İKİ MƏMURUN DAVASININ ŞOK TARİXÇƏSİ
Tarix: 12-06-2012, 13:12 | Çap et
KƏRƏM HƏSƏNOVLA DÖYÜŞƏN QƏRİB MƏMMƏDOV NƏZARƏTƏ GÖTÜRÜLÜB
DİA.AZ: - Bir müddət əvvəl Milli Məlis rəhbərliyi tərəfindən açıq şəkildə В«vurulanВ» Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova qarşı yeni hərəkətlənmə var. Xatırladaq ki, buna qədər də komitə sədri hakimiyyət içindəki rəqibləri tərəfindən bir nömrəli hədəfə elan olunmuşdu və hətta onun həbsinin belə planlaşdırıldığı söylənilirdi.
Amma bunlar baş vermədi. Əvəzində Qərib Məmmədov iqtidariçi savaşın tam olaraq episentrinə düşməsi ilə çox ciddi zərbələr də almış oldu. Bildirək ki, Qərib Məmmədova qarşı aparılan kampaniyanın arxasında başqa bir komitə sədri - Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov dayanır. Bunu Qərib Məmmədov da yaxşı bilir. Daha doğrusu, Qərib Məmmədov bu faktı bildiyini hətta jurnalistlər qarşısında da hiss etdirib.
Vəziyyət o şəkildədir ki, hansısa mətbu orqanda Qərib Məmmədovun əleyhinə materiallar dərc olunducu zaman belə Qərib Məmmədovun adamları həmin nəşrlə yox, Kərəm Həsənovun adamları ilə əlaqə saxlayır, onları susdururlar. Yəni atəşin haradan gəldiyi barədə çox aydın təsəvvürlər var. Bu günlərdə isə Qərib Məmmədovun idarəsindən bir qəzet redaksiyasına telefon açılaraq belə bir ifadə işlədilib: В«Bilirik sifarişi hardan alıb Qərib Məmmədovun əleyhinə yazırsınız. Sizi Kərəm Həsənov öyrədir. Amma Qərib Məmmədovun adına çıxdığınız korrupsiyanın daha böyüyünü Kərəm Həsənov işlədib və işlətməkdədirВ».
Hər halda, bir jurnalistə bu şəkildə sözün deyilməsi artıq cəbhələr arası emosiyaların hansı səviyyədə gərilməsinin də göstəricisi kimi qəbul edilə bilər.
Onu da bildirək ki, əslində bu kimi iç münaqişələr hakimiyyətin üst düzəyi tərəfindən hər zaman təpgi ilə qarşılanıb. İqtidar sükanı arxasına keçdiyi ilk gündən daxili toqquşmalara sərt reaksiyasını gizlətməyən prezident İlham Əliyevin zamanında keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə o zamankı Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovla yollaşmağı təklif etdiyi də məlumdur. Lakin sonradan tərəflər arasında seçim edilir, Kəmaləddin Heydərov daha yüksək mərtəbəyə, Fərhad Əliyev isə məhbəsə göndərilir.
Sonradan iqtidar daxilindəki qaynar nöqtələrdən növbətisini keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevlə təhsil naziri Misir Mərdanov təşkil edir. Həmin məsələyə də prezident sərt formada reaksiya verir və hətta dövlət televiziyası tərəfindən canlı olaraq yayımlanan müşavirədə İlham Əliyev üstüörtülü də olsa, döyüşən tərəflərə В«kim siyasətlə məşğul olmaq istəyirsə, buyurub istefa versinВ» şəklində sərt ismarıcını da yollayır.
Bildirək ki, həmin ərəfədə Əli Nağıyevlə Misir Mərdanovun döyüşü hətta ATV kimi Prezident Administrasiyasının kontrolunda olan bir telekanal üçün də xəbər malzəməsi təşkil etməkdə idi. Və belə bir toqquşmanı sərt formada qarşılayan prezident sonradan Əli Nağıyevi Belorusiyaya mədəni sürgünə yollamaqla, daxili toqquşmalarda səbirsiz olduğunu da nümayiş etdirmiş oldu.
İndi isə iki komitə sədri - Kərəm Həsənovla Qərib Məmmədov arasında soyuq müharibə atmosferi hökm sürməkdədir. Nazirlər Kabinetindəki etibarlı mənbəmizdən əldə etdiyimiz bilgilərə görə, artıq bu konflikt də В«yuxarılarınВ» nəzərini cəlb edib və baş verənlər heç də Qərib Məmmədovun ürəyincə olmayacaq.
Mənbənin DİA.AZ-a söylədikləri: В«Əvvəlki iç münaqişələrdə olduğu kimi, bu dəfə də prezidentin xüsusi adamları tərəfindən ciddi araşdırmalar aparılıb və öyrənilib ki, əslində toqquşmaların kökündə Qərib Məmmədovun ilk olaraq Kərəm Həsənova qarşı cəbhə açması faktoru dayanır. Yəni ilk atəşi DTXK sədri açıb və sonradan məsələ get-gedə şiddətlənibВ».
Mənbəmiz bildirir ki, tərəflərə В«susun və yerinizdə oturunВ» göstərişi verilsə də, yenə də Qərib Məmmədov atəşkəsi pozub və özü də bir neçə dəfə: В«Aydın olub ki, Qərib Məmmədov mətbuatda onun əleyhinə yer alan istənilən bir materialın arxasında Kərəm Həsənovun dayanmasını zənn etdiyindən, şəxsi göstərişi ilə ƏMDK sədrinə qarşı cavab olaraq mətbu kampaniya həyata keçirib. Və nəticədə Kərəm Həsənova aid ilginc kampramat xarakterli materiallar Qərib Məmmədovun əli ilə mətbuata ötürülübВ».
Məlumatlardan aydın olur ki, belə bir araşdırma sonucunun ardından Qərib Məmmədov təkrar olaraq nəzarətə götürülüb: В«Parlament rəhbərliyinin Qərib Məmmədovu bələdiyyə torpaqlarını satmaqda ittiham etməsi də təsadüfi deyildi. Bu, əslində rəsmi mövqedir. Əgər Qərib Məmmədov ona verilən sürəni uğurlu şəkildə başa vurmazsa, o zaman gedişinə fərman veriləcəkВ».
Mövzu diqqətimizdədir. Bizi izləyin…


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10 |
|
|
|
| • Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05 |
|
|
|
| • Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58 |
|
|
|
| • Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55 |
|
|
|
| • Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52 |
|
|
|
| • "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50 |
|
|
|
| • Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48 |
|
|
|
| • "Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45 |
|
|
|
| • TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34 |
|
|
|
| • Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28 |
|
|
|
| • Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25 |
|
|
|
| • Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24 |
|
|
|
| • Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19 |
|
|
|
| • Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06 |
|
|
|
| • Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02 |
|
|
|
| • Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55 |
|
|
|
| • Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49 |
|
|
|
| • Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42 |
|
|
|
| • Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31 |
|
|
|
| • Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28 |
|
|
|
| • Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24 |
|
|
|
| • Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23 |
|
|
|
| • Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20 |
|
|
|
| • Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11 |
|
|
|
| • Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10 |
|
|
|
| • Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06 |
|
|
|
| • “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04 |
|
|
|
| • Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:55 |
|
|
|
| • General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Dünən, 16:50 |
|
|
|
| • “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Dünən, 16:48 |
|
|
|
| • Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Dünən, 16:43 |
|
|
|
| • Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:42 |
|
|
|
| • Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Dünən, 16:38 |
|
|
|
| • İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Dünən, 16:31 |
|
|
|
| • Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Dünən, 16:29 |
|
|
|
| • Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Dünən, 16:27 |
|
|
|
| • Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Dünən, 16:24 |
|
|
|
| • Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Dünən, 16:21 |
|
|
|
| • Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Dünən, 16:19 |
|
|
|
| • Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Dünən, 16:06 |
|
|
|
| • Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Dünən, 16:05 |
|
|
|
| • İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Dünən, 16:03 |
|
|
|
| • İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Dünən, 15:34 |
|
|
|
| • Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Dünən, 15:27 |
|
|
|
| • XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Dünən, 15:26 |
|
|
|
| • Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Dünən, 15:17 |
|
|
|
| • Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Dünən, 15:14 |
|
|
|
| • Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Dünən, 15:13 |
|
|
|
| • İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Dünən, 15:11 |
|
|
|
| • “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 15:08 |
|
|
|
|