"Avropa İttifaqına bənzər Turan İttifaqının yaranması mühümdür" - Partiya sədri
Tarix: 12-11-2022, 09:04 | Çap et
 "Tarixin bütün axışlarında izlənən bir xətt var: müttərəqqi ideyaları meydana gətirənlər bəzən unudulur və ya kölgədə qalır, bəzən isə ögey münasibət görür, ideya daşıyıcıları idealist, romantik, xəyalpərəst, gerçəkliyi görə bilməyən kimi təqdim olunur. Bu ideyalar cəmiyyətin müxtəlif qatlarında bərqərar olur".
DİA.AZ xəbər verir ki, bu sözləri SİTAT.İNFO-ya AY Partiya başqanı Anar Əsədli bildirib. Onun sözlərinə görə, dünənə qədər bu ideyaları daşlayanlar indi ön sırada bayraqla yürüyürlər: "Olsun, buna ancaq sevinərik. Çünki əsas məsələ siyasi meydanda fikirlərin qalib gəlməsidir. Fikirlərimizin Azərbaycan üçün yeganə çıxış yolu olduğuna hər zaman əmin olmuşuq. Bu günün gələcəyini də bilirdik. Biz deyirdik ki, bütün Türk dövlətləri, xüsusilə Azərbaycan üçün Avropa İttifaqına bənzər Turan İttifaqının yaranması mühümdür və əhəmiyyətlidir. Biz deyirdik ki, Turan regionda etniküstü hərbi, siyasi, iqtisadi dövlətlər birliyidir. Turan bir qrup fanatik türkçünün ortaya atdığı romantik ideya deyil. Əksinə, kapitalizmin labüd etdiyi birləşib güc olmaq və ya indiki məşhur ifadə ilə desək, "Biz birlikdə güclüyük" praktik ideyasından doğan vacib nəticədir. Biz deyirdik ki, buna gülən, romantizm qalığı kimi baxanlar siyasi prosesləri bilməyən kəslərdi. Baxın, bu gün Turanın yaranmasında iştirak edən siyasi liderlərin heç biri milliyyətçi cinahın nümayəndəsi deyil. Yəni, xanımlar və cənablar! Turan artıq bir ideologiya deyil, bunu qəbul edin. Necə ki, millətçi cinahda olmayanlar bu gün TURANı qururlar". Partiya başqanı əlavə edib ki, Səmərgənd görüşü, oradakı atmosfer, səslənən fikirlər, Türk dövlətləri birliyinin mütləq zərurəti, türk xalqları ailəsi, Təbriz və Güney məsələləri tərəfimizdən son iki ildə platforma şəklində işlənib, fikirlər ətraflı səsləndirilib, məsələyə geniş aspektdən yanaşılıb:
"Səmərqənddə nə baş verdi? Əslində uzun müddətdir ki, inkişaf edən prosesin məntiqi davamını görürük. Şanxay zirvəsi, Qazaxıstan, Türkiyə, Özbəkistan, Azərbaycan dövlət başçılarının son vaxtlar tez tez təkrarlanan qarşılıqlı səfərləri, bir çox məsələ ilə bağlı birgə və ya ümumi marağa xidmət edən bəyanatlar silsiləsindən Səmərqənd görüşü də bir parça oldu.
Türk dövlətləri birləşməyə məhkumdur. Dəyişən siyasi və iqtisadi xəritə bu birləşməni labüd edir. Regionda son əsrlər güc sahibi olan Rusiya çökür. Bütün hərbi infrastrukturu çürümüş bir dövlət dişlərini qıcıya bilər, amma əvvəlki kimi dişləyib pay qopara bilməz. Digər tərəfdən güclənən Çin bu gün müttəfiq, sabah rəqib ola bilər. Güvənli sabahın qarantı birlikdir. Digər bir tərəfdən, ABŞ öz maraqlarına görə oynmağa çalışır, bir-bir rəqiblərini sıradan çıxarmağa cəhd edir və hələ ki, uğurla irəliləyir bu yolda. Ukrayna savaşında batan Rusiyanın çöküşünü təmin edir, İranın isə inqilab həddində olması şübhə doğurmur. Amerika tərəfinin “Azərbaycanın yanındayıq” bəyanatı da, səmimi dostluqdan xəbər vermir, əlbəttə. Məhz, Səmərqənd görüşündə Azərbaycan prezidentinin çıxışında 40 milyonluq soydaşımızın hüquqi təmsilçisi olmağımızın xatırlanması çağdaş siyasi gerçəklikdə “Bütöv Azərbaycan tezliklə qurula bilər” fikrini yaxın edir. Bizim coğrafiyada ən az ehtimal edilən siyasi gerçəklik Bütöv Azərbaycan məsələsi idi. Amma bu gün bu məsələ də bir çox dövlətlərin maraq dairəsindədir.
Bəli, Səmərqənd görüşü inkişafda olan dəyişim zəncirinin bir parçasıdır. Heç şübhəsiz, yaxın gələcəkdə daha sərt, daha aydın şəkildə səslənən fikirlərə şahid olacağıq. Çünki Türk dövlətlərinin siyasi, hərbi və iqtisadi birliyi artıq çağdaş zamanın tələbi, tarixin diqtəsidir. Unutmayaq ki, dünya üzərində 7 Türk dövləti ilə yanaşı, 50-dən çox kiçik Türk dövləti və əyaləti var. Göründüyü kimi, Turanın bayrağı, ordusu, coğrafi konturları və üzv ölkələrin siyasi iradəsi artıq hazırdır. Düşünürəm ki, Türk dövlət başçılarının indiyə qədər olan Zirvə toplantılarından fərqli olaraq, Səmərqənd Sammiti Quzey Kıbrısı da müşahidəçi kimi sıralarına qatmaqla “Türk Dövlətləri” ailəsinin strateji mahiyyətini tam göstərə bildi. Turanın qurulmasını labüd edən həm də zamandır. İki il öncə bir yazımda və çıxışımda vurğuladığım kimi, saatın əqrəbi bizim xeyrimizə işləyir".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Bu gün, 13:05 |
|
|
|
• Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ - DİQQƏT!
Bu gün, 12:46 |
|
|
|
• "Azərbaycanfilm"də olan yanğının şahidləri: - "Yer silkələndi, elə bildik, zəlzələ oldu"
Bu gün, 12:40 |
|
|
|
• Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Ajapakhyanı saxlayıblar
Bu gün, 12:31 |
|
|
|
• Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21 |
|
|
|
• Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış - GƏLİŞMƏ
Bu gün, 12:15 |
|
|
|
• Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır - TƏFƏRRÜAT
Bu gün, 12:10 |
|
|
|
• Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? _ Vətəndaş NƏ ETSİN?
Bu gün, 12:08 |
|
|
|
• "Əməliyyat olundum, hər şey yaxşıdır"
Bu gün, 12:00 |
|
|
|
• Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ... - Düşməni Tehranda axtarmaq əvəzinə...
Bu gün, 11:54 |
|
|
|
• Bakıda kişi "lyuka" düşdü: İki gündür tapılmır
Bu gün, 11:50 |
|
|
|
• "Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" - Müğənni Aysun
Bu gün, 11:45 |
|
|
|
• ““Qurani-Kərim”də Məhərrəm ayında toy qadağası ilə bağlı heç nə yoxdur, baş yarmaqdan, üz cırmaqdan uzaq olmalıdırlar” - deputat
Bu gün, 11:41 |
|
|
|
• 12 günlük savaşda məqsədə çatıldımı? - İNCƏLƏMƏ
Bu gün, 11:33 |
|
|
|
• Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
Bu gün, 11:30 |
|
|
|
• Partlayış baş verən “Azərbaycanfilm”ə kim rəhbərlik edir...
Bu gün, 11:23 |
|
|
|
• Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb
Bu gün, 11:20 |
|
|
|
• Rusiyadan NATO və Ermənistana növbəti mesaj - “İzvestiya” nəşri
Bu gün, 11:18 |
|
|
|
• Füzulinin icra başçısı Şəhid Milli Qəhramanın oğlunun toprağını əlində alır? - BU NƏDİ BELƏ?
Bu gün, 11:04 |
|
|
|
• Rusiya ordusu Zaporojyedə intensiv hücuma hazırlaşır
Bu gün, 10:57 |
|
|
|
• Qənirə Ataşova ABŞ vətəndaşı oldu
Bu gün, 10:48 |
|
|
|
• "Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır - RƏSMİ AÇIQLAMA
Bu gün, 10:45 |
|
|
|
• İrəvandakı həbslər sülhü yaxınlaşdırır? - AKTUAL
Bu gün, 10:31 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyəti Quru Qoşunları Komandanlığını ziyarət edib
Bu gün, 10:27 |
|
|
|
• Ter-Petrosyan Katolikosu Paşinyanın təzyiqlərinə qarşı soyuqqanlı olmağa çağırdı - İrəvanda gərgin anlar
Bu gün, 10:16 |
|
|
|
• İsrail İrana qarşı hərbi əməliyyatın nəticələri haqqında ətraflı məlumat təqdim edib
Bu gün, 10:12 |
|
|
|
• "Elm və təhsil nazirliyi imtahan keçirə bilmir" - İTTİHAM VAR...
Bu gün, 10:05 |
|
|
|
• Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:02 |
|
|
|
• Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi - AÇIQLAMA
Bu gün, 10:00 |
|
|
|
• Ermənistanda daha bir arxiyepiskopun iqamətgahında axtarış aparılıb - “Sputnik Ermənistan”
Bu gün, 09:57 |
|
|
|
• Fazil Mustafa RUS İŞĞALINI TƏRƏNNÜM ETDİ... - "1828-ci ildə buradan qopmasaydıq..."
Bu gün, 09:47 |
|
|
|
• `Capago Azərbaycan` viza mərkəzində PULQOPARMA ÜSULU... - "Ayıb deyilmi?!."
Bu gün, 09:39 |
|
|
|
• NBA-nın pos terminalında ÖDƏNİŞ PROBLEMİ - Bank da yaxasını kənara çəkir...
Bu gün, 09:31 |
|
|
|
• Bunların QIZIL ZƏMANƏTi də QƏLPDİR! - FAKT BUDUR...
Bu gün, 09:24 |
|
|
|
• Zelenski Putinin arzusunu açıqladı - "Dağılmış Avropanı görmək..."
Bu gün, 09:14 |
|
|
|
• “Onlara oxumağı qadağan edirəm” - Səsi batan xanəndələr: günah kimdədir?
Bu gün, 09:11 |
|
|
|
• "Mənzil sahibləri əksər hallarda prosesdən yayınırlar" - ÖNA GÖRƏ DƏ...
Bu gün, 09:10 |
|
|
|
• Paşinyan "B" planına keçdi - İndi nə edəcək?..
Bu gün, 09:08 |
|
|
|
• Qərb Universitetində ŞƏRQ ÜSULU - ÖZBAŞINALIQ...
Bu gün, 08:54 |
|
|
|
• ƏSL DƏLİXANA: Xəstənin qızıllarını lombarda girov qoydular... - TƏFƏRRÜAT
Bu gün, 08:50 |
|
|
|
• Əliyevlə Pezeşkianın telefon söhbəti VƏ... - GƏLİŞMƏ
Bu gün, 08:42 |
|
|
|
• Cəlilabad sakini ACINACAQLI DURUMDA - kömək istəyir...
Bu gün, 07:16 |
|
|
|
• Kredit götürmək istəyənlər oxusun – Bunu mütləq bilməlisiniz…
Bu gün, 07:04 |
|
|
|
• Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb? - Serbiyada küçələrdə qalmışıq
Bu gün, 06:59 |
|
|
|
• Pentaqon ABŞ müdafiə büdcəsinin Çinin cilovlanmasına yönəldiyini bildirib
Bu gün, 06:56 |
|
|
|
• Azərbaycanda səssiz problem: “Çox böyük təhlükəyə çevriləcək” - NƏ ETMƏLİ?
Bu gün, 06:55 |
|
|
|
• Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinun işi də alaylarımçıqdır - GİLEY
Bu gün, 06:43 |
|
|
|
• İşdən çıxarılmış direktor Prezidentdən kömək istədi - MÜRACİƏT
Bu gün, 06:39 |
|
|
|
|