • “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06 |
|
|
|
| • “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59 |
|
|
|
| • Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
| • Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39 |
|
|
|
| • Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35 |
|
|
|
| • Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30 |
|
|
|
| • Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27 |
|
|
|
| • Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24 |
|
|
|
| • Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13 |
|
|
|
| • Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08 |
|
|
|
| • Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02 |
|
|
|
| • Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58 |
|
|
|
| • Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55 |
|
|
|
| • Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51 |
|
|
|
| • Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46 |
|
|
|
| • Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44 |
|
|
|
| • Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39 |
|
|
|
| • Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32 |
|
|
|
| • Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23 |
|
|
|
| • MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22 |
|
|
|
|