Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                 

“Kimin İran agenturasına işlədiyini xüsusi xidmət orqanları daha yaxşı bilir” - deputat
Tarix: 2-02-2023, 08:23 | Çap et
“Kimin İran agenturasına işlədiyini xüsusi xidmət orqanları daha yaxşı bilir”
İranın günahı ucbatından Azərbaycanla münasibətlərinin gərginləşməsi ortaya bir sıra faktları çıxartdı. Artıq qonşu ölkənin Azərbaycandakı ictimai-siyasi və informasiya dayaqları Azərbaycan xüsusi xidmət orqanları tərəfindən nəzarətə götürülüb, Qum mərkəzli dini icmalar ifşa olunur, casus şəbəkəsi dağıdılır. İran 44 günlük Vətən müharibəmizdə və ondan sonra tutduğu ermənipərəst mövqeyi, Azərbaycana isə aşkar düşmənçiliyi ilə dövlətimiz tərəfindən adekvat münasibəti görməkdədir. Ölkə ictimaiyyəti də, lap elə iranpərəstlərin əksəriyyəti də rəsmi Tehranın Ermənistana açıq dəstək verdiyini görərək, bu yalançı müsəlman dövlətinin əsl maskasını görməkdə, tanımaqdadır. İndi İranının gerçək və çirkin sifəti tam ortaya çıxıb və bu sifətə simpatiya ilə baxmaq mümkün deyil. Adında İslam sözü daşıyan İran dövləti heç bir gizliliyə yol vermədən Ermənistanı dəstəkləyir və onun təhlükəsizliyini özünün qırmızı xətti sayır. Belə olan halda, ekspertlər haqlı olaraq qeyd edirlər ki, İran artıq Azərbaycanı itirib. 31 il ərzində Azərbaycanda göstərdiyi fəaliyyətin üstündən xətt çəkən İran azərbaycanlıların ictimai rəyində bitmiş durumdadır.

Azərbaycan xüsusi xidmət orqanları İran agenturasını hər yerdə ifşa etməkdədir. Prosesin davam edəcəyi də şübhə doğurmur. Lakin bəzi iddialar onu göstərir ki, Azərbaycan xüsusi xidmət orqanlarının axtarış istiqamətinin biri də mədəniyyət sahəsi ola bilər. Belə ki, kifayət qədər yayılmış iddialara görə, ölkə mədəniyyətinin meyxana sektorunda İran təsirləri kifayət qədər ciddidir. Bu barədə iddialar sırasına bir güclü simanın da rəyləri qoşulub. Belə ki, Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat Xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli Musavat.com-a deyib ki, informasiya resursları ilə başlayan həbslər davamlı olacaq və ən əsası, digər sahələri də əhatə edəcək. Sitat: “İnformasiya resursları ilə başlayan həbslər davamlı olacaq və ən əsası, digər sahələri də əhatə edəcək. Hamımız yaxşı bilirik ki, 30 il ərzində Ocaq Necat Azərbaycanda İranın dini agenturasının qurulması ilə bağlı işlər həyata keçirib. Ocaq Necat 1996-cı ildən bu yana Xameneyinin Azərbaycandakı nümayəndəsi olaraq İran mədəniyyət mərkəzinin çətiri altında ölkəmizdə bir çox şəxsləri əhatə edən ciddi işlər həyata keçirib. Bunun tərkibində media, ictimai-siyasi xadimlər, meyxanaçılar, muğam ifaçıları, iş adamları var”.

Əziz Əlibəylinin sitatındakı "meyxanaçılar" ifadəsi ictimai rəydəki iddiaları bir daha yeniləmiş və gücləndirmiş oldu. Bəs görəsən, həqiqətənmi ölkədəki əksər meyxanaçılar İran kəşfiyyatına işləyirlər?

Bu arada bildirək ki, fevralın 1-də Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasda millət vəkili Fazil Mustafa da bu məsələyə toxunaraq qeyd edib:

“Meyxanaçılar arasında, yas yerlərində yaradılmış xüsusi qruplar var, bunlar da nəzarətə götürülməlidir”.

Qeyd edək ki, meyxanaçılar arasında İran agenturası üçün işləyənlərin olması haqda hələ bir müddət bundan əvvəl iddialara yayılmışdı. Hətta Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Araz Qurbanov televiziya kanallarının birində demişdi ki, İran meyxanaçılar üzərindən Azərbaycanda öz niyyətlərini təbliğ etmək istəyir.

“Son zamanlar sosial şəbəkədə də, mətbuatda da Azərbaycanda meyxana ustalarının İrana meyli haqqında söhbətlər gəzir. Nəyə görə meyxanaçılar? Mətbuata girişə bilmədilər, sosial şəbəkələrdə effektiv fəaliyyət göstərə bilmədilər. Bilirsiniz ki, meyxana ustaları həmişə toyda, məclisdə, cəmiyyətin içindədir. Onlar İrana lazım olan ideologiyanı, fikirləri məhz meyxanaçılar vasitəsilə yayırlar. Bu da son dövrlərdə göstərir ki, o da onlar üçün uğursuz oldu. Mənə elə gəlir ki, İran ya bu gün, ya sabah düşünməlidir. Bilməlidir ki, onun ərazisindəki sabitliyini həm də Azərbaycan arzulayır”.

İrana meyilli meyxanaçılar sırasında tanınmış meyxanaçı Elşən Xəzərin də adı çəkilirdi. Çünki meyxanaçı getdiyi bir neçə məclisdə öz şeirlərini mərsiyə üzərində demişdi.

Həmçinin bir müddət əvvəl hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının Masallıda keçirilən toy mərasimindəki meyxana deyişməsində “Xomeyni çöküb qalıb, Behcəti naqruzkadadı” misrasını səsləndirməsinin ardınca işlətdiyi ifadələrə görə üzr istəməsi, bunu sosial şəbəkədə paylaşması birmənalı qarşılanmamışdı. O, paylaşdığı üzr videosuna görə sosial şəbəkə istifadəçilərinin tənqid obyektinə çevrilmişdi.

DİA.AZ bildirir ki, millət vəkili Aqil Abbas mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Millət vəkili bütün meyxanaçıların İran agenti adlandırılmasının yolverilməz olduğunu dedi:

“İranın Azərbaycanda olan mədəniyyət mərkəzlərinin nəyə qulluq etdiyini hamımız bilirik. Çox təəssüf ki, bu məsələnin üzərinə çox gec düşmüşük.

Lakin meyxanaçıların hamısının İran agenturasına işləməsini demək inandırıcı deyil. Bu, mümkün deyil. Aralarında 1-2 nəfər kimsə ola bilər, amma bunun bütün meyxanaçılara şamil etmək olmaz.

O ki qaldı mərsiyə üstündə meyxana oxumaq, onda muğam ifaçısı Elnarə Abdullayeva da bütün günü mərsiyə üslubunda ifalar edir, indi ona da İran agenti deyək? Əlbəttə ki, kimin İran agenturasına işlədiyini hüquq-mühafizə orqanları daha yaxşı bilir, amma bir daha qeyd edirəm ki, bütün meyxanaçıların İrana işləməsini demək, sadəcə, insafsızlıqdır".

Məşhur meyxanaçı Ağamirzə Məmmədov isə iddialara bu cür cavab verdi:

“Meyxana deyənlərin İranla nə işi var? Bu barədə heç vaxt heç nə eşitməmişəm. Amma hərdən olur ki, məsələn, "yaman yamandur, cavandır, toydu-nişandır, İrandır" və sairə bu cür qafiyələr deyirik. Olub ki, meyxanada yunan sözü də işlətmişik. Yəni meyxanaçıların İran agenturası ilə heç bir işi ola bilməz.

Görün o gün İran səfirliyimizdə nə oyun çıxartdı, nə bəla, dəhşət etdilər! Məgər qapıda dayanan İran polisinin gözü kor idi, o boyda avtomatı görmürdü? Polis orada bir qıram da olsa köməklik göstərmədi. İndi meyxanaçılar onlara işləyəcək? Meyxanaçıların bu söhbətə heç dəxli yoxdur.

O ki qaldı mərsiyə deməyə, mərsiyəni yalnız sinə döyməklə demək olar. Bildiyim qədər musiqi, ritm ilə mərsiyə demək olmaz. Bəli, 1-2 hansısa meyxanaçı meyxana deyəndə mərsiyəyə oxşatmağa çalışır, amma inanın ki, onlar İrana meyilli olmaq haqda heç düşünmürlər.

Biz indi bir Azərbaycanımızı, torpağımızı, dövlətimizi qorumalıyıq. Başqa söhbət ola bilməz".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Bu gün, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Bu gün, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Bu gün, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Bu gün, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Bu gün, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Bu gün, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Bu gün, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Bu gün, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Bu gün, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru