VAQİF AXUNDOV YENİ ƏLƏMƏLƏRƏ START VERƏCƏK
Tarix: 13-07-2012, 13:39 | Çap et
HAKİMİYYƏTİÇİ KÜRD QRUPLAŞMASI MÜHAFİZƏ İŞİNİ ƏLƏ KEÇƏİRİB
DİA.AZ: - Neçə müddətdir ki, Xüsusi Dövlət Mühaizə Xidmətinin rəisi Vaqif Axundovla XDMX-dən qovulan iki əməkdaşı - zabit Asif Lətifovla, gizir Seymur Əlicanov arasında bir qalmaqal yaşanmaqdadır. Bildirək ki, qanunsuz olaraq işdən atılan əməkdaşlara rəsmən qondarma ittihamlar sürülsə də, qeyri rəsmi olaraq XDMX rəhbərliyi konkret olaraq Asif Lətifovu Milli Təhlükəsizlik Nazirliyinin В«şpionuВ» adlandırıb.
Mətbuata verdiyi açıqlamalarında da bu məsələyə diqqət ayıran Asif Lətifovun günü bu gün də XDMX rəhbərliyinin sifarişi əsasında təqib olunması bir faktdır. Onu da qeyd edək ki, sözügedən qalmaqala münasibət bildirən Milli Qvardiyanın yaradıcılarından olan, uzun illər XDMX-də yüksək vəzifə tutan, Qarabağ döyüşlərində göstərdiyi şücaətlərə görə Milli Qəhrəman adına layiq görülməsi üçün haqqında təqdimat verilən (təqdimat bu günə qədər təsdiqlənməyib-red.) polkovnik-leytenant Əzizağa Süleymanov da Vaqif Axundovun XDMX-də yaratdığı özbaşına mühitlə əlaqədar mətbuata açıqlama vermişdi. Onun sözlərindən belə aydın olurdu ki, doğrudan da son 10 ildə V.Axundov bu sistemdə peşəkarları vəzifədən uzaqlaşdırır:
“Qarabağ müharibəsində iştirak edən, mühafizə işini yüksək səviyyədə bilən adamları növbə ilə işdən azad edirlər. Əvəzində Axundov bu vəzifələrə qeyri-peşəkarları, mühafizə, təhlükəsizlik işini mükəmməl bilməyən adamları gətirir. Öz qohumlarını ən mühüm vəzifələrə yerləşdirib. Bu sistemdəki neqativ hallarla mübarizə aparmaq istəyən şəxsləri isə Asif Lətifov, Seymur Əlicanov kimi müxtəlif bəhanələrlə işdən çıxarırlar. Onlar bu sistemdə 20 ilə yaxın qulluq edib. İndi onları xidmətə yarasız elan edərək sistemdən uzaqlaşdırıblar. Bu, zabit şərəfinə hörmətsiz yanaşmaqdır. Bu adamlar orada can qoyub. İndi niyə lazımsız bir əşya kimi kənara atılmalı, hətta pensiyaya çıxmaq hüquqları da əlindən alınmalıdır? Hətta fərarilik etmiş adamlar bu gün XDMX-də yüksək vəzifələrə çəkilib. Axundov məni də peşəkar kadr olduğum və kiməsə boyun əymədiyim üçün bəhanə ilə vəzifədən azad etmişdi. Peşəkarları işdən azad edib, hətta digər qurumlarda qulluq edib təqaüdə çıxmış adamları hansısa şərtlərə görə yenidən xidmətə qaytarırlar.
Məsələn, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı Elşad Fərəcov təqaüddə olduğu halda yenidən xidmətə bərpa edilib. Bu gün orada elə vəziyyət yaranıb ki, aşağıdan yuxarıya doğru kiməsə şikayət etmək mümkün deyil. Vaqif Axundovun qəbuluna düşməyə imkan verilmir. Keçmiş döyüşçülər, qvardiyaçılar olaraq şəhid qardaşımız Əfqan Hüseynovun xatirəsini yad etmək üçün onun qvardiyanın həyətindəki abidəsini ziyarət etməyimizə imkan verilmir”.
Qeyd edək ki, Əzizağa Süleymanovun bu açıqlamasını təsadüfi olaraq xatırlatmadıq. Yuxarıda sadalanan faktlar içində hər halda diqqətçəkəni Zakir Fərəcovun qohumu ilə bağlı olan məqamdır. Çünki əldə etdiyimiz məlumatlardan da aydın olur ki, əslində XDMX-də kürd qruplaşması çox ciddi şəkildə möhkəmlənib və sözügedən iqtidardaxili komandanın üzvü olan Zakir Fərəcovun qohumunun da yenidən irəli çəkilməsi məhz bu məqamla bağlıdır.
Mötəbər mənbələrdən DİA.AZ-a ötürülən informasiyalara görə, hakimiyyətiçi kürd qruplaşması tam olaraq prezidentin mühafizə xidmətini ələ keçirib. Mənbəmiz iddia edir ki, Vaqif Axundov yenidən kadr islahatları həyata keçirmək niyyətindədir: В«Bu В«islahatlarВ» nəticəsində işlərini itirən XDMX əməkdaşlarının yerinə kimlərin gətiriləcəyi məlumdur. Birbaşa olaraq Vaqif Axundovun nəzarəti altında kür əsilli bir neçə xüsusi kadr hazırlanıbВ».
Bu gün çox mühüm bir mövqedə kürd qruplaşmasının hökmranlıq etməsinin əslində ölkədəki ictimai-siyasi mühitə birbaşa təsir etdiyini bildirən mənbəmiz onu da vurğuladı ki, Vaqif Axundovun MTN rəhbərliyi ilə qovğasının kökündə də bu məqam dayanır: В«Çünki XDMX rəisinin sözügedən fəaliyyəti ilə bağlı MTN tərəfindən əldə olunan konkret materiallar prezidentin diqqətinə çatdırılıb ki, bundan da Vaqif Axundov xəbər tutub. Ona görə də Axundov bir nəfəri MTN-nin В«şpionuВ» kimi işdən uzaqlaşdırmasına baxmayaraq, hələ də idarəsində MTN-nə işləyən şəxsin varlığına inanır, onun axtarışı ilə məşğuldurВ».
Bəli, bu bir faktdır ki, rəsmi dövlət qurumlarımızdan biri və həm də xüsusi missiyası olan bir xidmət bu gün işini-gücünü buraxıb, digər bir dövlət orqanının casusunu axtarmaqla məşğuldur.
Mövzu diqqətimizdədir. Bizi izləməkdə davam edin…


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34 |
|
|
|
| • Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11 |
|
|
|
| • Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09 |
|
|
|
| • Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07 |
|
|
|
| • "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04 |
|
|
|
| • Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46 |
|
|
|
| • Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27 |
|
|
|
| • Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20 |
|
|
|
| • Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16 |
|
|
|
| • ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10 |
|
|
|
| • Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05 |
|
|
|
| • Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58 |
|
|
|
| • Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55 |
|
|
|
| • Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52 |
|
|
|
| • "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50 |
|
|
|
| • Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48 |
|
|
|
| • "Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45 |
|
|
|
| • TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34 |
|
|
|
| • Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28 |
|
|
|
| • Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25 |
|
|
|
| • Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24 |
|
|
|
| • Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19 |
|
|
|
| • Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06 |
|
|
|
| • Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02 |
|
|
|
| • Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55 |
|
|
|
| • Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49 |
|
|
|
| • Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42 |
|
|
|
| • Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31 |
|
|
|
| • Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28 |
|
|
|
| • Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24 |
|
|
|
| • Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23 |
|
|
|
| • Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20 |
|
|
|
| • Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11 |
|
|
|
| • Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10 |
|
|
|
| • Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06 |
|
|
|
| • “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04 |
|
|
|
| • Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:55 |
|
|
|
| • General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Dünən, 16:50 |
|
|
|
| • “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Dünən, 16:48 |
|
|
|
| • Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Dünən, 16:43 |
|
|
|
| • Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:42 |
|
|
|
| • Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Dünən, 16:38 |
|
|
|
| • İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Dünən, 16:31 |
|
|
|
| • Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Dünən, 16:29 |
|
|
|
| • Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Dünən, 16:27 |
|
|
|
| • Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Dünən, 16:24 |
|
|
|
| • Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Dünən, 16:21 |
|
|
|
| • Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Dünən, 16:19 |
|
|
|
| • Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Dünən, 16:06 |
|
|
|
| • Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Dünən, 16:05 |
|
|
|
|