Bu, Sahil Babayevin FİASKOSUDUR... - XALQ NARAZIDIR...
Tarix: 27-07-2020, 09:58 | Çap et
 Son bir həftə ərzində 190 manat birdəfəlik ödəmə ilə bağlı Gözətçi İnsan Hüquqları Portalına Azərbaycanın müxtəlif bölgələrindən şikayətlər daxil olub. Şikayətlərin bir çoxunda aztəminatlı vətəndaşlara verilən birdəfəlik ödəmədən qanunsuz olaraq müxtəlif bəhanələrdə imtina edildiyi qeyd edilib.
Gəncə sakini Amil Allahverdiyev Gözətçiyə bildirib ki, 190 manat birdəfəlik ödəməni almaq üçün qeydiyyatdan keçsə də aztəminatlılıq meyarına uyğun gəlmədiyi əsas gətirilərək rədd cavab alıb. Amil Allahverdiyevin sözlərinə görə karantindən əvvəl işlədiyi şadlıq sarayı onun yeganə gəlir yeri olub . Pandemiya dönəmində şadlıq saraylarının fəaliyyətini dayandırmasına, onun işsiz kimi qeydiyyata alınmasına baxmayaraq, heç bir səbəb göstərilmədən ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilib. Gəlir yerinin olmadığını və bu müddət ərzində ailəsini dolandırmaqda çətinlik çəkdiyini deyən vətəndaş şikayəti ilə bağlı dəfələrlə DSMF-ə və Məşğulluq Mərkəzinə müraciət etdiyini lakin hər hansısa tədbir görülmədiyini bildirir.
Gəncə şəhər, Məhsəti qəsəbə sakini Aynur Əliyeva da birdəfəlik ödəmədən səbəb göstərilmədən məhrum olduğunu bildirir. O deyir ki, bu ilin aprel ayında Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdan keçib. Lakin bu günə qədər ona nə 190 manatın verilməsi, nə də imtina olunması ilə bağlı məlumat gəlməyib. Vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı Mərkəzinə müraciət etdikdə ona bildirilib ki, şikayəti ilə bağlı Nazirliyin Apellyasiya Şurasına müraciət etsin. A. Əliyeva adıçəkilən quruma rəsmi müraciət etdiyini lakin hələ də ona hər hansısa məlumatın bildirilmədiyini deyir.
Gəncə sakini Raya Şərifova isə birdəflik ödəməni almaq üçün heç bir səbəb göstərilmədən aztəminatlılıq meyarına uyğun gəlmədiyi cavabını alıb.
Göyçay rayonunda da bir neçə sakin oxşar problemlərlə qarşılaşıb. Vətəndaş Aqil Məmmədov bildirir ki, 190 manat birdəfəlik ödəməni almaq üçün ona təsdiq mesajı gəlsə də bu məbləği ala bilməyib. Göyçay da yerləşən Kapital bankdan sakinə bildiriblər ki, pul hesabına köçürülüb. Lakin vətəndaş hələ də kartı bankdan əldə edə bilməyib.
Göyçay sakini Samir Qədirov isə deyir ki, 190 manat üçün müraciətinə müsbət cavab gəlsə də Ağdaş poçtunda ona pulun götürülmüş olduğu bildirilib.
Rayon sakini Teymur Niftalıyev isə deyir ki, birdəfəkik ödəmə üçün müraciətinə avtomobil sürmə etibarnaməsi olduğu əsas gətirilərək imtina cavabı gəlib.
Göyçay sakini Günay Azayeva isə bildirir ki, 190 manat birdəfəlik ödəmə üçün qeydiyyatdan keçib, təsdiq mesajı alsada məbləğin özünü hələ də əldə edə bilməyib. Göyçay sakinləri şikayətləri ilə bağlı 142 qaynar xəttinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiklərini lakin müraciətlərinə hələ də cavab verilmədiyini bildirirlər.
Beyləqan şəhər sakini Sərxan Allahverdiyev isə deyir ki, karantindən əvvəl Beyləqan-Bakı maşrutu üzrə sürücü kimi fəaliyyət göstərib. Karantin müddətində fəaliyyətinə qadağa qoyulsa da 190 manat birdəfəlik ödəmə ala bilməyib.
Sakin Əbülfət Qələndərov da bildirir ki, karantindən əvvəl şadlıq evində video operator kimi fəaliyyət göstərib. Şadlıq evi karantin dövründə fəaliyyətini dayandırsa da, 190 manat birdəfəlik ödəmənin ona verilməsindən səbəb göstərilmədən imtina edilib.
Bəyləqan sakini Xatirə Əliyeva isə deyir ki, işsiz olduğu halda özünün xəbəri olmadan Beyləqan vergi idarəsində adına VÖEN açıldığına görə birdəfəlik ödəməni ala bilməyib. Vətəndaş şikayəti ilə bağlı Beyləqan məşğulluq idarəsinə və Beyləqan Vergi idarəsinə müraciət etsə də müraciətlərinə hələ də cavab verilmədiyini bildirir.
Kürdəmir şəhər sakinləri Aqil Baloğlanov, Elşad Hacıyev, Vüsalə Hüseynova, Qoşqar Hüseynov da Gözətçiyə etdikləri şikayətdə 190 manat birdəfəlik ödəməni oxşar səbəblər göstərilməklə ala bilmədiklərindən şikayətlənirlər. Vətəndaşlar bildirir ki, məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsələr də şikayətləri ilə bağlı hər hansısa tədbir görülməyib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15 |
|
|
|
| • Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27 |
|
|
|
| • Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26 |
|
|
|
| • Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20 |
|
|
|
| • İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18 |
|
|
|
| • Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15 |
|
|
|
| • “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13 |
|
|
|
| • Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10 |
|
|
|
| • Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51 |
|
|
|
| • 70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44 |
|
|
|
| • Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37 |
|
|
|
| • Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33 |
|
|
|
| • "Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30 |
|
|
|
| • Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29 |
|
|
|
| • Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03 |
|
|
|
| • ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53 |
|
|
|
| • MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51 |
|
|
|
| • “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48 |
|
|
|
| • “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45 |
|
|
|
| • Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44 |
|
|
|
| • Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42 |
|
|
|
| • Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34 |
|
|
|
| • Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22 |
|
|
|
| • SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15 |
|
|
|
| • Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03 |
|
|
|
| • Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02 |
|
|
|
| • Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39 |
|
|
|
| • Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38 |
|
|
|
| • Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33 |
|
|
|
| • Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25 |
|
|
|
| • “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08 |
|
|
|
| • Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06 |
|
|
|
| • Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02 |
|
|
|
| • Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Dünən, 13:47 |
|
|
|
| • Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Dünən, 13:42 |
|
|
|
| • Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Dünən, 13:34 |
|
|
|
| • Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Dünən, 13:31 |
|
|
|
| • Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Dünən, 13:07 |
|
|
|
| • “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Dünən, 13:06 |
|
|
|
| • “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Dünən, 12:59 |
|
|
|
| • Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Dünən, 12:49 |
|
|
|
| • Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Dünən, 12:39 |
|
|
|
| • Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Dünən, 12:35 |
|
|
|
| • Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Dünən, 12:30 |
|
|
|
| • Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Dünən, 12:27 |
|
|
|
| • Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Dünən, 12:24 |
|
|
|
| • Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Dünən, 12:13 |
|
|
|
| • Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Dünən, 12:08 |
|
|
|
| • Bu komitəyə yeni sədr seçildi - ƏMR
Dünən, 12:02 |
|
|
|
| • Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Dünən, 11:58 |
|
|
|
|