Masallıda 3 uşağı ilə Allahın ümidinə qalan Dövlətova dövlətdən kömək istəyir - FOTO
Tarix: 25-11-2016, 10:58 | Çap et
 Masallı rayonunun Ərəb kəndində Dövlətovlara məxsus bir ev var.
Bu ev kəndin kənarında yerləşir. Yolu ilin payız, qış fəslində demək olar ki, keçilməz olur. Bu evdə insanı sivil dünyaya bağlayan çox az nəsnə gözə dəyir. Televizor, soyuducu yoxdur. Evin işığını da, qazını da borca görə kəsiblər. İşığı indi qonşular verir...
Evdə bir ana və bu ananın 3 uşağı yaşayır. Demələrinə görə, yarıtox, yarıac keçinirlər.
Ana Əfsanə Dövlətova göz yaşlarını güclə saxlayır, başına gələnlərdən danışır:
В«ALİMENT KƏSİLDİВ»
В«2009-cu ildə ərimdən rəsmi şəkildə boşanmışam. Dözülməz şərait var idi. Cəlilabaddan köçdüm Masallıya, Ərəb kəndinə, ata evinə. Valideynlərim rəhmətə gedib. Bu evdə uşaqlarımla qalıram. İlk aylarda aliment alırdım. Sonra aliment kəsildiВ».
Ədliyyə Nazirliyi Cəlilabad rayon icra bölməsindən gələn məktubda oxuyuruq ki, bu ailəyə hər ay 90 manat aliment verilməlidir. Bununla bağlı Masallı Rayon Məhkəməsi 2011-ci il martın 29-da qərar verib. Həmin qərara görə, Cəlilabad rayon Muğan kəndində yaşayan Bəhruz Akif oğlu Filatov 2011-ci il fevralın 10-dan hər ay hər bir uşağa 30 manat ödəməlidir.
ALİMENT VERİLMƏDİ...
Ancaq Əfsanə Dövlətovanın dediyinə görə, məhkəmənin qərarı yerinə yetirilmir, onlara aliment verən yoxdur. Nə edəcəyini bilmir. İmkansızlıqdan artıq səhər yeməyini tərgidiblər. Yavan çörəyə möhtacdırlar:
В«MƏKTƏBDƏ XADİMƏ İŞLƏYİRƏMВ»
В«İcra məmuruna zəng etmişəm. Mənə deyir ki, onu tapa bilmirik. Məktəbdə xadimə işləyirəm, çox cüzi əməkhaqqı alıram. O da olmasa, bilmirəm nə olacaq. Fəhləliyə gedərəm. Uşaqları evdə necə tək qoyum? Uşaqlardan biri xəstədir. Qohumlar kasıbdır, hərə öz dərdinə qalır. İmkan daxilində kənd kömək edir. Mənə uşaqlar üçün köhnə paltarlardan veriblər. Uşaqları özümlə aparıram məktəbə, özümlə də gətirirəmВ».
​«NƏ ODUN VAR, NƏ ÇÖRƏK, NƏ DƏ QƏNDВ»
Onun deməsinə görə, vəziyyət günü-gündən pisləşir. Qarşıdan qış gəlir, yandırmağa heç nəyi yoxdur. Evində nə çörək, nə qənd var: В«Keçmiş ərimin imkanları var. Atası da, anası da sağdır. Bizimlə maraqlanmırlar. Atıblar bizi ehtiyac içinə, boğuluram burda. Kənd mənim ailəmi saxlayır. 46 manat işığa görə borcum var, onu kəsiblər. Yalvardım ki, heç olmasa, qazı kəsməyin, dedilər bizlik deyil. Sosial da vermirlərВ».
Havanın soyuq keçməsinə baxmayaraq, 12 yaşlı İslam Dövlətov qolsuz köynəkdə gəzir. Dilinə haçan ət dəyib yadına düşmür.
Əfsanə Dövlətovanın qonşusu Niftulla Hacıyev deyir ki, kənddə iqtisadi vəziyyəti ağır olan ailələr çoxdur. Bir-iki ailəni çıxmaq şərti ilə hamı kasıbdır:
QONŞU: В«ALLAH ELƏSİN QIŞI KEÇİRSİNLƏRВ»
В«Həmişə yardım eləmək olmur. Özümüz də ehtiyac içində yaşayırıq. Uzun müddət evləri qaranlıqda qaldı .Ona işıq verdik, o da müvəqqəti. İnanın ki, çörəyə möhtacdırlar. Ailədə 4 nəfər var. Uşaqlardan biri xəstədir. Aliment vermirlər. Allah eləsin qışı keçirsinlərВ».
ALİMENT VERMƏYƏN ATA HƏBS EDİLƏ BİLƏR, GİZLƏNİR...
Cəlilabad rayon icra bölməsinin icra məmuru Səbuhi Həmzəyev deyir ki, alimentlərin ödənişi ilə bağlı problem həmişə var: В«Bəhruz Akif oğlu Filatov ilə bağlı axtarış vermişik. Ona dəfələrlə xəbərdarlıq məktubu göndərilib. Cəlilabad Rayon Məhkəməsinin 2012-ci il fevralın 1-də çıxartdığı qərar ilə Bəhruz Filatova 5 gün inzibati həbs verilib. O, 1510 manat aliment verməlidir. Qanuna görə, aliment ödənməsə, növbəti cəza tətbiq edilir. Ancaq biz bu adamı tapa bilmirikВ».
Əfsanə Dövlətova deyir ki, onlara ən qorxulu vaxt gecə saatlarıdır: В«Gecə soyuq olur. İşığı çox yandırmırıq. Qonşunundur, istəmirəm ki, işıq çox pul yaza. Alimentdən də əlimi üzmüşəm. Müraciət etməkdən bezmişəm. Daha heç kimdən kömək də istəmirəm. Yorulmuşam. Talehin ümidindəyik. Nə olar-olar...В».



|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır - Ərdoğan
Bu gün, 15:08 |
|
|
|
• Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir - PAŞİNYAN
Bu gün, 14:54 |
|
|
|
• “Pezeşkianla danışdım, inanmıram ki…” – Ərdoğan
Bu gün, 14:49 |
|
|
|
• Xamenei: İran ABŞ üzərində qələbə qazandı
Bu gün, 14:40 |
|
|
|
• ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib
Bu gün, 14:34 |
|
|
|
• Xameneyi xalqa müraciət edəcək
Bu gün, 14:09 |
|
|
|
• Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir - Ermənistan XİN
Bu gün, 14:02 |
|
|
|
• Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb - TƏFƏRRÜAT
Bu gün, 13:09 |
|
|
|
• İrəvana verilən son möhlət - dekabrdan sonra...
Bu gün, 12:56 |
|
|
|
• Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir - AÇIQLAMA
Bu gün, 12:36 |
|
|
|
• Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı
Bu gün, 12:23 |
|
|
|
• Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
Bu gün, 12:21 |
|
|
|
• GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
Bu gün, 12:13 |
|
|
|
• Xocalı qatili “qəhrəman” elan edildi – Azərbaycanla bağlı gözlənilən olmadı
Bu gün, 12:08 |
|
|
|
• “Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 12:03 |
|
|
|
• Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 12:00 |
|
|
|
• Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? - “The New York Times“
Bu gün, 11:51 |
|
|
|
• "Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
Bu gün, 11:49 |
|
|
|
• Paşinyandan şok açıqlama: - “Plan ifşa olundu – bu, yeni 27 oktyabr ola bilərdi”
Bu gün, 11:48 |
|
|
|
• Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? - Ukraynalı politoloq
Bu gün, 11:45 |
|
|
|
• İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... - telefon danışığı zamanı...
Bu gün, 11:40 |
|
|
|
• Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? - ARAŞDIRMA
Bu gün, 11:28 |
|
|
|
• Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:20 |
|
|
|
• Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
Bu gün, 11:17 |
|
|
|
• "Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” - ŞƏRH
Bu gün, 11:07 |
|
|
|
• Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... - İLGİNC
Bu gün, 10:43 |
|
|
|
• Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... - Deputatdan Paşinyana XƏBƏRDARLIQ
Bu gün, 10:41 |
|
|
|
• Lerik sakini illərdir evinə yol tapa bilmir – qonşuluq mübahisəsi məhkəmədə
Bu gün, 10:28 |
|
|
|
• Binəqədidə özbaşına salınan binələr... - qazanansa başçıdır...
Bu gün, 10:23 |
|
|
|
• Təki bütün kişilər mənim yoldaşım kimi olsun - Şəbnəm Tovuzlu
Bu gün, 10:16 |
|
|
|
• Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... - Başqa nə cür olmalı idi ki...
Bu gün, 10:08 |
|
|
|
• “Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” - BU NƏDİ BELƏ?
Bu gün, 10:03 |
|
|
|
• Kəlbəcərdə yük avtomobili aşıb, ölən var - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• `Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? - ETİRAZ VAR...
Bu gün, 09:57 |
|
|
|
• Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... - ÇÜNKİ...
Bu gün, 09:50 |
|
|
|
• ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı - TƏFƏRRÜAT
Bu gün, 09:47 |
|
|
|
• Novxanıdakı "La Chateau" restoranına getməyin! - Soyğunçuluqla məşguldular
Bu gün, 09:39 |
|
|
|
• İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər - eurasia.net
Bu gün, 09:36 |
|
|
|
• Ordun varsa... YURDUN VAR! - BU, FAKTDIR!
Bu gün, 09:31 |
|
|
|
• ABŞ səfirliyi izahat verməlidir - Azərbaycandan TƏLƏB
Bu gün, 09:29 |
|
|
|
• “İvanovka Süd Məhsulları” şirkəti "ATENA"dan şikayətçidir - SƏBƏB
Bu gün, 09:24 |
|
|
|
• 160 saylı marşrutun ÖZ QRAFİKİ VAR: İstədiyi vaxt... - NARAZILIQ VAR...
Bu gün, 09:19 |
|
|
|
• Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib - TƏFƏRRÜAT
Bu gün, 09:08 |
|
|
|
• Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 09:00 |
|
|
|
• "Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür" - Bakıdan REAKSİYA
Bu gün, 08:59 |
|
|
|
• Tehran bundan sonra İrəvana münasibətini Bakının xeyrinə dəyişə bilərmi? - ÇƏTİN Kİ...
Bu gün, 08:54 |
|
|
|
• Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib - “Bloomberg”
Bu gün, 07:44 |
|
|
|
• Tramp və Netanyahunun İran planı bu idi – Baş tutmadı…
Bu gün, 07:42 |
|
|
|
• Bu məmurdan Prezidentə şikayət olundu - İTTİHAM VAR...
Bu gün, 07:40 |
|
|
|
|