Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                 

Protein qurbanı olan idmançılar: əzələ yoxsa piy yığını? - ŞOK iddia
Tarix: 27-02-2017, 11:57 | Çap et
Protein qurbanı olan idmançılar: əzələ yoxsa piy yığını?
Bütün bunlar hamı kimi idmançıların da üzləşdiyi problemlərdir. Bəs maraqlıdır, görəsən həmişə formada qalmalı olan idmançılarımız hansı yeməklərdən uzaq durmalıdırlar? Onlar pəhriz saxlayarkən həkimlə məsləhətləşirlər, yosa bunu kortəbii edirlər?

Suallara cavab tapmaq üçün Azərbaycan Gimnastika Federasiyasının (AGF) qidalanma proqramını tərtib etmiş diyetoloq Leyla Zülfüqarlıya müraciət edik. Yeniçağ.az-ın suallarını cavablandıran L.Zülfüqarlı özfəaliyyət şəkildə saxlanılan pəhrizlərin ciddi fəsadlarını yaşamış idmançılarla çox qarşılaşdığını dedi:

“Diyetologiya tibbin bir qoludur. Burada özfəaliyyət məsləhətlər və prosedurlar təhlükəli ola bilər. Həmişə demişəm ki, qidanın təsiri, dərmanın təsirindən daha çoxdur. Təsəvvür edin, özbaşına qəbul edilən dərmanların fəsadları necə olursa, düzgün qidalanmamağın təsiri ondan qat-qat artıqdır. İdmançıların özəl qidalanma rejimi var, buna mütləq əməl olunmalıdır.

Təəssüflər olsun ki, Azərbaycan idmanında bu məsələdə özfəaliyyət hökm sürür. Mənə məşhur idmançılardan tutmuş qeyri-peşəkarlara qədər müraciət edənlər olub. Düzdür, kiminsə adını çəkmək fikrində deyiləm, amma savadı olan başa düşür ki, formada qalmaq təkcə proteinlərlə qidalanmaqdan ibarət deyil. İnsanın fərdi qida rasionu olmalıdır. Bunu anlayanları həmişə alqışlamışam. İdmançının akademik səviyyədə qida rasionu olmalıdır. Bunu da həkim, dietoloq məsləhət görə bilər. İdmançı öz işində necə peşəkardırsa, qidalanma məsələsində də peşəkar olana müraciət etməlidir. Mənim Türkiyədə təhsil aldığım məkanda bizim dərslərin bir qismi məhz idmançıların qidalanması ilə bağlı olub. Bildiyiniz kimi mən eyni zamanda Azərbaycan Gimnastika Federasiyasının da diyetoloquyam. Biz hətta oradakı məşqçilərə belə qidalanma ilə bağlı bəzi nüansları başa salmışıq.

Ümumiyyətlə, “fast food “lar, enerji içkiləri, süni qidalar – bunlar nəinki idmançılara, ümumiyyətlə heç kimə olmaz. Bir məsələni xüsusi qeyd etmək istərdim. Elə qeyri-peşəkar idmaçılar var ki, özlərinin yanlış qidalanması bir yana, rəhbərlik etdikləri zala gələnlərə qidalanma ilə bağlı səhv məlumat verirlər. Deyərdim ki, rafinə olunmuş düyüdən çox istifadə edirlər. Hətta bununla bağlı polemikaya da girməyə hazırdırlar ki, guya bu qida idmançıların rasionunda çox olmalıdır. Amma bunun fəsadlarını da görürlər. Hətta çörəkdən tamam imtina edir, yalnız düyü yeyirlər. Burada nəzəri cəhəddən çox ciddi səhvlər var. Proteinlər yeganə qidadır ki, enerji depolaması olmur. Bəzi məşhur fitnes salonları da var ki, orada da qidalanma ilə bağlı necə səhv məsləhət verdiklərini gözümlə görmüşəm.

Ad çəkməyəcəm, amma tanınmış idmançılar var ki, olduqca yanlış qidalanırlar. Hətta kənardan iriçiyinli, əzələli görünən insanlarda piylənmə dərəcəsi tapmışam. Yəni o insanın çəki şkalası normal səviyyədə olmayıb. Çünki proteinlərdən içib, məşq edir, düşünür ki, düzgün iş görür. Analiz verəndə isə məlum olur ki, sən demə, orqanizminə çox böyük ziyan vurub”.

Bu məqamda idmançılarımıza üz tutub, onların qida rasionui ilə maraqlandıq. Görəsən onlar düzgün pəhriz saxlaya bilirlərmi? Nəfslərinə necə hakim olurlar?

Əməkdar idman ustası, Əməkdar məşqçi, Kikboksinq üzrə 22 qat Dünya çempionu, məşhur idmançı Eduard Məmmədov qidalanmasına diqqət etdiyini desə də bəzən enerjili içkiləri qəbul etdiyini və “fast food ” yediyini etiraf etdi:

“Qida qəbul edərkən, fikir verirəm ki, kalorili olsun, enerji versin. Bu baxımdan da daha çox sıyıq yeməyə çalışıram. Çünki sıyıq həm adamı tox tutur, həm də enerji baxımından yaxşıdır. Ən çox isə “Hercules” sıyıqlarına üstünlük verirəm. Sıyıq olmayanda isə kəsmik yeyirəm, süd içirəm. Hətta hər səhər çalışıram ki, mütləq 1 qaşıq bal yeyim. Bundan sonra lap bir dilim də olsa öyrəşdiyim yağ-çörək yeyirəm. Sulu yeməklərə üstünlük verirəm. Naharda şorba yeyirəm. Axşam məşqindən sonra isə menyuda düyü, toyuq filesi, ya da steyk olur. Düzdür, ətdə kalori çoxdur, amma çalışıram qədərində yeyim ki çəkim artmasın. Etiraf edim ki, balaca uşaqlar kimi mən də qazlı içkiləri xoşlayıram. Yarış olmayanda özümə qazlı içkilərdə, kompotda qadağa qoymuram. Amma yarışlardan əvvəl bunları tamam azaldıram. Bir şeyi də deyim ki, tərslikdən idmançı məşq edəndə şirin bir şey içməyi xoşlayır. Axı nə qədər şirin çay içmək olar? (gülür) İnsan başqa içkilər də istəyir. O ki qaldı enerjili içkilərə, onları məşqdən əvvəl yox, sonra içirəm. Bu həm susuzluğu yatırır, həm yorğunluğu aradan qaldırır, həm də adama doğrudan da enerji verir. Hər gün də olmasa aradabir olur. Amma 1 “banka”dan artıq içmirəm. Yalan danışmayacam, lap balaca uşaq kimi, “fast food ” dəlisiyəm. Amma yarış qabağı , bir həftə qalmış qazlı içkiləri, “fast food”u, dönəri tamam azaldıram. Düzdür, idmançı kimi pəhrizimi pozmamağa çalışıram, amma hər şeyin dadına baxmaq lazımdır. Dözmək olmur axı.. Yarışdan əvvəl isə çörəyi və şirnini azaldıram”.

“Azərbaycan Real Aykido İdman Federasiyası”nın prezidenti Fariz Abdullayev isə elə pəhriz nəticəsində, 4 aya 20 kq. arıqladığını dedi. O, həmçinin nəfsini saxlaya bilmədiyi yeməkdən də danışdı:

“17 ildir ki, peşəkar idmandayam. Vaxtı ilə qıdalanmaq mövzusunda bir az ciddi olmamışam. Buna görə də çəkim hardasa 105-106 kq-a qədər artmışdı. Düzdür, bu çəki mənə idmanda o qədər də çətinlik törətmirdi. Amma bilirdim ki, həm görkəm, həm də sağlamlıq baxımından artıq çəkinin olması məsləhət deyil. Bundan sonra pəhriz saxlamağa başladım. Həmin ərəfədə də karbohidratla zəngin olan qidalardan uzaq durmağa başladım. Nəticədə, 4 aya 20 kq. arıqladım. Bununla da çəkimi 85 kq-a sala bildim. Artıq özümü daha rahat və sağlam hiss edirəm. Təbii ki, artıq çəkinin heç kimə xeyri yoxdur. Nəfsimi saxlaya bilmədiyim qidalar sırasında ən əsası şirniyyatdır. Bununla da lazımi qədər mübarizə aparıram. Buna görə də sadəcə, əlamətdar günlərdə bir az şirniyyatla çay içirəm. Yəni özümə belə bir qayda qoymuşam. Bir çox ziyanlı qidalar var. Buna misal olaraq, enerjili içkiləri və “fast food”ları qeyd edə bilərəm. Enerjili içkilər idmançıları aldadır; insan özünü bir müddət gümrah , sonradan isə ikiqat yorğun hiss edir . Bu cür içkilərin gündəlik qəbulu isə asılılıq yaradır. Çəki atmaq istəyənlərə məsləhət görürəm ki, karbohidradla zəngin qidalardan uzaq dursunlar, çox çörək, şirniyyat qəbul etməsinlər. Bundan əlavə gecələr yatmazdan əvvəl yeməsinlər. Bir az meyvə olar, amma o da az miqdarda… Çünki meyvələrdə də karbohidrat dərəcəsi var”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Bu gün, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Bu gün, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Bu gün, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Bu gün, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Bu gün, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Bu gün, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Bu gün, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Bu gün, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Bu gün, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Bu gün, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Bu gün, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Bu gün, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Bu gün, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Bu gün, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Bu gün, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Bu gün, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Bu gün, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Bu gün, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Bu gün, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Bu gün, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Bu gün, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Bu gün, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Bu gün, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru