Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                 

“Elə bilirlər ki, istənilən nağılı danışmaq olar”
Tarix: 17-07-2014, 09:57 | Çap et
“Elə bilirlər ki, istənilən nağılı danışmaq olar”
AXC-nin yubileyinin qeyd olunduğu ərəfədə AXCP sədri Əli Kərimlinin ruporu kimi fəaliyyət göstərən “Azadlıq” qəzetində “xatirə”ləri dərc olunub. Əsası Əbülfəz Elçibəy tərəfindən qoyulan, sonra isə parçalanmaya məruz qalan qurumun yaradılmasının növbəti ilində Ə.Kərimli yenə də özünə əl qataraq AXC-nin fəaliyyətindəki “misilsiz” xidmətlərindən danışıb. Klassik cəbhəçilərin Elçibəyə xəyanətdə ittiham etdiyi Ə.Kərimli xislətinə sadiq qalaraq cəbhə hakimiyyətinin etdiklərini öz adına çıxıb, öndər “zəhmətkeş”in özü olduğunu vurğulamağa çalışıb. Təbii ki, onun dedikləri ciddi qəbul olunmayıb və partiya sədri növbəti dəfə özünü lağ obyektinə çevirib. AXC dövrünü yaşamış, baş verənlərə canlı şahid olmuş şəxslər onu özünü həmin dövrün lideri kimi təqdim etməsinə, hər şeyi öz adına çıxmaq mərəzindən qurtula bilmədiyinə görə qınadılar.
Bu mövzuda fikirlərini bizimlə bölüşən millət vəkili Aydın Mirzəzadə dedi ki, yazını oxuyarkən oradakı şişirtmələrə görə təəssüf hissi keçirib: “Hamı bilir ki, o komanda çox təcrübəsiz idi. Ona görə də onlar tarixdə ölkənin inkişafı ilə bağlı heç bir strateji planı olmayan, bir-birinin ardınca həm daxili, həm də xarici siyasətdə məğlubiyyətə uğrayan iqtidar kimi qalıblar. Həmin dövr Azərbaycan vətəndaşlarının yaddaşına “itirilmiş imkanlar dövrü” kimi yazılıb. Təəssüf ki, o dövrkü iqtidar nümayəndələri vahid komandan ətrafında birləşə bilmədilər. Heç normal ordu da qurmadılar. Bunun nəticəsində ölkəmiz cəbhə xəttində böyük məğlubiyyətlərə düçar oldu. Azərbaycan üçün təkcə siyasi deyil, iqtisadi tərəfdən də bir şey edə bilmədilər. Onlar planlı, nizamlı fəaliyyət göstərmirdilər. Hətta hakimiyyətlərinin son dövründə ən zəruri ərzaq mallarının qıtlığı yaranmışdı. Bilirsiniz ki, o zaman insanlar çörək növbəsində dururdular. Ona görə də millətdə iqtidara qarşı böyük inamsızlıq əhval-ruhiyyəsi formalaşmışdı”.
A.Mirzəzadə qeyd etdi ki, AXC dövrü təkcə daxili siyasətdəki uğursuzluqları ilə yadda qalmayıb: “İqtidar xarici siyasətdə də böyük uğursuzluğa uğramışdı. Qonşu dövlətlərlə, Azərbaycana strateji müttəfiq ölkələrlə düşmənçilik münasibətləri yaratmışdılar. Ona görə də həmin dövlətlər beynəlxalq aləmdə Azərbaycana dəstək olmaqdan imtina etdilər. Məlumdur ki, iqtidarın daxilində də parçalanma var idi və hakimiyyət nümayəndələri açıq şəkildə biri-birini müəyyən məsələlərdə ittiham edirdilər. Onların fəaliyyətləri sonda vətəndaş müharibəsi həddinə gəlib çıxdı. Yazıdan da gördüyünüz kimi, Əli Kərimli bu məqaləsini müstəqillik dövründə anadan olmuş və bu gün elə də çox yaşı olmayan gənc nəsil üçün nəzərdə tutub. O hesab edir ki, gənclərimiz öz tarixlərindən xəbərsizdirlər və onlara istənilən nağılı danışmaq olar. Düşünürəm ki, Azərbaycanın həmin dövrdəki uğursuzluqlarına məsuliyyət daşıyan şəxslərdən biri məhz Əli Kərimli özüdür. Bu gün Azərbaycanın uğurları göz qabağındadır. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra seçdiyi düzgün yol nəticəsində ölkəmiz böyük uğurlara imza atıb. Qeyd etməliyəm ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Əli Kərimli və onun komanda üzvləri Sürət Hüseynov tərəfindən Bakının mərkəzi meydanında dar ağacından asılmaq təhlükəsindən xilas olub. Sürət Hüseynov bunu açıq şəkildə elan etmişdi. Əli Kərimlinin indiki dövrdə, demokratiyanın inkişaf etdiyi ölkədə, özünün nəzarəti altında olan mətbuat orqanında belə çıxış etməsi normaldır. Hesab edirəm ki, bu cür, yalana söykənən fikirlərlə geniş auditoriyaya təsir etmək mümkün deyil”.
Millət vəkilinin fikrincə, Əli Kərimli o dövrdə görülən işləri adına çıxırsa, elə birdəfəlik həmin müddətdə ölkəyə prezidentlik etdiyini elan eləsin: “Əli Kərimli etiraf etsin ki, o zaman prezident özü olub, Əbülfəz Elçibəy yox. Bu məqam bayaq dediyim fikri bir daha təsdiq edir ki, həmin dövrdə iqtidarda olanlar bir-birilərini vurmağa çalışırdılar. Yüksək vəzifədə olanların hamısı, o cümlədən, Əli Kərimli Əbülfəz Elçibəyi nəzarət altında saxlamağa, öz siyasətini yürütməyə çalışırdı. Aydın məsələdir ki, bu gün o şəxslərin hər biri özünü qəhrəman kimi təqdim etməyə çalışacaq, olanları başqa formada təqdim edəcək. Əminəm ki, xalqımız bir dəfə onların hakimiyyətini gördüyünə görə bir daha öz taleyini həmin komandanın əlinə verməyəcək”.

Vəhdət Partiyasının sədri Tahir Kərimli qeyd etdi ki, birillik hakimiyyəti iyirmi bir illik hakimiyyətlə müqayisə etmək doğru deyil: “Həmin dövrün böyük təhlilə ehtiyacı var və bir səhifəlik yazı ilə bitən məsələ deyil. Hamı bilir ki, o dövr Əli Kərimlinin dediyi kimi ideal olmayıb. O, yazısında Kəlbəcər və Qarabağ məsələsində Türkiyənin iştirakını vurğulayır. Qeyd edir ki, guya buna onlar nail olublar. Amma məlumdur ki, Türkiyə bütün məsələlərdə bizə yardım edir. Onlar təkcə AXC dövründə deyil, bütün müstəqillik tariximizdə bizimlə olublar. Türkiyənin bizə yardım etdiyi kimi, Azərbaycan da hər zaman onlara köməyini əsirgəməyib. Belə bir sual verə bilərlər ki, Türkiyə o zaman həmsədr dövlət idimi? Xeyr. Türkiyə heç vaxt həmsədr dövlət olmayıb. Sadəcə olaraq, ATƏT-in Minsk qrupunun 11 üzvündən biri olub və yaxın dövlət kimi bizə yardım etməyə çalışıb. Əli Kərimli yazısında məhkəmələrlə bağlı məqamlara da toxunub. Doğrudur, o zaman müstəqil məhkəmə hakimiyyəti formalaşması üçün işlər görülürdü. Məhkəmə quruculuğu, onların müstəqil hakimiyyəti üçün, hakim statusu və s haqda qanun qəbul edilmişdi. Bəs nə üçün gizlədilir ki, həmin qanunlara prezident qol çəkməmişdi”.
T.Kərimli nəzərə çatdırdı ki, o dövrkü iqtidardan hər zaman təzyiq görüb: “Mən xaricdə olanda Milli Məclisə qanun təqdim edilmiş və o rədd olunmuşdu. Ondan sonra mən əlimdə istefa ərizəmlə parlamentdə çıxış etdim. Dedim ki, ya bu qanun qəbul olunacaq, ya da belə hakimiyyətin Ali Məhkəməsinin sədri işləməyəcəyəm. Bir məsələni də deyim. O vaxt Lenin muzeyi ləğv olunmuşdu və prezidentin fərmanı ilə ədalət evi kimi ədliyyə orqanlarına verilmişdi. Sual yaranır – onu icra etməyə kim qoymadı? Həmin vaxtlarda В«AzadlıqВ» qəzetinin özündə əleyhimizə yazılar verildi. Mənim rüşvətxorluğun qarşısının alınması üçün etdiyim təklifə lağ edirdilər. O vaxtı demişdim ki, hakimlərin rüşvət almaması üçün əmək haqqını 100 dollar civarında vermək lazımdır. Buna görə qəzet mənə gülür, haqqımda onlarla iftira yazırdı”.
Müsahibimiz bildirdi ki, o dövrdə Əli Kərimlinin iddia etdiyi kimi şəffaflıq olmayıb: “Məhkəmənin qərarlarını icra etmirdilər. Nazirlərin özbaşınalıqları da göz qabağında idi. Ay Əli Kərimli, sən müxalifətsən və hazırkı hakimiyyəti tənqid edə bilərsən. Buyur, sağlam şəkildə tənqidlərini söylə. Bunun əvəzində durub o dövrü, özünü ideallaşdırmağa ehtiyac yoxdur. Bütün məsələlərdə obyektiv olmaq lazımdır. İnsan gərək öz səhvlərini deməyi bacarsın. Barəndə təriflər deməklə iş bitmir, yanlışlarınızı da yazmağı bacar. Belə obyektivsinizsə, o dövrü təkcə tərifləməyin, harada səhv etdiyinizi də yazın. Özünün edə bilmədiyini başqasından tələb etmək nə dərəcədə düzgündür?”
Partiya sədri staus-məqalədə hakimiyyətin ideallaşdırılması cəhdinə təəssüfləndiyini dedi: “Orada qeyd olunur ki, Azərbaycan hərbi qüvvələri Rusiya ordusunu ölkə ərazisindən çıxara bilib, amma digər dövlətlər bunu bacarmayıb. Bu, düzgün mülahizə deyil. Necə olur daha böyük dövlətlər edə bilmir, amma balaca Azərbaycan Rusiya qoşunlarına təzyiq edir və onu ərazisindən çıxarmağa müvəffəq olur? Heç kim bu sualı onlara vermir. Rus hökuməti getməsəydi, onu ölkədən çıxarmaqmı olardı? Bu məsələdə Azərbaycan hakimiyyətinin rolunu şişirtmək lazım deyil. Çünki Rusiya beynəlxalq danışıqlar nəticəsində Azərbaycan ərazisindən çıxdı. Özləri getməsəydilər, bizim onları çıxarmağa heç cür gücümüz çatmayacaqdı. Bu məqamı ona görə deyirəm ki, tənqidlərin obyektiv olmağına tərəfdar adamam”.
\\ kaspi.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Bu gün, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Bu gün, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Bu gün, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Bu gün, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Bu gün, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Bu gün, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Bu gün, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Bu gün, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Bu gün, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Bu gün, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Bu gün, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Bu gün, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Bu gün, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Bu gün, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Bu gün, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Bu gün, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Bu gün, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Bu gün, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Bu gün, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Bu gün, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Bu gün, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Bu gün, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Bu gün, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru