Keçmiş "boz kardinal"ın BOZ AYI... - Ramiz Mehdiyevin baş tutmayan REVANŞI...
Tarix: 18-09-2020, 10:49 | Çap et
 Əslində bütün addımlar o revanşa hesablanmışdı. Toy da, "toydan sonra nağara da"... Amma alınmadı... Ramiz Mehdiyevin nəvəsinin ancaq şadyanalığa yox, həm də siyasətə hesablanmış “akademik toyu” ətrafında qalmaqal səngisə də, administrasiyanın sabiq rəhbəri məsələni qapatmaq niyyətində olmasa da, məcburiyyətindədir.
Doğrudur, artıq ilk günlərdəki kimi ajiotaj yoxdur, sosial şəbəkədə hər kəs bundan danışmır, media ancaq bu barədə yazmır. Ancaq görünən odur ki, Ramiz Mehdiyev məsələnin belə qapanmasını heç istəmirdi. Belə olmasaydı, öz bəyanatlarının da yayıldığı AMEA saytnda qurumun əməkdaşlarının digərlərinə barmaq silkələyən yazısının dərcinə imkan verməzdi. Məlumdur ki, AMEA saytında Mehdiyevin razılığı olmadan belə bir yazı yayıla bilməzdi və sabiq administrasiya rəhbəri bununla təkcə keçmişdə “çörək verdiyi” siyasilərə, media və ictimaiyyət fəallarına yox, həm də bundan sonra çörək verməyi düşündüyü şəxslərə müraciət edib. Özünə istədiyi qədər, başqa sözlə desək, "verdiyi çörək qədər" dəstək qazana bilməyən Mehdiyevin davranışı anlaşılandır. Çünki "kəsdiyi çörəklərlə verdiyi çörəklər" arasında fərq nisbəti çox böyük idi. Hər halda Mehdiyev AMEA prezidenti olaraq, siyasi meydanda sabiqlər sırasına qatılmasına rəğmən geniş miqyasda dəstək çıxışı gözləyirdi və bunu alacağına da əmin idi.
Mehdiyev uzun illərin siyasət adamı kimi özünü hər kəsdən fərqli hiss edirdi. Amma reallıq başqadır və Azərbaycanda vəzifə və vəzifəsizliyin ən böyük fərqi də məhz budur. Üstəlik bu toyun ona və yaxınlarına, hətta ordakı qonaqlara nə gətirəcəyini də təxmin etməmiş deyildi. Bütün bunları bilə-bilə belə bir riskin altına girmişdisə, deməli, gözləntisi vardı və bu gözləntini nəbz yoxlanışı kimi qəbul etmək sadəlövhlük olardı. Qısa müddətdə Mehdiyev özünün başqalarından fərqli olmadığının şahidi oldu. Yəni nəbzin onun arzuladığı sürətlə vurmadığını gördü və ard-arda verdiyi bəyanatlardakı təhdidlər də işə yaramadı.
Sətiraltı müraciət etdiyi şəxslərdən gözlənilən dəstəyi ala bilməyən və uduzduğunun fərqində olan Mehdiyev bu dəfə tabeliyindəki əməkdaşları- elm adamlarını öz siyasətinin içinə sürükləməyə çalışdı. O elm adamlarını ki, Azərbaycan elminin inkişafında dünyanı demirik, heç ölkəni silkələyəcək hansısa işə qol qoymayıblar, indi həm də Mehdiyevin siyasi intriqalarında yer almaq məcburiyyəti qarşısında qalıblar. Hərçənd bundan da Ramiz Mehdiyev istədiyi nəticəni ala bilməyəcək, amma görünür, nəvəsinə çaldırdığı “akademik toy”dan sonra həm də akademiklərə toy tutmaq istəyir. Görünən nədir?
Görünən odur ki, Mehdiyev çox qəzəblidir. Bəyanatlarında bunu uzun-uzadı cümlələrlə ört-basdır etməyə çalışsa da, bunun məğlubiyyətdən doğan qəzəb olduğunu biruzə verir. Bu, istədiyini ala bilməməkdən doğan, bəlkə də qapalı qapılar arxasında danışılanların icrasında istədiyi nəticəni əldə edə bilməməyin qəzəbi ilə Mehdiyev hələ çoxlarını “yandırmaq” istəyəcək. Revanş istədiyi və bəlkə hətta gözlədiyi kimi olmayıb.
Mehdiyev sonucun belə olacağını bildiyi təqdirdə bu qədər böyük yanlışa gedəcək adam deyildi, görünür, həm də gözləntiləri doğrulmadı. Bəlkə də üzərində hesab getdiyi kimsələr nəticənin onun xeyrinə dəyişməsi üçün qapalı qapılar arxasında verdikləri sözü tutmadılar. Mehdiyev toyun səsi həmin o malikanədən kənara çıxdığı ilk gündən bunu hiss etdi. İti fəhmi ona uduzduğunu deyirdi, bir neçə günlük susqunluqdan sonra ard-arda yayılan o bəyanatlar da uduzduğunun elanı idi. Acı sonluqdur, uduzmağa adət etməyən adamın məğlubiyyətini öz dili ilə elan etməsi Mehdyevə verilən ən böyük cəzadır. Cebhe.info


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Bu gün, 18:15 |
|
|
|
| • Karapetyanın partiyasının üzvləri saxlanıldı
Bu gün, 17:27 |
|
|
|
| • Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Bu gün, 17:26 |
|
|
|
| • Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Bu gün, 17:20 |
|
|
|
| • İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Bu gün, 17:18 |
|
|
|
| • Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Bu gün, 17:15 |
|
|
|
| • “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Bu gün, 17:13 |
|
|
|
| • Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Bu gün, 17:10 |
|
|
|
| • Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Bu gün, 16:51 |
|
|
|
| • 70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Bu gün, 16:44 |
|
|
|
| • Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Bu gün, 16:37 |
|
|
|
| • Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Bu gün, 16:33 |
|
|
|
| • "Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Bu gün, 16:30 |
|
|
|
| • Məzahir Pənahov yenidən MSK sədri seçilib
Bu gün, 16:29 |
|
|
|
| • Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Bu gün, 16:03 |
|
|
|
| • ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Bu gün, 15:53 |
|
|
|
| • MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Bu gün, 15:51 |
|
|
|
| • “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Bu gün, 15:48 |
|
|
|
| • “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Bu gün, 15:45 |
|
|
|
| • Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Bu gün, 15:44 |
|
|
|
| • Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Bu gün, 15:42 |
|
|
|
| • Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Bu gün, 15:34 |
|
|
|
| • Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Bu gün, 15:22 |
|
|
|
| • SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15 |
|
|
|
| • Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03 |
|
|
|
| • Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02 |
|
|
|
| • Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39 |
|
|
|
| • Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38 |
|
|
|
| • Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33 |
|
|
|
| • Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25 |
|
|
|
| • “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08 |
|
|
|
| • Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06 |
|
|
|
| • Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02 |
|
|
|
| • Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47 |
|
|
|
| • Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42 |
|
|
|
| • Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34 |
|
|
|
| • Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31 |
|
|
|
| • Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07 |
|
|
|
| • “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06 |
|
|
|
| • “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59 |
|
|
|
| • Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
| • Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39 |
|
|
|
| • Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35 |
|
|
|
| • Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30 |
|
|
|
| • Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27 |
|
|
|
| • Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24 |
|
|
|
| • Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13 |
|
|
|
| • Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08 |
|
|
|
| • Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02 |
|
|
|
| • Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58 |
|
|
|
|