İCRA BAŞÇISI "MODERN" В«BERLİN DİVARIВ» QURUB
Tarix: 3-07-2012, 11:57 | Çap et
SÜLEYMAN MİKAYILOVUN BİR AMALI VAR: PUL TOPLAMAQ VƏ PUL TOPLAMAQ
DİA.AZ: - Qaradağ rayonu icra hakimiyyətinin başçısı Süleyman Mikayılovla bağlı vətəndaş şikayətləri durmadan artmaqdadır. Bildirək ki, redaksiyamızda olan onlarla sahibkar bu gün icra başçısının zülmündən şikayətçi düşdüklərini bildirməklə yanaşı, В«yuxarıdaВ» himayədarlarının olduğunu bildirən başçıya qarşı hər hansı tədbirin görülmədiyini də xüsusi olaraq vurğulayıblar.
Sahibkarların DİA.AZ-a bildirdiyinə görə, Süleyman Mikayılov iki il əvvəl Qaradağ rayonuna icra başçısı göndəriləndən sonra özünün bir amalının olduğunu - yəni onun üçün PULUN daha önəmli olduğunu hər kəsin diqqətinə çatdırdı: В«Bütün istiqamətlərdə yalnız bir məqsədlə iş görülür: DAHA ÇOX PUL TOPLAMAQ. Hətta görülən abadlıq işləri də məhz sıravi vətəndaşlardan, idarə müdirlərindən, sahibkarlardan, ayrı-ayrı adamlardan pulun toplanmasına hesablanıbВ».
Xatırladaq ki, prezident İlham Əliyev Qaradağ rayonundan deputat olub və millət vəkilliyi dönəmində dövlət başçımız Qaradağda kifayət qədər ciddi abadlıq işlərinin həyata keçirilməsinə nail olub. Amma buna rəğmən Qaradağ sakinləri Süleyman Mikayılovun İlham Əliyevin millət vəkilliyi dönəmində həyata keçirilən quruculuq işlərindən əsər-əlamət qalmadığını da bildirirlər:
В«Küçələr dağılıb, amma bu adam pul yığmaqla məşğuldur. Bir müddət əvvəl Lökbatan qəsəbəsində stadionun yuxarı hissəsinə yerləşən küçədə təmir işləri başlanıldı. Səbəbsiz deyildi. Çünki prezident İlham Əliyevin Qaradağa səfəri nəzərdə tutulmuşdu. Sonradan məlum olur ki, dövlət başçısı rayona gəlməyəcək. İcra başçısı da işi yarımçıq saxladı və günü bu gün də yolun kənarındakı bardyorlar yenilənsə də, asfalt çəkilməyib. Prezidentin növbəti səfəri gözlənilir. İndi Lökbatan camaatı da səbirsizliklə prezidentin nə zaman gələcəyini gözləyir. Və məcburdurlar ki, dağılmış yolla, alayarımçıq təmir edilmiş yolla hərəkət etsinlər. Çünki Süleyman Mikayılov həmin yolun təmiri adı altında yığdığı pulu çoxdan xərcləyib və prezidentin səfərinin təxirə salınması səbəbindən işi yarımçıq dayandırıb. İndi bilirik ki, prezidentin əgər Qaradağa yolu düşərsə, icra başçısı həmin yolun təmiri adı altında yenidən pul yığmağa başlayacaqВ».
Daha sonra şikayətçilər bildirirlər ki, bu gün Süleyman Mikayılovun özbaşınalıqları ilə bağlı bütün müvafiq instansiyalar müraciət etsə də, baxılmır: В«Biz nə etməliyik ki, müraciətlərimiz nəticəsini versin?В»
Bu arada narazı sahibkarlar redaksiyamıza maraqlı bir faktı da açıqladılar. Onların sözlərindən belə aydın olur ki, yenə də yerli iş adamlarından pul toplamağı qəsd edən Süleyman Mikayılov Qobustan qəsəbəsində əməlli-başlı В«Berlin divarıВ»nın bənzərini qurub: В«Məktəb qalıb bir yanda. Məktəbə, xəstəxanaya gediş-gəliş dayanıb. Əsas hədəf isə kommersiya obyektləridir. Divar arxasında qalan mağazaların sahiblərinə bildirilib ki, hər biriniz 30 min manat versəniz, divarlar yıxılacaq və qapı açılacaqВ».
Narazı sahibkarlar DİA.AZ-a icra başçısının qanunsuz torpaq alveri ilə məşğul olduğunu da söylədilər:
В«Sahil qəsəbəsində boş qalmış əraziləri zəbt edib, satdırır və heç bir sənəd vermir. Yuxarıdan gələnlərə də deyir ki, AXC iqtidarı zamanı - В«özbaşınalıqВ» dövründə inşa edilib. Amma yaşayış evlərinin böyük əksəriyyətinin heç sementləri də qurumayıb. Və bu yaş sementlər Süleyman Mikayılovun yalan danışdığını sübutlamaqdadırВ».
Bildirək ki, icra başçısının qanunsuz torpaq zəbt etdiyi əsas ərazilər Hərbi Hospitalın və Çaxır zavodunun yaxınlığındakı ərazilərdir. Bunlar bir yana, narazı sahibkarların sözlərinə görə, icra başçısı Sanqaçal qəsəbəsində dəniz sahilində yerləşən Mədəniyyət və Turizm Nazirliyinin balansında olan 4-cü əsrə aid qədim mağaranı da hasarlayaraq özəlləşdirib, yəni tarixi abidə Süleyman Mikayılovun girovluğundadır.
Hər halda, bu faktlar Qaradağın icra başçısının aktivinə yazılan neqtivlərin heç də hamısı deyil. Araşdırmalarımız davam edir. Bizi izləyin…


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Laminar" MMC nizamnamə kapitalını kəskin şəkildə azaldıb
Bu gün, 13:02 |
|
|
|
• Bir tərəfdə Azərbaycana təbrik, digər tərəfdə narazı ermənilər
Bu gün, 13:00 |
|
|
|
• İsrail-İran münaqişəsi alovlanıb, bölgənin digər ölkələrinə də keçsə... - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• “Ən yaxın müttəfiqlərini qoyub Azərbaycabndan bunu istəmək absurd deyilmi?” - NƏ BAŞ VERİR?
Bu gün, 12:49 |
|
|
|
• İsrail-İran qarşıdurması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? - ARAŞDIRMA
Bu gün, 12:47 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyi “Manqal” restoranına 2 min manat ödəyib
Bu gün, 12:41 |
|
|
|
• "Milk-Pro" ləğv olunur
Bu gün, 12:37 |
|
|
|
• Avropa Şurası sülh istəyirsə, İrəvana diqqətlə baxsın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:34 |
|
|
|
• Mülayim şərq küləyi bir sıra ərazilərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:31 |
|
|
|
• YAP Qaradağ rayon təşkilatı Qurtuluş Günü ilə bağlı tədbir keçirdi
Bu gün, 12:29 |
|
|
|
• İsrail əməliyyatdan qabaq İranda gizli baza yaradıb
Bu gün, 12:25 |
|
|
|
• Nəzrin Mansurlunun ölümünə görə həbs olunan həkimin məhkəmə baxışı təyin olunub
Bu gün, 12:21 |
|
|
|
• Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir - İLGİNC FAKTLAR...
Bu gün, 12:18 |
|
|
|
• İsrail nədən TƏLƏSİK ADDIM ATDI? - ÇÜNKİ...
Bu gün, 12:08 |
|
|
|
• İsrail İranın hərbi obyektlərini belə vurub - DRON ÇƏKİLİŞİ
Bu gün, 12:04 |
|
|
|
• Bakıda 44 nəfərə məcburi ərizə yazdırıb işdən çıxartdılar - NARAZILIQ VAR...
Bu gün, 12:01 |
|
|
|
• Keçmiş bankir özünə yeni şirkət yaratdı
Bu gün, 11:52 |
|
|
|
• Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: "Tələsirdim..." - TƏFƏRRÜAT
Bu gün, 11:49 |
|
|
|
• Rəsmi Bakı İsrailin İrana hücumuna belə REAKSİYA VERDİ
Bu gün, 11:45 |
|
|
|
• İsrail İranı BOMBALADI: Tehran yəhudiləri qoyub yenədəmi zəif düşmən axtaracaq? - AKTUAL
Bu gün, 11:35 |
|
|
|
• Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib... - Azad Məlikov bizi təhqir etdi, dedi ki...
Bu gün, 11:20 |
|
|
|
• İçində azərbaycanlıların olduğu təyyarə İrəvana eniş etdi - Erməni nəşri
Bu gün, 11:17 |
|
|
|
• “Qarabağı işğal edən əslində ermənilər deyil, onların “xaç atası” idi...” - ŞƏRH
Bu gün, 11:15 |
|
|
|
• “Olympus” MTK kütləvi narazılıq yaradır... - Biz nə vaxta qədər küçələrdə qalacağıq?
Bu gün, 11:12 |
|
|
|
• Almaz Ələsgərovadan ETİRAZ: - “Mənasız mahnılar gic edib bizi”
Bu gün, 11:07 |
|
|
|
• Fəlsəfə doktorundan sosioloqa sərt reaksiya: kişilər divanda əlinə… - QALMAQAL
Bu gün, 11:06 |
|
|
|
• “Nur” çörək zavodu milləti KOR QOYMAQ İSTƏYİR? - vətəndaş canı ilə risqə gedir...
Bu gün, 11:02 |
|
|
|
• Yeddi uşağın ölüm işi: bu ilk yanğın deyildi, əvvəllərdə iki dəfə yanğın olub - MƏHKƏMƏ
Bu gün, 11:01 |
|
|
|
• Bakıda kişi yola benzin tökdü, özü də yandı - TƏFƏRRÜAT
Bu gün, 10:54 |
|
|
|
• Əmrullayevin yarıtmaz KADR SİYASƏTİ... - NƏ ETMƏLİ?
Bu gün, 10:50 |
|
|
|
• “Əhməd kimi bütün ailəni öldürəcəm...” - 18 yaşında ana olan Mədinə amansızlıqla qətl edildi
Bu gün, 10:46 |
|
|
|
• Azər Qasımlının istintaqı başa çatdı
Bu gün, 10:37 |
|
|
|
• MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmədə əmlaklara qoyulan həbsin götürülməsi istənilib
Bu gün, 10:26 |
|
|
|
• Azərbaycanlı hacılar Ciddə aeroportunda qaldılar - FOTO
Bu gün, 10:21 |
|
|
|
• DGK-nin Mərkəzi Hospitalı “Azəri Med” şirkətinə 1,4 mln manatlıq sifariş verib
Bu gün, 10:19 |
|
|
|
• Avropa onu Azərbaycana təhvil verdi - TƏFƏRRÜAT
Bu gün, 10:13 |
|
|
|
• Paytaxt meriyasının layihəsinə Xəzər rayonu da qoşuldu - FOTO
Bu gün, 10:05 |
|
|
|
• Bakı Krımı Rusiya ərazisi kimi TANIYA BİLƏRMİ? - Görünəni odur ki...
Bu gün, 10:00 |
|
|
|
• Paşinyanın “Real Ermənistan”ı tarixi reallıqdan uzaqdır -ŞƏRH
Bu gün, 09:59 |
|
|
|
• "Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm"
Bu gün, 09:53 |
|
|
|
• "Qala Sığorta” 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb... - NARAZILIQ VAR...
Bu gün, 09:49 |
|
|
|
• İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır - Məxfi razılaşma
Bu gün, 09:36 |
|
|
|
• Gömrük Komitəsinin inspektoruna hökm oxundu
Bu gün, 09:33 |
|
|
|
• “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı - BU NƏDİ BELƏ?
Bu gün, 09:24 |
|
|
|
• Kilsə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 09:18 |
|
|
|
• Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? - İLGİNC
Bu gün, 09:16 |
|
|
|
• Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:12 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşına cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 09:02 |
|
|
|
• Turizm şirkəti Gədəbəydə bayram təşkil edəcək - TENDER
Bu gün, 08:56 |
|
|
|
• Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
Bu gün, 08:45 |
|
|
|
|