Partiya sədrləri yox, deputatlar psixoloji yoxlamadan keçirilsin! - ETİRAZ
Tarix: 5-11-2022, 08:51 | Çap et
 Funksionerlər Asim Mollazadənin təklifini qeyri-ciddi adlandırıblar DİA.AZ bildirir ki, millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə maraqlı təkliflə çıxış edib. "Siyasi partiyalar haqqında" qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı çıxış edən deputat deyib ki, yaradılan partiyaların sədrləri psixoloji yoxlamadan keçirilməlidir. A.Mollazadə bildirib ki, bəşəriyyəti fəlakətlərlə üz-üzə qoyan Adolf Hitler kimi şəxslərin sonradan psixoloji xəstəlikləri olduğu məlum olub: “Ona görə də “Siyasi partiyalar haqqında” qanun layihəsində bu barədə maddənin əksini tapması vacibdir”. AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli "Şərq"ə açıqlamasında deputatın təklifini qeyri-ciddi adlandırıb. Partiya təmsilçisi vurğulayıb ki, deputat daha məsuliyyətli postdur və seçki vasitəsi ilə parlamentə seçilir: "Yaxşı olardı ki, Asim Mollazadə bu təklifi deputatlar üçün edərdi. İlk növbədə deputatların psixoloji vəziyyəti yoxlanılsın. Yaxud təklif edərdi ki, nazirlər vəzifəyə təyinat alarkən yoxlamadan keçsinlər. Siyasi partiya rəhbərləri üçün belə bir tələb məntiqsiz və mənasızdır. Onsuz da mövcud qanunvericilikdə psixoloji problemləri olan şəxslər siyasi partiyaya rəhbərlik edə bilməzlər. Deputatlar öz işləri ilə məşğul olsalar, daha yaxşı olar. Məntiqsiz təkliflərlə gündəmə gəlməyə çalışmasınlar". Azərbaycan Milli İstiqlal Partiyasının rəsmisi Əli Oruclu "Şərq"ə bildirib ki, "Siyasi partiyalar haqqında qanunun yeni lahiyəsinin parlamentdə müzakirəsi və dinləmələr keçirilməsi müsbət addımdır. Lakin Ə.Oruclunun sözlərinə görə, bəzi statistik məsələlərdə hökumət güzəştlər etsə də, bir sıra vacib mövzularda təklif və iradlar diqqətə alınmayıb: "Açığı, güzəşt edilən maddələrdə də ciddi güzəşt yoxdur. Aktual məsələ partiyaların maliyyələşməsi, partiyalara inzibatı nəzarət və təzyiqlərə imkan verəcək halların açıq qalmasıdır. Söhbət ondan gedir ki, bütün partiyaların istisnasız büdcədən maliyyələşməsi mexanizmi tapılmalıdır. Digər məsələ partiya üzvlərinin şəxsi anket məlumatlarının reyestrə daxil edilməsinin məcburiliyidir. Şəxsi indenfikasiya məlumatlarının tələb edilməsi yolverilməzdir. Bu, siyasi partiyalara və üzvlərinə basqı imkanı yaradır. Başqa vacib məqam qeydiyyatdan keçən partiyaların yeni qanunun qəbulundan sonra yenidən qeydiyyatdan keçməsi tələbidir. Bu da konstitusiyamıza ziddir. Qanunun geriyə qüvvəsi yoxdur. Bu qədər vacib problemlər qala-qala partiya sədrlərinin psixoloji yoxlamadan keçməsi təklifi qeyri-ciddidir. Mən Asim Mollazadənin analogiyasını qüsurlu hesab edirəm. Adolf Hitlerdən əvvəl dünya tarixə Birinci dünya müharibəsi kimi düşən dörd illik müharibə aparmışdı. Asim Mollazadə bilməmiş olmaz ki, hər iki cahan savaşının başlanmasının əsl səbəbi şəxslər deyil, böyük güclərin dünyanı yenidən bölüşdürməsi və nüfuz uğrunda mübarizə idi. Mən "Siyasi partiyalar haqqında" yeni qanunun müzakirəsi zamanı Asim bəydən ciddi və rasional təkliflər gözləyərdim".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15 |
|
|
|
| • Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27 |
|
|
|
| • Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26 |
|
|
|
| • Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20 |
|
|
|
| • İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18 |
|
|
|
| • Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15 |
|
|
|
| • “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13 |
|
|
|
| • Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10 |
|
|
|
| • Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51 |
|
|
|
| • 70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44 |
|
|
|
| • Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37 |
|
|
|
| • Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33 |
|
|
|
| • "Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30 |
|
|
|
| • Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29 |
|
|
|
| • Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03 |
|
|
|
| • ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53 |
|
|
|
| • MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51 |
|
|
|
| • “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48 |
|
|
|
| • “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45 |
|
|
|
| • Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44 |
|
|
|
| • Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42 |
|
|
|
| • Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34 |
|
|
|
| • Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22 |
|
|
|
| • SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15 |
|
|
|
| • Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03 |
|
|
|
| • Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02 |
|
|
|
| • Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39 |
|
|
|
| • Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38 |
|
|
|
| • Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33 |
|
|
|
| • Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25 |
|
|
|
| • “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08 |
|
|
|
| • Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06 |
|
|
|
| • Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02 |
|
|
|
| • Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Dünən, 13:47 |
|
|
|
| • Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Dünən, 13:42 |
|
|
|
| • Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Dünən, 13:34 |
|
|
|
| • Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Dünən, 13:31 |
|
|
|
| • Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Dünən, 13:07 |
|
|
|
| • “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Dünən, 13:06 |
|
|
|
| • “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Dünən, 12:59 |
|
|
|
| • Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Dünən, 12:49 |
|
|
|
| • Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Dünən, 12:39 |
|
|
|
| • Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Dünən, 12:35 |
|
|
|
| • Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Dünən, 12:30 |
|
|
|
| • Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Dünən, 12:27 |
|
|
|
| • Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Dünən, 12:24 |
|
|
|
| • Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Dünən, 12:13 |
|
|
|
| • Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Dünən, 12:08 |
|
|
|
| • Bu komitəyə yeni sədr seçildi - ƏMR
Dünən, 12:02 |
|
|
|
| • Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Dünən, 11:58 |
|
|
|
|